Məhkəmə qərarları › İş №2-1(102)-1251/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1251/2025

05.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1251/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 Obyektlərin X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 X7 Hüquqi Şəxsinə (Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və X4 Müdiriyyəti) qarşı “torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 25.000 manat kompensa siyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-543/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və X4 Müdiriyyətinə (Azərbaycan Dövlət X1 X7 Hüquqi Şəxsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 70,0 ha torpaq sahəsinin 2,50326 ha hissəsi üçün kompensasiyanın hesablanaraq ona ödənilməsi tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin dövlət ehtiyacları üç ün alınması ilə əlaqədar 25.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Şabran rayonu Liman kəndində yerləşən 70 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydə alınmışdır.

4. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilmiş kadastr planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı istifadəsində olan torpaq sahəsinə dair tərtib edilmişdir.

5. Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi obyektinin ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşən torpaqların geri alınması və müqabilində hesablanmış kompensasiya məbləğinin verilm əsi cədvəlindən görünür ki, İddiaçı kompensasiya almamışdır.

6. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və X4 Müdiriyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi İddiaçı Şabran rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə icarəyə verilmişdir. Bu səbəbdən və həmçinin ayrılan torpaq sahəsində əkin və tikili olmadığına görə ona sifarişçi təşkilat tərəfindən həmin ərazidə tikintinin aparılması barədə xəbərdarlıq edilməmişdir. İddiaçı icarəsində olan tikinti altına düşən torpaq sahəsi dövlətə məxsus olduğundan və həmin sahədə heç bir tikili və əkili olmadığından X6 üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun 5.2 bəndinə əsasən ona dəyən zərərə görə kompensasiya hesablanmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 70,0 ha torpaq sahəsinin 2,50326 ha hissəsi üçün kompensasiyanın hesablanaraq ona ödənilməsi tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 25.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 314 saylı sərəncamına və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Şabr an rayonu Liman kəndində yerləşən 70,0 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixdən 99 il müddətinə iddiaçıya istifadəyə verilmişdir. İddiaçı istifadə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli **********1 qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçının istifadəsində olan 70,0 ha torpaq sahəsinin 2,50326 ha hissəsi ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü üçün 2017-ci ildən dövlət ehtiyacları üçün iddiaçıdan geri alınmışdır. Lakin əvəzində hər hansı kompensasiya ödənilməmişdir. O, bununla əlaqədar aidiyyəti üzrə müraciət etmişdir. Cavabdeh qurumun ona ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyektinin tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacı üçün geri alınması, bunun müqabilində mülkiyyətçilərə kompensasiya hesablanarkən, İddiaçı icarəsində olan 70 hektar torpaq sahəsindən 2,50326 hektarının ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü müəyyən olunmuş və həmin torpağın dövlətə məxsus olduğu və üzərində tikili, çoxillik əkmələrin olmaması səbəbindən kompensasiya hesablanmamışdır.

10. Cavabdehin iddia tələbinə qarşı etiraz təqdim edərək, İddiaçı icarəsində olan dövlətə məxsus Şabran rayonu Liman kəndində yerləşən 70 hektar torpaq sahəsindən 2,50326 hektarının “Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyektinin ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü səbəbindən həmin torpağa görə kompensasiya ödənilməsini tələb edir. Şabran rayonu ərazisindən tələb olunan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə “X6 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaqayırma layihəsi əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC tərəfindən kadastr planlarından çıxarışlar hazırlanmış və torpaq mülkiyyətçilərinə dəyən ziyan Müstəqil Qiymətləndirici "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Hesabatlar maliyyələşdirici dövlət orqanı tərəfindən yoxlanmışdır. “Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyektinin tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacı üçün geri alınması, bunun müqabilində mülkiyyətçilərə kompensasiya hesablanarkən, İddiaçı icarəsində olan 70 hektar torpaq sahəsindən 2,50326 hektarının ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü müəyyən olunmuş və həmin torpağın dövlətə məxsus olduğu və üzərində tikili, çoxillik əkmələrin olmaması səbəbindən kompensasiya hesablanmamışdır.

11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-485/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim V.Əzizova) iddia qismən təmin edilərək, İddiaçı icarəsində olan Şabran rayonu Liman kəndində yerləşən 2.50326 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumili kdə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC Tikilməkdə olan Meliorasiya və X4 Müdiriyyətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh torpaq sahəsinin dövlətə məxsus olması və üzərində hər hansı əkmələr və s. olmaması səbəbindən kompensasiyanın ödənilməsindən imtina etmişdir. Qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə hüququ qeydə alınmış şəxs də mülkiyyətçi kimi alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.

13. Məhkəmə hesab edir ki, iddiaçı icarəsində olan torpaq sahəsinin bir hissəsinin alınmaya məruz qalması əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı ol muşdur.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-404/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və G.Cabbarova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şabran Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı istifadəsində ol an torpaq sahəsinə dair icarə müqaviləsi ləğv olunsa da, hal-hazırda həmin torpaq sahəsi iddiaçının uzun müddətdir ki, istifadəsindədir. Rayon İcra Hakimiyyəti tərəfindən digər hər hansı sərəncamla İddiaçı başqa torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikası Dövlət X9 əsasən rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 2016-cı il tarixli 172 nömrəli sərəncamı Şabran rayon Dövlət Arxivinə təhvil verilmişdir.

17. Şabran Rayon Dövlət Arxivindən Şabran Rayon İcra Hakimiyyəti Başçısının 28 noyabr 2016-cı il tarixli 172 nömrəli sərəncamın təsdiqlənmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin sərəncamla müəyyən olunur ki, rayon icrası davam edən yeni suvarılacaq əkin dövriyyəsinə daxil olan (mövsümi və uzun müddətli) 14922 hektar torpaq sahəsi “Samur-Abşeron suvarma sisteminin yenidən qurul ması layihəsi’’nin tərkib hissəsi olduğu üçün rayon İcra Hakimiyyəti ilə Şabran şəhər sakini İddiaçı arasında qoyunçuluq təsərrüfatı yaratmaq üçün örüş məqsədi ilə ayrılmış 70 hektar torpaq sahəsindən istifadəyə dair rayon İcra Hakimiyyəti başçısının imzaladığı 29 noyabr 2004-cü il tarixli 314 nömrəli sərəncama əsasən bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmiş, sərəncamın surətinin aidiyyəti üzrə göndərilməsi təmin edilməsi qərara alınmış, İddiaçı icarə müqaviləsinə xitam verilmiş torpaq sahəsinin əvəzinə kənar ərazidən torpaq sahəsi ayrılması üçün rayon Kənd Təsərrüfatı idarəsinə müraciət etməsi tövsiyə olunmuşdur.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Azərbay can Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)637/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: Z.Quliyev - sədrlik edən və məruzəçi, N.Nəbizadə və S.Kərimov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-404/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2024-cü il tarixli, 2-1(105)-543/2024 nömrəli qərardadı ilə Şabran rayon İcra Hakimiyyətinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

21. Sumqayıt Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-543/2024 nömrəli, 19 noyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər: İ.Quliyev - sədrlik edən və məruzəçi, V.Hacıyev və T.Axundov) apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2-1(118)-485/2022 nömrəli qərarı qismən – İddiaçı icarəsində olan Şabran rayonu Liman kəndində yerləşən 2.50326 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC Tikilməkdə olan Meliorasiya və X4 Müdiriyyətinin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda iddiaçı həmin torpaq sahəsi üzərində icarə hüququ olduğundan ona kompensasiya verilməli olduğunu iddia edir. Hazırki mübahisədən göründüyü kimi, iddiaçı torpaqdan icarə hüquq münasibətləri əsasında istifadə etmişdir. Müvafiq layihə çərçivəsində torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınarkən aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən icarəyə verilən torpaq sahəsi üzərində tikililər olmamış, ağaclar əkilməmiş, əkin sahələri mövcud olmamış, müvafiq olaraq kompensasiya ödənilməsi üçün də əsas olmamışdır. Belə ki, qanunun tələbindən də göründüyü kimi, torpaq dövlət ehtiyacları üçün alınarkən icarəçilər tərəfindən bu torpağa çəkilmiş xərclər qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilir. İddiaçı tərəfindən isə müvafiq xərclərin çəkildiyi müəyyən olunmadığından hazırki vəziyy ətdə cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hazırkı tələblər baxımından hər hansı hüququnun pozulduğu müəyyən olunmur. İddiaçı hazırki tələbində haqlı olmamışdır.

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

24. İddiaçının istifadəsində olan 70,0 ha torpaq sahəsinin 2,50326 ha hissəsi ASY-36 açıq suyığıcı kanalının tikintisi altına düşdüyü üçün 2017-ci ildən dövlət ehtiyacları üçün geri alınmışdır. Lakin bunun əvəzində hər hansı kompensasiya ödənilməmişdir. Bu səbəbdən aidiyyəti üzrə müraciət edilmişdir.

25. Cavabdeh qurumun xx.xx.2021-ci il tarixli cavab məktubund a göstərilmişdir ki, “Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyektinin tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacı üçün geri alınması zamanı mülkiyyətçilərə kompensasiya hesablanarkən, İddiaçı Mina qızının icarəsində olan 70 hektar torpaq sahəsindən 2,50326 hektarın ASY-3-6 açıq suyığıcı kanalının tikintisi altına düşdüyü müəyyən edilmiş və həmin torpağın dövlətə məxsus olduğu, üzərində tikili və çoxillik əkmələrin olmadığı əsas gətirilərək kompensasiya hesablanmamışdır.

26. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “X6 üçün alınması haqqında” Qanunda, “Torpaq icarəsi haqqında” Qanunda və digər normativ hüquqi aktlarda alınmanın təsirinə məruz qalan şəxsə (hazırd a iddiaçıya) kompensasiya ödənilməsi birbaşa nəzərdə tutulmuşdur.

27. Beləliklə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə hüququ qeydiyyata alınmış şəxs də mülkiyyətçi kimi alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının Konstitusiyası Maddə13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə

29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquq u qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə

71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 30. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «X6 üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə et mək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 246 bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir Maddə 246.1. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti o rqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 246.2. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.3. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Maddə 246.4. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri il ə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. 32. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiy a şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada ə saslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. İddiaçının hüquqi marağı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona kompensasiyanın ödənilm əsini təmin edilməsi ilə bağlıdır.

38. Hazırki işin hallarından görünür ki, RX N ******* seriyalı reyestrdən çıxarışla Şabran rayonu Liman kəndində yerləşən 70 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydə alınmışdır.

39. Həmin hüququn yaranmasına əsas keçmiş Dəvəçi (Şabran) Rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2004-cü il tarixli, 314 saylı sərəncamı olmuşdur.

40. Eyni zamanda Şabran Rayon Dövlət Arxivindən Şabran Rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 2016-cı il tarixli 172 nömrəli sərəncamından müəyyən olunur ki, rayon icrası davam edən yeni suvarılacaq əkin dövriyyəsinə daxil olan (mövsümi və uzun müddətli) 14922 hektar torpaq sahəsi “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi’’nin tərkib hissəsi olduğu üçün rayon İcra Hakimiyyəti ilə Şabran şəhər sak ini İddiaçı arasında qoyunçuluq təsərrüfatı yaratmaq üçün örüş məqsədi ilə ayrılmış 70 hektar torpaq sahəsindən istifadəyə dair rayon İcra Hakimiyyəti başçısının imzaladığı 29 noyabr 2004-cü il tarixli 314 nömrəli sərəncama əsasən bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmiş, sərəncamın surətinin aidiyyəti üzrə göndərilməsi təmin edilməsi qərara alınmış, İddiaçı icarə müqaviləsinə xitam verilmiş torpaq sahəsinin əvəzinə kənar ərazidən torpaq sahəsi ayrılması üçün rayon Kənd Təsərrüfatı idarəsinə müraciət etməsi tövsiyə olunmuşdur.

41. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sorğular edilmiş və müəyyən edilmişdir ki, Şabran Rayon Dövlət Arxivindən Şabran Rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 2016-cı il tarixli 172 nömrəli sərəncamı olsa da, həmin sərəncamın yarada biləcəyi hüquqi nəticələr həyata keçməmiş, iddiaçının 70 ha torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüquqlarının ləğvi baş verməmişdir.

42. Belə ki, Şabran rayon İcra Hakimiyyətinin 04 iyul 2024-cü il tarixli, 5-74/2-B-39160/2024 nömrəli məktubundan qeyd edilir ki, Şabran (keçmiş Dəvəçi) Rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2004-cü il tarixli, 314 nömrəli sərəncamı ilə 70 ha torpaq sahəsi uzun müddətli müqavilə əsasında İddiaçı istifadəsinə verilmiş və hal-hazırda icarəçi İddiaçı istifadəsindədir. Qeyd edilir ki, icarəçi İddiaçı tərəfindən torpaq sahəsinin istifadəsinə görə hər bir hektar üçün 1 (bir) manat 50 (əlli) qəpik icarə haqqı olmaqla son beş ildə (2019-2020-2021-2022-2023-cü illərdə) hər il 106 (yüz altı) manat məbləğində icarə haqqı ödənilmişdir.

43. İddiaçının icarəsində olan torpaq sahəsinin müəyyən hissəsi dövlət ehtiyacları üçün geri alındığı halda, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmamışdır.

44. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının üçüncü şəxsə qarşı hazırkı iddianı əsaslı ola bilməz.

45. Belə ki, cavabdeh qeyd edir ki, torpaq sahəsi İddiaçı Şabran rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə icarəyə verilmişdir. Şabran rayonu ərazisindən tələb olunan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə “X6 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaqayırma layihəsi əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC tərəfindən kadastr planlarından çıxarışlar hazırlanmış və torpaq mülkiyyətçilərinə dəyən ziyan qiy mətləndirilmişdir. İddiaçının icarəsində olan 70 hektar torpaq sahəsindən 2,50326 hektarının layihəyə düşdüyü müəyyən olunmuş və torpağın dövlətə məxsus olduğu və üzərində tikili, çoxillik əkinlərin olmaması səbəbindən kompensasiya hesablanmamışdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

47. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şik ayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-543/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar