Məhkəmə qərarları › İş №2-1(102)-1255/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1255/2024

25.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1255/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, operativ vergi nəzarəti, kameral vergi qərarının qismən ləğvi, statistik dəyər (idxal dəyəri) əsasında hesablanmış vergi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Loka l Gəlirlər Baş İdarəsınə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2-1(103)-4257/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə və iddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********4607 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə iddiaçıya məxsus “Anbar və Satış Məntəqəsi” adlı obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcəd ən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış və bununla bağlı məlumatlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmişdir. 2. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilm əsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 000149 nömrəli aktda iddiaçının təsərrüfat subyektində operativ nəzarət zamanı xx.xx.2022-ci il tarixə satış qiyməti ilə cəmi 3309601,65 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığının, bununla da Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1-ci maddələrinin tələblərinin pozulduğunun müəyyən olunduğu qeyd edilərək ona Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 330960,17 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

3. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyi cisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6553 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 330960,17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

4. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarix li, **********303300 nömrəli qərara əsasən, aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2022-ci ilin dekabr ayı üzrə 947952,48 manat məbləğində əlavə ƏDV hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arası elektron qaiməfaktura məlumatlarına əsasən vergi tutulan dövriyyə məqsədləri üzrə 2135920,65 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə 10359425,41 manat mal alışı həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 1188489,37 manat mal qalığı, o cümlədən ticarət əlavəsinin 10 faiz olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrində əks etdirilmiş xx.xx.2021xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə-faktura satış dö vriyyə məbləği 7171139,71 manat təşkil etdiyindən, 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə ((10359425,41+2135920,65-1188489,37)*1,1-7171139,71)*18%=947952,48 manat ƏDV məbləği qədər kənarlaşma yaranmışdır.

5. Sonradan cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********576800 nömrəli qərara əsasən, aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2022-ci ilin dekabr ayı üzrə 1989,02 manat məbləğində əlavə ƏDV hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “X1” MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş EBBV seriyalı, 439821 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyükdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın həcminin artırılması barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********6553 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, **********576800 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində DVX seriyalı, 000149 nömrəli akt tərtib olunmuş, aktın nəticəsi üzrə xx.xx.2022-ci il tarixli, **********6553 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla iddiaçıya 330960,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən həmin qərar tamamilə qanunsuz olduğundan ləğv edilməlidir. İlk növbədə, hazırda mübahisələndirilən qərar iddiaçıya nə Vergi Məcəlləsinin 49.4-cü maddəsinin tələbləri çərçivəsində, nə də “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun olaraq asan imza (elektron imza) ilə təsdiqlənərək təqdim olunmamışdır. Bu baxımdan da qeyd olunan qərar rəsmi çatdırılmış hesab olunmadığı üçün müddət buraxılmış hesab oluna bilməz. İşin mahiyyətinə gəldikdə isə, cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbirinin mahiyyətinə zidd olaraq vergi ödəyicisinin cari fəaliyyət dövründə baş verən əməliyyatlar deyil, tədbirdən öncəki dövrün satı ş əməliyyatları əsas götürülməklə əsassız hesablama aparılmışdır. Belə ki, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Məcəllənin 83.3-cü maddəsi də Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi orqanlarının yenidən hesablama aparmaq hüququ yalnız səyyar və kameral vergi yoxlamalarına şamil edir. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən də vergi orqanlarının səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq, operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Cavabdeh operativ vergi nəzarəti tədbirindən sonra iddiaçıya kameral qaydada əlavə vergi məbləği hesablamışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə **********339000 nömrəli uyğunsuzluq məktubu göndərilərək aşağıdakılar qeyd olunmuşdur: “Bildiririk ki, tərəfinizdən xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri arası elektron qaimə-faktura məlumatlarına əsasən vergi tutulan dövriyyə məqsədləri üzrə 2135920,65 m anat, yükgömrük bəyannamə məlumatına əsasən isə 10359425,41 manat mal alışı həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 1188489,37 manat mal qalığı, o cümlədən ticarət əlavənizin 10 faiz olduğu müəyyən edilmişdir. Tərəfinizdən ƏDV bəyannamələrində əks etdirilmiş xx.xx.2021 - xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə-faktura satış dövriyyə məbləği 7171139,71 manat təşkil etdiyindən, 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə ((10359425,41+2135920,65-1188489,37)*1,1-7171139,71)*18%=947952,48 manat ƏDV məbləği qədər kənarlaşma yaranmışdır.” Bundan sonra cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə **********303300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qə bul olunmaqla 947952,48 manat məbləğində ƏDV məbləği hesablanmışdır. Cavabdeh bu hesablamadan sonra xx.xx.2023-cü il tarixdə **********128400 nömrəli digər uyğunsuzluq məktubunu göndərməklə xx.xx.2023-cü il tarixli, **********303300 nömrəli qərarı ləğv etmiş, hazırda mübahisələndirilən xx.xx.2023cü il tarixli, **********576800 nömrəli qərarı qəbul etmişdir. Bu zaman cavabdeh əlavə hesabladığı 947952,48 manat ƏDV məbləğini azaltmış və 949941,5 manat məbləğində yenidən hesablama aparmışdır. Aşağıda qeyd olunanlara əsasən bildirilir ki, mübahisələndirilən inzibati akt tamamilə əsassız və qanunsuzdur. İlk növbədə, cavabdeh Vergi Məcəlləsinin 12-ci, 166-cı və 177-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, qeyd olunan normaların qarşılıqlı təhlili ilə müəyyən olunur ki, ƏDV üzrə hesabat döv rü təqvim ayı olduğu üçün kənarlaşmalar hansı ayda olarsa, hesablama da həmin aya münasibətdə həyata keçirilməlidir. Lakin vergi orqanı müəyyən dövrün satış əməliyyatlarını bir ay ərzində əks etdirməklə qanunvericiliyin tələblərini pozmuşdur. Hesablamanın mahiyyətinə gəldikdə isə, cavabdeh təqdim etdiyi xx.xx.2023-cü il tarixli uyğunsuzluq məktubunda iddiaçının idxal etdiyi mal alışını invoys dəyəri ilə deyil, statistik dəyərlə (10359425,41) əks etdirmiş, aparılan hesablamanı da həmin dəyərdən nəzərə almışdır. Halbuki, iddiaçının qeyd olunan həcmdə mal alışı mövcud olmamışdır. Bundan başqa, heç bir əsası olmayan 10 faiz ticarət əlavəsini alış dəyərinin üzərinə gəlmiş, dövriyyə məbləğini reallıqdan artıq şəkildə olmaqla şişirtmişdir. Cavabdeh iddiaçının idxal etdiyi mallara gömrük orqanları tərəfindən idxal zamanı müəyyən olunan statistik dəyəri alış dəyəri kimi qəbul etmiş və iddiaçının satışlarını həmin dəyərə uyğunlaşdırmağa çalışmışdır. Halbuki, satış dəyərinin müəyyən olunması zamanı gömrük orqanları tərəfindən malların alışı zamanı müəyyən olunan statistik dəyər heç bir halda nəzərə alına bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Gömrük orqanlarının müəyyən etdiyi statistik dəyər yalnız gömrük məqsədləri üçün keçərlidir. Qeyd olunanlar vergi orqanına verilmiş sorğu nəticəsində də təsdiqini tapmışdır. Malın satış qiyməti isə tərəflərin qarşılıqlı razılaşması əsasında təşəkkül tapan qiymətdir. Belə olan halda, ödənilməyən məbləğə görə vergi orqanı tərəfində n vergilərin hesablanması tam əsassızdır. Bundan əlavə, Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Aparılmış hesablama üzrə isə həmin ödəmə mövcud olmadığından qeyd olunan ödəmənin vaxtının da müəyyən edilməsi mümkünsüzdür. Göstərilən məzmunda hesablamalarla bağlı vahid məhkəmə təcrübəsi mövcuddur ki, mallara gömrük orqanları tərəfindən qoyulan statistik dəyər satış dəyəri kimi tətbiq oluna bilməz (nümunə: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2025/2022 nömrəli qərarı). Göründüyü kimi, cavabdehin iddiaçının ƏDV-yə cəlb edilən dövriyyəsinin idxalda gömrük orqanlarının müəyyənləşdirdiyi statistik dəyərə uyğun ödənilən ƏDV məbləğindən az olmasına istinad etməklə əlavə hesablama aparması tamamilə qanunsuz olmuşdur.

8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2022ci il tarixli, **********4607 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Anbar və satış məntəqəsi” adlı (**********31001) obyektində xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 3309601,65 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 000149 nömrəli akt tərtib edilmiş, vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi həmin aktı imzalamışdır. Qeyd edilən akt əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6553 nömrəli qərarı ilə iddiaçı barəsində 330960,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin fəaliyyət növlərinin tikinti materiallarının topdan satışı (əsas fəaliyyət növü), hazır metal konstruksiyalarının quraşdırılması və tikilməsi, binaların genişləndirilməsi, yenidən qurulması və bərpası üzrə işlər, ixtisaslaşdırılmamış geniş çeşiddə olan malların topdan satışı, malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət olduğu nəzərə alınaraq vergi ödəyicisinin malların təqdim edilməsi ilə bağlı fəaliyyətinin yalnız topdansatış qaydasında həyata keçirildiyi aydın görünür. Eyni zamanda, vergi ödəyicisinin kassanın qeydiyyatı ilə bağlı vergi orqanına müraciəti olmamışdır. Qeyd edilənlərə əsasən sözügedən obyektdən vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi yalnız elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilməlidir. xx.xx.2023-cü il tarixli, **********576800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla bağlı bildirilir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri arası elektron qaimə-faktura məlumatlarına əsasən vergi tutulan dövriyyə məqsədləri üzrə 2135920,65 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə 10359425,41 manat mal alışı həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 1188489,37 manat mal qalığı, o cümlədən ticarət əlavəsinin 10 faiz olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrində əks etdirilmiş xx.xx.2021 - xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə-faktura satış dövriyyə məbləği 7171139,71 manat təşkil etdiyindən, 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə ((10359425,41+2135920,65-1188489,37)*1,17171139,71)*18%=947952,48 manat ƏDV məbləği qədər kənarlaşma yaranmışdır. Həmçinin, “X1” MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBBV seriyalı, 439821 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olsa da, həmin elektron qaimə-faktura üzrə əvəzləşdirmə aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar xx.xx.2023-cü il tarixli, **********339 000 nömrəli və xx.xx.2023-cü il tarixli, **********128400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş və vergi ödəyicisi kənarlaşmanı aradan qaldırmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin dekabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 949941,5 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli, **********303300 nömrəli və xx.xx.2023-cü il tarixli, **********576800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Ləman Musayeva) 12 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-11740/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, **********576800 nömrəli qərarı 213244,79 manat məbləğində istisna olmaqla, qalan hissədə və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6553 nömrəli qərarı ləğv edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi, yəni “vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunv ericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda” göstərilsə də, iş materialında iddiaçı tərəfindən qanunvericiliyin pozulmasına dair kifayət qədər əsasın nədən ibarət olmasına dair hər hansı sübut yoxdur.

11. Operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixdə başlasa da, iddiaçının obyektində sayım xx.xx.2022-ci il tarixdə aparılmışdır. Bunun səbəbi kimi iş materialında olan izahatda iddiaçı müəssisənin Qarabağ bölgəsində işlər görməsi ilə əlaqədar direktorun tədbir vaxtı Bakı şəhərində olmaması göstərilmiş və xx.xx.2022-ci il tarixədək obyektlər plomblanmış vəziyyətdə olmuşdur. Yəni operativ vergi nəzarətinin başlandığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər hansı satış həyata keçi rilməmişdir. Bundan sonra, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş DVX 000149 nömrəli akt əsasında Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 330960,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutu lan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi zamanı müəyyən edilən pozuntu halında tərtib olunur. Qeyd olunan nəzarəti isə yalnız tədbir zamanı həyata keçirmək mümkündür. Cavabdeh isə operativ vergi nəzarəti tədbiri müddətində iddiaçının elektron qaimə-faktura təqdim olunmadan hər hansı satış həyata keçirdiyini müəyyən etməmiş, tədbirdən əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarına münasibətdə maliyyə sanksiyası tətbiq etmişdir.

12. Bundan başqa, maliyyə sanksiyasının tətbiq olunduğu 330960,17 manat məbləğin hansı qaydada müəyyən olunmasına dair cavabdehin etirazında hər hansı izah mövcud deyil. Cavabdeh tərəfindən tərtib olunan DVX 000119 nömrəli aktda 9 çeşid mal göstərilmiş, həmin malların satış qiymətinin hansı formada müəyyən edilməsinə dair hər hansı əsa s qeyd olunmamışdır. Məhkəmə həmçinin bildirir ki, iş materialında iddiaçının tədbirdən öncə satdığı malları həqiqətən digər vergi ödəyicilərinə satması barədə hər hansı sübut (digər vergi ödəyicilərinin izahatı, əvvəlki dövrün nəzarət tədbiri, nəzarət qaydasında mal alqısı və s.) mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, operativ vergi nəzarəti tədbiri nəticəsində qəbul olunan xx.xx.2022-ci il tarixli qərar əsassız olduğundan ləğv olunmalıdır.

13. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli, **********576800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara münasibətdə isə qeyd edilməlidir ki, həmin qərarda əlavə vergi hesablaması məbləği 1989 manat görünsə də, şəxsi hesab vərəqəsində həmin məbləğ 949941,5 manat kimi əks olunmuşdur. İddiaçının izahatı ilə və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh daha əvvəl xx.xx.2023-cü il tarixli qərarla 947952,48 manat məbləğində vergi hesablamış, sonradan həmin qərarı ləğv etmişdir. Bu səbəbdən hazırkı mübahisələndirilən qərarın əsaslandırılması yalnız 1989 manat hissədə mövcuddur. İddiaçı qeyd olunan halı qərarın tam ləğvi üçün əsas hesab etsə də, məhkəmə qeyd olunanları cavabdehin proqram təminatının texniki uyğunsuzluğu olaraq qiymətləndirir və qərarın tam ləğvi üçün əsaslı hesab etmir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin əməliyyatları şəxsi hesab vərəqəsində əks olunur və orada xx.xx.2023-cü il tarixli qərarla hesablanmış vergi məbləği 949941,5 manat göstərilmişdir.

14. Hesablamanın mahiyyətinə gəldikdə isə, iddiaçı fəaliyy ətə başladığı dövrdən bütün idxal yük-gömrük bəyannamələrini məhkəməyə təqdim etmişdir. Aparılan araşdırma zamanı iddiaçının mal alışının invoys dəyəri 7397351,72 manat olduğu halda, cavabdehin həmin dəyəri statistik dəyərlə 10359425,41 manat kimi götürdüyü müəyyən edilmişdir. Həmçinin, cavabdeh operativ vergi nəzarəti tədbiri zamanı iddiaçının nümayəndəsinin izahatını əsas götürməklə müəyyən olunan əskik gəlməyə 10 faiz ticarət əlavəsi tətbiq etmiş və yekunda 947952,48 manat məbləğində ƏDV üzrə hesablama aparmışdır. Məhkəmə bununla bağlı bildirir ki, Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyy ənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmçinin, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Yəni vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh göstərilən normaların tələblərinə zidd olaraq malların alışını invoys dəyəri ilə nəzərə almamışdır. Həmçinin, iddiaçının idxal etdiyi mallar araşdırılarkən müxtəlif çeşiddə malların mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda, bütün malların üzərinə ayrı-ayrı dövrlər üzrə bazar qiyməti müəyyən edilmədən 10 faiz ticarət əlavəsinin tətbiq edilməsi vergi qanunvericiliyinin tələblər inə ziddir.

15. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə “X1” MMC-dən (VÖEN: **********) əldə etdiyi ümumi dəyəri 11050 manat (ƏDV-si 1989 manat) təşkil edən EBBV seriyalı, 439821 nömrəli elektron qaiməfaktura iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində tam qaydada əvəzləşdirilmiş, lakin 2022-ci ilin dekabr ayının ƏDV bəyannaməsində həmin elektron qaimə-faktura təkrar əvəzləşdirilmişdir. Bu səbəbdən qərar həmin hissədə də əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının aldığı mallar invoys dəyəri ilə nəzərə alınmalı, tətbiq edilmiş 10 % ticarət əlavəsi əsassız olduğundan hesablamadan xaric edilməlidir. Belə olduğu halda, məhkəmə araşdırması ilə iddiaçı barəsində aparılmış hesablamanın 738685,71 manat məbləğdə əsassız olması müəyyən olunur: 7397351,72 (invoys) + 2135920,65 (e-qaimə-alış) – 1188489,37 (mal qalığı) – 7171139,71 (e-qaimə-satış) = 1 173643.29 x 18% = 211255,79 manat. 949941,5 - 211255,79 = 738685,71 manat. Beləliklə, xx.xx.2023-cü il tarixli qərar 213244,79 manat (211255,79+1989) hissədə əsaslıdır, qalan hissədə ləğv edilməlidir.

16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və İkram Şirinov) 13 dekabr 2023cü il tarixli, 2-1(103)-4257/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən – iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunan hissəsində rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məc əllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilm əsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edi lməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 711.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllə nin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən ş əxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə

143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa bor cludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma z amanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qəra rdad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Hazırkı icraat ç ərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olun an normaları baxımından iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün, eləcə də hazırkı kassasiya baxışının predmeti olan mübahisələndirilən kameral vergi qərarının 213244,79 manat məbləğində vergi borcunu müəyyən edən hissəsi istisna olmaqla, qalan hissədə ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Hazırkı mübahisəyə münasibətdə iş üzrə cavabdeh iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4607 nömrəli qərar qəbul etmişdir.

34. Bununla bağlı nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə, yalnız həmin əsaslardan (verg i orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər.

35. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş ha llarından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********4607 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (qərarda sadəcə Vergi Məcəlləsinin müvafiq maddələrinə ümumi şəkildə istinad mövcuddur). Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri və şəxsin müdafiə hüququnun səmərəliliyi baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

36. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsasl arının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah e tməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.

37. Qeyd edilməlidir ki, cavabdeh vergi orqanı bu və ya digər yoxlama növünü seçməkdə, həmçinin Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında hə yata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə nəzarəti həyata keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda diskresion səlahiyyətindən niyə məhz bu qaydada və hansı əsaslara görə istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.

38. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4607 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tə ləblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir.

39. Bundan əlavə, formalaşmış məhkəmə təcrübəsinə və Ali Məhkəmənin hüquqi mövqeyinə zidd olaraq, hazırkı iş üzrə də cavabdeh tərəfindən operativ nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan əməliyyatlar üzrə deyil, operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilmiş əməliyyatlar və satış dövriyyələri əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr ərzində baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir və bu da, ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakterinə uyğun deyildir.

40. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, c avabdeh Ali Məhkəmənin bununla bağlı formalaşmış hüquqi mövqeyini nəzərə almağa və həmin mövqeyə uyğun davranmağa borcludur. Belə ki, Ali Məhkəmə tərəfindən operativ vergi nəzarəti tədbiri nəticəsində qəbul edilmiş qərarların mübahisələndirilməsinə dair analoji işlər üzrə vergi orqanlarının həmin tədbir çərçivəsində həyata keçirilən davranışlarına, iddiaçının operativ vergi nəzarəti tədbirinin keçirildiyi dövrə aid olmayan müddət üzrə fəaliyyətinin həmin tədbir çərçivəsində yoxlanılmasına vergi qanunvericiliyinin müddəaları baxımından hüquqi qiymət verilmiş və belə davranışın həmin normalara zidd olduğu ifadə olunmuşdur (bununla bağlı ətraflı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-533/2023 nömrəli və xx.xx.2023-cü il tarix li, 2-1(102)-1065/2023 nömrəli qərarları).

41. Həmçinin nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərarın qəbulu üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları müəyyən etməyə borcludur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktının, eləcə də vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

42. Eyni zamanda, mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinə uyğun olaraq idxal olunmuş malların faktiki (invoys) dəyərini deyil, gömrük orqanları tərəfindən müəyyən olunan statistik dəyərini əsas götürməklə iddiaçıya vergi hesablamışdır.

43. Halbuki, oxşar mübahisələr üzrə cavabdehin qərarlarından verilmiş inzibati şikayətlərə dair yuxarı vergi orqanının formalaşdırdığı inzibati praktikaya əsasən, cavabdehin tabe olduğu yuxarı orqan bu cür hesablamalara dair qərarları ləğv e tmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin inzibati praktika nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələblərinə əməl olunmamış və həmin tələblərə zidd olaraq mübahisələndirilən qərar qəbul olunmuşdur.

44. Bundan əlavə, cavabdeh tərəfindən oxşar mübahisələrə dair işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi də nəzərə alınmamışdır. Həmin hüquqi mövqeyə görə, statistik dəyər əsasında cavabdeh tərəfindən vergilərin hesablanması qanunsuz sayılmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-177/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(102)-199/2024 nömrəli qərarları).

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd e dir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

46. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya ş ikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə iddiaçı kassasiya instansiyası məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, **********576800 nömrəli qərarın 213244,79 manat hissəsi istisna olmaqla, qalan hissədə icrasının dayandırılmasını xahiş etmişdir.

48. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının tələbi aşağı məhkəmələr tərəfindən qismən təmin olunmuş, hazırkı məhkəmə icraatında cavabdehin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən s axlanılmışdır. Bu baxımdan iddiaçının həmin qərardan müvəqqəti xarakterli müdafiə tədbiri vasitəsi ilə müdafiə marağı da mövcud deyil. Belə ki, İPM-in 44.4-cü maddəsinə əsasən, müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Odur ki, müvəqqəti xarakterli müdafiə barədə ərizəyə baxılmasına və bu barədə əlavə qərardad çıxarılmasına lüzum qalmır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2-1(103)-4257/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. İddiaçının müvəqqəti xarak terli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar