Məhkəmə qərarları › İş №2-1(102)-1314/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1314/2021

21.09.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1314/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: hüquqi yardım göstərilməsi üçün dövlət hesabına vəkil təyin edilməsinin əsasları, kassasiya icraatının mümkünsüzlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1193/2021 nömrəli, 05 aprel 2021-ci il tarixli qərardadından kassasya şikayəti verilməsi üçün iddiaçının dövlət hesabına vəkil təyin edilməsi barədə ərizəsinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 48830 manat pul ödənilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4525/2020 nömrəli qərardadı ilə (hakim: A.P.Oruczadə) iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bağ sahəsinin əlind ən çıxması, evinin sökülməsi nəticəsində müxtəlif vaxtlarda, fiziki şəxslərə və bələdiyyəyə qarşı iddia ərizəsi ilə müraciətlər etsə də, hazırki 48830 manat kompensasiya ödənişi ilə bağlı ilk öncə cavabdeh inzibati orqana müraciət edilməsinə dair sübutları (müraciət ərizəsi, cavab məktubu və s.) məhkəməyə təqdim etməmişdir.

4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1193/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və C.A.Yusifov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnz ibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4525/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək şikayətin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

8. İddiaçının kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.

9. Bununla əlaqədar iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması 07 sentyabr 2021-ci il tarixinə təyin edilm işdir. 10. 07 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı maddi cəhətdən imkansızlığı səbəbindən vəkillə müqavilə bağlamadığını, odur ki, dövlət büdcəsinin vəsaiti hesabına ona vəkil təyin edilməsi üçün ərizə təqdim etmək istədiyini bildirmiş, bu məqsədlə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

11. İddiaçı 14 sentyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin hesabına pulsuz vəkillə təmin olunmasını xahiş etmişdir.

12. Ərizədə qeyd edilmişdir ki, hüquqlarının keyfiyyətli müdafiəsi üçün onun vəkilə ehtiyacı olsa da, maddi vəziyyəti ilə əlaqədar olaraq öz hesabına vəkillə müqavilə bağlaya bilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı dövlət büd cəsi vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ:

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişs iz, dövlət hesabına göstərilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.5 Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 67.2 Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2 Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 17. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1 İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Mə cəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsas larını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. İddiaçı tərəfindən verilmiş ərizənin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardıma ehtiyacı olan şəxslərə dövlət hesabına vəkil təyin edilməsinin əsasları bu qərarın 16-cı bəndində istinad edilən MPM-in 14.5, 67.2 v ə 121.2-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin normaların dispozisiya şərtlərindən görünür ki, hüquqi yardıma ehtiyacı olan şəxs pulsuz dövlət hesabına vəkillə o zaman təmin edilə bilər ki, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan aztəminatlı şəxs olması sübuta yetirilsin.

20. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyun 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Prosessual Məcəllənin 67-ci maddəsi və 423-cü maddəsinin «Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər» müddəası tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 61-ci maddələrinin, habelə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 20-ci maddəsinin müddəaları nəzərə alınmaqla, maddi vəsaitlərinin olmamasına görə vəkilin təyin edilməsini xahiş edən işdə iştirak edən şəxslərin vəsatəti olduqda məhkəmə onların vəkillə təmin olunması məsələsini müzakirə etməlidir». 21. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 may 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 yanvar 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakının təmin edilməsi məsələsinə baxarkən təqdim olunmuş müvafiq sənədlər əsasında belə şəxslərin aztəminatlı şəxsin statusuna aid olmasını və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olub-ol mamasını hərtərəfli aydınlaşdırmalıdırlar. Əks halda, şəxslərin Konstitusiyada təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan ədalətli məhkəmə araşdırılması hüququ məhdudlaşdırılmış olar.

22. Göründüyü kimi, qanunvericilik hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərin vəkillə təmin edilməsi vəzifəsini məhkəmənin üzərinə qoymuşdur. Lakin, məhkəmə tərəfindən dövlət hesabına vəkil təyin edilməsi barədə müraciətin təmin olunmasından ötrü hüquqi yardıma ehtiyacı olan şəxs öz hesabına vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi imkanının olmamasını müvafiq sənədlərlə sübut etməlidir.

23. Hazırkı halda ərizəçi maddi cəhətdən imkansız olması, vəkilin xidmətini ödəmək üçün yetərli maddi imkana malik olmamasını təsdiq edən heç bir sübut təqdim etməmişdir.

24. Bundan əla və, iddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etməsi, onun qazancının vəkilin xidmətini ödəməyə yetərli olmaması barədə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilin xidmət haqqının məbləği həmin vəkil və müraciət edən şəxsin qarşılıqlı razlaşması əsasında müəyyən edilir. İddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etməsi barədə sübut təqdim etmədiyindən hüquqi yardıma görə ondan nə qədər məbləğ tələb oluna biləcəyi, onun qazancının vəkilin xidmət haqqını ödəməyə kifayət edib-etməyəcəyi barədə nəticəyə gəlmək mümkün deyil. Ona görə də, iddiaçının hazırkı qazancının vəkilin xidmətindən istifadə edilməsi üçün kifayət etməyəcəyi nəticəs inə gəlmək üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, əsassız olaraq kassasiya şikayəti tərtib olunması üçün dövlət hesabına vəkillə təmin edilmə qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı iş üzrə cavabdehə münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır.

26. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsi təmin edilmədiyindən və hazırki kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmadığından, eləcə də şikayətə vəkilin orderi əlavə edilmədiyindən şikayət üzrə kassas iya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.

27. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizəsi təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1193/2021 nömrəli, 05 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar