Məhkəmə qərarları › İş №2-1(102)-1261/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1261/2023

15.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1261/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (3-cü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvafiq səlahiyyət olmadan qəbul edilmiş sərəncamlar, sərəncam və icazənin etibarsız sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxslər "xxxx" MTK və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxi tektura Komitəsi) “Nəsimi rayon İH-nin xx.xx.2016-cı il tarixli 196 nömrəli sərəncamının, obyektin tikintisinə dair xx.xx.2020ci il tarixli, 01 nömrəli icazənin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hissəsində ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-433/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarından üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. 2. “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqq ında” Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 196 nömrəli Sərəncamına ilə “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı rəhbər tutularaq və "xxxx" MTK-ya Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx-1482 nömrəli “Şəhərsalma əsaslandırılması barədə” məktuba əsaslanaraq, Nəsimi rayonu Xan Şuşinski, Abbas Səhhət, Nəsib bəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 1,21 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin la yihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, 02/07- 6456 nömrəli məktubu ilə sözügedən ərazi üçün şəhərsalma əsaslandırılmasının yeni variantı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış, bununla əlaqədar xx.xx.2016-cı il tarixli, xx/xx-1482 nömrəli şəhərsalma əsaslandırılması barədə məktub öz qüvvəsini itirmiş hesab edilmişdir. 4. xx.xx.2020-ci il tarixli, 01 nömrəli obyektin tikintisinə icazəyə əsasən Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski, Abbas Səhhət, N.Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsində 1,21 ha ərazidə yaşayış binasının tikintisinə Cavabdeh tərəfindən icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİL MİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon İH-nin xx.xx.2016-cı il tarixli,196 nömrəli sərəncamının, obyektin tikintisinə dair xx.xx.2020-ci il tarixli, 01 nömrəli icazənin və bu inzibati aktların icrası ilə bağlı təsdiq edilmiş layihənin xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)683/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi məhkəmənin icraatına qəbul edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK cavabdehlər İddiaçı və qeyrilərinə qarşı MTK-ya ayrı lmış torpaq sahəsindəki Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində və digər küçələrdə yerləşən mənzillərdən cavabdehlər İddiaçı və qeyrilərinin gələcəkdə yaşayış sahələrinə 20% əlavə edilərək "xxxx" MTK-nin vəsaiti hesabına cavabdehləri təmirli mənzil sahəsi ilə təmin etmək şərti ilə çıxarılması, yeni mənzillə təmin edilənədək "xxxx" MTK-nin vəsaiti hesabına (300-500 manat) aylıq kirayə haqqı olaraq müavinətlərin verilməsi və həmin mənzillərin sökülməsinin "xxxx" MTK-ya həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir, hazırda həmin iddia ərizəsi üzrə məhkəmə işi icraatdadır. "xxxx" MTK-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilə tanış olduqdan sonra MTK-nin iddia tələbinin hüquqi əsası kimi Bakı şəhər Cavabdeh 196 nömrəli, 21 oktya br 2016-cı il tarixli sərəncamına istinad edildiyi ona məlum olmuşdur. Belə ki, Bakı şəhəri Cavabdeh 196 nömrəli 21 oktyabr 2016-cı il tarixli sərəncamı birbaşa onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid olsa da, iddiaçının həmin sərəncamın mövcud olmasından ümumiyyətlə məlumatı olmamışdır. Halbuki, qeyd olunan sərəncam onun qanunla qorunan maraqlarının və konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarın 1.1-ci bəndinə əsasən mülki, mənzil, şəhərsal ma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən digər rayonlarla yanaşı Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3-cü bəndində qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üç ün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması digər rayonlarla yanaşı Cavabdehnə həvalə edilmişdir. Nazirlər Kabinetinin qeyd olunan qərarının icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Cavabdeh tərəfindən “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 21 oktyabr 2016-cı il tarixli, 196 nömrəli Sərəncam qəbul edilmişdir. Həmin Sərəncamın 1-ci bəndinə əsasən Nəsimi rayonu Xan Şuşinski, Abbas Səhhət, Nəsib bəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 1,21 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihə ləndirilməsi üçün icarə əsasında "xxxx" MTK-ya torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair ayrıc aktı tərtib edilmişdir. Sərəncamın 2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" MTK-ya tapşırılmışdır. Bakı şəhəri Cavabdeh hazırda mübahisə predmeti olan sərəncamı qəbul edərkən Nazirlər Kabinetinin 25 fevral 2016-ci il tarixli, 86 nömrəli Qərarının tələblərinə düzgün əməl etməmiş, ümumiyyətlə sökülməsi nəzərdə tutulmuş binaların əhatə dairəsindən kənara çıxmışdır. Nazirlər Kabinetinin həmin qərarının məzmunundan görünür ki, bu qərarın əhatə dairəsinə yalnız şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş yaşayış binaları və yararsız vəziyyətdə olan digər binalar, obyektlər aid edilmişdir. Başqa sözlə, sözügedən qərarla sökülməsi nəzərdə tutulan yaşayış binaları ya XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilməli, ya da yaşayış üçün yararsız vəziyyətdə olmalıdır. Lakin Bakı şəhəri Cavabdeh “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 21 oktyabr 2016-cı i l tarixli, 196 nömrəli Sərəncamı qəbul edərkən iddiaçının qanuni əsaslarla xüsusi mülkiyyətində olan və Bakı şəhəri Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsi 74 (54) ünvanında yerləşən fərdi yaşayış evinin ərazisini də "Gloria Palace” MTK-ya ayrılmış sahəyə daxil etmişdir. Halbuki, ona məxsus olan fərdi yaşayış evi nə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, nə də yararsız vəziyyətdə olmuşdur. İddiaçının xüsusi mülkiyyətində ünvan 3 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evi mövcud olmuşdur. Daha sonra, iddiaçının müraciətinə əsasən Bakı şəhər İcra Hakmiyyətinin 30 avqust 2001-ci il tarixli 573 nömrəli sərəncamı ilə ona məxsus olan köhnə evin sökülərək yenidən layihələndirilməsinə və tikintisinə icazə verilmiş və yeni 2 mərtəbəli evin tikintisinə 0,045 ha torpaq sahəsi ayrılmışdır. Bununla bağlı həmin fərdi yaşayış evinə dair inşaat pasportu və torpağa dair ayrıc aktı tərtib edilmişdir. Yeni evin layihələndirilməsi və tikintisi ilə bağlı aidiyyəti dövlət qurumlardan razılıqlar alınmışdır. Ona məxsus olan yeni fərdi yaşayış evinin tikintisi müasir tələblərə uyğun aparılmış və 2007-ci il tarixində tam başa çatdırılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq istismara qəbul edilmişdir. Eyni zamanda, qeyd edilir ki, iddiaçı 0,045 ha torpaq sahəsi üzərində ümumi sahəsi 536,40 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyəti hüququnu xx.xx.2019-cu il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirərək bununla bağlı mülkiyyət hüququna dair müvafiq çıxarış əldə etmişdir. Göründüyü kimi, iddiaçıya məxsus olan fərdi yaşayış evi XXİ əsrdə t ikilmiş və yararsız vəziyyətdə olmamış, bu səbəbdən də Nazirlər Kabinetinin 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərarı ilə sökülməsi nəzərdə tutulan binaların əhatə dairəsinə daxil edilməmişdir. Lakin, Bakı şəhəri Cavabdeh 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncamı qəbul edərkən Nazirlər Kabinetinin 86 nömrəli qərarının tələblərini düzgün icra etməmiş və iddiaçıya məxsus olan və müasir tələblərə uyğun XXİ əsrdə inşa edilmiş fərdi yaşayış evini və onun yerləşdiyi torpaq sahəsini də əsassız və qanunsuz olaraq "xxxx" MTK-ya yaşayış binaların tikintisi üçün sonuncunun layihəsinə daxil etmişdir. Digər tərəfdən, Bakı şəhəri Cavabdeh 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncamın əsassız və qanunsuz olmasını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Age ntliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən ünvan 4 ünvanlarında yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktı da təsdiq edir. Belə ki, hazırda mübahisə predmeti olan Bakı şəhəri Cavabdeh sərəncamı 21 oktyabr 2016-ci il tarixdə qəbul edilsə də, həmin sərəncamla sökülməsi nəzərdə tutulan fərdi yaşayış evlərinin guya yararsız olması faktı, sərəncamın qəbul edilmə tarixindən sonra yalnız 19 iyun 2017-ci il tarixdə müvafiq akt tərtib edilməklə müəyyən edilmişdir. Halbuki, Nazirlər Kabinetinin 86 nömrəli qərarının icrasını düzgün təmin etmək məqsədi ilə Cavabdeh ilkin olaraq yaşayış üçün yararsız və istismar müddəti keçmiş fərdi yaşayış evlərini müəyyən etdikdən sonra həmin evlərin sökülməsinə dair müvafiq sərəncam qəbul etməli idi. Başqa sözlə, ilkin olaraq Nəsimi rayonu ərazisi üzrə əvvəlki əsrlərdə tikilmiş və yaşayış üçün yararsız olan evlərə baxış keçirərək onların əhatə dairəsi müəyyən edilməli idi və daha sonra müvafiq sərəncam qəbul edilməli idi. Yəni, evlərin yararsız olmasına dair akt hazırda mübahisə predmeti olan sərəncamın tarixindən əvvəlki tarixdə tərtib edilməli idi. Bundan başqa, sözügedən aktın məzmununa nəzər yetirdikdə belə, həmin aktın formal əsaslarla tərtib edilməsi aydın şəkildə görünür. Belə ki, aktda digər evlərlə yanaşı iddiaçıya məxsus olan fərdi yaşayış evi də əks edilmişdir. Aktda göstərilmişdir ki, guya vizual baxış keçirilmiş və müəyyən edilmişdir ki, ərazidə yerləşən tikililər XX əsrin əvvəllərində inşa edilmişdir. Eyni zamanda, evlərin yararsız vəziyyətdə olması və tikint i qaydalara və normalara ümumiyyətlə cavab vermədiyi qeyd edilmişdir. Bununla bağlı bildirilmişdir ki, ümumiyyətlə iddiaçıya məxsus olan fərdi yaşayış evinə heç bir dövlət qurumu tərəfindən baxış keçirilməmişdir. Çünki, əgər reallıqda baxış keçirilsə idi, ən azından iddiaçının qanuni əsaslarla mülkiyyətində olan fərdi yaşayış evinin XX əsrdə deyil, XXİ əsrdə tikildiyini və bütün mövcud olan tikinti qayda və normalarına cavab verdiyini görərdilər. Həmçinin qeyd edilmişdir ki, iddiaçı uzun müddət öz ailəsi ilə həmin evdə yaşamış, hazırda da həmin evdə qeydiyyatdadır və artıq 02 noyabr 2015-ci il tarixdən isə əri X1 adına “Şəms” Körpələr Evi-Uşaq Bağçasını təsis edərək həmin fərdi yaşayış evində həmçinin baxça kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin baxçanın rəhbərliyini iddiaçı özü hə yata keçirir. Yəni, iddiaçı yaşadığı fərdi yaşayış evində həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bununla əlaqədar olaraq yeni müştərilərin cəlb edilməsi üçün baxçanın yerləşdiyi fərdi yaşayış evində hər il müəyyən yaxşılaşdırmalar edir və təmir işləri görür. Məlum məsələdir ki, hər bir valideyn öz övladlarını yaxşı təmirli və şəraiti olan baxçaya buraxır ki, məhz bu tələblərə uyğun olmaq üçün iddiaçı mütəmadi olaraq baxçaya təmir və digər yaxşılaşdırmalarla bağlı zəruri xərclər çəkir. Belə olan təqdirdə isə qeyd olunan fərdi yaşayış evinin yararsız və istismar müddəti keçmiş olması gülüncdür və heç bir məntiqə uyğun gəlmir. Beləliklə, qeyd olunanlar bir daha Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən ünvan 5 ü nvanlarında yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktının formal əsaslarla tərtib edilməsinə dəlalət edir və həmin aktın həqiqiliyi ümumiyyətlə şübhə altındadır. Bundan başqa, Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsində yerləşən digər fərdi yaşayış evlərinin demək olar ki, hamısının yerləşdiyi torpaq sahələri evlərin mülkiyyətçilərinin deyil, dövlətin mülkiyyətindədir. Lakin onlardan fərqli olaraq iddiaçıya məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd olunan faktı isə daşınmaz əmlakın dövlət reyestr xidmətindən əldə edilmiş çıxarış təsdiq edir. İddiaçıya məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ona Cavabdeh tabe olduğu Bakı şəhəri İcra H akimiyyətinin 30 avqust 2001-ci il tarixli sərəncamı ilə ayrılmışdır. Belə olan halda, cavabdeh orqanın tabe olduğu Bakı şəhər İcra Həmiyyətinin sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin daha sonra Nazirlər Kabinetinin qərarının icrasının təmin edilməsi adı ilə cavabdeh orqan tərəfindən əsassız və qanunsuz olaraq "xxxx" MTK-ya ayrılması onun mülkiyyət hüququnun kobud pozulmasına səbəb olur və qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun deyildir.

7. Cavabdeh iddia tələbinə yazılı münasibət bildirməmişdir.

8. Məhkəmənin 01 mart 2021-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respubli kası Fövqəladə Hallar Nazirliyi və 22 iyun 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

9. Üçüncü şəxs "xxxx" MTK iddiaya qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, tikinti obyektinə dair müvafiq qurumlardan rəylər alındıqdan sonra Bakı şəhəri Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski, Abbas Səhhət, N.Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsində yerləşən və "xxxx" MTK-nin istifadəsinə verilən 1,21 ha torpaq sahəsində yaşayış binaların tikintisinə iddiaçının mübahisə etdiyi xx.xx.2020-ci il tarixli icazə verilmişdir. Həmin icazənin verilməsinə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə rəylər - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli xx/xx-6456 nömrəli, xx.xx.2020-ci il tarixli xx/xx-3338 nömrəli rəyləri, tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyi - FHN-nin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinin xx.xx.2020-ci il tarixli 29643 nömrəli rəyi və tikinti obyektinə dair alınmış digər rəylər olmuşdur. Göründüyü kimi, icazənin verilməsi ilə bağlı bütün zəruri sənədlər təqdim edilmişdir. Odur ki, icazənin ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. İddiaçı öz əmlak hüququndan sui-istifadə etməklə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına şərait yaradır. İddiaçının mülkiyyətindəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində 8 mərtəbəli B-blokunun tikintisi nəzərdə tu tulmuşdur. Təqdim edilən layihədən və şəkillərdən də layihədə dəyişikliklərin aparılmasının qeyri-mümkünlüyü müəyyən olunur. Layihəyə əsasən, tikilməli olan binaların yanğınsöndürmə, kommunikasiya sistemləri, yanğın signalizasiya xəttləri (Avtomatlaşdırılmış sprinkler sistemi) bir-biri ilə bağlıdır. Xüsusən də, həmin B-bloku tikilmədiyi halda, digər D və H bloklara çıxışlar olmayacaq. Ona görə də, layihənin iddiaçıya məxsus fərdi yaşayış evi hissəsində ləğv edilməsi tələbi tamamilə əsassızdır.

10. İşin məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən müəyyən olunmuşdur ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi z irzəmili, 2 mərtəbəli, mansardlı olub 2004-cü ildə inşa edilmişdir. Fərdi yaşayış evi planda düzbucaqlı şəkilli olub qabarit ölçüləri 13,5 x 12,9 metrdir. Ev karkas tipli olub əsas yükdaşıyan konstruksiyaları monolit dəmir-betondandır. Damı çardaq tipli olub dalğavari metal vərəqələrlə örtülmüşdür. Baxış zamanı fərdi yaşayış evinin əsas yükdaşıyan konstruksiyalarında çat və deformasiyalar müşahidə edilməmişdir. Fərdi yaşayış evi halhazırda qeyri-yaşayış obyekti kimi istismar edilir. Evin 2004-cü ildə (evin xx.xx.2019-cu il tarixli 04/331 nömrəli texniki pasportuna əsasən) inşa edildiyi nəzərə alınarsa, ev yeni inşa edilmiş tikililərə aiddir. ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi texniki cəhətdən işlək vəziyyətdədir. "xxxx" MTK tərəfindən inşa olunmalı çoxmərtəbəli yaşayış binalarının eskiz layihəsinə əsasən, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin sökülmədən “Gloria Palace MTK-nə ayrılmış torpaq sahəsində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi mümkün deyildir. Lakin müvafiq qurumlardan razılaşdırılmaqla həmin layihədə dəyişiklik aparılmaqla yaşayış binalarının tikintisinin layihələndirilməsi mümkündür. ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi müasir tikinti materiallarından istifadə olunmaqla tikintisi 2007-ci il tarixində tam başa çatdırılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq istismara qəbul edildiyi və fərdi yaşayış evinin texniki cəhətdən işlək vəziyyətdə olduğu nəzərə alınaraq, həmin fərdi yaşayış evi şəhərin ümumi görünüşünə xələl gətirmir və mövcud şəhərsalma tələblərinə cavab verir.

11. Bakı İnzibati M əhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-683/2022 nömrəli qərardadı ilə iddia tələbinin inzibati aktların icrası ilə bağlı təsdiq edilmiş layihənin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsi 74 (54) ünvanında yerləşən fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi hissəsində mümkün sayılmamış, xx.xx.2022-ci il tarixli, 2-1(112)-683/2022 nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi qalan hissədə təmin edilmiş, cavabdeh Bakı şəhəri Cavabdeh 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncamı və Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli, 01 nömrəli obyektin tikintisinə icazə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə aid hissədə etibarsız hesab edilərək ləğv edilməsi qərara alınmışdır. 1

2. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının evi qəzalı vəziyyətdə olmadığından (əksinə iş materiallarına əsasən müəyyən edilir ki, istismara yararlı, işlək vəziyyətdə olan yeni tikilidir) Nazirlər Kabinetinin müvafiq qərarının tələbləri ona şamil oluna bilməz. Odur ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,045620 ha torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin icarə əsasında digər şəxsin istifadəsinə verilməsinin qanuniliyinin əsaslandırılması mümkün deyildir. Bundan başqa Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətlayihə” DBLİ tərəfindən ünvan 8 ünvanlarında yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktın məzmunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, eləcə də iş üzrə keçirilmiş ekspert rəyi ilə təkzib edilmişdir. Odur ki, məhkəmə cavabdehin istinad etdiyi həmin aktın sərəncamdan sonra tərtib edilməsinə, eləcə də mötəbərliliyinə dair iddiaçının dəlillərinə münasibət bildirməyə prosessual qənaət prinsipindən çıxış edərək ehtiyac duymur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sözügedən fərdi yaşayış evinin sökülmədən “Gloria Palace MTK-ya ayrılmış torpaq sahəsində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi mümkün olmaması və həmin evin məhəllənin yenidən planlaşdırılması baxımından mövcud şəhərsalma tələblərinə cavab verməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin hal bir tərə fdən mötəbərliyi hər hansı şəkildə təkzib edilməyən ekspert rəyi ilə təkzib olunur, digər tərəfdən vaxtilə mübahisələndirilən sərəncamın qəbul edilməsi üçün əsas hesab olunan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "xxxx" Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx-1482 saylı şəhərsalma əsaslandırılması barədə məktub elə Komitə tərəfindən sözügedən ərazi üçün təqdim olunmuş şəhərsalma əsaslandırılmasının yeni variantı razılaşdırılmaqla əlaqədar olaraq, öz qüvvəsini itirmiş hesab edilmişdir. Qeyd edilən hal həmin layihədə dəyişiklik aparılmasının mümkünsüzlüyünə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəlilini təkzib edir.

13. Məhkəmənin yekun mövqeyinə görə obyektin tikintisinə icazə məhz mübahis ələndirilən sərəncamın icrasının nəticəsi olduğundan və faktiki olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalmanın əsaslandırılması məktubuna əsaslandığından məhkəmə həmin sənədin də iddiaçıya münasibətdə nəticələrinin (eyni cavabdehə aid olduğu üçün) etibarsız hesab edilərək ləğv olunmalı olduğunu hesab edir. Məhkəmə tərəfindən müdaxilənin qanuniliyi müəyyən edilmədiyindən müdaxilənin qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məsələsinə qiymət vermək zərurəti yoxdur.

14. Cavabdeh və üçüncü şəxs "xxxx" MKT apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının xx.xx.2023-cü il tarixli, 21(103)-433/2023 nömrəli qərardadı ilə (hakimlər X.A.Cəmilova/sədrlik edən və məruzəçi/ A.P.Oruczadə və R.Ə.Səmədov) işə Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin üçüncü şəxs qismində cəlb edilməsi ləğv olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-ci il tarixli, 21(103)-433/2023 nömrəli qərarı ilə (hakimlər X.A.Cəmilova/sədrlik edən və məruzəçi/ A.P.Oruczadə və R.Ə.Səmədov) cavabdeh Bakı şəhər Cavabdeh və üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-683/2022 nömrəli qərarı mübahisələndirilən sərəncam və obyektin tiki ntisinə icazə sənədinin iddiaçının evinə aid hissədə “etibarsız hesab edilməsi” istisna olmaqla dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının tələbi yuxarıda da qeyd olunduğu kimi, müvafiq sərəncam və tikintiyə icazə sənədinin onun evinə aid olan hissədə ləğv edilməsi ilə bağlı olsa da, birinci instansiya məhkəməsi qərarının nəticəvi hissəsində həmin iddia tələblərinin təmin olunması qənaətinə gələrkən, adı çəkilən sərəncam və obyektin tikintisinə icazənin iddiaçıya məxsus fərdi yaşayış evi hissəsində “etibarsız hesab edilərək ləğv edilməsi”ni göstərmişdir. Hazırki işdə iddiaçının tələbinə uyğun olaraq mübahisələndirilən aktların etibarsız hesab edilməsi deyil, onların ləğv edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin aktlar iddiaçının mübahisələndirdiyi hissədə, yəni onun evinə aid olan hissədə ləğv edilməsi yetərlidir, həmin aktların “etibarsız hesab edilməklə ləğv olunması”nın məhkəmə qərarının nəticəvi hissəsində göstərilməsi isə kobud pozuntu hesab olunmadığı üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğv olunması üçün əsas yaratmır.

18. Üçüncü şəxs kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. Üçüncü şəxs şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin X4 Konvensiyasını n 1 saylı Protokolun 1-ci maddəsi üzrə olan araşdırmasını və nəticədə mübahisələndirilən sərəncamın iddiaçının mülkiyyətinə müdaxilə olduğunu, həmin müdaxilənin mülkiyyətdən məhrumetməyə bərabərliyini və bu müdaxilənin keçirilmiş ekspert rəyi və aparılan araşdırmaya əsasən qanuni olmamasını hesab etmişdir. 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərar müasir standartlara cavab verən çoxmənzilli yaşayış binalarının tikintisini nəzərdə tutur. Qərardan görünür ki, şəhərin ümumi görünüşünə xələl gətirən yəni, yalnız XİX və XX əsrə aid deyil, eyni zamanda şəhərin ümumi görünüşünə xələl gətirməni nəzərdə tutur ki, sözügedən əmlaka müdaxilə edilmədən ümumi görünüşə xələl gətirməyən binanın tikintisi mümkünsüzdür. Apellyasiya məhkəməsi həmin ünvana aid aparılmış tikinti-texniki ekspertizanın rəyi ni, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən ünvanda aparılmış baxışa əsaslanaraq istismara yararlı olmasını, yəni onun qəzalı vəziyyətdə olmamasını, qərarın əhatə dairəsinə düşməməsini, bu əsasla da onun ümumi görünüşə xələl gətirməyən, şəhərsalma normalarına cavab verən tikili hesab etmişdir. Göründüyü kimi, məhkəmə qərarları ilə icra hakimiyyətinin qəbul etdiyi sərəncamın ləğv edilən hissəsi olmadan hündür mərtəbəli yaşayış binalarının tikilməsinin mümkünlüyü qərarına gəlir. Layihənin həmin hissəsinin ləğv edilən hissə olmadan icra edilməsi (yəni mövcud layihədə ləğv edilmiş hissə inşa ediləcək binanın bir blokudur), hündür mərtəbələrin yanında həmin ünvanın qalması ümumi görünüşə xələldir. Tikilinin bu günkü normalara cavab verməsi, onun mülk iyyət sənədlərinin qanuni olması sözügedən qərar baxımından onun şəhərsalma normalarına cavab verməsi anlamına gəlmir. Məhkəmə Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsini tətbiq edərkən, mülkiyyətə müdaxilənin Nazirlər kabinetinin müvafiq qərarı və onun əsasında Cavabdeh sərəncamı, Komitənin layihəsi və layihənin dəyişdirilməsinin qeyri-mümkünlüyünə dair rəyi mülkiyyətə müdaxilənin hüquqi zəmini olmasını göstərir, həmin fərdi yaşayış evinə münasibətdə sərəncamın ləğv edilməsinin layihənin həyata keçirilməsini mümkünsüz edir. Bununla da məhkəmə digər şəxslərin mülkiyyətindən məhrum olmasını, artıq başlanmış tikintinin başa çatması mümkün olmadığı üçün cəmiyyətin maraqlarına, ictimai maraqlara xidmət etməsini, mülkiyyətə müdaxilə halında "xxxx" MTK tərəfindən mülkiyyətçiyə fər di yaşayış evinə, eləcə də onun yerləşdiyi torpaq sahəsinə münasibətdə ağlabatan kompensasiyanın təklif edilməsi ilə ədalətli balans prinsipini nəzərə almadan düzgün qənaətə gəlməmişdir. Hər iki məhkəmə qeyd olunan maddənin tələbini pozmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli, 10/6872 nömrəli ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat prosesinin təsviri hissəsi ilə tədqiqatın nəticə hissəsi tamamilə ziddiyyətlidir. Tədqiqat prosesinin təsviri hissəsində məhkəmənin cəlb etdiyi mütəxəssislərin cavabları göstərilsə də, nəticə hissəsində heç bir əsaslandırma olmadan tamamilə fərqli nəticə qeyd edilmişdir. Bu hala aydınlıq gətirilməsi üçün ekspertin dindirilməsi haqqında birinci instansiya məhkəməsində yazılı, apelyasiya instansiya məhkəməsində şifahi vəsatət verilməsinə baxmayaraq məh kəmə vəsatətlərə münasibət bildirməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokol (Əlavə protokol, 1 saylı protokol) Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyat a keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Maddə 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Maddə 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət e tdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. Maddə 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlum at verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 65.1.2 Müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, m əhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şi kayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

28. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına m ünasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalıdır.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.

30. Hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd baxımından mübahisələndirilən sərəncamla və tikintiyə icazə ilə xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüququnun həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir.

31. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, sözügedən fərdi yaşayış evi və həmin evin yerləşdiyi tor paq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

32. Mülkiyyət hüququ əsasında iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 1,21 ha torpaq sahəsi mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuları sökülməklə, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi üçün Cavabdeh başçısının “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında xx.xx.2016-cı il tarixli, 196 nömrəli sərəncamına əsasən "xxxx" MTK-ya icarəyə verilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli, 01 nömrəli sərəncama əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, N.Yusifbəyli küçələrinin və Azadlıq pr ospektinin kəsişməsində yerləşən 1,21 ha ərazidə yaşayış binasının tikintisinə Cavabdeh tərəfindən icazə verilmişdir.

33. Mübahisəyə baxan məhkəmələr iddianı təmin edərkən, mübahisələndirilən inzibati aktların (torpaq sahəsinin icarəyə verilməsi və tikintiyə icazə barədə) qəbul edilməsi üzrə lazımı inzibati icraatın aparılmaması, iddiaçının inzibati icraata cəlb edilməməsi, onun dinlənilmə hüququnun təmin edilməməsi və bunun üzərindən cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanununun tələblərinə əməl olunmaması (inzibati aktların formal hüquq baxımından qanunauyğunluğu) baxımından iddianın əsaslılığına hüquqi qiymət vermiş və bununla bağlı uyğun hüquq normalarını tətbiq etmişlər. Eləcə də məhkəmələr tərəfindən iddiaçının evinin qəzalı vəziyyətdə olmadığına, əksinə ist ismara yararlı, işlək vəziyyətdə yeni tikili olduğuna, eləcə də həmin fərdi yaşayış evinin şəhərin ümumi görünüşünə xələl gətirmədiyinə və mövcud şəhərsalma tələblərinə cavab verdiyinə (maddi hüquqi qanunauyğunluq baxımından) istinad olunaraq, mübahisələndirilən aktların iddiaçıya aid hissədə qanunsuz olduğu qənaətinə gəlinmişdir.

34. Məhkəmələrin həmin mövqeyi ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir.

35. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Cavabdeh, xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdır. 36. “İnzibati icraat haqqında” Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.

37. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələ ndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi mübahisə predmeti olan inzibati aktların (sərəncam və icazənin) ləğv edilməsindən ibarət olsa da, onun daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qanunsuz müdaxilədən müdafiəsinə yönəlmiş hüquqi marağı və prosessual qənaət prinsipi nəzərə alınaraq, iddiaçıya münasibətdə həmin aktların etibarsızlığı tanınmalıdır.

39. İnzibati aktlar etibarsız sayıldığından, məhkəmə kollegiyası, kassasiya şikayətinin digər dəlillərinə münasibət bildirməyi zəruri hesab etmi r.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd olunan səbəblərdən üçüncü şəxsin kassasiya şikayəti qismənməhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin olunmalıdır.

41. İnzibati Prosessual Məcəllənin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda, Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.

42. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 21(103)-433/2023 nömrəli qərarı ləğv edilir. Yeni qərar qəbul edilir. İddia təmin edilir. Cavabdeh Bakı şəhəri Cav abdeh 21 oktyabr 2016-cı il tarixli, 196 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli, 01 nömrəli obyektin tikintisinə icazə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə aid hissədə etibarsız sayılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar