Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1316/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əhalidən yığılan metal tullantı və qırıntılarına görə ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********37300 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2023-cü il tarixli 2-1(105)-882/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********37300 nömrəli qərarı ilə iddiaçı müəssisəyə kameral qaydada 2022-ci ilin 4-cü rübü üzrə ödəmə mənbəyində 652158,24 manat əlavə vergi məbləği hesablanmışdır.
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqa yıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********37300 nömrəli və xx.xx.2023-cü il tarixli **********299300 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 28 avqust 2023-cü il tarixli, 2-1(118)-2559/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********37300 nömrəli və xx.xx.2023-cü il tarixli **********299300 nömrəli qərarlar ləğv edilmişdir.
4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarlarda əlavə vergi hesab lanmasına səbəb kimi əhalidən yığılan metal tullantı və qırıntılarına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə görə, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Mübahisələndirilən qərarların qəbulu zamanı maddi hüquq normalarının tələbi pozulmuş və normalar düzgün tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozi siyasında (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) şərti qeyd edilmiş və "Nağdsız hesablaşmalar haqqında" qanunun 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq, Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz məbləğində vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə, həmin maddəyə əsasən, Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. Fiziki şəxslərin vergidən azad olunan gəlirlərinin siyahısı Vergi Məcəlləsinin 102-ci maddəsində öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergi dən azaddır. Aydın olduğu kimi, Vergi Məcəlləsinin tələbinə əsasən, yalnız qiymətli daş və metalların, habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlirlər vergiyə cəlb edilə bilər. Qanunvericilik aktlarının tələbindən də aydın olduğu kimi, qiymətli metal və onların məlumatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad olunan gəlirlər siyahısına daxil deyildir və Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq məhz, belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların, habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəll əsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad olunan gəlirlər siyahısına daxildir və bu səbəbdən, belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, tədqiqata təqdim edilmiş iş materiallarında və vergi orqanının vəsatətinə cavab olaraq təqdim edilmiş əlavə sənədlərdə qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verilməklə gəlir əldə edən fiziki şəxslərlə (yəni, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər) bağlı sənədlər mövcud deyildir. Belə ki, təqdim edilmiş sənədlərdən (e-alış aktları, kassa-məxaric orderi, v ergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi və VÖEN-ə və ya ada görə vergi ödəyicisinin axtarılması ilə bağlı çıxarışlar və s.) göründüyü kimi, iddiaçı tərəfindən alınmış metal və metal qırıntıları digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verilməklə, gəlir əldə etməyən və VÖEN-i olmayan ayrı-ayrı fiziki şəxslər tərəfindən satılmışdır.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli **********299300 nömrəli qərarın ləğv edilməsi hissəsində iddiadan imtina edildiyindən, həmin hissədə icraata xitam verilməsi ni xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və G.İ.Cabbarova) 16 yanvar 2024-cü il tarixli, 2-1(105)-882/2023 nömrəli qərardadı ilə cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 25 may 2023-cü il tarixli **********299300 nömrəli qərarının ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və G.İ.Cabbarova) 22 dekabr 2023-cü il tarixli, 2-1(105)-882/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhk əmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları il ə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslan dırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və a ydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2022-ci il tarixli, 2-1(102)-719/2022 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-310/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin tələbinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz də rəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən, bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən, vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Hansı gəlirlərin vergidən azad edildiyini müəyyən etmək üçün isə Vergi Məcəlləsinin 102-ci maddəsinə müraciət edilməlidir. İddiaçı və cavabdeh arasında mübahisə Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin tətbiqi ilə bağlı yaranmışdır. Belə ki, həmin maddənin malların alınması zamanı qüvvədə olan redaksiyasına əsasən, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir, gəlir vergisindən azaddır. Cavabdeh həmin müddəadakı “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sözünün (sifətinin) yalnız “daşlar”a aid edildiyinə, “metallar”a aid edilmədiyinə istinad etmiş, bununla da, iddiaçının aldığı qiymətli olmayan metallara görə vergi ödəməli olduğu nəticəsinə gəlmişdir. İddiaçı isə əksinə olaraq, “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sözünün (sifətinin) həm “daşlar”a, həm də “metallar”a aid edildiyinə istinadən verginin düzgün hesablanmaması halından çıxış edir.
14. İstinad edilən məhkəmə qərarlarında qeyd edilmişdir ki, qiymətləndirilməli məsələ Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sözünün (sifətinin) “metallar”a aid edilib-e dilməməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Digər tərəfdən, iş materiallarında olan vergi orqanının xx.xx.2017-ci il tarixli xidməti məktubunun 2-ci, 3-cü, 4-cü və 5-ci sətirlərində göstərilmişdir ki, qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Beləliklə, həm Vergi Məcəlləsinin tələbinə əsasən qanunvericiliyin aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğundan, həm də qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının tə qdim edilməsinin fiziki şəxslərin gəlir vergisindən azad edildiyi vergi orqanının xx.xx.2017-ci il tarixli xidməti məktubunda öz əksini tapdığından, iddia tələbinin təmin edilməsi qanunvericiliyə və vergi orqanının hüquqi mövqeyinə uyğun olmuşdur.
15. Hazırkı iş üzrə mübahisələndirilən qərarda əlavə vergi hesablanmasına səbəb kimi əhalidən yığılan metal tullantı və qırıntılarına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların, habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad olunan gəlirlər siyahısına daxildir və bu səbəbdən, belə ödəmələr Vergi Mə cəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz. Təqdim edilmiş sənədlərdən (e-alış aktları, kassaməxaric orderi, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi və VÖEN-ə və ya ada görə vergi ödəyicisinin axtarılması ilə bağlı çıxarışlar və s.) görünür ki, iddiaçı tərəfindən alınmış metal və metal qırıntıları digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə, gəlir əldə etməyən və VÖEN-i olmayan ayrı-ayrı fiziki şəxslər tərəfindən satılmışdır.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəm ə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkə mə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
19. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olun ması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2023-cü il tarixli, 2-1(105)-882/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.