Məhkəmə qərarları › İş №2-1(102)-1314/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1314/2024

06.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1314/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; tibb müəssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-635/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçının əlillik vəziyyətinə Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 Stenokardiya [döş inağı] => İ20.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası İİİ f/s. Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki diffuz bronxit. QDÇ İİ dərəcə. İl-li anemiya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı;” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmiş və 2015-ci ildən 2-ci qrup əlilliyə görə müvafiq pensiya ödənilmişdir.

2. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ120.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya... Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası İİİ f/s. Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki diffuz bronxit. QDÇ İİ dərəcə. İl-li anemiya... Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövr anının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.1 - Sol mədəcik çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası Ağırlaşma İ50.1 Sol mədəcik çatmamazlığı, ürək çatmamazlığı ıı fs Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, akş əməliyyatından sonrakı vəziyyət. Yanaşı xəstəliklər İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik aritmiya Yanaşı xəstəliklər İ15 İkincili hipertenziya, hipertoniya xəstəliyi İİ İ d; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: F88-də qeyd olunanlar əlillik əlamətin təyin etmir. Müayinələr ətraflı qeyd olunmalıdır, səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin olunmuş 2-ci qrup əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “ona 2ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçının ə saslandırması:

6. İddianın əsaslarına görə, iddiaçı ürək çatışmazlığından əziyyət çəkir və açıq ürək əməliyyatı olunmuşdur. Səhhətində olan problemlər səbəbindən ona 2015-ci ildən 2-ci qrup əlillik təyin edilmiş və müvafiq pensiya ödənilmişdir. Lakin 2021-ci ilin oktyabr ayından iddiaçıya təyin olunmuş 2-ci qrup əlillik dərəcəsi heç bir əsas olmadan ləğv edilmiş və pensiyanın ödənişi dayandırılmışdır. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 Stenokardiya [döş inağı] => İ20.1 - Sə nədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası İİİ f/s. Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki diffuz bronxit. QDÇ İİ dərəcə. İl-li anemiya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı;” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.

8. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ120.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya... Diaqnozun mətni: ÜİX. Stabil gərginlik steno kardiyası İİİ f/s. Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki diffuz bronxit. QDÇ İİ dərəcə. İl-li anemiya... Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.

9. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.1 - Sol mədəcik çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası Ağırlaşma İ50.1 Sol mədəcik çatmamazlığı, ürək çatmamazlığı ıı fs Ağırlaşma Z95.1 Aortokoro nar şuntlu transplantatın olması, akş əməliyyatından sonrakı vəziyyət Yanaşı xəstəliklər İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik aritmiya Yanaşı xəstəliklər İ15 İkincili hipertenziya, hipertoniya xəstəliyi İİİ d; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: F88-də qeyd olunanlar əlillik əlamətin təyin etmir. Müayinələr ətraflı qeyd olunmalıdır, səbəbi ilə imtina verilmişdir.

10. Göründüyü kimi, iddiaçının Forma 88-də qeyd edilən diaqnozu əlilliyin təyin edilməsi meyarlarına uyğun gəlmədiyi üçün ona “Diaqnoz öz təsdiqini tapmaması Səbəb: F88-də qeyd olunanlar əlillik əlamətin təyin etmir. Müayinələr ətraflı qeyd olunmalıdır;” səbəbi ilə imtina verilmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. bi rinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1967/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. İddiaçı canlı müayinə olunmaqla: 1-ci sual: İddiaçı qoyulmuş “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.1 - Sol mədəcik çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası Ağırlaşma İ50.1 Sol mədəcik çatmamazlığı, ürək çatmamazlığı ıı fs Ağır laşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, akş əməliyyatından sonrakı vəziyyət Yanaşı xəstəliklər İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik aritmiya Yanaşı xəstəliklər İ15 İkincili hipertenziya, hipertoniya xəstəliyi İİİ d” diaqnozu düzgündürmü? 2-ci sual: Əgər qoyulmuş diaqnoz düzgündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı diaqnozla eyniyyət təşkil edir? 3-cü sual: Əgər qoyulmuş diaqnoz düzgündürsə müalicə olunacağı təqdirdə İddiaçı sağalma ehtimalı nə qədərdir? Müalicə nəticəsində diaqnozda göstərilən qüsur aradan qalxacaqmı (sağalacaqmı)? 4-cü su al: Əgər qoyulmuş diaqnoz düzgün deyilsə, İddiaçı hazırkı vəziyyətini əks etdirən diaqnoz nədir və həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı diaqnoza uyğundur? 5-ci sual: Əgər qoyulmuş diaqnoz düzgündürsə həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulmasının hansı faiz göstəricisi və müddətinə uyğundur? 6-cı sual: Əgər qoyulmuş diaqnoz düzgün deyilsə, İddiaçı hazırkı vəziyyətini əks etdirən diaqnoz nədir və həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulmasının hansı faiz göstəric isi və müddətinə uyğundur? 7-ci sual: Əgər qoyulmuş diaqnoz düzgün deyilsə, İddiaçı hazırkı vəziyyətini əks etdirən diaqnoza nəzərən əlavə müayinə və müalicə olunacağı təqdirdə İddiaçı sağalma ehtimalı nə qədərdir? Müalicə nəticəsində göstərilən qüsur aradan qalxacaqmı (sağalacaqmı)?

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nın T 473/2023 nömrəli rəyinə əsasən iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1, 3 və 7-ci suallara cavab: İddiaçının tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “X1: İ X Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52-Ürəyin digər xəstəlikləri => İ50 Ürək çatmamazlığı => İ50.1 - Sol mədəcik çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz 120.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası. Ağırlaşma İ50.1 Sol mədəcik çatmamazlığı, ürək çatmamazlığı İİ fs. Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ əməliyyatından sonrakı vəziyyət. Yanaşı xəstəliklər 149.4 Digər dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik aritmiya. Yanaşı xəstəliklər İ15 ikincili hipertenziya, hipertoniya xəstəliyi İİİ d” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında düzgün müəyyən edilmişdir. İddiaçının düçar olduğu xəstəliklə əlaqədar üzərində “X5” əməliyyatı aparılmışdır. Belə xəstələrin stasiona r müalicəsi başa çatdıqdan sonra əməliyyatı həyata keçirmiş ürək cərrahı tərəfindən onlara müalicə təyin edilir və yazılmış dərman preparatları onlar tərəfindən daima qəbul edilir. Həmin xəstəliklər sağalmır, daima dərman preparatlarını qəbul etdiklərindən xəstəliklər remissiya fazasında qalır. 2, 4, 5 və 6-cı suallara cavab: Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının Səlahiyyətlərinə aiddir.

13. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-305/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunması haqqında qərar qəbul edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir, həmin imtinanın əsassız olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, ekspert rəyində qeyd edilir ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “X1:İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52-Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.1 - Sol mədəcik çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası. Ağırlaşma İ50.1 Sol mədəcik çatmamazlığı, ürək çatmamazlığı İİ fs. Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, akş əməliyyatından sonrakı vəziyyət. Yanaşı xəstəliklər İ49.4 Digər dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik aritmiya. Yanaşı xəstəliklər İ15 ikincili hipertenziya, hipertoniya xəstəliyi İİİ d” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında düzgün müəyyən edilmişdir. İddiaçının düçar olduğu xəstəliklə əlaqədar üzərində “X5” əməliyyatı aparılmışdır. Belə xəstələrin stasionar müalicəsi başa çatdıqdan sonra əməliyyatı həyata keçirmiş ürək cərrahı tərəfindən onlara müalicə təyin edilir və yazılmış dərman preparatları onlar tə rəfindən daima qəbul edilir. Həmin xəstəliklər sağalmır, daima dərman preparatlarını qəbul etdiklərindən xəstəliklər remissiya fazasında qalır.

15. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə sorğu ünvanlanaraq aşağıda qeyd olunan sualların cavablandırılması xahiş olunmuşdur: Ekspert rəyinə əsasən komissiya tərəfindən gəlinmiş nəticədə göstərilən diaqnoz əlillik təyin edilməsi üçün əsas verirmi? Diaqnoz əlillik təyin edilməsinə əsas verirsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı diaqnoza uyğundur? (bənd və norma göstərilməklə).

16. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-4/2-23942/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq əlilliyin qiymətləndirilməsi dövlət tibb müəssisələrinin göndərişləri əsasında məmur-vətəndaş ünsiyyəti olmadan, adsızlaşdırılmış sənədlər üzərindən elektron qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən, şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, XBT-10 təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilməklə göndərişin tərtibi, rəsmiləşdirilməsi və elektron sənəd formasında müvafiq altsistemə daxil edilməsi dövlət tibb müəssisələrinin səlahiyyətlərinə aiddir.

17. Cavabdeh məktubunda məlumat üçün qeyd etmişdir ki, sonuncu dəfə iddiaçının ümumi səbəbdən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı ildə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra iddiaçının əlillik vəziyyəti Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının 0274003AANWK nömrəli göndərişi əsasında (Diaqnoz: ÜİX, stabil gərginlik stenokardiyası. Ürək çatışmazlığı İİ fs, AKŞ əməliyyatından sonrakı vəziyyət, ekstrasistolik aritmiya.) xx.xx.2 022-ci il tarixində qiymətləndirilmiş və göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

18. Göründüyü kimi, iddiaçıya qoyulmuş İ50.1 kodlu diaqnoz iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində göstərilən (2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33)) xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

19. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-635/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-305/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçının əlillik vəziyyətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.1 - Sol mədəcik çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX STABİL GƏRGİNLİK STENOKARDİYASİ Ağırlaşma İ50.1 Sol mədəcik çatm amazlığı, ÜRƏK ÇATMAMAZLİĞİ İİ FS Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ ƏMƏLİYYATİNDAN SONRAKİ VƏZİYYƏT Yanaşı xəstəliklər İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, EKSTRASİSTOLİKARTİMİYA Yanaşı xəstəliklər İ15 İkincili hipertenziya, HİPERTONİYA XƏSTƏLİYİ İİ;İ Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: F88-də qeyd olunanlar əlillik əlamətin təyin etmir. Müayinələr ətraflı qeyd olunmalıdır, səbəbi ilə imtina verilmişdir.

24. Göründüyü kimi, iddiaçının Forma 88-də qeyd edilən diaqnozu əlilliyin təyin edilməsi meyarlarına uyğun gəlmədiyi üçün ona “Diaqnoz öz təsdiqini tapmaması Səbəb: F88-də qeyd olunanlar əlillik əlamətin təyin etmir. Müayinələr ətraflı qeyd olunmalıdır;” səbəbi ilə imtina verilmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur.

25. Diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəsində həmin Forma 88-də əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır.

26. Oxşar bir işdə, Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarında qeyd edilmişdir ki, 16-cı bəndə əsasən qeyd edilən hal baş verdikdə nə Tibbi Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır.

27. Belə olan halda, iddiaçıda olan xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə Forma 88-də qeyd edilən diaqno z səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

28. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti tam əsassızdır. Belə ki, iddiaçıya qoyulmuş İ50.1 kodlu diaqnoz iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində göstərilən (2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01 -İ09, İİ 1.0, İ13-İ13.2, İ20.İ25, İ30-İ31.9, İ33)) xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Odur ki, cavabdehin imtinası əsasız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

30. Bundan başqa, Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin ekspert rəyində göstərilmişdir ki, iddiaçının düçar olduğu xəstəliklə üzərində “X5” əməliyyatı aparılmışdır. Belə xəstələrin stasionar müalicəsi baş çatdıqdan sonra əməliyyatı həyata keçirmiş ürək cərrahı tərəfindən onlara müalicə təyin edilir və yazılmış dərman preparatları onlar tərəfindən daima qəbul edili r. Həmin xəstəliklər sağalmış, daima dərman preparatlarını qəbul etdiklərindən xəstəliklər remissiya fazasında qalır. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert kom issiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik;... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əs asnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzər indən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) m əhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

32. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya insta nsiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıla n zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istina d etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiy mətləndirir...

39. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

40. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

41. Cavabdeh hesab edir ki, məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlah iyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.

42. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 43. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

44. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

45. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-635/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar