Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1287/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi yardımın və s. ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü sərəncamda olduğu 17 avqust N017-ci il tarixdən N sentyabr N018-ci il tarixədək olan müddətin qanunsuz hesab edilməsi və göstərilən dövr üçün aylıq əmək haqqının, N017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, xx.xx.N018-ci il tarixdən 30 sentyabr N018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının, N017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və N018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın, N017-ci ilin hesabına maddi yardımın, Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının və N017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 15 mart N0NN-ci il tarixli, N-1(105)-83/N0NN nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 18 dekabr N018-ci il tarixli 1731/ş saylı əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Riskli Xilasetmə və X1 (9971 saylı hərbi hissə) 5N5/5 saylı N0 dekabr N018-ci il tarixli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması nəzərə alınaraq, N0 dekabr N018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təm inatlardan çaıxarılmışdır. Həmin əmrdə İddiaçı N018-ci il üçün nəzərdə tutulan maddi yardımın, N aylıq maaş (vəzifə və rütbə) miqdarında birdəfəlik müavinət, N aylıq dövr üçün pul mükafatının 90 % verilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Maliyyə şöbəsinin rəisi tərəfindən hazırlanmış arayışda qeyd edilmişdir ki, iddiaçı Nazirliyin 17 aprel N017-ci il tarixli 0334/ş saylı əmri ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin (9970 saylı hərbi hissə) Döyüş və xüsusi hazırlıq idarəsinin Pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisinin baş köməkçisi vəzifəsindən nazirliyin sərəncamına götürülmüşdür. Nazirliyin N sentyabr N018-ci il tarixli 1N43/ş saylı əmri ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Riskli Xilasetmə və mühafizə alayının (9971 saylı hərbi hissə) Mühafizə taborunun mühafizə bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. Hərbi hissə komandirinin N0 dekabr N018-ci il tarixli 05N5/ş saylı əmri ilə (öz arzusu ilə) N0 dekabr N018- cil tarixdən ehtiyata buraxılmışdır. Xidmət müddətində əmək haqqı, məzuniyyət pulu, tərxis əmrinə uyğun olaraq N018-ci il oktyabr-dekabr aylardakı xidmətə görə 90% həcmində pul mükafatı, ehtiyata buraxılması ilə əlaqədar N aylıq maaş miqdarında bir dəfəlik pul müavinəti və N018-ci il üçün nəzərdə tutulmuş maddi yardım ona tam ödənmişdir. Məzuniyyət günləri işlədiyi dövrə müvafiq olaraq 11 gün verilmişdir. (Məzuniyyət kompensasiyası 34 gün üçün 573 manat 78 qəpik təşkil edir). Əşya əmlakı əvəzinə pul kompensasiya alınması üçün arayışın verilməsi ilə bağlı Xidmətə mü raciət etməmişdir. Kirə pulu N017-ci ilin yanvar-mart aylarına müvafiq olaraq toplanmış sənədlərə əsasən 158.40 manat ödənmişdir. 17 aprel N017-ci il tarixdən N sentyabr tarixinədək Nazirliyin sərəncamında olduğu üçün ödənişlərlə bağlı heç bir məlumatı yoxdur. Nazirliyin şifahi sorğusuna əsasən bildirir ki, İddiaçı sərəncam dövründə pul təminatı aşağıdakı kimi olmalıdır: 1) Əmək haqqı 17 avqust N017-ci il tarixdən N sentyabr N018-ci il tarixədək tutqularsız 8680.85 manat təşkil edir; (17 aprel-N018 mart vəzifə maaşı -3N0.00, rütbə maaşı-1N7.00,xidmət ili-44.70, dərəcəsi 80.00) və (aprel N018- sentyabr N018 vəzifə maaşı 350.00, rütbə maaşı-1N7.00, xidmət ili-47.70, dərəcəsi 87.50; N) maddi yardım N017-ci il üçün 447.00 manat təşkil edir; 3) mükafat N017-ci ilin müvafiq dövrü üçün 894.00 m anat, N018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat təşkil edir; 5) məzuniyyət əvəzinə pul kompensasiyası N017-ci ilin müvafiq dövrü üçün 7N7.85 manat, N018-ci ilin 34 gün istifadə edilməmiş məzuniyyət günləri üçün 573.78 manat təşkil edir.
4. İddiaçı 16 yanvar N019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək barəsində baş vermiş maddi təminat və məzuniyyət hüquqlarının pozulması faktlarının araşdırılması və müvafiq kompensasiyaların (sərəncamda olduğu 17 avqust N017-ci il tarixdən N sentyabr N018-ci il tarixədək olan müddət üçün aylıq əmək haqqının 9077 manat, N017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının1004 manat, 1 yanvar N018-ci il tarixdən 30 sentyabr N018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının-670 manat, N017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə-9N8 manat və N018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə 710 manat, N017-ci ilin hesabına maddi yardım 50N manat, hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə 3N00 manat pul kompensasiyasının və N017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiya 834 manatın hesablanaraq iddiaçıya ödənilməsi göstəriş verilməsini xahiş etmişdir. Müraciət təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Fövqəladə Hallar Nazirliyində hərbi xidməti dövrü sərəncamda olduğu 17 avqust N017-ci il tarixdən N senty abr N018-ci il tarixədək olan müddətin qanunsuz hesab edilməsi və göstərilən dövr üçün aylıq əmək haqqının, N017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, xx.xx.N018-ci il tarixdən 30 sentyabr N018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının, N017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və N018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın, N017-ci ilin hesabına maddi yardımın, Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının və N017ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş et mişdir. İddiaçının əsaslandırması:
6. İddianın əsaslarına görə iddiaçı N007-ci ildən 18 dekabr N018-ci il tarixədək Fövqəladə Hallar Nazirliyində (N007-ci ildən 17 aprel N017-ci il tarixədək N №-li hərbi hissədə, N sentyabr N018-ci il tarixdən 18 dekabr N018-ci i tarixədək N №-li hərbi hissədə) zabit kimi, cəmi N təqvim ili həqiqi hərbi xidmət keçmiş və AR XN 18 dekabr N018-ci il tarixli 1731/ş №li əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin “J” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Cavabdeh nazirlikdə hərbi xidmət keçərkən və N018-ci ilin dekabr ayında hərbi xidmətdən ehtiyata buraxılarkən bir çox aşağıda sadalanan maddi təminat və istirahət hüquqları hərbi hissə komandanlığı tərəfindən pozulmuşdur. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanun un 15.1-ci maddəsinə görə fövqəladə hallar orqanları əməkdaşı təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə 3 ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən 6 ayadək uzadıla bilər. İddiaçı isə 17 aprel N017-ci il tarixdə cavabdehin müvafiq əmri ilə heç bir əsas gətirilmədən xidmət etdiyi N №-li hərbi hissədə "şöbə rəisinin baş köməkçisi" vəzifəsindən sərəncama çıxarılmış və N sentyabr N018-ci il tarixədək XN sərəncamında olmuşdur. N sentyabr N018-ci il tarixdə isə N №li hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədən 18 dekabr N018-ci ildə ehtiyata buraxılmışdır. Sərəncamda olduğu müddət ərzində cəmi 4 ay - 17 aprel N017-ci il tarixdən 17 avqust N017-ci il tarixədək aylıq pul təminatı ilə təmin edilmişdir. 17 avqust N017-ci il tarixdən N sentyabr N018-ci il tarixədək olan müddət üçün heç bir növ pul təminatı (aylıq maaş) ödənilməmişdir. Onun 17 avqust N017-ci il tarixdən N sentyabr N018-ci il tarixədək olan müddət ərzində (1N ay N3 gün) sərəncamda olmağı qanunsuz olmuş və bu müddət üçün aylıq pul təminatı tam həcmdə hesablanaraq ona ödənilməlidir. a. birinci instansiya məhkəməsindəki birinci icraat:
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) N9 oktyabr N0N0-ci il tarixli, N-1(118)-50/N0N0 nömrəli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının sərəncama götürüldüyü 17 avqust N017-ci il tarixdən əvvəlki vəzifədə aldığı aylıq əmək haqqının üç ay mü ddətinə hesablanaraq iddiaçıya ödənilməsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və S.A.Qafari) 10 mart N0N1ci il tarixli, N-1(105)-NNN/N0N1 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin N9 oktyabr N0N0-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. c. Birinci instansiya məhkəmə sindəki ikinci icraat:
10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 30 iyun N0N1-ci il tarixli, N-1(118)-1075/N0N1 nömrəli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya 17 avqust N017-ci il tarixdən N sentyabr N018-ci il tarixədək ödənilməli olan 8680.85 manat əmək haqqı, N017-ci il üçün 447.0 manat maddi yardım, N017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, N018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat, N017-ci ilin müvafiq dövrü üçün 7N7.85 manat məzuniyyət əvəzinə pul kompensasiyası və N018-ci ilin 34 gün istifadə edilməmiş məzuniyyət günləri üçün 573.78 manatın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilənlərə əsasən iddiaçı 17 aprel N017-ci il tarixdə AR XN müvafiq əmri ilə xidmət etdiyi N №-li hərbi hissədə “şöbə rəisinin baş köməkçisi” vəzifəsindən sərəncama çıxarılmış və N sentyabr N018-ci il tarixədək XN sərəncamında olmuşdur. N sentyabr N018-ci il tarixdə isə N №-li hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədən 18 dekabr N018-ci ildə ehtiyata buraxılmışdır. 17 avqust N017ci il tarixdən N sentyabr N018-ci il tarixədək olan müddət üçün ona heç bir növ pul təminatı (aylıq maaş) ödənilməmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verməsə də, cavabdehin Maliyyə İdarəsi tərəfindən hazırlanmış arayışda göstərilən məbləğlə razılaşdığını bildirmişdir.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın N017-ci il üçün 447.0 manat maddi yardı m, N017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, N018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat ödənilməsi hissəsində ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər İ.K.Dəmirov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və R.Ə.Ağayev) 15 mart N0NN-ci il tarixli, N-1(105)-83/N0NN nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun N0N1-ci il tarixli qərarı N017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, N018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamış, qərar apellyasiya şikayəti ilə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.N017-ci il tarixdə AR XN müvafiq əmri ilə xidmət etdiyi N №-li hərbi hissədə “şöbə rəisinin baş köməkçisi” vəzifəsindən sərəncama çıxarılmış və xx.xx.N018-ci il tarixədək XN sərəncamında olmuşdur. xx.xx.N018-ci il tarixdə isə N №-li hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədən xx.xx.N018-ci ildə ehtiyata buraxılmışdır. xx.xx.N017-ci il tarixdən xx.xx.N018-ci il tarixədək olan müddət üçün ona heç bir növ pul təminatı (aylıq maaş) ödənilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, sərəncamda olan şəxslərə pul mükafatının verilməsi məsələsi inzibati orqanın mülah izəsi əsasında həll edilməklə onun diskresion səlahiyyətidır. Buna görə birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayəti ilə mübahisələndirilən iddiaçıya N017-ci ilin müvafiq dövrü üçün 894 manat, N018-ci ilin yanvar-avqust ayları üçün 636 manat mükafatin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin olunmamalıdır.
16. Apellyasiya instansiyası məhkəməsi N017-ci il üçün 447 manat maddi yardımın iddiaçıya ödənilməli olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini isə əsassız hesab edərək göstərmişdir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin N8.N-ci bəndinə əsasən maddi yardım hərbi qulluqçulara onların müraciətləri əsa sında hərbi hissə komandirinin əmri ilə, komandirə (rəisə) isə-yuxarı komandirin (rəisin) əmri əsasında, maddi yardımın məbləği göstəriliməklə, onlar məzuniyyətə, müalicəyə gedərkən, xidməti yerdəyişmələr zamanı, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqda və digər hallarda ödənilir. Həmin Əsasnamənin N8.3cü maddəsinə əsasən maddi yardımın məbləği müəyyənləşdirilərkən maddi yardımın verilməsi haqqında əmrin imzalandığı günə hərbi qulluqçuların aldığı maaşlar nəzərə alınır. Bu zaman vəzifə maaşına artımlar, üstəliklər və əlavə ödənişlər nəzərə alınmır. Sərəncamda olan hərbi qulluqçulara maddi yardım verilərkən onların sonuncu tutduğu əsas vəzifələr üzrə maaşlar əsas götürülür. Yəni, yuxarıda qeyd olunan Əsasnamənin N8.3-cü bəndinə əsasən maddi yardımın ödənilməli olması cava bdeh inzibati orqanın vəzifəsi kimi təsbit edilmişdir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddiaçıya N017-ci il üçün 447 manat maddi yardım ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
19. Azərbaycan Respublikası Müdafiə Nazirinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”sinin təsdiq edilməsi barədə 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarının N8.1-ci bəndind ə qeyd edilir ki, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfə aylıq vəzifə və hərbi rütbə maaşları həcmində birdəfəlik maddi yardım ödənilir.
20. Həmin qərarın N8.N-ci bəndinə görə maddi yardım hərbi qulluqçulara onların müraciəti əsasında hərbi hissə komandirinin əmri ilə, komandirə (rəisə) isə yuxarı komandirin (rəisin) əmri əsasında, maddi yardımın məbləği göstərilməklə, onlar məzuniyyətə, müalicəyə gedərkən, xidməti yerdəyişmələr zamanı, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqda və digər hallarda ödənilir.
21. Göründüyü kimi maddi yardımın verilməsi ilə bağlı hərbi qulluqçu ilk öncə hərbi hissə komandirinə yazılı müraciət etməli və yardımın məbləğini göstərməlidir. Ancaq iş materiallarına baxdıqda iddiaçının inz ibati orqana müraciət etmədiyi açıq-aşkar görünür. Müraciət edilmədən cavabdehin maddi yardım verməsi qanunçuluq prinsipinin birbaşa pozuntusu hesab edilə bilər.
22. Maddi yardımın ödənilməsi ilə bağlı cavabdehin üzərinə öhdəliyin qoyulması maddi hüquq normasının Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən pozulmasıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfində n tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllən in 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMK ÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin “iddiaçıya N017-ci il üçün 447 manat maddi yardım ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-in 1N.1, 58.7, 8N-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
29. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin N8.N-ci bəndinə görə, maddi yardım hərbi qulluqçulara onların müraciəti əsasında hərbi hissə komandirinin əmri ilə, komandirə (rəisə) isə yuxarı komandirin (rəisin) əmri əsasında, maddi yardımın məbləği göstərilməklə, onlar məzuniyyətə, müalicəyə gedərkən, xidməti yerdəyişmələr zamanı, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqda və digər hallarda ödənilir.
30. Apelyasiya instansiyası məhkəməsi N017-ci il üçün 447.0 manat maddi yardımın ödənilməsi ilə bağlı gəldiyi nəticənin əsası kimi yuxarıda qeyd edilən normaya istinad etsə də, iddiaçının maddi yardımın verilməsi ilə bağlı hərbi hissə komandirinə yazılı müraciətinin olub-olmadığını araşdırmamışdır. İş materiallarından iddiaçının belə bir müraciətinin olması müəyyən edilmir. Cavabdeh eyni dəlilə apellyasiya şikayətində də istinad etmişdir.
31. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 1N.1, 58.7, 8N-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kol legiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart N0NN-ci il tarixli, N-1(105)-83/N0NN nömrəli qərarı “iddiaçıya N017-ci il üçün 447 manat maddi yardım ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə rədd edilir. Qərar qətidir.