Məhkəmə qərarları › İş №2-1(102)-1288/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1288/2025

22.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1288/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2-1(104)-721/2024 nömrəli qərarından cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2015-2019-cu illərdə X2 Cəmiyyəti Tbilisi Açıq Tədris Universitetində təhsil almış, 2019-cu ildə bakalavr təhsilini bitirmiş və ona TOTU №000708 (qeydiyyat nömrəsi 1592) nömrəli 11 iyul 2019-cu il tarixli bakalavr diplomu verilmişdir.

2. İddiaçı diplomun tanınması və şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana elektron qaydada müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli elektron qərarla imtina edərək bildirmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı X2 Cəmiyyət Tbilisi Açıq Tədris Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə az müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən, onun aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona X2 Cəmiyyət Tbilisi Açıq Tədris Universiteti tərəfindən verilmiş İqtisadiyyatda Sosial Elmlər üzrə bakalavr dərəcəsi əldə etməyinə dair diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə X2 Cəmiyyət Tbilisi Açıq Tədris Universitetinə daxil olmuş və 2019-cu ildə həmin Universiteti bitirərək İqtisadiyyatda Sosial Elmlər üzrə bakalavr dərəcəsi əldə etmişdir. Təhsil müddətində sonuncu tədris semestri istisna olmaqla, təhsili Universitetin daxili nizamnaməsinə və dövlət qanunvericiliyinin tələblərinə uyğun formada həyata keçirmişdir. O, vaxtlı-vaxtında dərslərdə, praktiki məşğələlərdə və imtahanlarda əyani qaydada iştirak etmiş və imtahanları verərək diplom almışdır. Bir dəfə kirayədə yaşadığı mənzilə qaz sızması nəticəsində zəhərlənmiş və Universitetin razılığı ilə müalicə üçün vətənə qayıtmışdır. Müalicədən qayıdan kimi iştirak etmədiyi dərslərə görə əlavə hazırlıq keçərək kəsirlərini aradan qaldırmışdır. 02 mart 2017-ci ildə onun nənəsi X3 vəfat etdiyindən məcburiyyət qarşısında qalaraq yas mərasiminin təşkili ilə məşğul olmuşdur. Ailədə ondan başqa kişi cinsinə aid heç kim olmamışdır. Bu səbəbə gö rə də o, təhsilindən müvəqqəti ayrılmışdır. O, nənəsinin yas mərasimindən qayıdan kimi fənn müəllimlərinin tələbinə uyğun olaraq, iştirak etmədiyi dərslərə görə əlavə hazırlıq keçərək kəsirlərini aradan qaldırmışdır. Gürcüstanın sabiq prezidenti dövlət çevrilişinə cəhd edərkən, Universitet rəhbərliyi onlara əvvəlcə kirayədə qaldıqları evlərdən bayıra çıxmamağı, vəziyyət gərginləşəndə isə Azərbaycana qayıtmağı tapşırmışdır. Vətənə qayıdaraq Gürcüstanda vəziyyətin sabitləşməyini gözləmiş, onlara zəng edilən kimi qayıdaraq təhsilini davam etdirmişdir. 2015-2016-cı illərdə Gürcüstanda donuz qripi geniş yayıldığından bütün tədris müəssisələri müvəqqəti olaraq, fasilələrlə bağlanılmışdır. Buna görə də epidemioloji vəziyyət gərginləşdiyindən Azərbaycana qayıtmaq tapşırılmışdır. O, 4-cü kursda oxu yarkən Azərbaycan Dövlət İqtisad Universitetindən bir qrup müəllim və professor heyəti X2 Cəmiyyət Tbilisi Açıq Tədris Universitetinə gələrək, oradakı təhsilin Azərbaycan İqtisadiyyat Universitetindəki təhsillə ekvivalentlik təşkil etdiyini araşdırmış və orada oxuyan onun kimi Azərbaycandan gəlmiş tələbələrlə iclas keçirərək, təhsilin Azərbaycan Dövlət İqtisad Universitetindəki təhsillə eynilik təşkil etdiyini və təhsili bitirəndən sonra diplomların tanıması və müvafiq işlə təmin olunmanın Azərbaycan qanunlarına uyğun olaraq həyata keçiriləcəyi onlara bildirilmişdir.

5. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğu müəyyən etmişdir: 2015/2016-ci tədris ili üzrə - 2 ay 28 gün, 2016/2017-ci tədris ili üzrə - 4 ay 26 gün, 2017/2018-cu tədris ili üzrə - 5 ay 3 gün, 2018/2019-ci tədris ili üzrə - 3 ay 3 gün. İddiaçının təhsil müddəti 4 ildir. İddiaçının cavabdeh orqana təqdim etdiyi diplom əlavəsinin 4.1-ci bəndindən məlum olur ki, onun təhsilalma forması əyanidir. Qeyd olunanlara əsasən iddiaçının təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən, iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir.

6. Gəncə İnzibati Məhkəməsinin (hakim: L.K.Əliyeva) 30 iyul 2024-cü il tarixli, 21(114)-1850/2024 nömrəli qərarı ilə iddianın təmin edilmiş, İddiaçı X2 Cəmiyyət Tbilisi Açıq Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1592 qeydiyyat nömrəli (000708) “İqtisadiyyatda Sosial Elmlər” üzrə bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi (nostrifikasiyası) haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan təqdim etdi yi etiraz ərizəsində iddiaçının təhsil aldığı ölkədə qısa müddətdə olmasını qeyd etsə də, məhkəmə araşdırması zamanı bu hal təsdiqini tapmamış, cavabdeh orqan təqdim etdiyi etiraz ərizəsində iddiaçının təhsil aldığı ölkədə ümumilikdə 2015-2016-cı tədris ili üzrə 2 ay 28 gün, 2016-2017-ci tədris ili üzrə 4 ay 26 gün, 20172018-ci tədris ili üzrə 5 ay 3 gün, 2018-2019-cu tədris ili üzrə 3 ay 3 gün (ümumilikdə, 16 ay) olduğunu qeyd etsə də, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən daxil olmuş məktuba əsasən, iddiaçının xarici pasportu ilə müəyyən edilir ki, o, təhsilin əyani formasına və “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci yarımbəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaları n tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas baza ali, tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (ən azı üçdə ikisi) qaydasına uyğun olaraq 2015-2016-cı illər ərzində 212 gün - 07 ay, 2017-ci il üzrə 231gün - 07 ay 20 gün, 2018-ci il üzrə 234 gün - 07 ay 24 gün, 2019-cu il üzrə 160 gün - 05 ay 10 gün (ümumilikdə, 4 il ərzində 2015-2016, 2017, 2018, 2019-cu illər ərzində 28 ay (iyirmi səkkiz ay) müddətdə təhsil aldığı ölkədə olmuşdur. Yəni iddiaçının təhsil aldığı ölkədə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən, xarici dövlətlərdə əldə ol unan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas baza ali, tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (ən azı üçdə ikisi) qaydasına uyğun olaraq, kifayət qədər olması öz təsdiqini tapmışdır və o, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni, iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir. İş üzrə materiallarla, həmçinin iddiaçının təhsil müddətinin, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin ali təhsil pilləsinin dövlət standartlarına uyğun olduğu müəyyən edilmişdir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsi barədə cavabdeh mübahisə açmamışdır. Həmçinin, iddiaçıya məxsus diplomla verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması da mübahisə doğurmamışdır. Eləcə də, iddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, təhsilini əyani almışdır. Qeyd edilənlərə əsasən, iddiaçı təhsilin əyani formasında təhsil alaraq tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan və işin faktiki halları na əsasən hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və Ş.Q.Rzaquliyev) 03 dekabr 2024-cü il tarixli, 2-1(104)-721/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə raz ılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

12. Cavabdehin kassasiya şikayətində iddiaçının müraciətindən imtinanın və iddia tələbinə etirazın dəlilləri təkrarlanmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulması göstərilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTB İQ EDİLƏN HÜQUQ 14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” Bənd 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. 1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. 1.3. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Az ərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bənd

3. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyat ları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. 3.6. Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 ( üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabine tinə göndərilir. Bənd 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiym ətləndirmə zamanı nəzərə alınır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə idd iaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçının diplomun tanınması və ona ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmışdır.

23. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellya siya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 24.. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024- cü il tarixli, 2-1(104)-721/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar