Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1301/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin əsassız hesab edilməsi və başqa vəzifəyə keçirilmənin qanunsuz olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin əsassız hesab edilməsi və başqa vəzifəyə keçirilməsinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(103)-3072/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1998-ci ildən Azərbaycan Ordusunda xidmət edir. Sonuncu xidmət yeri Heydər Əliyev adına Hərbi İnstitutda Silsilə rəisi vəzifəsi olmuşdur. 2. 2021-ci ildə həmin vəzifə ştatların ixtisarı ilə əlaqədar ixtisar olunmuşdur.
3. Heydər Əliyev adına Hərbi İnstitut rektorunun xx.xx.2022-ci il tarixli, 26 nömrəli əmrindən çıxarışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 4 may 2022-ci il tarixli, 050 nömrəli əmrinə əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ləğv edilməsi və Heydər Əliyev adına Hərbi İnstitutun ştatının qüvvəyə minməsi ilə əl aqədar olaraq, hərbi qulluqçu polkovnik-leytenant İddiaçı Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsi rəisinin tabeçiliyinə verilmişdir. 4. 31 avqust 2022-ci il tarixdə iddiaçı ilə söhbətləşmə aparılmış və ona Kürdəmir rayonunda Hərbi Hava Qüvvələrinin Tədris Mərkəzində polkovnik-leytenant kateqoriyalı vəzifə təklif edilmişdir. O, övladının sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar olaraq həmin vəzifədən imtina edərək, komandanlıqdan ştatların ixtisarı ilə tərxis olunmasının söhbətləşmə vərəqəsinə yazılmasını xahiş etmişdir.
5. Bundan sonra, iddiaçı 02 dekabr 2022-ci il tarixdə 8069 qeydiyyat nömrəli raportla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxıl ması barədə Heydər Əliyev adına Hərbi İnstitutun rektoruna müraciət etmiş, İnstitutun rektorunun xx.xx.2022-ci il tarixli, 1108 nömrəli göndərişi ilə 09 yanvar 2023-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir.
6. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli, 049 nömrəli əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 15 oktyabr 2021-ci il tarixli, 0245 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar Heydər Əliyev adına Hərbi Məktəbin X5 fakültəsinin zenit-raket qoşunları silsiləsinin rəisi polkovn ik-leytenant İddiaçı tutduğu vəzifədən azad edilmiş və Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzinin (N nömrəli hərbi hissə) X5 ixtisasları kurslarının zenit raket vasitələri bölməsinin rəisi – kurslar rəisinin müavini təyin olunmuşdur.
7. Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun xx.xx.2023-cü il tarixli, 115 nömrəli əmrinə əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq N nömrəli hərbi hissənin X5 ixtisasları kurslarının zenit-raket vasitələri bölməsinin rəisi – kurslar rəisinin müavini vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilərək 25 aprel 2023-cü il tarixdən Məktəbin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xidmətini davam etdirmək üçün N n ömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İddiaçı 2023-cü ilin yanvar-mart aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. İddiaçı 2023-cü il üçün nəzərdə tutulmuş birdəfəlik maddi yardım ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli 049 nömrəli əmrinin əsassız hesab edilməsi və onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisa rına görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1976-cı il tarixdə anadan olmuşdur. 1998-ci ildən Azərbaycan Ordusunda xidmət edir. Sonuncu xidmət yeri Heydər Əliyev adına Hərbi İnstitutda Silsilə rəisi vəzifəsi olmuşdur. 2021-ci ilin noyabr ayında həmin vəzifə ştatların ixtisarı ilə əlaqədar ixtisar edilmişdir. 2022-ci ilin fevral ayında Hərbi Hava Qüvvələri İdarəsində onunla söhbətləşmə aparılmış və ona həmin İdarədə baş zabit vəzifəsində xidmətini davam etdirmək təklif olunmuşdur. O, təklifi qəbul etmiş və söhbətləşmə vərəqəsinə razılıq barədə imza atmışdır. Lakin sonradan onun bilmədiyi səbəblərdən həmin vəzifəyə təyin olunmamışdır. Növbəti dəfə 2022-ci ilin s entyabr ayında Hərbi Hava Qüvvələri İdarəsində onunla təkrar söhbətləşmə aparılmış və ona Kürdəmir rayonunda Hərbi Hava Qüvvələrinin Tədris Mərkəzində vəzifə maaşı aşağı olan vəzifə təklif edilmişdir. Övladının sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar olaraq həmin vəzifədən imtina edərək, komandanlıqdan ştatların ixtisarı ilə tərxis olunmasının söhbətləşmə vərəqəsinə yazılmasını xahiş etmişdir. Bundan sonra, 02 dekabr 2022-ci il tarixdə 8069 qeydiyyat nömrəli raportla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Heydər Əliyev adına Hərbi İnstitutun rektoruna müraciət etmişdir. Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun xx.xx.2022-ci il tarixli, 1108 nömrəli gönd ərişi ilə 09 yanvar 2023-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Tərxis olunmaq istəyinin əsas səbəbi övladının sağlamlıq imkanlarının məhdud olması, digər övladının ödənişli (illik təhsil haqqı 1800 manat) təhsil alması və ona təklif olunan vəzifələrin vəzifə maaşının aşağı olması olmuşdur. 47 yaşı var. Üç övlad atasıdır. Aldığı əməkhaqqı övladlarının təhsil haqqına, müalicəsinə, geyim və qidalanmasına çətinliklə çatır. Lakin tərxis raportunun əksinə olaraq razılığı olmadan onun müdafiə nazirinin xx.xx.2023-cü il tarixli, 049 nömrəli əmrinə əsasən Kürdəmir rayonunda Hərbi Hava Qüvvələrinin Tədris Mərkəzində yerdəyişməsi barədə əmr verilmişdir. Onun fikrincə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəs inin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalıdır.
10. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: ştatların ixtisarına görə ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda. Həmin Əsasnamənin 81-ci maddəsinə əsasən, hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda. Ştatların ixtisarına, səhhətinə, yaşa və ailə vəziyyətinə görə hərb i qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsi, əgər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq qoşun, silahlı qüvvələr, xidmət növlərində bərabər vəzifələr yoxdursa, onlara verilmiş hüquqlar dairəsində vəzifələrə təyin etmək birbaşa rəislər tərəfindən edilir. Ştatların ixtisarı ilə əlaqədar aşağı vəzifələrə keçirilmiş və əvvəlki vəzifələrə bərabər vəzifələrin tutulması üçün zəruri olan tələblərə cavab verən hərbi qulluqçular, xidmət üzrə irəli çəkilmək üçün üstün hüquqa malikdirlər. Yuxarıda qeyd olunanlardan görünür ki, ştat ixtisarı baş verdiyi halda komandanlıq hərbi qulluqçu barədə iki qərar qəbul edə bilər: ya onu ehtiyata və ya istefaya buraxa bilər, ya da hərbi xidmətdə saxlayaraq onu bərabər və hətta aşağı vəzifəyə təyin edə bilər. Polkovnik-leytenant İ ddiaçı hərbi xidmətdə istifadəsi mümkün olduğundan o, hərbi xidmətdə saxlanılmış və xidmət yeri digər hərbi hissəyə dəyişdirilərkən aşağı vəzifəyə yox, bərabər vəzifəyə təyin edilmişdir.
11. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə cavabdehin etirazına dair mülahizə təqdim edərək bildirmişdir ki, Heydər Əliyev adına Hərbi İnstitut rektorunun 07 iyun 2022-ci il tarixli, 26 nömrəli əmrindən çıxarışda göstərilib ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 4 may 2022-ci il tarixli, 050 nömrəli əmrinə əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ləğv edilməsi və Heydər Əliyev adına Hərbi İnstitutun ştatının qüvvəyə minməsi ilə əlaqədar olaraq ştatdankənar hərbi qulluqçu polkovnikleytenant İddiaçı Hərbi Hava Qüvvələri fakültəsi rəisinin tabeçiliyinə verilsin. Bu əmrdən çıxar ışdan belə məlum olur ki, o, 07 iyun 2022-ci il tarixdən sərəncamdadır. Əslində isə onun vəzifəsi (X5 fakültəsinin Zenit-Raket Qoşunları və X2 Müdafiəsi kafedrasının zenitraket qoşunları silsiləsinin rəisi) 2021-ci ilin noyabr ayından ştatların ixtisarı ilə əlaqədar olaraq ixtisar olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli, 049 nömrəli əmrinə qədər o, bir ildən artıq müddətdə sərəncamda olmuşdur. Bu hal isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2-ci maddəsinin (hərbi qulluqçuların sərəncamda olma müddətləri) 38.2.2-ci (ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar vəzifədən kənar edildikdə - 4 aydan artıq olmamaq şərti ilə) yarımbəndinin pozulması deməkdir. Onu 810 manat vəzifə maaşından 770 manat vəzifə maaşı olan vəzifəyə g öndərmişlər və əməkhaqqından 63 manat itirmişdir. Ayda 4 dəfə hər həftənin şənbə-bazar günləri Kürdəmir rayonuna gedib-gəlmək üçün xərclədiyi yol pulu 120 manat və yorğunluğu nəzərə alınmır. Mənzilin müvəqqəti kirayəsi üçün 450 manat xərci də üzərinə gəlsə, ümumilikdə hər ay 633 manat ailə büdcəsindən itirmiş olur. Nəzərə alınsa ki, himayəsində sağlamlıq imkanları məhdud uşağı, şəkər xəstəsi olan anası, yaşlı atası və universitet tələbəsi (1800 manat illik təhsil haqqı) olan qızı var. Ona maddi və mənəvi ziyan vurmuşlar. Cavabdehin etirazında yazılanların əksinə olaraq, vəzifə maaşı fərqindən görünür ki, onu bərabər vəzifəyə yox, aşağı vəzifəyə təyin ediblər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 337-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasna mə”nin 81-ci maddəsinin (hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri) a) bəndinə əsasən (ştatlar ixtisar olunduqda) ştatların ixtisarına, səhhətinə, yaşa və ailə vəziyyətinə görə hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsi, əgər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq qoşun, silahlı qüvvələr, xidmət növlərində bərabər vəzifələr yoxdursa, onlara verilmiş hüquqlar dairəsində vəzifələrə təyin etmək birbaşa rəislər tərəfindən edilir. Halbuki, sərəncamda olduğu bir ildən artıq müddətdə həm Heydər Əliyev adına Hərbi İnstitutda (Hərbi Hava Qüvvələri fakültəsində X5 kafedra rəisi vəzifəsi, yaxud kafedra rəisinin müavini vəzifəsi vakant olmuş), həm də Hərbi Hava Qüvvələri İdarəsində (2022-ci ilin fevral ayında onunla aparılmış söhbətl əşməyə əsasən vəzifə maaşı yuxarı olan vəzifəyə təyin olunmalı idi) onu bərabər maaşlı vəzifəyə təyin edə bilərdilər. Lakin cavabdehin etiraz məktubuna əlavə etdiyi qoşmada onun Heydər Əliyev adına Hərbi İnstitut rektoruna 02 dekabr 2022-ci il tarixdə 8069 qeydiyyat nömrəli raportla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yazdığı raporta diqqət etməmişdir. Belə ki, raportun sol yuxarı küncünə Heydər Əliyev adına Hərbi İnstitut rektorunun ZGKBR (zabit və gizirlərlə komplektləşdirmə bölmə rəisinə) icraya əmri vermişdir. Yəni, Hərbi İnstitut rektoru onun hərbi xidmətdə istifadə olunmasını məqsədəuyğun saymamışdır.
12. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 25 aprel 2024-cü il tarixli, 2-1(112)-932/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının xidmət etdiyi ştat ixtisar olunsa da, o, ixtisasına uyğun başqa vəzifəyə keçirilmiş, iddiaçı həmin vəzifəyə keçirilməsinə etiraz etdiyini bildirirərək ştatların ixtisarı ilə əlaqədar tərxis olunmasını xahiş etsə də, xidmətdə ondan istifadə etmək mümkün olmuşdur. Belə olan halda, iddiaçının ixtisarla ehtiyata buraxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas yaranmamış, beləliklə də cavabdeh tərəfindən onun qanunvericilikdə nəzərdə tutulmuş hüquqları pozulmamışdır.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edil məsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və G.M.Abbasova) 19 dekabr 2024-cü il tarixli, 2-1(103)-3072/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tutduğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin X5 fakültəsinin Zenit-raket qoşunları və X2 müdafiəsi kafedrasının Zenit-raket qoşunları “Silsilə rəisi” vəzifəsindən azad edilməsi və N nömrəli hərbi hissəyə - Təlim-tədris Mərkəzinin zenit paket vasitələri “Kursları rəisinin mü avini vəzifəsinə təyin olunması barədə Müdafiə Nazirliyinin qeyd olunan N fevral 2023-cü tarixli, 049 nömrəli əmri, eləcə də həmin əmrə əsasən Heydər Əliyev adına Hərbi İnstitut rektorunun - “25 aprel 2023-cü il tarixdən Məktəbin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə” əmri ləğv olunmamışdır və hər iki əmr hal-hazırda qüvvədədir. İddiaçının özünün də hazırkı məhkəmə iclasında etiraf etdiyi kimi, sözügedən əmrlər onun tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmiş, əksinə, yeni təyinatla razılaşaraq N nömrəli hərbi hissədə Təlim-tədris Mərkəzində sözügedən kurslar rəisinin müavini vəzifəsində xidmətini 5 iyul 2024-cü il tarixədək davam etdirmiş və həmin tarixdə n öz müraciətinə əsasən yaşa görə (48) ehtiyata buraxılmışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
18. Kassasiya şikayətində iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təkrarlanmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublik ası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir;... Maddə
34. Hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri 34.1. Bu Qanunun 34.5-ci maddəs ində göstərilən hallardan başqa hərbi qulluqçular ştat vəzifələrində həqiqi hərbi xidmət keçirlər. 34.2. Hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin) ştatlarında nəzərdə tutulur.... 34.4. Hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. 34.5. Hərbi qulluqçular ali zabitlər tərəfindən tutulmalı olan hərbi vəzifələrə, qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunurlar.... Maddə
41. Həqiqi hərbi xidmətdən eht iyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:... 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);... Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunun ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
1. Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.
2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və A zərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir....
15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: xidmət müddəti başa çatdıqda (hərbi təhsil müəssisələrinin kursantlarından və kadr zabitlərindən başqa); xəstəliyə görə — hərbi həkim komissiyasının rəyinə əsasən; ştatların ixtisarına görə — ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ndan başqa);...
81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə....
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbihək im komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)....
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam forma da təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat ver ilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya şikayəti müm kün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası mə hkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə olunmuş Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun xx.xx.2022-ci il tarixli, 26 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 4 may 2022-ci il tarixli, 050 nömrəli əmrinə əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ləğv edilməsi və Heydər Əliyev adına Hərbi İnstitutun ştatının qüvvəyə minməsi ilə əlaqədar olaraq, İddiaçı Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsi rəisinin tabeçiliyinə verilmişdir.
27. Birinci instansiya məhkəməsinin sorğularına əsasən cavabdeh tərəfindən verilmiş cavab məktublarına əsasən müəyyən olunur ki, N nömrəli hərbi hissə tərəfindən xx.xx.2023-cü il tarixli 8408 nömrəli məktubla iddiaçı ilə 31 avqust 2022-ci il tarixdə aparılmış söhbətləşmə vərəqəsinə əsasən ona təklif olunan Kürdəmir rayonunda yaradılan X3 polkovnik-leytenant kateqoriyalı vəzifəyə övladının sağlamlıq imkanlarının məhdudluğu səbəbindən razılıq verməmiş və vəzifəsinin ixtisara düşməsi ilə əlaqədar olaraq ştatların ixtisarı ilə Azərbaycan Ordusundan tərxis olunmasını xahiş etmişdir. 2022-ci il avqust ayından başqa 2022-ci il ərzində iddiaçı ilə söhbətləşmə aparılması barədə hər hansı bir sənəd qeydiyyata alınmamışdır.
28. İddiaçının apellyasiya instansiyası m əhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasındakı izahatından görünür ki, o, həmin təyinatla razılaşmasa belə, təyin edilərək köçürüldüyü həmin hərbi hissədə N fevral 2023-cü il tarixindən 05 iyul 2024-cü il tarixinədək xidmət etmiş, həmin tarixdən də ərizəsinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və hal-hazırda təqaüddədir.
29. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddia tələbi ilə bağlı lazımi qaydada araşdırma aparıb düzgün nəticəyə gəlmişdir.
30. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, ape llyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tari xli, 2-1(103)-3072/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.