Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1256/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımının təyin olunduğu tarixdən əvvəlki dövr üzrə müvafiq yardımın ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əvvəlki dövr üzrə ünvanlı dövlət sosial yardımının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2024-cü il tarixli, 2-1(105)-1048/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2023-cü il tarixdən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanına qeydiyyata alınmış, daha sonra onun ailəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 77,56 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, ailəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ünvanlı dövlət sosial yardımının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda iddiaçının müraciətini n təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının VEMTAS-a daxil edilmiş müraciəti əsasında iddiaçının ailəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 77,56 manat məbləğində sosial yardım təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ailəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı minimum maaşla işləyir, sosial işçidir, daimi ünvanlı dövlət sosial yardımı alır. Onun övladı X1 əyani ali təhsil alır və o, övladın ı təkbaşına böyüdür. Keçmiş həyat yoldaşı övladı körpə olan zaman məhkəmə qərarı ilə atalıq hüququndan məhrum edilmişdir. 2022-ci ilin son aylarında onların xəbəri olmadan Abşeron rayon Polis İdarəsinin inzibati binasından qeydiyyatdan çıxarılmışlar. Bu səbəbdən də ünvanlı dövlət sosial yardımı ala bilməmişlər. 2023-cü ilin sentyabr ayında yenidən həmin ünvana qeydiyyata alınmış, oktyabr ayında isə şəxsiyyət vəsiqələri aktivləşmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət etsə də, ona keçmiş dövr üçün ünvanlı dövlət sosial yardımı təyin olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının ailəni təmsil edən şəxs qismində ünvanlı sosial yardımın alınması ilə bağlı VEMTAS-a daxil etdiyi xx.xx.2023-cü il ta rixli müraciəti əsasında sistem tərəfindən avtomatlaşdırılmış qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.22-ci bəndinə uyğun olaraq, onun 2 nəfərdən ibarət ailəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçının sözügedən müraciətindən əvvəlki, yəni xx.xx.2021-ci il tarixli müraciətinə isə Qaydaların 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizinə bərabər və ya ondan yuxarı olması səbəbind ən imtina verilmişdir. 2021-ci il üçün ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun məbləği 196 manat təşkil etdiyindən, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği 29,4 manat (196x15%=29,4) olduğu halda, iddiaçının ailəsinin adambaşına düşən təkcə rabitə xərclərinin məbləği 36 manat təşkil etmişdir. Bu isə, iddiaçıya verilmiş imtinanın qanunauyğunluğunu təsdiq edir. Beləliklə, iddiaçının tələbi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımının təyin edilməsi olsa da, xx.xx.2021-ci il tarixdən (imtina tarixi) xx.xx.2023-cü il tarixədək (təyinat tarixi) VEMTAS-a müraciəti olmamışdır. Müraciət etdiyi tarixdən isə onun ailəsinə VEMTAS tərəfindən 77,56 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Gör ündüyü kimi, iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımının təyin edilməsinin mümkün olmamasının səbəbi iddiaçının VEMTAS-a müraciət etməməsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin ilk şərti şəxsiyyəti təsdiq edən sənədin olmasıdır. İddiaçının şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən müraciət zamanı onun tələb olunan ərizəni notarial qaydada təsdiq etdirməsi mümkün olmamışdır. Bu hal aradan qaldırıldıqda isə iddiaçıya xx.xx.2023-cü il tarixdən VEMTAS tərəfindən sosial yardım təyin edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Vəfa Əzizova) 16 iyul 2024-cü il tarixli, 2-1(118)-2918/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nə ticəni onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımının təyin edilməsinin mümkün olmamasının səbəbi iddiaçının VEMTAS-a müraciət etməməsi olmuşdur. İddiaçı VEMTAS-a müraciət edə bilməməsi səbəbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhərinin müvafiq polis idarəsinin inzibati binasından qeydiyyatdan çıxarıldığından iddiaçının və oğlunun şəxsiyyət vəsiqələri deaktiv olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “Ünvanlı sosial yardım haqqında” Qanunun 8.1-ci maddəsinə görə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Göründüyü kimi, qanunverici ünvanlı sosial yardımın təyin edilmə vaxtını müraciət etmə anından müəyyən etmişdir və əvvəlki dövr üçün ünvanlı sosial yardı mın təyin edilmə imkanlarını nəzərdə tutmamışdır
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Toğrul Axundov və Vahid Hacıyev) 20 noyabr 2024cü il tarixli, 2-1(105)-1048/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möveyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən ünvanlı dövlət sosial yardımı onu almaq hüququ olan şəxs tərəfindən edilən müraciət (ərizə) əsasınd a təyin edilir. Başqa sözlə, bu müraciət ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı inzibati icraatın başlanması üçün əsasdır. Hansı ki, bu ərizə notariat qaydasında təsdiq edilməlidir. Ərizənin notariat qaydasında təsdiq edilməsi üçün isə, bir qayda olaraq müraciət edən şəxsin etibarlı şəxsiyyət vəsiqəsi təqdim edilməlidir. Hazırkı işin tərəflər arasında mübahisələndirilməyən hallarından isə müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edilməmiş, bunun səbəbi isə iddiaçı və onun ailə üzvü olan oğlunun qeydiyyatda olduqları Abşeron rayon Polis İdarəsinin inzibati binasından qeydiyyatdan çıxar ıldıqlarından şəxsiyyət vəsiqələrinin deaktiv olması olmuşdur. Daha sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçı və onun ailəsinin pasport qeydiyyatları bərpa edilərək şəxsiyyət vəsiqələri aktiv edilmiş, cavabdeh orqana növbəti müraciəti əsasında onlara xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən dövr ərzində ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı cavabdehə müraciət edilmədiyindən, hazırkı halda cavabdehin keçmiş dövr üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsinə dair öhdəliyi də yoxdur. Bu baxımdan, hazırkı işin hallarından iddiaçının cavabdeh tərəfindən sosial təminat hüququnun hər hansı şəkildə pozulması v ə ya onun sosial vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi müəyyən edilmir.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — s osial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə
3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” 2.1 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya pa tron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq “Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS)” göndərir. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasında n imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qər arının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahi yyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunduğu xx.xx.2023-cü il tarixədək olan 10 aylıq dövr üzrə (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) ünvanlı dövlət sosial yardımının ödənilməsinə nail olmaqdan ibarətdir.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının ailəsinə xx.xx.20 23-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımının ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Beləliklə, yuxarıda i stinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2024-cü il tarixli, 2-1(105)-1048/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.