Məhkəmə qərarları › İş №2-1(102)-1297/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1297/2025

07.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1297/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin (hazırda Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) Cavabdeh Əli oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövl ət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin (hazırda Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) Cavabdeh Əli oğluna qarşı siyahıya alınmış əmlakının satılması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1857/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 543.80 manat, Dövlət Sosial Müdafiə Fonduna 9628.32 manat, İşsizlikdən Sığorta Fonduna 379.22 manat və dövlət büdcəsinə 1997.62 manat ödənilməmiş vergi borcu qaldığından, iddiaçı vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında xx.xx. 2023-cü il tarixli qərar qəbul edilmişdir.

2. Qərarlar əsasında vergi ödəyicisinin 30000 manat dəyərində “Toyota LandCruiser” minik markalı 2010-cu il buraxılışlı, ağ mirvari rəngli, **-MK-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********7, **********1, **********2 və **********24 saylı protokollar tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə qeyd edilən borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 543.80 manat, Dövlət Sosial Müdafiə Fonduna 9628.32 manat, İşsizlikdən Sığorta Fonduna 379.22 manat və dövlət büdcəsinə 1997.62 manat ödənilməmiş borclarına görə siyahıya a lınmış “Toyota Land-Cruiser” minik markalı 2010- cu il buraxılışlı, ağ mirvari rəngli, **-MK-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üç ün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 543.80 manat, Dövlət Sosial Müdafiə Fonduna 9628.32 manat, İşsizlikdən Sığorta Fonduna 379.22 manat və dövlət büdcəsinə 1997.62 manat borclarına görə onun “Toyota LandCruiser” minik markalı 2010-cu il buraxılışlı, ağ mirvari rəngli, **-MK-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********7, **********1, **********2 və ******** **24 saylı protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın 1 vərəqdən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd edilən borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 543.80 manat, Dövlət Sosial Müdafiə Fonduna 9628.32 manat, İşsizlikdən Sığorta Fonduna 379.22 manat və dövlət büdcəsinə 1997.62 manat ödənilməmiş borcu qalmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12048/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 543.80 manat, Dövlət Sosial Müdafiə Fonduna 9628.32 manat, İşsizlikdən Sığorta Fonduna 379.22 manat və dövlət büdcəsinə 1997.62 manat borcuna görə siyahıya alınmış əmlakı Toyota LandCruiser minik markalı 2010-cu il buraxılışlı ağ mirvari rəngli **-MK-*** dövlət-nömrə nişanlı avtonəqliyyat vasitəsi olmaqla, siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsilə satılması və göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi mövqeyini onun la əsaslandırmışdır ki, vergi ödəyicisi vergi orqanı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq qanunla müəyyən edilmiş müddətdə borcunu ödəmək vəzifəsini yerinə yetirmədiyindən iddiaçı həmin borcların cavabdehin siyahıya alınmış əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1857/2024 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq cavabdehin qərar qəbul edilən anda dövlət büdcəsinə olan borcunun araşdırılmaması və məhkəmənin sadəcə olaraq iddia ərizəsində qeyd edilənlərə əsasən qərar qəbul etməsi ilə əlaqədar olan apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin vergi borcları iş materialları ilə sübuta yetirilir, bunun əksini təsdiq edəcək hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmiş, sadəcə olaraq apellyasiya şikayətində mülahizə kimi qeyd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 23.1.6, 89.1, 89.2, 89.3, 89.4, 89.5, 89.6, 89.10-cu maddələrinə və MPM-in 97.5-ci maddəsinə istinad etmişdir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayət i verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

12. Kassasiya şikayətində apellyasiya şikayətində olduğu kimi qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi siyahıya alınmış əmlakı hansı meyarlarla və nəyə əsasən qiymətləndirildiyini müəyyən etməmiş, bununla bağlı ekspertiza keçirməmişdir. Belə ki, iddiaçı vergi orqanı tərəfindən cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsi dəyərindən aşağı qiymətə qiymətləndirilərək siyahıya alınmışdır. Əlavə olaraq işə baxan məhkəmə tərəfindən cavabdehin qərar qəbul edilən anda dövlət büdcəsinə olan borcu da araşdırılmamış və sadəcə olaraq iddia ərizəsində qeyd edilənlərə əsasən qərar qəbul edilmişdir. Bu ndan əlavə kassator qeyd etmişdir ki, hazırkı mübahisə ilə bağlı qanun qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 Üzrə Baş İdarəsinin mənə qarşı, müvəqqəti xarakterli müdafiə tədbiri barədə analoji iddia ərizəsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 15(112)-285/ 2023-saylı Qərardadı ilə mümkün sayılmamış, bu qərardaddan iddiaçı tərəfindən verilmiş Apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin 13.02. 20224-cü il tarixli, 15(103)-5/2024 saylı Qərardadı ilə təmin edilməmiş, qərardad qüvvədə saxlanılmışdır.

13. Kassasiya şikayətinin hüquqi əsasını MPM-in 261.0.2-ci maddəsi təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər … 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək.... Maddə

89. Əmlakın siyahıya alınması Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı ba rəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsal da iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 89.12. Əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. Maddə

90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və mali yyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.... 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzə rə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən d igər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məluma tlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlə rin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdehin dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 543.80 manat, Dövlət Sosial Müdafiə Fonduna 9628.32 manat, İşsizlikdən Sığorta Fonduna 379.22 manat və dövlət büdcəsinə 1997.62 manat ödənilməmiş vergi borcu qaldığından, iddiaçı vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərarlar əsasında vergi ödəyicisinin 30000 manat dəyərində “Toyota Land-Cruiser” minik markalı 2010-cu il buraxılışlı, ağ mirvari rəngli, **-MK-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barəd ə xx.xx.2023-cü il tarixli **********7, **********1, **********2 və **********24 saylı protokollar tərtib edilmişdir.

24. Cavabdehin əmlakı siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması təkzibolunmaz haldır. Cavabdeh barəsində Dövlət Vergi Xidmətinin internet vergi portalına daxil olmuş məlumatlardan məlum olmuşdur ki, onun dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Odur ki, həmin borcun cavabdehin əmlakına (daşınar) yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir.

25. Məhkəmə kollegiyası cavabdehin hazırkı məsələ ilə bağlı qanuni qüvvəyə minmiş qərarın olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin 13.02. 20224-cü il tarixli, 15(103)-5/2024 nömrəli Qərardadı hazı rkı məsələni mahiyyəti üzrə həll edən məhkəmə aktı kimi çıxış etmir. Belə ki, həmin qərardadda qeyd edilmişdir ki, “vergi orqanının “Əmlakın siyahıya alınması haqqında” Qərarı artıq vergi borcunun ödənilməsinə yönəldilmiş təminat tədbiri olduğundan müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin verilməsinə zərurət qalmamışdır.”

26. Bəhs olunan hallara və Vergi Məcəlləsinin hazırkı qərarın 15-ci bəndində qeyd edilən müddəalarına əsasən cavabdehin borc məbləğindən xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 543.80 manat, Dövlət Sosial Müdafiə Fonduna 9628.32 manat, İşsizlikdən Sığorta Fonduna 379.22 manat və dövlət büdcəsinə 1997.62 manat ödənilməmiş borcuna görə siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmalı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

27. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli, 21(103)-1857/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar