Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1269/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiyanın mümkünlüyü ilə bağlı hüquqi yardımın apellyasiya məhkəməsi tərəfindən yerinə yetirilməsi, şikayətin mümkün sayılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin ödənilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3644/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlük məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə "xxxx"QSC arasında bağlanan xx.xx.2022-ci il tarixli, AN-İ№1011970 saylı daşınmaz əmlakın “nisyə alqı-satqı müqaviləsi”nə qanunsuz hüquqi qiymət verilməsi, "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı1 bank tərəfindən mənimsənilən 4.800 AZN maliyyə vəsaitinin ümumilikdə 9.800 AZN "xxxx"QSC-nin hesabından tutularaq İddiaçı1 hesabına ödənilməsi, İmişli rayonu, R əsulu kəndində İddiaçı1 istifadəsində olan evə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən həmin evə "xxxx"QSC-nin adına verilən xx.xx.2020-ci il tarixli, **********34-10301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8055/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Həmin qərardaddan narazı qalan iddiaçılar ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və İPM-in 8.2-ci maddəsinin tələbinə uyğun olaraq ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3644/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı1 qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3644/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur.
7. Bundan sonra həmin qərardad icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmiş və iddiaçıya hüquqi yardım göstərilməsi Vəkil həvalə edilmişdir.
8. İddiaçı apellyasiya insta nsiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
9. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, sözügedən ərizə barədə məhkəmənin müvafiq qərardadı qəbul olunmuş, daha sonra, onun icra olunması üçün Bakı şəhəri 14 saylı vəkil Bürosuna göndərilmiş və qərardadın icrası Vəkil həvalə edilmişdir. Bakı şəhəri 14 saylı vəkil Bürosunun vəkili İsmayılov Vəkil tərəfindən kassasiya şikayəti tərtib olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin qərardadından prosessual qanunverciyiliyə əsasən müəyyən olunmuş müddət yuxarıda qeyd olunanlara əsasən üzrlü səbəbdən ötürülmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllə də nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
12. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qər ardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3644/2024 saylı, xx.xx.2024-cü il tarixli q ərardadı SX03724863AZ saylı poçt göndərişinə əsasən iddiaçı Elməddin İmamət oğluna təqdim edilmişdir. İddiaçı1 həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur.
14. Hazırkı işin materiallarına əsasən müəyyən edilir ki, İddiaçı1 hüquqi yardım göstərilməsi üçün vəkil orderi 24 dekabr 2024-cü il tarixdə verilmişdir. Kassasiya şikayəti isə 27 yanvar 2025-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.
15. İddiaçı1 və onun vəkili də prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edirlər.
16. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 münasibətdə 10 günlük müddət axımı vəkil orderinin verilmə tarixindən (dövlət hesabına vəkillə təmin edilən şəxslərdə) hesablandıqda, kassasiya şikayətinin təqdim olunması üçün son müddət 6 yanvar 2025-ci ildir. Lakin buna baxmayaraq şikayət 27 yanvar 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı və onun vəkili prosessual müddətin bərpasına dair ərizədə qeyd edilən yəni kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan h ər hansı hal müəyyən olunmamışdır.
17. Yuxarıda adı çəkilən məlumat və izahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidi r. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.
18. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
21. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3644/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şi kayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.