Məhkəmə qərarları › İş №2-1(102)-1252/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1252/2023

13.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1252/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətin tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1028/2023 nömrəli, 1 fevral 2023-cü il tarix li qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1998-ci il tarixdə Gürcüstan Respublikasının Bolinisi şəhərində anadan olmuşdur.

2. İddiaçının atası X2 Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə malikdir.

3. İddiaçının anası İddiaçı1 hazırda Azərbaycan Respublikasının vətəndaşıdır. O, xx.xx.1997-ci il tarixdə Sumqayıt ŞPİ-si tərəfindən AZ-135164 seriyalı müvəqqəti şəxsiyyət vəsiqəsi (Forma-9) ilə təmin edilmiş, bundan sonra həmin Forma-9 arayışına əsasən ona şəxsiyyət vəsiqəsi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 cavabdehə qarşı mənsubiy yətin tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. Sonradan məhkəmə qərardadına əsasən İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir.

7. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, onun Azərbaycan Respublikası vətəndaşı kimi mənsubiyyətin tanınmasının cavabdehə həvalə olunmasını xahiş etmişdir.

8. İddiaçı ərizəsində Azərbaycan Respublikasının vətəndaşılığına mənsubiyyətinin tanınmasını xahiş etmiş və bunu, anası İddiaçı1 Yasin qızının Azərbaycan Respublikasının vətəndaşı olması ilə əsaslandırmışdır.

9. Məhkəmə xx.xx.2022-ci il tarixli qərardadı ilə işin faktiki hallarına ( iddiaçının anası İddiaçı1 Yasin qızının iddiaçının doğum anında Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq edən müvəqqəti şəxsiyyət vəsiqəsinə malik olması) ə sasən hazırkı mübahisənin həlli ilə bağlı, iddiaçının anası İddiaçı1 Yasin qızının xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikasının müvəqqəti şəxsiyyət vəsiqəsinin olmasını nəzərə alaraq, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müraciətinə yenidən baxılması üçün cavabdehə 30 gün müddət təyin edilməsi qərara alınmışdır.

10. Lakin cavabdeh, İddiaçı1 Yasin qızının xx.xx.1997-ci il tarixdə əldə etdiyi müvəqqəti şəxsiyyət vəsiqəsinin (Forma -9) “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 6-cı maddəsində göstərilmiş siyahıda nəzərdə tutulmadığına istinad edərək iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə inzibati aktın qəbul edilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) 2-1(112)-1952/2022 nömrəli, 2 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1998-ci il təvəllüdlü iddiaçının Azərbaycan Respublikası vətəndaşı kimi mənsubiyyətin tanınmasının cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin əsaslandırması:

12. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı hüquqi mövqeyini əsaslandırarkən, Miqrasiya Məcəlləsinin 6.1, 6.2 və 14-cü maddələrinə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 1, 5 və 6-cı maddələrinə, həmçinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 1, 2 və 4cü bəndlərinə istinad etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərardadına əsasən yenidən apa rılan icraat da iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuş və onu, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından məhrum etmişdir.

14. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 2-ci maddəsinin ilkin redaksiyasında qeyd olunmuşdur ki, şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir. Bu nümunələrin formaları ilə bağlı məlumat isə qanunvericiliyin müddəalarında əks olunmamışdır. Lakin nəzərə alınmalıdır ki, məlum olan faktdır ki, 2000-ci ilin əvvəllərindən başlayaraq vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılmışdır. O vaxta kimi isə vətəndaşlara pasport və ya müvəqqəti şəxsiyyət vəsiqəsini təsdiq edən Forma-9 arayışının verilməsi həyata keçirilird i. Qeyd olunmalıdır ki, iddiaçının anası İddiaçı1 Yasin qızının 1997ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı olması və müvəqqəti şəxsiyyət vəsiqəsinə malik olması (Forma - 9 arayışına) yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin edən Daxili İşlər Nazirliyinin aidiyyəti Polis İdarəsinin uçot məlumatlarında aşkar olunmuşdur ki, həmin məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yaranmamışdır.

15. Məhkəmə qeyd etmişdir ki, daimi vəsiqələr verilənədək şəxsiyyəti təsdiq edən sənəd kimi olmalı olan sənəd iddiaçının valideynində olmuş, bunun nəticəsində də o, sonradan daimi şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Göstərilən bütün hallar ona dəlalət edir ki, İddiaçı1 Yasin qızı həmin vaxt müvəqqəti şəxsiyyət vəsiqəsi, yəni şəxsiyyətini təsdiq edən sənədə malik olmuşdur ki, bu da uşaq (iddiaçı) doğulduğu anda onun Azərbaycan Respublikası vətəndaşı statutusu olmasını təsdiq edir.

16. Bu səbəbdən, cavabdehin imtinasında istinad olunan dəlil, yəni iddiaçının doğularkən valideyinlərdən birinin, hazırkı halda iddiaçının anasının (İddiaçı1 Yasin qızı) Azərbaycan Respublikasının vətəndaşı olmaması bu mübahisədə tətbiq edilə bilməz.

17. Eyni zamanda, məhkəmə xüsusi ilə vurğulamışdır ki, Forma -9 hazırda bəzi ölkələrdə (Rusiya Federasiyasında – «Справка о регистрации по месту жительству») şəxsin yaşayış qeydiyyatını əks etdirən arayış hesab olunur.

18. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdi r. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və K.H.Əkbərov) 2-1(103)-1028/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1952/2022 nömrəli, 2 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh şikayətində qeyd etmişd ir ki, apellyasiya məhkəməsi qanunvericiliyin tələblərinə riayət etmədən, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, işin obyektiv araşdırılmasına laqeyd yanaşmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 7, 52, 69, 72, 80, 125, 129-cu maddələrinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 6 və 13-cü maddələrinin, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun müvafiq maddələrinin, habelə İPM-in 12, 14, 35, 38, 52, 68-ci və MPM-in 2, 4, 5, 7, 8, 9, 14-cü maddələrinin tələblərini kobud şəkildə pozmuşdur.

23. Belə ki, iddiaçının valideyni Nurməmmədova Dürdanə Yasin qızı 1980-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, xx.xx.1998-ci il tarixdə (iddiaçının doğulduğu vaxt) Azərbaycan Respublikasının vətəndaşı və ya vətəndaşlığını təsdiq edən sənədə malik olmamışdır. İddiaçı1 1997-ci il tarixdə Azərbaycan Respublikasına gələn zaman Forma- 9 arayışı ilə təmin edilmiş, bu arayış isə şəxsiyyət vəsiqəsi olmamışdır. Həmin dövrdə Forma9 arayışı şəxslərin yaşayış yeri üzrə qeydiyyatını təsdiq edən sənəd kimi qəbul edilirdi. Hazırda isə DMX tərəfindən ölkə ərazisinə gələn şəxslər olduğu yer üzrə qeydiyyata alınaraq onlara müvafiq arayış təqdim olunur. Və ya şəxs müvəqqəti yaşamaq üçün müraciət etdikdə, yaşayış yeri üzrə arayış təqdim edilir ki, bu da, onun Azərbaycan Respublikasının vətəndaşı sayılmasına əsas vermir. Başqa sözlə, Azərbaycan Respublikasının vətəndaşlığını almağın qaydası konkret qanunvericiliyə əsasən müəyyən edilir. İddiaçı1 isə 1997-ci ildə vətəndaşlığı təsdiq etməyən, sadəcə, yaşayış yeri üzrə qeydiyyat arayışına malik olmuşdur.

24. Bundan başqa, iş materiallarına əsasən iddiaçı Gürcüstan Respublikasının vətəndaşıdır. Nəzərə alınmalı idi ki, qüvvədə olan qanunvericilik ikili vətəndaşlığın olmasını qadağan edir. İkili vətəndaşlıq dedikdə, şəxsin iki dövlətin vətəndaşlığına mənsub olması başa düşülür. Ona görə də Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşı ola bilər. Habelə, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin əvvəlki redaksiyasından fərqli olaraq, yeni redaksiyada ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunmuşdur. Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikas ı vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. 10-cu maddənin ikinci hissəsinə görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 1 ay müddətində bu barədə yazılı məlumat verməlidir.

25. Belə olan halda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında" Konvensiyanın tələblə rinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən, "razılığa gələn dövlət onun ərazisində doğulan, əks halda vətəndaşlıq əldə edə bilməyən şəxsə öz vətəndaşlığını verir”. Həmin Konvensiyanın 4-cu maddəsinə əsasən, "razılığa gələn dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa - verir”. Yəni, şəxs vətəndaşlıq iddia etdiyi dövlətin ərazisində doğulmamışdırsa və vətəndaşlığı yoxdursa, həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa, o zaman dövlət ona öz vətəndaşlığını verir. İddiaçı isə heç bir halda vətəndaşsızlıq halında olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiy a şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Miqrasiya Məcəlləsi: Maddə 6.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu (bundan sonra – miqrasiya uçotu) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında bu Məcəllə ilə nəzərdə tutulmuş məlumatların, habelə onların yerdəyişməsi haqqında məlumatların qeydə alınması və ümumiləşdirilməsi sahəsində fəaliyyətdir. Maddə 6.2. Miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olma və yaşama yeri seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə Azərbay can Respublikasının miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir. Maddə

14. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları, diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq xarici dövlətin qanunvericiliyinə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, onların qanunla qorunan hüquq və mənafelərini qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə etməyə, Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquq larının bərpası üçün tədbirlər görməyə borcludurlar. 28. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun: Maddə

1. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə

5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Maddə

6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Maddə

11. Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. 29. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanun: (hazırda qüvvədə olan redaksiyada) Maddə

1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası v ətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında tə sdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. Hər bir vətəndaş və ya vəsiqə sahibinin qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 30. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası: Bənd 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Res publikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Bənd 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: Bənd 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; Bənd 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); Bənd 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərba ycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); Bənd 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; Bənd 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; Bənd 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; Bənd 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; Bənd 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbayc an Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: Bənd 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; Bənd 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; Bənd 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; Bənd 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: Bənd 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; Bənd 4.1.4.2. doğulduğu anda hər iki valideyni v ətəndaşlığı olmayan şəxs olmuşdursa; Bənd 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; Bənd 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; Bənd 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; Bənd 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; Bənd 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; Bənd 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; Bənd 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. Bənd 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır.

31. İnzibati Prose ssual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin e dilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri mə qbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. Hazırda iddiaçının hüquqi marağı onun Azərbaycan Respublikasının vətəndaşılığına mənsubiyyətinin tanınmasıdır və iddiaçı bu tələbini, doğulduğu anda anası İddiaçı1 Yasin qızının Azərbaycan Respublikası nın vətəndaşı olması ilə əsaslandırır.

39. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1998-ci il tarixdə Gürcüstan Respublikasının Bolinisi şəhərində anadan olmuşdur. İddiaçının atası X2 Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə malikdir. İddiaçının anası İddiaçı1 Yasin qızı isə hazırda Azərbaycan Respublikasının vətəndaşıdır.

40. Eyni zamanda müəyyən edilir ki, iddiaçının anası İddiaçı1 xx.xx.1997-ci il tarixdə Sumqayıt ŞPİ-si tərəfindən AZ-135164 seriyalı müvəqqəti şəxsiyyət vəsiqəsi (Forma 9 arayışı) ilə təmin edilmiş, sonra həmin “Forma -9” arayışına əsasən ona şəxsiyyət vəsiqəsi verilmişdir. 41. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəs i haqqında” Qanunun 2-ci maddəsinin ilkin redaksiyasına əsasən, şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir. Bu nümunələrin formaları ilə bağlı məlumat isə qanunvericiliyin müddəalarında əks olunmamışdır. Lakin nəzərə alınmalıdır ki, 2000-ci ilin əvvəllərindən etibarən vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi başlanılmışdır. O vaxta kimi isə vətəndaşlara pasport və ya müvəqqəti şəxsiyyət vəsiqəsini təsdiq edən Forma -9 arayışının verilməsi həyata keçirilirdi. Qeyd olunmalıdır ki, iddiaçının anası İddiaçı1 1997-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşı olması və müvəqqəti şəxsiyyət vəsiqəsinə malik olması (Forma -9 arayışına) - yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsini t əmin edən Daxili İşlər Nazirliyinin aidiyyəti Polis İdarəsinin uçot məlumatlarında aşkar olunmuşdur ki, həmin məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yaranmamışdır.

42. Yuxarıda qeyd olunanlara və hazırkı qərarın 27-30-cu bəndində göstərilən qanunvericilik aktlarının tələblərinə əsaslanaraq, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, iddiaçının doğulduğu anda (xx.xx.1998-ci il tarixdə) daimi vəsiqələr verilənədək şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul edilən “Forma -9” arayışının İddiaçı1 (iddiaçının anası) olması həmin dövrdə sonuncunun Azərbaycan Respublikası vətəndaşı statusuna malik olduğuna dəlalət edir.

43. Belə olan halda, cavabdehin imtinasında, həmçinin kassasiya şikayətində istinad olunan dəlil, yəni iddiaçının doğularkən valideyinlərdən birinin, hazırkı halda anasının Azərbaycan Respublikasının vətəndaşı olmaması əsaslı sayıla bilməz. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən aparılan inzibati icraat iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuş və onu, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından məhrum etmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hazırkı mübahisənin həlli ilə bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin q ərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1028/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar