Məhkəmə qərarları › İş №2-1(102)-1259/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1259/2025

03.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1259/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İmişli rayonu Qulubəyli bələdiyyəsinə (üçüncü şəxslər X8, X9 və X11) qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkün sayılmaması; subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İmişli rayonu Qulubəyli bələdiyyəsinə (üçüncü şəxslər X8, X9 və X11) qarşı “Cavabdeh 29 oktyabr 2014-cü il tarixli protokolunun (qərarının) ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 13 yanvar 2025-ci il tarixli, 2-1(106)-19/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 oktyabr 2014-cü il tarixli protokolunun etibarsız hesab olunmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1996-cı ildə İmişli rayonu Qulubəyli kəndində torpaq islahatı aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı Qaydaları”na Əlavəyə əsasən, “Torpaqların alqı-satqısına dair” akt əsasında atası X 16 məxsus İmişli rayonu, Qulubəyli kəndində yerləşən həyətyanı torpaq sahəsinə bitişik olan torpaq sahəsindən, müraciəti əsasında ona 22 noyabr 2007-ci il tarixində İmişli rayonu Qulubəyli bələdiyyəsinin qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ona aid olan torpaq sahəsinin plan və ölçü sənədləri isə 20 iyul 2009-cu il tarixdə, AN 188717 nömrəli sənədlə ona verilmişdir. Ona verilmiş 0,06 ha torpaq sahəsi atasının həyəti ilə qonşuluqda olmaqla, bitişik formada yerləşir. Həmin torpaq sahəsi 1982-ci il tarixindən hazırkı vaxta kimi, yəni 36 ildir ki, onların ailəsinin faktiki istifadəsindədir. Məftil və qamışla çəpərə salınmışdır. Həmin yerdə atasıgilə məxsus çəpərlənmiş ot tayası da vardır. Lakin İmişli rayonu Qulubəyli kənd bələdiyyəsinin sabiq sədri Nümayəndə1 “Bələdiyyə tor paqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin tələblərini kobud surətdə pozaraq, ayrılmış torpaq sahəsinə dair ilkin sənədlərin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinə vaxtında təhvil verilməsini təmin etməmişdir. Bələdiyyə sədrinin qanunsuz hərəkətlərinin davamı olaraq Qulubəyli kənd bələdiyyəsi xx.xx.2013-cü il tarixli, 11 nömrəli protokol qərarı ilə ona fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarını qanunsuz və əsassız olaraq ləğv edib, torpaq sahəsinin satılmasına dair bağlanmış müqaviləni birtərəfli pozmuşdur. Bununla bağlı məhkəməyə müraciət edib, Qulubəyli kənd bələdiyyəsinin xx.xx.2013-cü tarixli, 11 nömrəli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli, 2(036)-1472/2013 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, İddiaçı 0,06 ha torpaq sahəsinin ayrılmasına dair Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və torpağa görə bələdiyyənin hesabına köçürülmüş pulunun alıcıya qaytarılması barədə Qulubəyli kənd bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli, 11 nömrəli protokol qərarı etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Qulubəyli kənd bələdiyyəsinin sabiq sədri Nümayəndə1 təqsirindən İmişli rayonu Qulubəyli kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarı ilə ona ayrılmış həmin 0,06 ha həyətyanı torpaq sahəsinə dair çıxarışı bu günə kimi ala bilməmişdir. Qulubəyli bələdiyyəsinin təqsirindən qonşuluqda yerləşən, həyətyanı torpağına bitişik mübahisəli torpaq sahəsi qanunsuz olaraq, həmin sahədən təxminən 2000 metr aralıda yaşayış yeri olan X8 Qulubəyli bələdiyyəsinin 29 oktyabr 2014-cü il tarixli, 13 nömrəli qərarı ilə satılmışdır. Həmin vaxt X3 bələdiyyəsinin sədri, Nümayəndə1 isə bələdiyyə üzvü olmuşdur. X8 qanunsuz olaraq verilmiş həmin mübahisəli 0,06 ha torpaq sahəsi alqı-satqı yolu ilə qohumu - bacısının əri və dayısı oğlu X1. X6 həyətinə iki müxtəlif yerdən gediş-gəliş yolu olmasına baxmayaraq, onun istifadəsində olan həmin 0,06 ha həyətyanı torpaq sahəsindən X9 qanunsuz olaraq əlavə gediş-gəliş yolu da verilmişdir. Həmin mübahisəli 0,06 ha torpaq sahəsinin üstünd ə 10 ildir ki, X12 ilə aralarında məhkəmə çəkişməsi aparılır. Dəfələrlə həmin torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsə də, həmin 0,06 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış ala bilməmişdir. Həmin 0,06 ha torpaq sahəsi və həmin ərazidən verilmiş avtomobil yolu ilə bağlı uzun müddət məhkəmə mübahisələri olmasına baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəis müavini Namiq Zeynalovun imzaladığı və verdiyi 18 yanvar 2018-ci il tarixli, **********56 nömrəli məktubla atası X16 cavab verilmişdir ki, “İmişli rayonu Qulubəyli kəndi ərazisində yerləşən ona və oğluna məxsus həyətyanı torpaq sahəsinə kənar şəxslər tərəfindən müdaxilə edilməsi ilə əlaqədar yaranmış problemin həllinə köməklik göstərilməsi barədə 04 yanvar 2018-ci il tarixli ərizəyə Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətində baxılmışdır. Ona və oğluna məxsus həyətyanı torpaq sahəsində Xidmətin 6 saylı Ərazi İdarəsinin və İdarənin İmişli rayon şöbəsinin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılmamışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, müraciətdə qeyd edilən həyətyanı torpaq sahəsi ilə bağlı İmişli rayonu Qulubəyli bələdiyyəsi və vətəndaş X13 ilə aralarında məhkəmə mübahisəsi vardır və hazırda iş üzrə məhkəmə mübahisəsi davam edir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi daxil olduğu təqdirdə, qanunamüvafıq tədbirlər həyata keçiriləcəkdir”. Həmçinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ədalət Salmanovun imzaladığı 19 yanvar 2018-ci il tarixli, **********92 nömrəli məktubla cavab verilmişdir ki, “İstifadənizdə olan həyətyanı torpaq sahəsi ilə bağlı qanuni tədbirlərin görülməsinə köməklik göstərilməsi barədə xx.xx.2018-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Müraciətinizdə qeyd edirsiniz ki, xx.xx.2018-ci il tarixdə bələdiyyənin sədri və Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəsisləri tərəfindən həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Bildiririk ki, halhazırda “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr x əritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair” Tədbirlər Planına uyğun olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzinin 6 saylı Beyləqan Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri İmişli rayonunda mövcud olan yaşayış məntəqələrinin ərazilərində vətəndaşlara məxsus həyətyanı torpaq sahəl ərində müvafiq yerquruluşu işlərini həyata keçirirlər. Bununla əlaqədar aparılan yerquruluşu işlərində müraciətinizdə əlavə edilmiş sənədlərin nəzərə alınması ilə bağlı Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 6 saylı Beyləqan Layihə-Tədqiqat İdarəsinə tapşırıq verilmişdir. Bunlara baxmayaraq, həmin 0,06 ha torpaq sahəsi ilə əlaqədar məhkəmələrdə mübahisələri olduğu halda, İmişli rayonu Qulubəyli kənd bələdiyyəsinin sabiq sədri Nümayəndə1 həmin torpaq sahəsini X9 vermək üçün, qanunsuz və əsassız olaraq, saxtakarlıq edərək, köhnə tarixlə X6 yaxın qohumu- həm dayısı oğlu, həm də bacısının əri X7 adına sənədləşdirmişdir. Lakin bu barədə Qulubəyli bələdiyyəsində qanuni və əsaslı sənədləşmə aparılmamışdır. Ona görə də bununla bağlı Qulubəyli bələdiyyəsində heç bir sənəd, protokol aşkar olunmamışdır. Qulubəyli bələdiyyəsinin sədri Əmrah Astanovun sorğuya cavab olaraq imzaladığı və verdiyi xx.xx.2018-ci il tarixli, 14 nömrəli məktubunda göstərilir ki, Qulubəyli kənd sakini X7 adına Qulubəyli kənd sakini İddiaçı, Qulubəyli kənd sakini X6 və X15 qonşuluğunda yerləşən 0,06 ha torpaq sahəsinin verilməsi və ya kimlərə verilməsi barədə 2016-2017-ci illərdə Cavabdehndə heç bir hüquqmüəyyənedici sənəd, ərizə, sərəncam, qərar olmamışdır. 29 oktyabr 2014-cü il tarixli, 13 nömrəli iclas protokolunda X8 0,06 ha həyətyanı məqsədilə torpaq sahəsi ayrılmışdır. 18 dekabr 2014-cü il tarixdə 768 nömrə ilə X22 kitabında uçota alınmışdır. Həmin 0,06 ha torpaq sahəsinin X7 adına 18 dekabr 2014-cü il tarixdə 768 nömrə ilə X22 kitabında uçota alınması tam qanunsuzdur. Həmin 0,06 ha torpaq sah əsinin 29 oktyabr 2014-cü il tarixli, 13 nömrəli iclas protokolu ilə X8 həyətyanı məqsədilə torpaq sahəsi ayrılması tam saxtadır, qanunsuz və əsassızdır. Həmin qeydlər köhnə tarixlə, 2017ci ildə yazılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi Qasım Əliyevin imzaladığı 22 may 2018-ci il tarixli, **********58 nömrəli məktubunda göstərilmişdir ki, X9 məxsus 0,06 ha həyətyanı torpaq sahəsinin və X16 məxsus fərdi yaşayış evinin yerləşdiyi 0,83 ha həyətyanı torpaq sahəsinin xəritə üzərində yerinin göstərildiyi kəndaltı xəritədən çıxarışın hazırlanması ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzinə müraciət etməyiniz qanunamüvafiq hesab edilir. Bu yaxınlarda onlara m əlum olmuşdur ki, Qulubəyli bələdiyyəsinin sabiq sədri Nümayəndə1 2017-ci ildə köhnə tarixlə, yəni 2014-cü il tarixli sənədlə bələdiyyə sədri kimi verdiyi saxta sənədlə X14 mübahisəli həmin 0,06 ha torpaq sahəsini öz adına özəlləşdirmiş və həmin torpaq sahəsini İmişli rayonu 2 saylı notariat kontorunda yaxın qohumu, həm bibisi oğlu, həm də qaynı olan X9 alqı-satqı müqaviləsi əsasında satmışdır. Hesab edir ki, Qulubəyli kənd bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 11 nömrəli protokolunun etibarsız hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, İddiaçı Qulubəyli kəndində həyətlərinə bitişik 0,06 ha torpaq sahəsinin ayrılmasına dair Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarı məhkəmə qətnaməsi ilə qüvvədə saxlanıldığından, Qulubəyli bələd iyyəsinin sabiq sədri Nümayəndə1 tərəfindən X7 adına Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 13 nömrəli protokolu ilə həmin 0,06 ha torpaq sahəsinin satılması tam qanunsuz və əsassızdır. İmişli Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(036)-820/2018 nömrəli qərarı ilə üçüncü şəxs R.Məmmədovun iddia tələbi təmin edilmiş və Xalıq Ocaqov və İddiaçı üzərinə torpaqdan çıxma öhdəliyi qoyulmuşdur. Həmin qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər versə də, şikayətləri təmin edilməmişdir. Məhkəmə prosesləri gedişatında onun Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 13 nömrəli protokolunun mövcudluğu barədə məlumatı olmuşdur. Ona görə də hesab edir ki, həmin mübahisəli 0,06 ha torpaq sahəsinin cavabdeh tərəfindən X2 dair xx.xx.2014-cü il tarixli, 13 nömrəli protoko l məhkəmə qaydasında ləğv olunmalıdır.

3. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1730/2019 nömrəli qərardadı ilə X12 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

4. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1730/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh 29 oktyabr 2014-cü il tarixli protokolu (qərarı) inzibati aktdır. Həmin inzibati akt Cavabdeh tərəfindən qəbul edilmiş, bələdiyyənin həmin qərarı qəbul etmək səlahiyyəti olmuş, qərar rəsmi sənəd formasında qəbul edilmişdir, iddiaçıdan inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt deyildir, icrası mümkün olan inzibati akt dır və X8 ünvanlandığı aydın şəkildə görünür. Sözügedən inzibati aktın etibarsız hesab edilməsi üçün qanunvericilikdə qeyd olunan şərtlərdən heç biri mövcud deyildir.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(106)-165/2020 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1730/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, apellyasiya instansiy ası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli, 2-1(102)-1435/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(106)-165/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

11. Həmin qərarda qeyd edilmişdir ki, əgər mübahisə 22 noyabr 2007-ci il tarixli qərar əsasında iddiaçıya satılmış torpaq sahəsi ilə xx.xx.2014-cü il tarixli qərar əsasında üçüncü şəxs R.S.Məmmədova satılmış torpaq sahəsinin eyni torpaq sahəsi olması ilə bağlıdırsa, onda a pellyasiya instansiyası məhkəməsi iddiaçıya satılmış torpaq sahəsi ilə üçüncü şəxs R.S.Məmmədova satılmış torpaq sahəsinin eyni torpaq sahəsi olubolmamasını araşdırmalı, cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarla torpaq sahəsini üçüncü şəxs R.S.Məmmədova satarkən torpaq sahəsinin cavabdehin mülkiyyətində olubolmamasını müəyyən etməli, bu səbəbdən cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarı qəbul edərkən onun səlahiyyətli olub-olmamasına hüquqi qiymət verilməlidir. Lakin apellyasiya məhkəməsi belə araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Mübahisə 22 noyabr 2007-ci il tarixli qərarla iddiaçıya satılmış torpaq sahəsindən kənarda yerləşən torpaq sahəsi ilə bağlı olduğu halda, iddianın mümkünlük şərtləri, o cümlədən iddiaçının həmin torpaq sahəsinə subyektiv hüquqa malik olması, i nzibati aktın etibarsızlığına əsas olan “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu müəyyən edilməlidir. Apellyasiya məhkəməsi bu istiqamətdə də araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Apelyasiya məhkəməsinin mövqeyinə görə, mübahisə olunan torpaq sahəsi üçüncü şəxsə ayrıldıqdan sonra dövlət reyestrində qeydiyyatdan keçmiş, sonra alqı-satqı əsasında başqa şəxsin mülkiyyətinə keçmişdir və bu barədə, məhkəmə qərarları vardır. Həmin qərarlar preyudisial qüvvəyə malikdir. Hazırkı mübahisənin predmeti cavabdehin 29 oktyabr 2014-cü il tarixli qərarıdır və işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında cavabdehin 29 oktyabr 2014cü il tarixli qərarının etibarsızlığına baxılmamışdır. Odur ki, tərəflər arasında torpaq mübahisəsi ilə bağlı işdə olan məhkəmə qərarları hazırkı işdə preyudisial qüvvəyə malik deyildir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2-1(106)-618/2020 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)1730/2019 nömrəli qərarı ləğv edilmiş və təkrar baxılması üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddia tələbi inzibati aktın etibarsızlığı barədədir və inzibati aktın etibarsızlığı ilə bağlı əsaslar “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində əksini tapmışdır. Hazırkı vəziyyətdə belə əsaslar olmadığı h alda, iddiaçının hüquqi marağı nəzərə alınmaqla, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, yanlış iddia növünün münasibi ilə əvəz olunmasında proses iştirakçılarına yardım edilməli, o cümlədən iddia növünün mübahisələndirmə haqqında iddia ilə əvəz edilərək inzibati aktın ləğvi ilə bağlı məsələ müzakirə edilməlidir. Hazırkı mübahisə üzrə iddiaçıya iddia növünün münasibi ilə əvəz olunmasında zəruri yardım göstərilməli olduğundan və belə yardımdan sonra iddiaçı iddia növünün mübahisələndirmə haqqında iddia ilə əvəz edəcəyi halda, bunun, yəni yanlış iddia növünün münasibi ilə əvəz edilməsinin apelyasiya mərhələsində mümkün olması qanunvericiliklə nəzərdə tutulmadığından həmin məsələ birinci instansiya məhkəməsində həll edilməlidir. d) birinci i nstansiya məhkəməsində ikinci icraat

14. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-577/2021 nömrəli qərardadı ilə X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

15. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-577/2021 nömrəli qərardadı ilə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsi qəbul edilmiş, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmış, iddia tələbinə isə “Cavabdeh 29 oktyabr 2014-cü il tarixli protokolunun (qərarının) ləğv edilməsi” kimi baxılması qərara alınmışdır.

16. Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(112)-5/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 0,06 ha torpaq sahəsinin 29 oktyabr 2014-cü il tarixli, 13 nömrəli iclas protokolu ilə X8 həyətyanı məqsədilə satılmasının tam saxta, qanunsuz və əsassız olması, həmin qeydlərin köhnə tarixlə, yəni 2017-ci ildə yazılmasını bildirmiş, həmin qərarın sonradan, əvvəlki tarixə “düzəldilməsi” barədə dəlil irəli sürsə də, məhkəmə araşdırmaları zamanı bu fakt öz təsdiqini tapmamışdır. İddiaçı da bu barədə heç bir mötəbər sübuta istinad edə bilmir. Odur ki, iddiaçının bu dəlili mülahizə xarakteri daşıyır. Hazırkı iş üzrə iddiaçı tərəfindən ləğv olunması tələb edilən İmişli rayonu Qulubəyli bələdiyyəsinin 29 oktyabr 2014-ci il tarixli protokolunun (qərarının) qanunun tələbləri pozulmaqla qəbul edilməsi halları müəyyən edilmədiyindən iddia əsassızdır. İddiaçının ləğvini tələb etdiyi bələdiyyə qərarı qanunvericiliyin normalarına riayət edilməkl ə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna aid olmuşdur. Bələdiyyənin qərarı əsasında üçüncü şəxsə verilmiş torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir sübut mövcud deyildir və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir.

18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

19. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2-1(106)-19/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(120)-05/2023 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi b irinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qərardadını onunla əsaslandırmışdır ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün iddiaçının subyektiv hüququnun olması vacib şərtdir ki, həmin hüquq qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Şərh olunan hüquq normasının tələbindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələb üzrə iddiaçının subyektiv hüququnun olması üçün, mübahisələndirilən Cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarı əsasında üçüncü şəxsə satılmış torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsi eyni ərazi olmalıdır (yəni, tam və ya qismən üst-üstə düşməlidir). Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətinin dəlili kimi mübahisəli torpaq sahəsinin ona məxsus olmasını bildirsə də, bu halı təsdiq edən hər hansı m ötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı həmin torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə yerquruluşu ekspertizası təyin edilərkən obyektiv həqiqətə nail olmaq və ekspertiza tədqiqatında nəzərə alınması üçün tərəflərə torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı istinad etdikləri sənədlərin və məlumatların təqdim edilməsinə şarait yaradılmış və həmin sənəd və məlumatlar iş materiallarına əlavə olunaraq məhkəmənin qərardadı ilə ekspertə və mütəxəssisə təqdim edilmişdir. Yəni, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli, 2-1(102)-1435/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqedən çıxış ed ərək, Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin sənəd üzrə yerinin təsbit edilməsi ilə bağlı mümkün olan bütün zəruri araşdırmanı aparmışdır. Qanunvericilik hər bir halda torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin yerdə (naturada) hüdudlarının müəyyən edilməsini vacib şərt kimi müəyyən etmişdir. Məhz, həmin sənəd olduqdan sonra torpaq sahəsi üzərində hüquqlar qüvvəyə minir və ayrılmış torpaq sahəsinin dəqiq yeri və hüdudları müəyyən edilib, həmin sahəyə dair müraciət edənin hüquqlarını təmin etmək mümkün olur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin sənəd üzrə yeri naturada müəyyən edilməmişdir və yerqu ruluşu planı mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 16 oktyabr 2024-cü il tarixli, 10/2335 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsi ilə bağlı torpaq qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə tərtib və təsvir edilmiş yerquruluşu planı təqdim olunmadığına görə, Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Torpağın ayrıldığı zaman cavabdeh Qulubəyli bələdiyyəsinin sədri işləmiş Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh tər əfindən 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərar ilə İddiaçı satılmış torpaq sahəsi sonuncunun hazırda iddia etdiyi yerdən 800 metr aralıda yerləşir. Yəni, Qulubəyli bələdiyyəsinin 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya hazırda mübahisələndirilən torpaq sahəsi deyil, həmin torpaq sahəsindən təqribən 800 metr aralıda yerləşən ərazi (torpaq sahəsi) təhkim edilmişdir və iddiaçı həmin torpaq sahəsindən istifadə etmişdir. Hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur. İddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri kimi ona məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halının mövcud olması tələb edilir. Başqa sözlə, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o v axt olacaqdır ki, ona məxsus torpaq sahəsi inzibati orqan tərəfindən başqa şəxsə satılmış olsun. İş materiallarında olan sənədlərdən (ekspert rəyindən), tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin hazırda mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni, iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri müəyyən edilmədiyindən, həmin torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşməsi halı müəyyən olunmur. Odur ki, iddiaçı Cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır və hazırkı iddianı qaldırmaq üçün onun subyektiv hüququ olmamışdır. İddiaçının subyektiv hüququnun olmaması isə, qeyd edilən torpaq sahəsinə dair qərarın ləğv edilməsini tələb etm ək imkanını istisna edir.

21. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

22. İddiaçı kassasiya şikayətində iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad etmiş, həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı mübahisənin eyni torpaq sahəsi üzərində getməsi çoxsaylı dəlillərlə sübut olunsa da, məhkəmə qeyri-müəyyən mütəxəsis rəyini əsas götürərək iddianın mümkünsüz olması qənaətinə gəlmişdir. Bundan əlavə Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəydən görünür ki, Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 nö mrəli qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsi ilə bağlı torpaq qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə tərtib və təsvir edilmiş yerquruluşu planı təqdim olunmadığına görə Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsi ilə bağlı torpaq qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə tərtib və təsvir edilmiş yerquruluşu planı təqdim olunmadığına görə Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığı üçün Cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarı ilə X4 torpaq sahəsi ilə Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və həmin tarixli müqavilə ilə İddiaçı satılmış torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmadığını, yəni üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, ekspertiza birmənalı şəkildə bildirmir ki, mübahisəli torpaq sahəsi eyni torpaq deyil, bildirir ki, müəyyən edə bilmirik, bu torpaqlar eynidir, ya yox. Bu rəydən görünür ki, ekspert nə müsbət, nə də mənfi bir cavab vermir, ümumiyyətlə cavab vermir.

23. Məhkəmə sübut kimi təqdim etdiyi hazırkı iş üzrə üçüncü şəxs kimi tanınmış X6 iddiası üzrə işə baxan İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-820/2018 nömrəli qətnaməsi məhkəmə tərəfindən düzgün qiymətləndirilmir. Əgər o nun torpağı ilə üçüncü şəxslərin torpağı eyni deyildisə, onda niyə onların oradan çıxarılmağı, 06 sot torpaq sahəsinin İddiaçı alınaraq X9 verilməsi və onun əmlakı ilə öz mülahizəsinə görə davranmaq imkanı cavabdehlər İddiaçı və Ocaqov Xalıq tərəfindən tanınması qət olunurdu? Mübahisənin eyni torpaq sahəsi üzərində getməsi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsinin cavabdeh İmişli rayonu Qulubəyli bələdiyyəsi tərəfindən onun və 3-cü şəxsin xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin eyni torpaq sahəsi olmaması ilə bağlı gəldiyi nəticə tamamilə əsassızdır. Bundan əlavə, işə əlavə edilmiş İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 44 nömrəli arayışı da sübut kimi qiymətləndirilmir. Belə ki, həmin arayışda q eyd olunmuşdur ki, 600 kvadrat metr torpaq sahəsi xx.xx.2011-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin əməkdaşlarının, bələdiyyənin, qonşuların iştirakı ilə yerində naturada ölçülüb-biçilmiş, buna dair akt tərtib edilmiş və sözügedən 6 sot torpaq sahəsi ilə bağlı situasiya planı tərtib edilmişdir. Həmin sənədlər də mübahisənin eyni 6 sot torpaq sahəsi ilə bağlı olmasını göstərir. Bundan əlavə, xx.xx.2011-ci il tarixdə tərtib edilmiş akt və torpaq mübahisəsi ilə əlaqədar yaranmış situasiya planı, eləcə də, xx.xx.2009-cu ildə ailə başçısı kimi atası X15 adına tərtib edilmiş onunla birlikdə ailəsinə məxsus olan torpağa dair 188717 nömrəli Torpaq sahəsinin plan ölçü sənədi onu göstərir ki, hazırkı iş üzrə mübahisəli 06 sot torpaq sahəsi eyni torpaq sahəsidir. Həmi n plan ölçü sənədindən aydın görünür ki, mübahisəli torpaq sahəsi onların ailə torpaq sahələrinə bitişik ərazidədir, həmin torpaq sahəsi də yalnız onlara verilə bilərdi, bu səbəbdən də 2007-ci ildə ona bələdiyyə qərarı ilə verilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, mə cburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bil ər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şər tləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv h üququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar....

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödə nilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin halları nın tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Cavabdeh 29 oktyabr 2014-cü il tarixli protokolunun (qərarının) ləğv olunmasına nail olmaqdan ibarətdir.

33. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

34. Bu bax ımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

35. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 36. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 37. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx. xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

38. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istədiyi sözügedən torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin, yəni iddia edilən torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətinə verilməsini təsdiq edən sənədin mövcudl uğu iş materialları ilə müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 16 oktyabr 2024-cü il tarixli, 10/2335 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsi ilə bağlı torpaq qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə tərtib və təsvir edilmiş yerquruluşu planı təqdim olunmadığına görə, Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Torpağın ayrıldığı zaman cavabdeh Qulubəyli bələdiyyəsinin sədri işləmiş Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, C avabdeh tərəfindən 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərar ilə İddiaçı satılmış torpaq sahəsi iddiaçının hazırda iddia etdiyi yerdən 800 metr aralıda yerləşir.

40. Beləliklə, apelyasiya instansiyası məhkəməsində icraat zamanı işin araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, Qulubəyli bələdiyyəsinin 22 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya hazırda mübahisələndirilən torpaq sahəsi deyil, həmin torpaq sahəsindən təqribən 800 metr aralıda yerləşən ərazi (torpaq sahəsi) təhkim edilmiş və iddiaçı həmin torpaq sahəsindən istifadə etmişdir. Hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur.

41. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia etdiyi torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu iş materialları ilə təsdiq olun mur və bu baxımdan, onun hazırkı məzmunda iddia qaldırmağa subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr t ərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

43. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2-1(106)-19/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar