Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1309/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə (üçüncü şəxs Şamaxı rayon İcra Hakimiyyəti) qarşı “torpaq sahəsinin adına dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(105)51/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şamaxı rayon Mərzəndiyə kənd X1 Komissiyasının 25 fevral 1998-ci il tarixli 16 nömrəli protokoluna əsasən, Sabir qəsəbəsi üzrə nümayəndəlik tərəfindən tərtib olunmuş əhalinin siyahısı 173 ailə 881 nəfər təsdiq edilməsi, vətəndaşların normadan artıq istifadə etdik ləri həyətyanı sahələr onların mülkiyyətinə veriləcək torpaq payından çıxarılması, mövcud 988 ha torpaq sahəsinin; dövlət mülkiyyətinə saxlanan torpaq 380 ha, bələdiyyə mülkiyyətinə verilən torpaq 312,7 ha, o cümlədən ümumi istifadə olan torpaq 297,2 ha, ehtiyat fondu 140 ha, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün 11,5 ha, xüsusi mülkiyyətə verilən cəmi 637,3 ha bundan 637,3 ha həyətyanı sahədən ibarət təsdiq edilməsi qərar alınmışdır.
2. Şamaxı rayon Mərzəndiyə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş 27 dekabr 2001-ci il tarixli cədvələ 1 saylı əlavəyə əsasən, həmin cədvəldə İddiaçı və onun ailə üzvlərinin adları qeyd olunmuşdur.
3. JN-066 KOD 41014028 seriyalı Torpağa mül kiyyət hüququna dair dövlət aktına əsasən, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı qərarı ilə 6,0 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı və onun ailə üzvlərinə verilmişdir.
4. JN-077a KOD 41014028 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə 0.13 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən, Xidmətin arxivində və elektron kadastr məlumat bazasında araşdırma zamanı müəyyən olunmu şdur ki, Şamaxı rayon Mərzəndiyə kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan siyahıda X1 komissiyası tərəfindən iddiaçının və digər ailə üzvlərinin adları (cəmi 12 nəfər) siyahıya daxil edilmiş, qanuni istifadəsində olan 0.09 ha həyətyanı torpaq sahəsinin və zəbt kimi 0,80 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Bu səbəbdən həyətyanı torpaq sahəsində mövcud olan zəbt pay torpaq sahəsindən çıxılaraq iddiaçıya və ailə üzvlərinə 6,0 ha pay torpaq sahəsi verilmişdir.
6. İddiaçı cavabdehə müraciət edərək, Şamaxı rayonunun, Mərzəndiyə kəndində yerləşən onun ailəsinə məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
7. Cavabdehin 4 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçının müraci ətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 3 nömrəli qərarı ilə onun 12 nəfər ailə üzvlərinə 6,0 ha pay torpağı verilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağa mülkiyyət hüququna dair 29 iyul 1998-ci il tarixdə JN0066, kod 41014028 nömrəli Dövlət aktı tərtib edilmişdir. İslahat Komissiyasının qərarın əsasən onun mülkiyyətinə yalnız 6,0 ha torpaq sahəsi verilmişdir. Zəbt olunmuş 0,80 ha torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir. Torpaq sahəsinin çatışmayan hissəsi 0,80 ha həyətyanı torpaq sahəsi ilə əvəzlənməsi və şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına müraciət olunmalı idi. Torpaq sahəsi onların ailəsinə Şamaxı rayon Mərzəndiyə Bələdiyyəsi tərəfindən verilmişdir. Odur ki, torpaq ayırma sənədləri Torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlanmadığı üçün 0,80 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması qeyri-mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 4 fevral 2021-ci il tarixli imtinasının əsassız hesab olunması və zəbt sahəsi kimi iki qat ölçüdə pay torpaqdan çıxılmaqla iddiaçının mülkiyyətinə verilmiş 0,80 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpaq islahatı haqqında“ Qanunun tələblərinə əsasən Ş amaxı rayonu Mərzəndiyə kəndində hər bir subyektə 0,64 ha torpaq payı verilməsi nəzərdə tutulmuşdur. İddiaçının ailəsi 12 nəfərdən ibarət olması nəzərə alınaraq onlara 7,68 ha torpaq sahəsi verilməli olmuşdur. Amma istifadə etdikləri 0,80 ha zəbt olunmuş torpaq sahəsi iki qat ölçüdə pay torpağından çıxılaraq cəmi 6 ha torpaq sahəsi verilmişdir. Bununla da həmin zəbt olunmuş torpaq sahəsi faktiki olaraq onun və ailəsinin mülkiyyətinə verilmişdir. Hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. O, həmin torpaq sahəsini öz adına dövlət qeydiyyatına aldırmaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh heç bir tutarlı əsas olmadan 08 fevral 2021-ci il tarixdə **********01 saylı məktubla ona imtina cavabı vermişdir.
10. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz onunla əsas landırılmışdır ki, iddiaçı tərəfindən qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılarkən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 3 nömrəli qərarı ilə onun 12 nəfər ailə üzvlərinə 6.0 ha pay torpağının verilməsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağa mülkiyyət hüququna dair 29 iyul 1998-ci il tarixdə JN 0066, kod 41014028 nömrəli Dövlət aktının tərtib edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətə yalnız 6.0 ha torpaq sahəsi verilmişdir. Zəbt olunmuş 0.80 ha torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir. İddiaçı iddia etdiyi 0.80 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci və 10-cu maddələrində nəzərdə t utulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyinə görə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkün olmuşdur.
11. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-841/2021 nömrəli qərarı ilə (hakim: V.E.Əzizova) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şamaxı rayon Mərzəndiyyə kənd X1 Komissiyasının qərarı ilə vətəndaşların normadan artıq faktiki istifadə etdikləri torpaq sahəsinin onların pay torpaqların çıxılmasından qərara alınsa da, sonrakı mexanizm, yəni həyətyanı torpaq sahələrinin mülkiyyətə alınması proseduru müəyyənləşdirilməmişdir. Bundan başqa iş materialları ilə iddiaçının faktiki istifadəsində həqiqətən 0.80 ha torpaq sahəs i olması və həmin torpağın onun pay torpağından çıxılması öz təsdiqini tapmamışdır.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2-1(105)-283/2022 nömrəli qərarı ilə (hakimlər: Z.T.Məmmədov-sədrlik edən, H.Ç.Babayeva və F.Ə.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məh kəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022ci il tarixli 2-1(102)-1242/2022 nömrəli qərarı ilə (hakimlər: Z.M.Quliyev-məruzəçi, S.Ə.Kərimov və R.S.Nəbizadə) Sumqayıt Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
18. İşə baxmış məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi hazırki inzibati mübahisənin həll edilməsinə səthi və formal yanaşmış mübahisənin mahiyyəti və işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının eyni tarixli, eyni saylı qərarı ilə iddiaçının və onun ailə ü zvlərinin (cəmi 12 nəfər) mülkiyyətinə müvafiq olaraq 6.00 ha və 0,13 ha torpaq sahələri verilmişdir. Halbuki “Torpaq islahatı haqqında” Qanunun tələblərinə görə Şamaxı rayonu Mərzəndiyə kəndində hər bir subyektdə 0.64 ha torpaq payı verilməsi nəzərdə tutulmuş, yəni iddiaçıya və onun ailə üzvlərinə (cəmi 12 nəfər 7.68 ha torpaq) sahəsi verilməli idi. Şamaxı rayonu Mərzəndiyə kənd X1 Komisiyasının 16 saylı iclas protokolunun 3-cü bəndində gündəlikdə duran məsələlərdən biri kimi, “3. Vətəndaşların faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi” yazılmışdır.
19. Həmçinin qeyd edilmişdir ki, işin düzgün həll edilməsi məqsədi ilə Şamaxı rayon İcra Hakimiyyəti iş üzrə 3-cü şəxs qismində cəlb edilməli və yuxarıda adıçəkilən məsələlər o, cümlədən Mərzəndiyə kənd X1 Komiss iyasının 16 saylı iclas protokollarının 3-cü bəndində göstərilmiş vətəndaşların faktiki istifadə etdiyi torpaq sahəsinin özəlləşdirilməsi dedikdə nəyin nəzərdə tutulduğu məsələsi aydınlaşdırılmalıdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 oktyabr 2022-ci il tarixli, 2-1(105)-650/2022 nömrəli qərardadı ilə Şamaxı rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
21. İddiaçı 2 fevral 2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək imtinasını əsassız hesab etməklə onun və ailə üzvlərinə əmlak payından çıxılmaqla verilmiş 0,89 ha torpaq sahəsi üzərində (həmin torpaq sahəsindən yola düşən hissə çıxılmaqla) onun və ailə üzvlərinin mülkiyyə t hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(105)-51/2023 nömrəli qərarı ilə (hakimlər: İ.K.Dəmirov-sədrlik edən, S.A.Qafari və Z.İ.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək iddiaçı və onun ailə üzvlərinin faktiki istifadə etdikləri 0,89 ha torpaq sahəsi üzərində (həmin torpaq sahəsindən yola düşən hissə çıxılmaqla) iddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda Şamaxı rayon A qrar İslahat Komissiyası ləğv olunduğundan və onların səlahiyyəti Şamaxı Rayon İcra Hakimiyyətinə verildiyindən və İcra Hakimiyyəti də zəbt olunmuş 0,89 ha torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin adına qeydiyyata alınmasına etiraz etmədiyindən, eləcə də, həmin torpaq sahəsi hal-hazırda iddiaçının istifadəsində olduğundan Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində yerləşən zəbt olunmuş 0,89 ha torpaq sahəsi üzərində (həmin torpaq sahəsindən yola düşən hissə çıxılmaqla) iddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqları qeydə alınmalıdır.
24. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, Şamaxı rayonu Mərzəndiyə kənd X1 Komissiyasının 25 fevral 1998-ci il tarixli 16 №-li iclas protokolundan göründüyü kimi islahat komissiyasının üzvü X.Əsgərov həmin iclasda çıxış edərək vətəndaşların şəxs i istifadə etdikləri həyətyanı sahələrin dəqiqləşdirilməsini və normadan artıq istifadə olunan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilərək torpaq payından çıxılması təklifini irəli sürmüşdür. Həmin iclas protokolu üzrə qəbul edilmiş qərarın 2-ci bəndinə əsasən vətəndaşların normadan artıq istifadə etdikləri həyətyanı sahələrin onlara veriləcək torpaq payından çıxılması qərara alınmışdır. Həmin qərara əsasən məntiqə uyğun olaraq vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələrinin onların mülkiyyətində saxlanılması ehtiva olunur.
25. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0, 8.0.1 və 15-ci maddələrinə istinad etmişdir.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh kassasiya şikayətində aşağıda qeyd olunan maddi hüquq normalarının pozulmasını qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsi – belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özüözlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn y aranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələri belə ki, həmin normaya əsasən dövlət qeydiyyatı üçün əsas olaraq qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Hazırki iş üzrə isə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə iddiaçının 12 nəfər ailə üzvlərinə 6.0 ha pay torpağı verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağa mülkiyyət hüququna dair 29 iyul 1998-ci il tarixdə JN 0066, kod 41014028 nömrəli Dövlət aktı tərtib edilmişdir. Göründüyü kimi, iddiaçının ancaq 6.0 ha torpaq sahəsinə dair Şamaxı rayon Aqrar İslahat Komissiyasının qərarı, həmçinin Dövlət Aktı olmuşdur, yəni məhkəmənin qərara aldığı 0.89 ha torpaq sahəsinə dair heç bir qərar və Dövlət aktı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 9.1.2.-ci maddəsi - belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə iddiaçının 12 nəfər ailə üzvlərinə 6.0 ha pay torpağının verilməsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torp ağa mülkiyyət hüququna dair 29 iyul 1998-ci il tarixdə JN 0066, kod 41014028 nömrəli Dövlət aktının tərtib edildiyi müəyyən edilmiş, deməli Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətə yalnız 6.0 ha torpaq sahəsi verilmiş, zəbt olunmuş 0.89 ha torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir. Belə olan halda isə cavabdeh haqlı olaraq imtina vermişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi - belə ki, məhkəmə qərarının özündə də dəfələrlə göstərilmişdir ki, sözügedən 0.89 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edildiyindən məhkəmə kollegiyası zəbt edilmiş torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə qə rar qəbul edə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlm əsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə mü əyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasi təsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instan siyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. K ASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üz rə qərarı).
36. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Həmçinin qeyd olunmalıdır ki, İPM-in 96.11-ci maddəsinə görə məcburi xarakter daşıyan göstərişlər təkrar baxışda apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, qanuni qərar qəbul edilərək iddia tələbi təmin edilmişdir. Apellyasiya məhkəməsi iddianı təmin edərkən öz mövqeyini hazırkı qərarın 23-25-ci bəndlərində qeyd edildiyi kimi əsaslandırmışdır.
38. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir.
39. İş materiallarında olan (iş v. 53) Şamaxı r ayonu Mərzəndiyə kənd X1 Komissiyasının 25 fevral 1998-ci il tarixli 16 №-li iclas protokolundan görünür ki, vətəndaşlara normadan artıq istifadə olunan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilərək torpaq payından çıxılması qərara alınmışdır.
40. Həmçinin iş materiallarında olan (iş v. 161) Şamaxı rayon Mərzəndiyə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş 26 dekabr 2001-ci il tarixli cədvəldə iddiaçının adı və onun ailə üzvlərinin adları və qanuni istifadədə olan torpaq sahəsi 0,89 ha qeyd edilmişdir.
41. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, (iş v. 193) daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, zəbt olunmuş 0,89 ha torp aq sahəsi hazırda iddiaçı və onun ailə üzvlərinin istifadəsindədir və həmin torpaq sahəsinin bir hissəsində xidməti tikili və fərdi yaşayış evi tikilmiş, torpaq sahəsinin qalan hissəsi isə hal-hazırda əkinçilik məqsədi üçün istifadə olunur.
42. Şamaxı rayon İcra Hakimiyyətinin məhkəmə icraatı zamanı da ünvanladığı məktubları ilə də (iş v. 173 və 182) zəbt olunmuş torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin adına qeydiyyata alınmasına etiraz edilmədiyi müəyyən olunmuşdur.
43. Belə olan halda, apellyasiya məhkəməsi vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələrinin onların mülkiyyətində saxlanılması ehtiva olunmasını qeyd etməklə düzgün nəticəyə gəlmişdir.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1 5-ci maddəsinin tələblərindən görünür ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və inzibati orqanlar həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.
45. Daşınmaz əmlaka çıxarış və plan-ölçü sənədinin verilməsi tələbinə dair iddialarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi də bundan ibarətdir ki, belə işlərə baxarkən məhkəmələr ilk növbədə inzibati orqanın imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə uyğun olub-olmadığını araşdırmalıdır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1971/2020 nömrəli qərarı).
46. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görü nür ki, hazırkı işdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı biri mövcud deyildir
47. Beləliklə, hazırkı halda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olmuşdur.
48. Belə olan halda, apellyasiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının istifadəsində olan və onun pay torpağından çıxılan 0,89 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin poz ulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.
49. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasi ya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(105)-51/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.