Məhkəmə qərarları › İş №2-1(102)-1281/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1281/2025

23.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1281/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müalicə üçün çəkilmiş maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “müalicə üçün çəkilmiş maddi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-522/2024 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2003-cü ildə doğulmuşdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X19 Hərbi Məktəbinin rəisinin 228 nömrəli xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “V” bəndinə müvafiq olaraq X12 müvəffəqiyyətlə vermiş abituriyent İddiaçı Ali Hərbi Məktəbə qəbul edilmiş, Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına salınmış və bütün növ təminatlarına daxil edilmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbinin rəisinin 246 nömrəli xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, kursant İddiaçı 4-cü zabit hazırlayan tədris bölüyünün 5-ci zabit hazırlayan tədris taqımının 3-cü manqasında kursant vəzifəsinə təyin edilmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbinin rəisinin 137 nömrəli xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, 4-cü zabit hazırlayan tədris bölüyündə kursant əsgər İddiaçı xx.xx.2021-ci il tarixdə Daxili Qoşunların Hərbi Hospitalına stasionar müalicəyə getmiş hesab edilmişdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbinin rəisinin 143 nömrəli xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Daxili Qoşunların Hərbi Hospitalında stasionar müalicədə olan zabit hazırlayan tədris taborunun 4-cü zabit hazırlayan tədris bölüyündə kursant əsgər İddiaçı, xx.xx.2021-ci il tarixdən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına ambulator müalicəyə getmiş hesab edilmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X19 Hərbi Məktəb Rəisinin 204 nömrəli 31 avqust 2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, xx.xx.2020-ci ildən DİN X19 Hərbi Məktəbində zabit hazırlayan tədris taborunun 4-cü zabit hazırlayan tədris bölüyündə 5-ci zabit hazırlayan tədris taqımının 3-cü manqasında kursant əsgər İddiaçı xəstəliyə görə “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 22 “a” maddəsinin İİ qrafasının “D” bəndinə (həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır) əsasən həqiqi hərbi xidmətdən azad edilmiş, xx.xx.2021-ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi X idmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon İdarəsinə göndərilmişdir.

7. İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların HHK xx.xx.2021-ci il tarixli 2101 nömrəli Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, diaqnoz - keçirilmiş kəskin disseminə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri, postinfeksion epileptik sindrom. XTB G04.0, G40.1. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Xəstəliklər cədvəlinin 22 “a” maddəsi, İİ qrafasına və ƏTC-nə əsasən “D” - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 8. "xxxx" MMC-nin (Avrasiya Hospitalı) xx.xx.2022-ci il tarixli 017 nömrəli arayışından görünür ki, İddiaçı 2021-ci ildə “Autoimmun ensefalit” diaqnozu ilə müalicə alıb. Müalicədən sonra “Dirəncli epileptik tutmalar və kəskin psixoz” diaqnozu ilə müalicələrini davam etdirmişdir. 13 dekabr 2021-ci il tarixdə hündürlükdən yıxılaraq “Qapalı kəllə beyin travması, subdural qanaxma, sol bud sümüyünün sınığı” diaqnozu ilə əməliyyat olmuşdur. Dərman müalicələri davam etdirir. Müayinə və reabilitasiya məqsədilə Türkiyə Respublikasına getməsi tövsiyə olunur.

9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı valideynləri X6 və X4 müşayiəti ilə xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırmalar Xəstəxanasında müayinə və müalicə məqsədilə Daxili Qoşunlar üçün ayrılmış xəstə yeri hesabına göndərilmişdir. Hal-hazırda İddiaçı Türkiyə Respublikası Gülhanə Tədris və Araşdı rmalar Xəstəxanasında müalicəsi davam edir.

10. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci ildə xx.xx.2026-cı ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar. Diaqnoz: Kəskin disseminə olunmuş ensefalit, Dəqiqləşdirilməmiş epileptik status, Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Xüsusi epileptik sindromlar.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X8 haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü ildə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlill ik səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar. Diaqnoz: Baş-beynin ocaqlı travması, QKBT baş-beynin ağır dərəcədə əzilməsi, Kraniotomiya ə/s sümük defekti, Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, depressiv epizodlarla, Keçirilmiş kəskin disseminə olunmuş ensefalit, Daimi ağrı, Sol bud sümüyünün bloklayıcı ştift osteosintezi cərrahi əməliyyatından sonrakı vəziyyət, OU-Torlu qişanın angiopatiyası.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması Meyarlarına uyğun olaraq İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.

13. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Hərbi Attaşelik Aparatı Azərbaycan Cumhuriyeti Ankara X3 tərəfindən Daxili İşlər Nazirliyinin X7 müavini - Şəxsi Heyət üzrə İdarənin rəisinə ünvanlanmış 12 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırma Xəstəxanasında xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında müalicə almış Azərbaycan Respublikası vətəndaşı Bayramlı X2, Nevrologiya və İnfeksiya Şöbələrində yüksək ixtisaslı həkimlər tərəfindən müayinə olunmuşdur. Müalicəsi zamanı daim nəzarətdə saxlanılmış və səhhətindəki müəyyən edilmiş narahatlıq üzrə həkimlər tərəfindən müalicə kursu müəyyən edilmişdir. Xəstənin müalicəsi zamanı qaraciyərində “Hepatit C” virusunun olduğu aşkar edilmiş və müalicəsi üçün yüksək ixtisaslı həkimlər tərəfindən sofosbuvir/velpatasvir/voksilaprevir dərman preparatının istifadəsi uyğun görülmüşdür. “Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında hərbi tibb sahəsində əməkdaşlıq haqqında Protokol”un 5-ci maddəsinin “Müalicə xidmətləri” hissəsinin “d” bəndinin tələblərinə uyğun olaraq xəstədə aşkar edilmiş “Hepatit C” virusunun müalicəsi üçün lazım olan dərman preparatının X25 tərəfindən qarşılanmaya cağına baxmayaraq, lazım olan dərman preparatının təmin edilməsi üçün Hərbi Attaşelik Aparatı tərəfindən dəfələrlə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinə müraciət edilmişdir. Müraciətlərinə cavab olaraq iki ölkə arasında imzalanmış protokol çərçivəsində ödənişsiz müalicə və müayinə olunan xəstəyə sofosbuvir/velpatasvir/voksilaprevir dərman preparatının X23 milli qanunvericiliyinə əsasən təmin edilmədiyi tərəflərinə bildirilmişdir. Bununla əlaqədar olaraq, Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi tərəfindən Hərbi Attaşelik Aparatına daxil olmuş məlumat təqdim edilir.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 xx.xx.2024-cü il tarixli T585/2024 saylı ekspert rəyindən görünür ki, İddiaçı xidmətə qəbul edilərkən onda xidmətə yararsız hesab ol unmasına səbəb olan hər hansı bir xəstəlik olmamışdır. İddiaçı uşaqlıq dövründə qoyulmuş “Beyin funksiyasının pozulması patologiyası (ensefalopatiya)” və “Nitq inkişafının geriliyi” diaqnozları ilə hərbi xidmətdən təxris olunmasına səbəb olan xəstəliklə heç bir səbəbli əlaqəsi yoxdur. Hal-hazırkı sağlamlıq durumu ilə əlaqədar xəstənin kənar şəxslərin daimi nəzarətinə və köməyinə ehtiyacı vardır. İddiaçıda xidmət dövründə, yəni xx.xx.2021-ci il tarixdən 3-4 sutka əvvəl inkişaf etməyə uyğun olan “Kəskin respirator xəstəlik. Naməlum mənşəli epilepsiya, epileptik status, sağ ağciyərin yuxarı payının kəskin ocaqlı pnevmoniyası, keçirilmiş kəskin disseminə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri, postinfeksion epileptik sindrom” diaqnozlu xəstəliklər aşkar olunmuşdur və bu xəstəliklə hər bi xidmətə yararsız olmuşdur. Qeyd olunan xəstəliklərdən əvvəlki dövrlərdə isə X19 Hərbi Məktəbinin tibb məntəqəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Kəskin respirator xəstəlik”, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Kəskin faringit”, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixlərdə isə “Kəskin respirator xəstəlik” diaqnozlu xəstəliklərlə müalicə almışdır. İddiaçıda xidmət dövründə ayrı-ayrı tarixlərdə diaqnozlar vaxtında və düzgün müəyyən edilmişdir. İddiaçıda xidmət dövründə ayrı-ayrı tarixlərdə qoyulmuş diaqnozlar vaxtında və düzgün müəyyən edilmişdir, aparılmış müalicələr qoyulmuş diaqnozlara uyğun və adekvat olmuşdur. İddiaçı xəstəliyi vaxtında aşkar edilərək, diaqnoz təyin edilmiş və adekvat müalicə tədbirləri həyata keçirilmişdir. İddiaçı x əstəliyinin proqressiv ağır kliniki əlamətlərlə inkişaf etməsi, müalicənin hər hansı bir etapında buraxılmış tibbi qüsurla əlaqəli olmayıb, kəskin gedişə malik olmasını əsas xəstəliyin həyat üçün təhlükəli olan ağırlaşmalarla müşayiət olunması ilə əlaqələndirmək lazımdır. İddiaçı müayinə və müalicədə olduğu tibb müəssisələrində onun müayinə, müalicə və diaqnostika taktikası tibb personalı tərəfindən düzgün seçilmiş, bütün etaplarda diaqnoz əsaslandırılmış formada düzgün təyin edilmiş, müalicəsi və tətbiq edilmiş dərman preparatları xəstəliyin etapına və ağırlığına müvafiq aparılmış, həmçinin təxliyyə və təxirəsalınmaz tibbi yardımlar zamanı qüsurlara yol verilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 7-ci hissəsinə əsasən hərbi xidm ət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə dəymiş zərərin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan qaydada və şərtlərlə ödənilməsi məsələsinin həlli barədə fikir yürütmək məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Təqdim olunmuş iş materiallarında İddiaçı 2021-ci ilin fevral ayında “Su çiçəyi” xəstəliyinə yoluxması barədə heç bir məlumat yoxdur. Göstərilən xəstəliyin onda olub-olmamasını hazırda retrospektiv olaraq təyin etmək mümkün deyildir. İddiaçı xx.xx.2021-ci il tarixdə “Covid-19” xəstəliyinə yoluxması və bu xəstəliyə qarşı peyvənd olunması barədə heç bir tibbi sənəd yoxdur və ona görə də bu xəstəliyə dair sualları cavablandırmaq hazırda mümkün deyildir.

15. Bakı Baş Səhiyyə Mərkəzi, X1 Atilla Afiq oğlunun analiz nəticələrindən görünü r ki, Varicella lgG analizi üzrə: Nəticə 2.8; Neqativ < 0.8; Şübhəli 0.8 - 1.2; Pozitiv > 1.2 müəyyən edilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imtinanın qanunsuz sayılması, İddiaçı müalicəsinə çəkilmiş 83000 manat pulun ödənilməsi və onun müalicəsinin Türkiyə Respublikasının xəstəxanalarından birində davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə X6 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı X11 əsl İddiaçı ilə əvəz edilmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. İddiaçı 2021-ci il fevral ayında təhsil aldığı Ali Hərbi Məktəbdə suçiçəyi xəstəliyinə yoluxmuşdur. O, suçiçəyi xəstəliyindən 21 gün müalicə olunmalı olsa da, 4-5 gün tibb məntəqəsində saxlanılaraq heç bir müalicə almayaraq buraxılmışdır. 26 may 2021-ci il tarixində Atillaya COVİD-19 virusu əleyhinə “Sinovak” vaksini vurulmuşdur. Halbuki Atilla həmin vaxtı artıq covid xəstəliyinə yoluxduğu üçün ona vaksin vurulması düzgün olmayıb. Sonradan analizlərin nəticələri də bunu təsdiq etmişdir. 11 iyun 2021-ci il tarixdə Atilla 37.4 dərəcə hərar ətlə Daxili Qoşunların Hərbi Hospitalına aparılmışdır. Atilla növbəti gün anası Gülayə Bayramlı ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq bir həftəlik hərbi təlimə gedəcəyi üçün onunla əlaqə saxlaya bilməyəcəyini bildirmişdir. 16 iyun 2021ci il tarixdə ailəsinə məlum olmuşdur ki, X13 Hospitalında intensiv şöbədə ağır vəziyyətdədir. Atillanın səhhətinin ağırlaşmasına səbəb həkimlərin düzgün müalicə seçməməsi olmuşdur. Ona görə də onun səhhəti daha da pisləşmiş və onda qıcolmalar baş verməyə başlamışdır. 20 iyun 2021-ci il tarixdə Atilladan götürülmüş analizlərlə müəyyən edilmişdir ki, onun səhhətinin ağırlaşmasına səbəb düzgün müalicənin aparılmamasıdır. Həkimlər Atillanın başqa bir xəstəxanaya köçürməsini, hazırkı vəziyyətdə X9, Bakı Sağlamlıq Mərkəzində və X24 Hospitalında müalicə aparılm asının daha faydalı olacağını məsləhət görmüşlər. Bir neçə dəfə Atillanın müalicəsinin göstərilən xəstəxanaların birində davam etdirilməsini istəsə də, hər dəfə tibb xidmətinin rəisi ona mane olmuşdur. 27 iyun 2021-ci il tarixdə Atillanın Bakı Sağlamlıq Mərkəzinə köçürülməsinə nail olmuşlar. Atillanın müalicəsi 30 avqust 2021-ci il tarixinə kimi reanimasiya şöbəsində aparılmışdır. İddiaçı kursant olduğu üçün Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə olunmaq hüququnun olduğunu bildirmişdir. Daxili Qoşunların rəhbərliyi əvvəllər pandemiyanı bəhanə gətirmiş, daha sonra isə X14 və Araşdırma Xəstəxanasında müalicə olunmaq hüququna malik olmadığını bildirmişlər. İddiaçının xəstələnməsinə və müalicəsinə cavabdeh olan Daxili Qoşunların rəhbərliyi onun hərbi xidmətdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixdə əmr vermişdir. Müalicə olunan kursantın tələsik tərxis olunması bunun məqsədli şəkildə edildiyini göstərir. Belə ki, İddiaçı kursant olduğu üçün onun müalicəsinin davam etdirilməsi Daxili Qoşunların rəhbərliyinin vəzifə borcu idi. Atillanın müalicə aldığı 11 iyun 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixə kimi olan müddətin bir hissəsi onun məzuniyyət müddəti ilə üst-üstə düşürdü. Əslində Atilla bu günə kimi ambulator müalicədə olmalı idi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar komandarinin 1-ci müavini-qərargah rəisinin xx.xx.2022-ci il tarixli məktubunda tövsiyə olunmuşdur ki, Azərbaycanda müalicəsi mümkün olmayan xəstəliklərlə bağlı vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələsi Səhiyyə Nazirliyinin “Vətəndaşlar ın respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya”sı tərəfindən müəyyən edilir, bu səbəbdən qaldırılan məsələ ilə bağlı adıçəkilən Nazirliyə müraciət edilməsi məqsədəuyğundur. Avrasiya Hospitalı tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli 017 saylı arayışda göstərilmişdir ki, İddiaçı 2021-ci ildə “Autoimmun ensefalit” diaqnozu ilə müalicə almışdır. Müalicədən sonra “Dirəncli epileptik tutmalar və kəskin psixoz” diaqnozu ilə müalicələrini davam etdirmişdir. Müayinə və realibitasiya məqsədilə Türkiyə Respublikasına getməsi tövsiyə olunmuşdur. Atillada olan xəstəliyin fəsadları nəticəsində onda qıcolma baş vermiş və o, xx.xx.2021-ci il tarixdə hündürlükdən yıxılaraq “Qapalı kəllə beyin travması, subdural qanaxma, sol bud sümüyünün sınığı” diaqnozu ilə əməliyyat olunm uşdur. Hazırda Atillanın müalicəsi yataq şəraitində davam etdirilir. Bu günə kimi qəbulunda olduğu həkimlərin hamısı bildirmişlər ki, Atilla nə Daxili Qoşunların Hərbi Hospitalında, nə də Mirqasımov adına Respublika Xəstəxanasına müalicə üçün göndərilməməli idi. Hazırda Atillanın səhhəti günü-gündən pisləşir. Atillaya “Autoimmun ensefalit” diaqnozu qoyulmuşdur. Müalicəni davam etdirmək üçün maddi imkanı yoxdur. Onun müalicəsi ilə bağlı alınan dərmanların böyük hissəsinin pulunu özü ödəmişdir. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığından onun müalicəsi üçün ayrı-ayrı adamlardan xeyli miqdarda borc pul alaraq müalicəyə xərcləmişdir. Saxladığı qəbzlərdən görünür ki, 27 iyun 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 3000 manat, 30 iyun 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 1000 manat, 01 iyul 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 1000 manat, 02 iyul 2021ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 1000 manat, 05 iyul 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1730 manat, xx.xx.2021-ci il tarixdə 3600 manat, xx.xx.2021-ci il tarixdə EGE hospitala 115 manat, xx.xx.2021-ci il tarixdə EGE hospitala 115 manat, xx.xx.2021-ci il tarixdə 1766 manat, xx.xx.2021-ci il tarixdə 233 manat, xx.xx.2021-ci il tarixdə 1766 manat pul ödəmişdir. Həkimlər müalicəni Türkiyə Respublikasında olan xəstəxanaların birində davam etdirməyi məsləhət görürlər. Müalicə üçün 90.000-100.000 manat pul tələb olunur.

19. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edi lmişdir. Etiraza əsasən, X11 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “maddi ziyanın ödənilməsi və müalicəsini davam etdirilməsi” barədə iddiası əsassız və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, X19 Hərbi Məktəbinin rəisinin xx.xx.2020-ci il tarixli 228 №-li əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 47-ci maddəsinin “V” bəndinə müvafiq olaraq X12 müvəffəqiyyətlə vermiş abuturiyent İddiaçı Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2020-ci il tarixli 246 №-li əmri ilə kursant İddiaçı 4-cü zabit hazırlayan tədris bölüyünün 5-ci zabit hazırlayan tədris taqımı nda kursant vəzifəsinə təyin edilmişdir; Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2021 -ci il tarixli 137 №-li əmri ilə 4-cü zabit hazırlayan tədris bölüyündə kursant İddiaçı Daxili Qoşunların hərbi hospitalına stosionar müalicəyə getmiş hesab edilmişdir; Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2021-ci il tarixli 143 №-li əmri ilə Daxili Qoşunların hərbi hospitalında stosionar müalicədə olan zabit hazırlayan tədris taborunun 4-cü zabit hazırlayan tədris bölüyündə kursant əsgər İddiaçı, xx.xx.2021-ci il tarixdən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına ambulator müalicəyə getmiş hesab edilmişdir; Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2021-ci il tarixli 204 №-li əmri ilə kursant əsgər İddiaçı, xəstəliyə görə “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 22 “a” maddəsinin İİ qrafasının “D” bəndinə (həm dinc dövründə, həmdə müharibə dövründə hərbi xidmətə yararsızdır) əsasən həqiqi hərbi xidmətdən azad edilib, xx.xx.2021-ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon idarəsinə göndərilmişdir. Müəyyən edilmişdir ki, X19 Hərbi Məktəbinin kursantı (1-ci kurs) olmuş, 2003-cü il təvəllüdlü İddiaçı “Su çiçəyi” diaqnozu ilə deyil, 2021-ci il 9 iyun tarixdə bədən hərarətinin yüksək olması səbəbindən məktəbin tibb məntəqəsinə qəbul edilmiş, ixtisaslı müayinə məqsədilə iyun ayının 11-də Daxili Qoşunların hərbi hospitalına təxliyyə olunmuşdur. “Kəskin respirator xəstəlik” diaqnozu ilə müalicə tədbirlərinin aparılmasına baxmayaraq, iyun ayının 14-də xəstədə anidən qıcolmalar başlamış, davamlı olaraq təkrarlandığından hospitalın reanimasiya şöbəsinə köçürülmüşdür. Qıcolmaların intensivliyi artdığından iyun ayının 19-da xəstə “Epileptik status. Ensefalit” diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilmişdir. Həyata keçirilən tibbi tədbirlərə baxmayaraq, xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunmadığından, valideynləri tərəfindən (iltizamnaməsi əsasında) iyun ayının 27-də Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinə köçürülmüşdür. Stasionar müalicəsi başa çatdıqdan sonra o, Daxili Qoşunların Hərbi-həkim komissiyasında şəhadətləndirilərək, barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı (xx.xx.2021-ci il tarixli, 2101 nömrəli) verilmişdir. Bununla əlaqədar İddiaçı xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. Qeyd edilməlidir ki, müalicə müddətində aidiyyəti üzrə Respublikanın yüksək ixtisaslı mütəxəssisləri tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edilmiş, həmçinin onun müalicəsi ilə bağlı müvafiq köməkliklər göstərilmişdir. Eyni zamanda, Bakı Sağlamlıq Mərkəzində müalicədə olduğu müddətdə İddiaçı müalicəsinə zəruri köməkliyin göstərilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına (Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə) müvafiq müraciətlər edilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən müraciətə cavab olaraq (19 noyabr 2021-ci il t arixli, PHŞ/1-2-2021-31859 nömrəli) bildirilmişdir ki, Bakı Sağlamlıq Mərkəzində İddiaçı göstərilmiş ödənişli tibbi xidmətlər “Xidmətlər Zərfində” qeyd olunmuş tibbi xidmətlərə və müəyyən edilmiş tariflərə uyğun olaraq Agentlik tərəfindən ödəniləcəkdir. Sabiq kursant İddiaçı müalicədə olduğu müddətdə Türkiyə Respublikasından daxil olan məlumata əsasən COVİD-19 pandemiyası səbəbindən Gülhanə Tədris və Araşdırma Xəstəxanasına xəstə qəbullarının dayandırıldığı bildirilmiş və buna görə də həmin dövrdə onun müalicəsi ilə əlaqədar sözügedən tibb müəssisəsinə müraciət edilməmişdir. Bununla yanaşı, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 7-ci bəndinə əsasən yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının) hərbi-tibbi müəssisələrdə tibbi təminat hüququ saxlanılır. Bu baxımdan hərbitibbi müəssisələrdə müalicə olunmaq hüququna malik olan şəxslər Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırma Xəstəxanasına göndərilə bilər. Odur ki, A.X10 və Araşdırma Xəstəxanasına müalicəyə göndərilməsi Daxili Qoşunların səlahiyyətləri daxilində deyil. Xətai rayonu 9 saylı Uşaq Poliklinikasında tərtib edilmiş tibbi kitabçalara əsasən kursant İddiaçı beyin funksiyasının pozulması patologiyası (“Ensefalopatiya” diaqnozu) ilə nevropatoloqun dispanser qeydiyyatı nda olmuş, 2005-ci ildə sahə nevropatoloqu tərəfindən beyin patologiyasının nəticəsi olaraq nitq inkişafının da geriliyi təyin olunmuşdur.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərardadı ilə iddia tələbinə “İddiaçı müalicəsinin Türkiyə Respublikasının xəstəxanalarından birində davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində xitam verilmişdir.

21. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 2-1(112)-856/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X19 Hərbi Məktəbinin kursantı (1-ci kurs) olmuş, 2003-cü il təvəllüdlü İddiaçı “Su çiçəyi” diaq nozu ilə deyil, 2021ci il 9 iyun tarixdə bədən hərarətinin yüksək olması səbəbindən məktəbin tibb məntəqəsinə qəbul edilmiş, ixtisaslı müayinə məqsədilə iyun ayının 11-də Daxili Qoşunların hərbi hospitalına təxliyyə olunmuşdur. “Kəskin respirator xəstəlik” diaqnozu ilə müalicə tədbirlərinin aparılmasına baxmayaraq, iyun ayının 14-də xəstədə anidən qıcolmalar başlamış, davamlı olaraq təkrarlandığından hospitalın reanimasiya şöbəsinə köçürülmüşdür. Qıcolmaların intensivliyi artdığından iyun ayının 19-da xəstə “Epilektik status. Ensefalit” diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilmiş, həyata keçirilən tibbi tədbirlərə baxmayaraq, xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunmadığından, valideynləri tərəfindən (iltizamnaməsi əsasında) iyun ayının 27-də Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinə köçürülmüşdür. Bakı Sağlamlıq Mərkəzində müalicədə olduğu müddətdə İddiaçı müalicəsinə zəruri köməkliyin göstərilməsi məqsədilə aidiyyəti cavabdeh tərəfindən dövlət qurumlarına (Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə) müvafiq müraciətlər edilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən müraciətə cavab olaraq (19 noyabr 2021-ci il tarixli, PHŞ/1-2-2021-31859 nömrəli) bildirilmişdir ki, Bakı Sağlamlıq Mərkəzində İddiaçı göstərilmiş ödənişli tibbi xidmətlər “Xidmətlər Zərfində” qeyd olunmuş tibbi xidmətlərə və müəyyən edilmiş tariflərə uyğun olaraq Agentlik tərəfindən ödəniləcəkdir. İddiaçı Bakı Sağlamlıq Mərkəzində stasionar müalicəsi başa çatmışdır. Məhkəmə icraatının gedişatında da, cavabdeh tərəfindən iddiaçın ın sağlamlıq vəziyyətinin yaxılaşdırılması ilə əlaqədar ona müvafiq köməklik göstərilərək müalicəsinin davam etdirilməsi məqsədilə Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırmalar Xəstəxanasında müayinə və müalicə məqsədilə Daxili Qoşunlar üçün ayrılmış xəstə yeri hesabına iddiaçı valideynlərinin müşayiəti ilə Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırmalar Xəstəxanasına göndərilmişdir.

23. İddiaçının sağlamlıq vəziyyəti ilə bağlı yuxarıda qeyd edilən nüanslar T.C X15 X17 Gülhane Eğitim və Araşdırma Hastanesi tərəfindən verilmiş X21 Kurulu raporlarında göstərilən müayinə məlumatları ilə bir daha öz təsdiqini tapmışdır.

24. Məhkəmə qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 7-ci bəndinin hazırkı mübahisəyə tətbiqi imkanına gəldikdə, normanın m əzmunundan göründüyü kimi, bu norma o halda tətbiq oluna bilər ki, hərbi qulluqçuların səhhətinə zərər dəyməsi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olsun. Hazırkı işdə belə hal yoxdur.

25. Belə ki, işin hallarından göründüyü kimi, İddiaçı stasionar müalicəsi başa çatdıqdan sonra o, Daxili Qoşunların Hərbi-həkim komissiyasında şəhadətləndirilərək, barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı (xx.xx.2021-ci il tarixli, 2101 nömrəli) verilmişdir. Bununla əlaqədar İddiaçı xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətdən tərxis olunmuşdur.

26. Məhkəmə qeyd etmişdir ki, hərb i xidmət keçən şəxslərin üzərinə qoyulmuş öhdəliklər onlara həvalə edilmiş vəzifələrin istənilən, o cümlədən onların həyatı və sağlamlığı üçün risklərlə müşayiət olunan şəraitdə icrasını nəzərdə tutduğundan, bu, dövlət tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş təminat tədbirlərinin görülməsini tələb edir. Bununla yanaşı, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının səhhətinə zərər dəyməsi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmamış, xəstəlik haqqında məlumatlara əsasən ona zəruri tibb xidmət göstərilmişdir. Beləliklə, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş hüquqların təmin olunmadığı və iddiaçının sağlamlığına vurulan zərərin həmin hüquqların təmin olunmaması ilə sə bəbli əlaqədə olduğu müəyyən edilmədiyindən cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

27. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3107/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi (imtina) barədə ərizə qəbul edilmiş, həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir.

29. Eyni zamanda iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarından ape llyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024-cü il tarixli 2-1(103)-522/2024 nömrəli qərarı ilə (hakimlər P.A.Hüseynov (sədrlik edən-məruzəçi hakim), Ş.A.Məmmədova və C.B.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş və İddiaçı müalicəsi ilə əlaqədar çəkilmiş xərcə görə 48502 manat məbləğində pulun İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin üzərinə qo yulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla izah etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyində iddiaçı xidmətə qəbul edilərkən onda xidmətə yararsız hesab olunmasına səbəb olan hər hansı bir xəstəliyin olmaması qeyd olunsa da, iş materiallarından görünür ki, iddiaçı uşaqlıq dövründə “Beyin funksiyalarının pozulması patologiyası (Ensefalopatiya)” diaqnozu ilə Xətai rayon 9 saylı Uşaq Poliklinikasında qeydiyyatda olmuşdur. Lakin iddiaçı xidmətə qəbul edilərkən cavabdeh orqan tərəfindən qeyd olunan hal araşdırılmamış, həmin xəstəlik və onun əlamətlərinin iddiaçıda mövcud olub-olmaması, tam sağalmanın mümkün olub-olmaması və həmin dövr üçün iddiaçının sağlamlıq vəziyyəti nəzərə alınmaqla həmin xəstəliyin xidm ətə yararlı hesab edilməyə təsir edib-etməməsinə qiymət verilməmişdir. İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların HHK xx.xx.2021-ci il tarixli 2101 nömrəli Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, iddiaçıya “keçirilmiş kəskin disseminə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri, postinfeksion epileptik sindrom” diaqnozu qoyulmuşdur. Həmçinin iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək “Xroniki sinusitin kəskinləşməsi” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmuş, xx.xx.2021-ci ildə “Kəskin respitator xəstəlik» diaqnozu ilə Daxili Qoşunların hospitalına stasionar müalicəyə qəbul edilmiş, lakin sonradan xx.xx.2021-ci il tarixdə “Kəskin respirator xəstəlik, naməlum mənşəli epilepsiya, epileptik status, sağ ağ ci yərin yuxarı payının kəskin ocaqlı pnevmoniyası, ensefalit” diaqnozu ilə Respublika Klinik Xəstəxanasına köçürülmüş, xx.xx.2021-ci ildə isə Bakı Sağlamlıq Mərkəzinə köçürülərək xx.xx.2021-ci ilədək “Kəskin disseminə olunmuş ensefalit, dəqiqləşdirilməmiş kəskin meninqoensefalit (Viral/autoimmun), postifeksion epileptik sindrom, Ensefalitin qalıq əlamətləri, dəqiqləşdirilməmiş epileptik status” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Bundan başqa, Avrasiya Hospitalının xx.xx.2022-ci il tarixli 017 nömrəli arayışından görünür ki, iddiaçı 2021-ci ildə “Autoimmun ensefalit” diaqnozu ilə müalicə almış, müalicədən sonra “Dirəncli epileptik tutmalar və kəskin psixoz” diaqnozu ilə müalicələrini davam etdirmişdir. Eyni zamanda, iddiaçıya xx.xx.2021-ci ildə beş il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2024-cü ildə isə müddətsiz birinci dərəcəli əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozlar sırasında kəskin disseminə olunmuş ensefalit, dəqiqləşdirilməmiş epileptik status, fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, xüsusi epileptik sindromlar qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı xidmətə qəbul edilərkən onun uşaqlıq dövründə qeydiyyatda olduğu xəstəliyin qalıq əlamətlərinin mövcud olub-olmaması, hərbi xidmətin özünəməxsus çətinlikləri ilə əlaqədar bunun iddiaçının sağlamlığına mənfi təsir edibetməməsi halları müəyyən edilməmiş və qeyd olunanlar hərbi xidmətə yararlılıq məsələlərinin qiymətləndirilməsi zamanı nəzərə alın mamışdır. Halbuki xidmətə qəbul edilən zaman həkim komissiyasının vəzifəsi şəxsin hərbi xidmətə yararlı olub-olmamasının müəyyən edilməsi üçün bütün halları yoxlamaqdan ibarətdir.

32. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyində iddiaçıda xidmət dövründə ayrı-ayrı tarixlərdə diaqnozların vaxtında və düzgün müəyyən edildiyi qeyd olunsa da, iddiaçıda onun hərbi xidmətdən azad edilməsinə əsas olan kəskin disseminə olunmuş ensefalit, postifeksion epileptik sindrom, ensefalitin qalıq əlamətləri diaqnozu müraciət etdiyi zaman deyil, bir neçə vaxt sonra müəyyən edilmiş, iddiaçı daha sonra dirəncli epileptik tutmalar və kəskin psixoz diaqnozu ilə müalicələrini davam etdirmişdir.

33. Eyni zamanda məhkəmə tibbi ekspertizasının rəyində təqdim olunmuş iş materiallarında iddiaçının 2021-ci ilin fevral ayında “Su çiçəyi” xəstəliyinə yoluxması barədə heç bir məlumatın olmaması, göstərilən xəstəliyin onda olub-olmamasının hazırda retrospektiv olaraq təyin etməyin mümkün olmaması qeyd edilsə də, iş materiallarına əlavə edilmiş Bakı Sağlamlıq Mərkəzinin epikrizində iddiaçının 2021-ci ilin fevral ayında suçiçəyi keçirməsi qeyd edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Bakı Baş Səhiyyə Mərkəzi, Mərkəzi Laboratoriyasının iddiaçının analiz nəticələrinə əsasən iddiaçının suçiçəyi keçirməsi müəyyən edilmişdir (Varicella lgG analizi üzrə: Nəticə 2.8; Neqativ < 0.8; Şübhəli 0.8 - 1.2; Pozitiv > 1.2). İddiaçının suçiçəyi xəstəliyini keçirməsinə baxmayaraq, xidmət müddəti dövründə iddiaçının bununla əlaqədar müalicə olunması iş materialları ilə müəyyən edilmir.

34. Qeyd olu nanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı müalicə xərclərinin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.

35. Lakin 83.000 manat məbləğin ödənilməsi ilə əlaqədar qeyd edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri və çeklərə əsasən iddiaçının müayinə, müalicəsi və dərman vasitələrinin alınması üçün 48502 manat məbləğində vəsaitin xərcləndiyi müəyyən edilir. Ona görə də iddia tələbi 48502 manatın ödənilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

36. İddia tələbinin həmin məbləğdən çox hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, iddiaçı bununla əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Türkiyə Respublikasında çəkilən xərclərlə əlaqədar isə qeyd edilməlidir ki, iş materiallarına əsasən iddiaçının Türkiyə Respublikasındakı müalicə xərcləri (iddiaçı ilə bərabər atasının yol və qalma xərcləri daxil olmaqla) cavabdehin vəsaiti hesabına həyata keçirilmişdir.

37. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

38. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

40. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələbl ərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, iddiaçının xidmətdən xaric olunmasına səbəb olan xəstəliyin hərbi xidmət vəzifələrinin icrası ilə səbəbli əlaqəsi araşdırılmadan qərar qəbul edilmişdir. Bu xəstəliyin yaranmasına iddiaçının hərbi xidmət vəzifələrinin icrası ilə səbəbli əlaqəsinin nədən ibarət olması məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçının xəstəliyinin uşaqlıq dövründən, yəni xidmətə qəbul edilməzdən əvvəl olması məlumdur. İddiaçının xidmətinin xüsusiyyətləri nəzərə alındıqda (kursant) xidmətdə olduğu zaman hansı gərgin şəraitdə xəstəliyin inkişaf etməsi məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİL ƏN HÜQUQ

42. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gət irib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zər ərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 89.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. 44. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

13. Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ

1. Hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülmə si, səhhətə daim nəzarət edilməsi, hərbi tibb müəssisələrində hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. Hərbi qulluqçular məcburi qaydada ambulator və ya stasionar tibbi müayinədən, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər.

2. Həqiqi hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əksgöstərişlər haqqında tam məlumat almaq hüququ vardır. Hərbi qulluqçuların, hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır.

3. Hərbi qulluqçuların xidmət yerində hərbi tibb müəssisələri olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət büdcəsi hesabına tibbi yardım göstərilir.

6. Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xid mət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır.

7. Hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır.

45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

46. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin a raşdırmaları yetərli hesab olunur.

50. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. Bu qərarın 42-43-cü bəndlərində istinad olunan normalara əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

52. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarı n (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.

53. Hazırki mübahisə iddiaçının hərbi xidmət dövründə yaranmış münasibətlərdən irəli gəldiyinə görə, bu mübahisə, həmin vaxt onların qarşılıqlı münasibətlərini və statuslarını tənzimləyən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun əlaqəli müddəaları əsasında həll olunmalıdır. Bu baxımdan iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması “Hərbi qulluqçuların statusu haqqında” qanunun 13-cü maddəsinin 7-ci bəndidir. Həmin normada deyilir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qay dada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır.

54. Hərbi xidmət münasibətlərindən yaranan mübahisələrin həlli zamanı unudulmamalıdır ki, bu münasibətlər özünün spesifikliyi ilə digər münasibətlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Hərbi xidmət dövründə qulluğun fasiləsiz və davamlı olması baxımından hərbi qulluqçuların hüquqları və vəzifələri müəyyən edilmişdir. Hərbi qulluqçu sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malikdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsindəki “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ” ifadəsi məhkəmədən mübahisəyə baxark ən əlaqəli normaların seçilməsini tələb edir.

55. Hazırda iddiaçı 2021-ci il fevral ayında təhsil aldığı Ali Hərbi Məktəbdə suçiçəyi xəstəliyinə yoluxduğunu, suçiçəyi xəstəliyindən 21 gün müalicə olunmalı olsa da, 4-5 gün tibb məntəqəsində saxlanılaraq heç bir müalicə almayaraq buraxılmasını, 26 may 2021-ci il tarixində ona artıq covid xəstəliyinə yoluxduğu halda ona COVİD-19 virusu əleyhinə “Sinovak” vaksini vurulmasının düzgün olmamasını, 11 iyun 2021-ci il tarixdə 37.4 dərəcə hərarətlə Daxili Qoşunların Hərbi Hospitalına aparılması, səhhətinin daha da pisləşməsini və 2021-ci ildə “Autoimmun ensefalit” diaqnozu ilə müalicə almasını, müalicədən sonra “Dirəncli epileptik tutmalar və kəskin psixoz” diaqnozu ilə müalicələrinin davam etdirməsini bildirərək müalicəsinə çəkilmiş 83.000 manat mə bləğində pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini tələb edir.

56. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X19 Hərbi Məktəbinin rəisinin 228 nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “V” bəndinə müvafiq olaraq X12 müvəffəqiyyətlə vermiş abituriyent İddiaçı Ali Hərbi Məktəbə qəbul edilmiş, Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına salınmış və bütün növ təminatlarına daxil edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbinin rəisinin 246 nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı 4-cü zabit hazırlayan tədris bölüyünün 5-ci zabit hazırlayan tədris taqımının 3-cü manqasında kursant vəzifəsinə t əyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X19 Hərbi Məktəb Rəisinin 204 nömrəli 31 avqust 2021-ci il tarixli əmrinə əsasən İddiaçı xəstəliyə görə “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 22 “a” maddəsinin İİ qrafasının “D” bəndinə (həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır) əsasən həqiqi hərbi xidmətdən azad edilmiş, xx.xx.2021-ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon İdarəsinə göndərilmişdir.

57. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıda xəstəliyin yaranması onun hərbi xidmət vəzifələrinin icrası ilə səbəbli əlaqəsi olmamışdır.

58. Kassasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kolle giyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı uşaqlıq dövründə “Beyin funksiyalarının pozulması patologiyası (Ensefalopatiya)” diaqnozu ilə Xətai rayon 9 saylı Uşaq Poliklinikasında qeydiyyatda olsa da, iddiaçı xidmətə qəbul edilərkən cavabdeh orqan tərəfindən qeyd olunan hal araşdırılmamış, həmin xəstəlik və onun əlamətlərinin iddiaçıda mövcud olub-olmaması, tam sağalmanın mümkün olub-olmaması və həmin dövr üçün iddiaçının sağlamlıq vəziyyəti nəzərə alınmaqla həmin xəstəliyin xidmətə yararlı hesab edilməyə təsir edib-etməməsi araşdırılmamışdır.

59. Bununla yanaşı, iddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların HHK xx.xx.2021-ci il tarixli 2101 nömrəli Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, iddiaçıya “keçirilmiş kəskin dissem inə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri, postinfeksion epileptik sindrom” diaqnozu qoyulmuş, diaqnoz hərbi xidmət dövründə alınmışdır.

60. Bakı Sağlamlıq Mərkəzinin epikrizində iddiaçının 2021-ci ilin fevral ayında suçiçəyi keçirməsi qeyd edilmişdir.

61. İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək “Xroniki sinusitin kəskinləşməsi” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmuş, xx.xx.2021-ci ildə “Kəskin respirator xəstəli” diaqnozu ilə Daxili Qoşunların hospitalına stasionar müalicəyə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə “Kəskin respirator xəstəlik, naməlum mənşəli epilepsiya, epileptik status, sağ ağ ciyərin yuxarı payının kəskin ocaqlı pnevmoniyası, ensefalit” diaqnozu ilə Respublika Klinik Xəstəxanasına köçürülmüş, xx.xx.2021-ci ildə isə Bakı Sağlamlıq Mərkəzinə köçürülərək xx.xx.2021-ci ilədək “Kəskin disseminə olunmuş ensefalit, dəqiqləşdirilməmiş kəskin meninqoensefalit (Viral/autoimmun), postifeksion epileptik sindrom, Ensefalitin qalıq əlamətləri, dəqiqləşdirilməmiş epileptik status” diaqnozu ilə stasionar müalicədə olmuşdur.

62. Cavabdeh tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnamədən də göründüyü kimi iddiaçıya qoyulmuş diaqnozun hərbi xidmət dövründə alındığı təsdiqlənmişdir.

63. Bundan başqa, Avrasiya Hospitalının xx.xx.2022-ci il tarixli 017 nömrəli arayışından görünür ki, iddiaçı 2021-ci ildə “Autoimmun ensefalit” diaqnozu ilə müalicə almış, müalicədən sonra “Dirəncli epileptik tutmalar və kəskin psixoz” diaqnozu ilə müalicələrini davam etdirmişdir.

64. Kollegiya qeyd edir ki, iddiaçıya xx.xx.2021-ci ildə beş il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2024-cü ildə isə hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilərkən diaqnozlar sırasında kəskin disseminə olunmuş ensefalit, dəqiqləşdirilməmiş epileptik status, fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, xüsusi epileptik sindromlar qeyd edilmişdir.

65. Göründüyü kimi, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur.

66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət i nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunur.

67. Məhkəmə kollegiyası nəzərə alır ki, hərbi xidmət keçən şəxslərin üzərinə qoyulmuş öhdəliklər onlara həvalə edilmiş vəzifələrin istənilən, o cümlədən onların həyatı və sağlamlığı üçün risklərlə müşayiət olunan şəraitdə icrasını nəzərdə tutduğundan, bu, dövlət tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş təminat tədbirlərinin görülməsini tələb edir.

68. Göründüyü kimi iddiaçı müalicə xərclərinin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur, tutulmalı məbləğə gəldikdə isə iddiaçı tə rəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri və çeklərə əsasən iddiaçının müayinə, müalicəsi və dərman vasitələrinin alınması üçün 48502 manat məbləğində vəsaitin xərcləndiyi müəyyən edilmiş, iddiaçı tərəfindən daha çox xərcin çəkilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.

69. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri əsassız olduğundan və qanunun müddəalarına uyğun olmadığından təmin edilə, apellyasiya instansiya məhkəməsinin qərarı isə ləğv edilə bilməz.

70. Odur ki, kassasiya şikayətləri təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş k assasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024-cü il tarixli 21(103)-522/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar