Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1248/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, mübahisənin mülki xarakterli olması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “protokolun və sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(107)-144/2025 nömrəli qərardadından iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, azyaşlı uşaqları X4 və X2 ana nənələri X1 qəyyumluğuna və himayəçiliyinə verilməsi haqqında Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 18 nömrəli protokolun və Cavabdeh başçısı tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 26 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü tarixli, 2-1(116)-3492/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il ta rixli, 2-1(107)-144/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 18 nömrəli protokolu və Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli 26 nömrəli sərəncamı ilə həll edilən məsələ Qəbələ rayon sakini xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 ana nənələri Qəbələ rayon Mirzəbəyli kənd sakini xx.xx.1969-cu il təvəllüdlü X1 qəyyumluğuna və himayəçiliyinə verilməsi ilə bağlıdır. İddiaçı sözügedən sənədləri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirsə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 18 nömrəli protokolu və Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 26 nömrəli sərəncamı ilə həll olunan məsələlər xüsusi hüququn tənzimetmə predmetinə aid olduğundan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
5. Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. Qəyyumluq və himayəçiliklə bağlı qə rarların qəbul edilməsi inzibati orqanlar tərəfindən həyata keçirilsə də, bu, həmin qərarların inzibati akt olmasını birmənalı olaraq müəyyən etmir. Başqa sözlə, qəyyumluq və himayəçilik məsələləri dövlətin ümumi idarəetmə funksiyasını yerinə yetirməkdən daha çox, şəxslərin fərdi hüquq və maraqlarının qorunmasına yönəlir. Bu baxımdan, inzibati orqanın qəyyumluq sahəsində qəbul etdiyi qərarları inzibati akt yox, xüsusi hüquq münasibətləri çərçivəsində qəbul edilmiş fərdi qərarlar hesab olunmaqla Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir və ailə hüququ çərçivəsində konkret şəxslərin fərdi maraqlarını həll etməyə xidmət edir (ailə hüququ xüsusi hüquq münasibətlərini əhatə etməklə ümumi (publik) hüquq sahəsinə aid deyildir). Həmin qərarların hüquqi təsiri yalnız konkret şəxslər ə yönəldiyindən, inzibati idarəetmə funksiyasına aid edilə və inzibati akt kimi qiymətləndirilə bilməzlər. Çünki, yuxarıda qeyd edildiyi kimi onlar dövlət orqanlarının və ya vəzifəli şəxslərin publik fəaliyyətindən irəli gələn məsələlərin tənzimlənməsinə yox, ailə hüququ və xüsusi hüquq sahəsinə aid məsələlərin həllinə yönəlmişdir. Bu məsələlər şəxslərin fərdi maraqlarını qorumağa və uşaqların mənafeyini təmin etməyə yönəlib. Publik idarəetmə və ya ümumi hüquq sahəsinə aid deyildir. Buna görə də, Komissiyanın və İcra Hakimiyyəti başçısının qəyyumluqla bağlı qərarları inzibati akt sayılmır. Qəyyumluq məsələsi konkret bir vəziyyəti (uşaqların qəyyumluğa verilməsi) həll edərək hüquqi nəticələr yaratsa da, qeyd olunan hal inzibati idarəetmə funksiyası kimi nəzərdən keçirilmir. Belə ki, bu nə ticələr yalnız konkret şəxslərin xüsusi hüquq münasibətlərinə təsir edir. İnzibati aktın əsas xüsusiyyəti isə onun birbaşa dövlət idarəetmə funksiyası ilə bağlı olmasıdır. Lakin mübahisələndirilən sənədlər belə bir funksiyanı yerinə yetirmir, dövlətin inzibati idarəetmə səlahiyyətlərindən irəli gələn inzibati akt qəbul etmək məqsədi daşımır.
6. İddiaçı mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlü yünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrü bəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxıla n mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə nin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətlə ri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Nəzərə alınmalıdır ki, qəyyum və ya himayəçi təyin edilməsi ilə bağlı mübahisə mülki xarakterli olmaqla, inzibati icraat qaydasında baxış predmeti ola bilməz. Qəyyum və ya himayəçi təyin edilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də mübahisə şəxsin mülki hüquq və vəzifələrinin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır (Bununla ba ğlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)2889/2019 nömrəli, xx.xx.2020-ci il tarixli 2-1(102)-416/2020 nömrəli, xx.xx.2020-ci il tarixli 2-1(102)-711/2020 nömrəli, xx.xx.2020-ci il tarixli 2-1(102)-790/2020 nömrəli, xx.xx.2021-ci il tarixli 2-1(102)-1635/2021 nömrəli qərarları).
11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiy a şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasınd a ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 21(107)-144/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.