Məhkəmə qərarları › İş №2-1(102)-1277/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1277/2020

23.06.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1277/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Şəki rayon Turan Bələdiyyəsinə qarşı iş üzrə Açar söz: İPM-in 13-cü maddəsinin tətbiqi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili, üçüncü şəxsin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Şəki rayon Turan Bələdiyyəsinə qarşı (üçüncü şəxs: Üçüncü şəxs ) 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə qərarın ləğv edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.03.2020-ci il tarixli 2-1(107)-112/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən iş ə Ali Məhkəmənin binasında 23.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Şəki rayon Turan Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan 25 ha torpaq sahəsi kənd təsərrüfatı ilə məşğul olmaq (dənli bitkilər əkmək üçün) məqsədilə 20 illik müddətə iddiaçı Iddiaçı icarəsinə verilmiş və tərəflər arasında 18.10.2010-cu il tarixdə torpaq icarə müqaviləsi imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda, Şəki rayon Turan Bələdiyyəsinin 11.01.2007-ci il tarixli 02 nömrəli qərarına əsasən bələdiyyə mülkiyyətindən 147 ha torpaq sahəsi 35 il müddətinə Üçüncü şəxs nun icarəsinə verilmiş və tərəflər arasında 05.02.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsi imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilmişd ir. Bundan sonra sonuncunun icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına Xx seriyalı ***** nömrəli çıxarış və Xx seriyalı ***** nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. İddiaçı icarəsinə verilmiş 25 ha torpaq sahəsinin Şəki rayon Turan Bələdiyyəsinin 11.01.2007-ci il tarixli 02 nömrəli protokol qərarına və 05.02.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən Üçüncü şəxs nun icarəsinə verilmiş 147 ha torpaq sahəsinin daxilində yerləşməsini əsas gətirərək X1 ilə birgə iddiaçı kimi cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Şəki rayon Turan Bələdiyyəsinin X1147 hektar torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə 11.01.2007-ci il tarixli, 02 saylı qəra rının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışlar ki, 11.01.2007-ci il tarixli iclas protokolundan çıxarışda Şəki rayon Bələdiyyə sədri Iddiaçı imzası qarşısındakı və 05 fevral 2007-ci il tarixli 01 nömrəli Torpağın İcarəyə verilməsi haqqında müqavilədə Şəki rayon Bələdiyyəsinin sədri X1imzası qarşısındakı imzalar saxtalaşdırılmışdır və X1 məxsus deyildir. Iddiaçı həmin sənədləri mühasib X2 aldığını bildirmişdir. X1nə belə bir qərara, nə də icarə müqaviləsinə imza atmamışdır. Məhkəmələrin mövqeyi: Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 06.12.2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdeh Şəki Rayon Turan Bələdiyyəsinə (üçüncü şəxs: Üçüncü şəxs ) qarşı “Şəki rayon Turan Bələdiyyəsinin Üçüncü şəxs na 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə 11.01.2007-ci il tarixli 02 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamış, qeyd edilən qərardaddan apelyasiya şikayəti verilməmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisə prdemeti olan Şəki rayon Turan Bələdiyyəsinin 11.01.2007-ci il tarixli 02 nömrəli qərarı həmin Bələdiyyənin adından qəbul edildiyindən hazırkı vəziyyətdə X1 qanunla qorunan maraqlarına toxunmur, onun üçün hüquq və vəzifələr yaratmamışdır. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 06.12.2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Şəki rayon Turan bələdiyyəsinin Üçüncü şəxs na 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə 11.01.2007ci il tarixli 02 nömrəli qərarı iddia çı Iddiaçı icarəsinə verilmiş 25 ha torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizası üzrə 122 manat və məhkəmə-texniki ekspertizası üzrə 61,52 manat ekspertiza xərci cavabdeh Şəki rayon Turan bələdiyyəsindən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, 2007-ci ildə Şəki rayon Turan Bələdiyyəsinin sədri X1 olmasına və bələdiyyənin 11.01.2007-ci il tarixli 02 nömrəli qərarı, 05.02.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsində sədr kimi onun adı qeyd olunmasına baxmayaraq imzalar onun tərəfindən icra edilməmişdir. Belə olan halda həmin akt qanunsuz inzibati aktdır və həmin inzibati akt iddiaçının icarəsinə verilmiş 25 ha torpaq sahəsinə münasibətdə ləğv edilməlidir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 06.12.2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərarından üçüncü şəxs apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.03.2020-ci il tarixli 21(107)-112/2020 nömrəli qərarı ilə, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 06.12.2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, Iddiaçı 18.10.2010-cu ildə Turan Bələdiyyəsi tərfindən icarəyə verilmiş torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada plan və cizgisi mövcud olmadığından, həmin torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmadığından, həmçinin q anunvericiliyin tələbləri baxımından müvafiq qaydada prosedur qaydaya uyğun icarəyə verilməsi ilə bağlı müvafiq səndləşmə aparılmadığından iddiaçının hazırkı tələbi ilə hüquqları qeydə alınmış üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında qərarın ləğv edilməsi mümkünsüzdür və iddia tələbi rədd edilməlidir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 06.12.2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmənin subyektiv hüquqla bağlı mövqeyi qanunsuzdur. İşə baxan məhkəmə iddiaçı barəsində istifadəsində olan torpaq sahəsi ilə bağlı qanuni qüvvəyə minmiş bəraət hökmünü nəzərə almamış, onun istifadə və mülkiyyət hüquqlarını pozmuşdur. Kassator, Mülki Prosessual Məcəllənin 8, 9, 13, 14, 385-387, 424.2.4-cü maddələrinə istinad edərək Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 06.12.2019-cu il tarixli 21(84)-846/2019 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirakı edən iddiaçı və onun vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 06.12.2019-cu il tarixli 21(84)-846/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı ba rədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 06.12.2019-cu il tarixli 2-1(84)-846/2019 nömr əli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Iddiaçı 18.10.2010cu ildə Turan Bələdiyyəsi tərfindən icarəyə verilmiş torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada plan və cizgisi mövcud olmadığından, həmin torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmadığından, həmçinin qanunvericiliyin tələbləri baxımından müvafiq qaydada prosedur qaydaya uyğun icarəyə verilməsi ilə bağlı müvafiq səndləşmə aparılmadığından iddiaçının hazırkı tələbi ilə hüquqları qeydə alınmış üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında qərarın ləğv edilməsi mümkünsüzdür və iddia tələbi rədd edilməlidir. Halbuki, işin araşdırılmış hallarından müəyyən olunur ki, 2010 -cu ildə Turan bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan 25 ha torpaq sahəsi kənd təsərrüfatı ilə məşğul olmaq məqsədilə 20 illik müddətdə iddiaçı Iddiaçı icarəsinə verilmiş, tərəflər arasında 18.10.2010-cu il tarixində icarə müqaviləsi bağlanmış, iddiaçı həmin tarixdən uzun müddət ərzində 25 ha torpaqdan istifadə etmiş və müvafiq icarə haqları ödəmişdir (bax: Şəki Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli, 1(075)-1/2019 nömrəli hökmü). Ali Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bağlanmış icarə müqaviləsi Turan Bələdiyyəsinin sədri tərəfindən imzalanmış və həmin müqavilə Şəki rayon torpaq şöbəsində 22.12.2010-cu il tarixində torpaq sahələrinin qeydiyyat kitabında 1275 nömrə ilə qeydiyyata alınaraq Şəki rayon torpaq şöbəsinin müdiri x3 tərəfindən möhürlə t əsdiqlənərək imzalanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının torpağa icarə hüququnun torpaq şöbəsi tərəfindən qeydə alınması, həmin torpaq sahəsinin digər şəxslərin hər hansı bir hüququ ilə yüklü olmasını istisna edir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, torpağa olan icarə hüquqlarının qeydə alınması, həmin hüquqların qorunmasına və müdafiəsinə dövlət təminat verir və qeydə alınmış hüquqların qorunması dövlət tərəfindən təmin olunur. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Bununla yanaşı, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, 18.10.2010-cu il tarixli 23 nömr əli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin “icarəyəverən” qrafasında “Iddiaçı” yazılarının qarşısındakı imza X1 tərəfindən icra olunmuş, 11.01.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarış “Şəki rayon Turan Bələdiyyəsinin sədri” yazılarının qarşısındakı imza və 05.02.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin “icarəyəverən” qrafasında “x1” yazısının qarşısındakı imza X1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan əlavə, Şəki Rayon Məhkəməsinin 07.01.2019-cu il tarixli hökmü ilə iddiaçının torpaqdan qanuni əsaslarla istifadə etdiyi öz təsdiqini tapmışdır. Həmin cinayət işinin gedişində iddiaçının istifadə etdiyi torpaqların hüdudları müəyyən olunmuşdur. Lakin, apellyasiya instansiya məhkəməsi göstərilənləri nəzərə almadan, heç bir araş dırma aparmadan qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi, eyni zamanda, prosessual normaların pozulmasına da yol vermişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Normanın məzmunundan göründüyü kimi, məhkəmələr qaldırılan iddialarda natamam faktiki məlumatların tamamlanmasında proses iştirakçılarına yardım etmə yə borcludur. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının ona məxsus torpaq sahəsinin plan-ölçü və sxeminin olmamasına əsaslanaraq, torpaq sahəsinin hüdudlarının müəyyən edilməsində iddiaçıya yardım etməli olduğu halda bunu etməmiş, iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludu r. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilən normaların tələbləri apellyasiya instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Göstərilənlərə əsasən, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş t əkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi İPM-in 13-cü maddəsinin tələblərinə riayət etməklə iddiaçının qanuni əsaslarla istifadə etdiyi torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi məqsədilə hazırkı işlə bağlı cinayət işinin materiallarını nəzərdən keçirməli, iddiaçının istifadəsində olan torpaq sahəsinə mütəxəssis cəlb etməklə yerində baxış keçirməli, torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi üçün bu istiqamətdə araşdırma aparmalı və nəticədən asılı olaraq qanuni qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 06.12.2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar