Məhkəmə qərarları › İş №2-1(102)-1269/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1269/2022

14.07.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1269/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: valideynlərindən birinin razılığı olmadan azyaşlı uşağın ölkə hüdudlarından buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1990-cı il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (üçüncü şəxs X7) qarşı “onun icazəsi olmadan oğlunun ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab e dilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1310/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarı ilə 13 oktyabr 2017-ci il təvəllüdlü X5 iddiaçı - anası X4 Türkiyə Respublikasında təhsil aldığı müddətdə atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmişdir.

2. X11 26 dekabr 2020-ci tarixdə anası X7 ilə birlikdə Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılmışdır.

3. İddiaçı cavabdehə müraciət edərək, X4 təhsil almasını sübut edən sənəd ol madan oğlunu ölkə hüdudlarından kənara çıxarması məsələsinin araşdırılmasını və bu halın qanunsuz hesab edilməsini, eyni zamanda X7 tərəfindən ölkədən çıxarkən təhsil haqqında sənəd təqdim etdiyi halda, həmin sənədin surətinin ona verilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış 22 fevral 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, X11 anası X7 ilə birlikdə 26 dekabr 2020-ci il tarixdə Azərbaycan-Türkiyə istiqamətində Ali Məhkəmənin 2(102)-831/2020 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarı əsasında dövlət sərhədindən buraxılmışdır. Bununla yanaşı, şəxslərin dövlət sərhədindən hərəkətləri zamanı təqdim etdikləri sənədlərin surətinin çıxarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. X11 anası X7 ilə birlik də dövlət sərhədindən keçərkən təqdim edilən sənədlərin surətinin təqdim olunması texniki cəhətdən mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2017-ci il təvəllüdlü X5 onun icazəsi olmadan ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi və övladının ölkəyə geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamı əsasında qeydiyyatda o lduğu SHXÇDX-nin Gədəbəy rayon şöbəsi vasitəsilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibinə qatılmaqla, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2-ci Qarabağ Vətən müharibəsində iştirak etmişdir. Həmin dövr ərzində, X7 onunla birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü övladı X8 xx.xx.2020-ci il tarixdə qanunsuz olaraq ölkə hüdudlarından çıxarmışdır. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti xx.xx.2021-ci il tarixli məktubunda onun övladının Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı əsasında dövlət sərhədindən buraxıldığını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə, X4 Türkiyə Respublikasında ali təhsil aldığı müddət ərzində xx.xx.2017ci il təvəllüdlü X8 atasının icazəsi olmadan Türkiyə Respublikası istiqamətində özü ilə sərbəst şəkildə aparıb - gətirməsinə icazə verilmişdir. Lakin hazırki dövrdə X3 Respublikasında ali təhsil almır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5987/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli (hakim P.A.Hüseynov) qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/2020 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarı ilə 13 oktyabr 2017-ci il təvəllüdlü X5 iddiaçı - anası X4 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedibgəlməsinə icazə verildiyindən və cavabdeh tərəfindən də X11, anası X7 ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarına əsasən Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxıldığından, cavabdehin X5 Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılması ilə əlaqədar hərəkətləri qanunsuz hesab edilə bilməz.

9. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. b)apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1310/2022 nömrəli, 15 mart 2022-ci il tarixli (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. A pellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı apellyasiya məhkəməsinə ərizə ilə müraciət edərək, kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1310/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.

13. İddiaçı və vəkili Vəkil həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-831/2020 saylı, 10 fevral 2020-ci il tarixli qərarı İlə iddia qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)2523/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, onun razılığı olmadan, övladı - 13 oktyabr 2017-ci il təvəllüdlü X5 iddiaçı - anası X4 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində anası ilə Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmişdir. Göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli, 2(102)-831/2020 saylı qərarında övladının, onun razılığı olmadan, anası X4 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində Türkiyə Respublikasına sərbəst surətdə özü ilə aparıb-gətirməsinə icazə verilmişdir.

15. Belə olan halda, Günay Səfərova övladıyla birlikdə ölkədən buraxılarkən onda n Türkiyə Respublikasında ali təhsil alması barədə sənəd tələb olunmalı idi. Lakin, cavabdeh orqan X6 Respublikasında ali təhsil alıb-almaması barədə məlumatın dəqiqliyini müəyyən etmədən, azyaşlı övladının ölkədən çıxışına şərait yaratmışdır. Övladı ölkədən onun icazəsi olmadan buraxılan zaman o, həqiqi hərbi xidmətdə olmuşdur. Belə ki, 2-ci Qarabağ Vətən müharibəsində iştirak etmiş və müharibə bitdikdən sonrada müəyyən təhlükəsizlik tədbirlərinin icrası üçün hərbi vəzifəsi davam etmişdir. Hərbi xidmətdən tərxis edildikdən sonra müvafiq məhkəmə qətnaməsinə əsasən övladı ilə ünsiyyət tələb edərkən bilmişdir ki, hərbi xidmətdə olduğu zaman övladı ölkə hüdudlarından kənara buraxılmışdır.

16. Bundan sonra, DSX Sərhəd Nəzarətinə müraciət edərək, X6 Respublikasında ali təhsil alması barədə sənə d tələb etsə də, X12 Respublikasında hansısa ali təhsil müəssisənin tələbəsi olmadığı üçün belə bir sənədin də təqdim edilməsi mümkün olmamışdır və DSX Sərhəd Nəzarəti yalnız Ali Məhkəmənin Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli, 2(102)-831/2020 saylı qərarına istinad edərək, övladının anası ilə birlikdə ölkədən buraxıldığını bildirmişdir. Halbuki, həmin məhkəmə qərarı yalnız X6 Respublikasında ali təhsil almasını təsdiq edən sənəd təqdim edildikdən sonra icra oluna bilərdi.

17. Qeyd etmək lazımdır ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-831/2020 saylı, 10 fevral 2020-ci il tarixli qərarından da görünür ki, övladının onun icazəsi olmadan ölkədən buraxılması üçün Günay Səfərovanın üzərinə müəyyən vəzifələr qoyulmuşdur. Belə ki, Günay Səfərova övladını onun razılığı olmad an yalnız Türkiyə Respublikasında təhsil aldığı müddətdə özü ilə Türkiyə Respublikasına apara bilərdi. DSX Sərhəd Nəzarəti də öz növbəsində övladını onu razılığı olmadan ölkədən buraxarkən Günay Səfərovanın həmin dövrdə Türkiyə Respublikasında ali təhsil almasını təsdiq edən sənəd tələb etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: Maddə 11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Maddə 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valid eynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7.Sübutlar məhkəmə tərəfin dən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kas sasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu... hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya lə ğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, ap elyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

24. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçının övladı X9 Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarı ilə anası - X4 Türkiyə Respublikasında təhsil aldığı müddətdə atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmiş və X11 26 dekabr 2020-ci tarixdə anası X7 ilə birlikdə Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılmışdır.

25. İddiaçı hazırkı iş üzrə X4 Türkiyə Respublikasında təhsil almasını təsdiq edən sənəd olmadan övladı X5 26 dekabr 2020-ci tarixdə anası X7 ilə birlikdə Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılması ilə bağlı cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirir.

26. İşə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin hərəkətlərini Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarına uyğun hesab etmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış, iş üzrə sübutlara düzgün qiymət verməmişdir.

28. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarının nəticə hissəsindən müəyyən olunur ki, X11 yalnız anasının Türkiyə Respublikasında təhsil aldığı müddətdə atasının icazəsi olmadan anası ilə birlikdə T ürkiyə Respublikasına sərbəst surətdə gedib-gələ bilər.

29. Belə olan halda, X5 atasının icazəsi olmadan anası ilə birlikdə Türkiyə Respublikası istiqamətində sərhəddən buraxılarkən (26 dekabr 2020-ci ildə) müəyyən edilməli məsələ X4 Türkiyə Respublikasında təhsil alıb-almaması idi.

30. Başqa sözlə, X3 Respublikasında təhsil almadığı müddətdə X8 atasının (hazırkı iş üzrə iddiaçı) icazəsi olmadan Türkiyə Respublikasına apara bilməz.

31. İşdəki sənədlərdən görünür ki, cavabdeh, X1 keçərkən təhsili ilə bağlı ona göstərilən sənədləri təqdim edə bilmir. Odur ki, İPM-nin 12.1-ci maddəsinin tələbi baxımından X4 Türkiyə Respublikasında təhsil alıb-almadığı, aldığı halda, hansı dövrdə təhsil alması ilə bağlı müvafiq araşdırma aparılmalıdır (Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə sorğu verilə bilər).

32. Eyni zamanda, “təhsil aldığı dövr” dedikdə, hansı dövrün əhatə olunduğu (xüsusilə, Türkiyə Respublikasındakı təhsil müəssisələrinə qəbul ilə bağlı imtahanlarda iştirakın əhatə olunub-olunmadığı) ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarına izah verilməsinə dair müraciət edilməsi iddiaçıya tövsiyə olunmalı, izahla bağlı ərizə verildiyi və icraata qəbul edildiyi halda, hazırkı iş üzrə icraat dayandırılmaqla izahdan sonra işin hallarına (cavabdehin hərəkətlərinin qanuniliyinə) qiymət verilməlidir.

33. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarının məzmununda istinad olunan X2 27 iyul 2017-ci il tarixli qərarında (həmin qərar iş materiallarında var - iş v.65-66) X4 “həkimlik” sahəsində bakalavr diplomunun ekvivalentliyinin tanınması üçün şərtlər (imtahanda iştirak, müvafiq təcrübə) öz əksini tapmışdır. Həmin sənəddən X4 Türkiyə Respublikasındakı təhsil müəssisələrində təhsil alması müəyyən edilmir.

34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin hallarının araşdırılması prinsipini pozduğundan, iddiaçının dəlillərini hərtərəfli qiymətləndirmədiyindən, məhkəmənin iş üzrə nəticəsi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassas iya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1310/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar