Məhkəmə qərarları › İş №2-1(102)-132/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-132/2025

05.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-132/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza v ə Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1474/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. xx.xx.2022-ci il tarixli 665 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi-emosional labil pozuntu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş be yin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ budun və baldırın kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. HHK-nin hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 14b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İddiaçı Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” şəhadətləndirilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsin x x.xx.2022-ci il tarixli 1854 nömrəli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. Diaqnozu “üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” müəyyən edilmişdir.

3. Lənkəran rayon Mərkəzi Xəstəxanasının xəstənin ambulator, stasionar tibbi kartasından xx.xx.2020-ci il tarixli 4373 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə barotravmadan sonrakı vəziyyət diaqnozu ilə stasionara daxil olmuş, xx.xx.2020-ci il tarixdə çıxmışdır, xəstə evə yazılarkən ümumi vəziyyəti kafi olmuşdur. 4. xx.xx.2020-ci il tarixli travma haqqında arayışın surətindən görünür ki, xx.xx.1996cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə d öyüş tapşırığını yerinə yetirərkən “Sağ budun və baldırın qalpə yaralanması” diaqnozu ilə xəsarət almışdır. 5. xx.xx.2021-ci il tarixli 665 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər İddiaçı, xx.xx.1996-cı il təvəllüdlü, xx.xx.2020-ci il tarixdən SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən). xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. xx.xx.2021-ci il tarixdə 26 saylı ŞP-na müraciət etmiş və Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (baş beyin silkələnməsi nəticəsində) emosional-labil şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 10927/21 nömrəli çıxarış epikrizi). MN BKH-nın nevroloqu ilə konsultasiya olunmuşdur.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininın TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.2022-ci il tarixli qərarla iddiaçı barədə (Diaqnoz:Üzvi (baş beyinin silkələnməsi) keçirilmiş qapalı kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu.Davranış pozuntuları.Keçirilmiş QKBT-dan sonrakı kəskin asteno-nevrotik vəziyyət.Postkontuzion sindrom.Hipertoniya xəstəliyi İİ dərəcə.OU-Qarışıq astiqmatizm VİS OU=1.0. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr,. Sağ budun və baldırın kor qəlpə yara lanmasında sonrakı kobud çapıq) “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.2022-ci il tarixli qərarla iddiaçı barədə (diaqnoz: üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi hallyusinoz. Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan diğər üzvü mənşəli şəxsiyyət və davranış pozuntuları) “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-178/2023-cü il tarixli qərarı ilə Bakı şəhər sakini xx. xx.1996-cı il təvəllüdlü İddiaçı oğlunun (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2786003AAFTZ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 665 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ budun və baldırın kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 5328/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 6933/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından, zəif eşitmədən şikayətlənmişdir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sol baldırın orta 1/3-də çapıqlar izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur. Verilən sualları qısa əsəbi cavablandırmış, əhvalının dəyişkən olması, emosional labillik, davranışı qeyriadekvat olduğu müşahidə edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, psixopatabənzər davranış pozuntuları və şəxsiyyətin spesifik cizgilərinin qabarması” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əs as verən psixoproduktiv əlamətlər və davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4”nin 12 iyun 2023-cü il tarixli, T378/2023 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli Forma 088№ V00045617YRD nömr əli göndərişdə qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi hallyusinoz. Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Astiqmatizm.” diaqnozu şəxsin anamnestik, psixi status və laborator instrumental müayinələri əsasında müəyyən edilmiş və o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-24403/2023 nömrəli məktubundan görünür ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədl ər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 665 nömrəli şəhadətnaməsi və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əlilliyin qiymətləndirilməsindən narazı olan vətəndaş qərardada uyğun olaraq xx.xx.2023-cü il tarixində mütəxəssislərin iştirakı ilə yenidən Agentlikdə müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər v ə müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıya “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması, barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, cəngolma tutmaları ilə F.07.0” diaqnozu qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublika sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X3 ******* nömrəli forma 27də göstərilən xəstəliklərinə görə müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1996-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2014-2016-cı illərdə hərbi xidmətə getmiş, Aprel döyüşlərində və İİ Qarabağ müharibəsində iştirak etmiş, gedən döyüşlərdə yaralanmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi partlaması nəticəsində “Sağ baldır və budun qəlpə yaralanması”, Qapalı kəllə-beyi n travması, baş beyin silkələnməsi” diaqnozu Neftçala Rayon Mərkəzi Xəstəxanasının ******* nömrəli forma 27-də göstərilən digər diaqnozlar təyin edilmişdir. O həmin tarixdən özünü narahat hiss edir. Bununla bağlı əvvəllər hərbi hospitalda bir sıra müayinələr almışdır. Bu zaman bir sıra müalicələr də almış, bundan sonra yenidən ağrıları başlamışdır. Neftçala Rayon Mərkəzi Xəstaxanası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 27) göndərilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona xx.xx.2023-cü il tarixli imtina vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, ona təyin olunan baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi şəxsiyyət və davranış pozuntuları əks etdirmir.

14. Bakı İnzibati Məhk əməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(112)-7383/2023 nömrəli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı əyani müayinə olunduqda belə ona qoyulmuş xəstəlik diaqnozu, eyni zamanda ekspert rəyində öz təsdiqini tapmış xəstəlik diaqnozu (Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi hallyusinoz. Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Astiqmatizm.”) qüvvədə olan meyarlarda göstərilsə də belə cavabdeh inzibati orqan tərəfindən müvafiq qiymətləndirmə aparılaraq, iddiaçının xəstəlik diaqnozu müəyyən edilərkən onun aidiyyəti üzrə (MRT, EEQ, EMQ kimi) aparatlardan yoxlanılmadan keçirilmədiyi və mü vafiq qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş müddətdə və qaydada ambulator və ya stasionar müalicədə olmadığı müəyyən olunmuşdur. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən əsaslı və qanuni olaraq əlilliyin təyin olunmasından imtina edilmişdir. Eyni zamanda, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırılmaqla “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na uyğun olaraq iddiaçının barəsində aidiyyəti səhiyyə müəssisəsi tərəfindən göndəriş müvafiq olaraq yenidən təqdim oluna bilər. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən yenidən imtina verildikdə yeni əsas üzrə iddiaçının məhkəmədə iddia qaldırmaq hüququ istisna edilmir.

16. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qər arın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1474/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: R.Ə.Səmədov, hakimlər: M.N.Tağızadə və X.A.Cəmilova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7383/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİK AYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 665 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzviemosional labil pozuntu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ budun və baldırın kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzr ə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 14b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 665 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. xx.xx.2021-ci il tarixdə 26 saylı ŞP-na müraciət etmiş və Respublika Ps ixiatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (baş beyin silkələnməsi nəticəsində) emosional-labil şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 10927/21 nömrəli çıxarış epikrizi). MN BKH-nın nevroloqu ilə konsultasiya olunmuşdur, iş materiallarında olan Lənkəran rayon Mərkəzi Xəstəxanasının xəstənin ambulator, stasionar tibbi kartasından xx.xx.2020-ci il tarixli 4373 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə barotravmadan sonrakı vəziyyət diaqnozu ilə stasionara daxil olmuş, xx.xx.2020-ci il tarixdə çıxmışdır, xəstə evə yazılarkən ümumi vəziyyəti kafi olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli travma haqqında arayışın surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən “Sağ budun və baldırın qəlpə yaralanması” diaqnozu ilə xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1854 nömrəli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi X5 Komissiyasının xx.xx.2024-cü il tarixli 4855 nömrəli rəyindən görünür ki, İddiaçı “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması, b arotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, cəngolma tutmaları ilə F07.0” diaqnozu qoyulmuşdur. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarının 7.6.2-ci bəndinin qeydinə əsasən bu bölmədə üzvi mənşəli şəxsiyyət pozuntusuFO7.0 nəzərdən keçirilə bilər. Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 2il 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, ŞƏXSİ gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 65-80 2 il. Qeyd. Bu bölmədə üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdən keçirilə bilər. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarından göründüyü kimi, üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 əlilliyin müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi X5 Komissiyasının xx.xx.2024-cü il tarixli 4855 nömrəli rəyindən göründüyü kimi, İddiaçı “üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0” diaqnozu qoyulmuşdur. Bundan əlavə işin birinci instansiya icraatı zamanı məhkəmənin qərardadına əsasən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4”nin T378/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi hall yusinoz. Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Astiqmatizm.” diaqnoz şəxsin anamnestik, psixi status və laborator instrumental müayinələri əsasında müəyyən edilmiş və o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

23. Azərbaycan Respublikası Na zirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydaları Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksi yalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 fa izdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərql i faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Bənd 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respubli kasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

7. Psixi və davranış pozuntuları 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkü nlüyü ilə 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi F06 pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər F07.8 üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.1.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul ed ilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.1. 6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.1. 8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Maddə

35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. Maddə

57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan fo rmada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1.İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına v ə ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüqu qi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hal larının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tut ulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayət i vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasi ya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

31. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ehtiyatda olan əsgər (atıcı) İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən mərmi partlayışı nəticəsində “Sağ baldır və budun qəlpə yaralanması” diaqnozu ilə xəsarət almış və xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə D övlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi tərəfindən iddiaçı hərbi həkim komissiyasına göndərilmişdir. xx.xx.2021-ci il tarixdə 26 saylı ŞP-na müraciət etmiş və Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (baş beyin silkələnməsi nəticəsində) emosional-labil şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixli 665 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” şəhadətləndirilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli qərarla iddiaçı barədə (Diaqnoz: Üzvi (baş beyinin silkələnməsi) keçirilmiş qapalı kəllə beyin travması nəticə sində şəxsiyyət pozuntusu. Davranış pozuntuları. Keçirilmiş QKBT-dan sonrakı kəskin asteno-nevrotik vəziyyət. Postkontuzion sindrom. Hipertoniya xəstəliyi İİ dərəcə. OU-Qarışıq astiqmatizm VİS OU=1.0. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr,. Sağ budun və baldırın kor qəlpə yaralanmasında sonrakı kobud çapıq) “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Cavabdeh daha sonra xx.xx.2022-ci il tarixli qərarla iddiaçı barədə (diaqnoz: üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi hallyusinoz. Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvü mənşəli şəxsiyyət və davranış pozuntuları) “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir.

32. İlk növbədə kollegiya qeyd edir ki, idd iaçı tələbində X3 ******* nömrəli forma 27də göstərilən xəstəliklərinə görə müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, iddiaçının hüquqi marağının nədən ibarət olması aydın deyildir. Belə ki, iddiaçının tələbinin ümumi əsaslarla, yaxud hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilməsindən ibarət olması müəyyən edilmir.

33. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi partlaması nəticəsində “Sağ baldır və budun qəlpə yaralanması”, Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi” diaqnozunun əksini tapdığı Neftçala Rayon Mərkəzi Xəstəxanasının ******* nömrəli göndərişinin Neftçala Rayon Mərkəzi Xəstəx anası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərildiyi və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona imtina verdiyini bildirmişdir. 34. xx.xx.2022-ci il tarixli 665 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hərbi həkim komissiyasının qərarı: partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi-emosional labil pozuntu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ budun və baldırın kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkim iş dəri çapığı. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 14b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İddiaçı Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” şəhadətləndirilmişdir. 35. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəl iyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

36. Kollegiya qeyd edir ki, iddiaçının diaqnozu və xəstəliyi hərbi xidmət dövründə alması, yəni xəstəliyin hərbi xidmətlə, o cümlədən Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı səbəb əlaqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sənədləri ilə (qərar, xəstəlik haqqında şəhadətnamə və s.) öz təsdiqini taparsa, apellyasiya instansiya məhkəməsi iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etməlidir.

37. Bundan başqa, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-178/2023-cü il tarixli qərarından görünür ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 2786003AAFTZ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

38. Azərbaycan Respublikası Səhiyyə Nazi rliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4”nin 12 iyun 2023-cü il tarixli, T378/2023 nömrəli ekspert rəyində tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Forma 088№ V00045617YRD nömrəli göndərişə istinad olunmuşdur.

39. Lakin həmin göndəriş iş materiallarında mövcud deyildir.

40. Odur ki, yenidən araşdırma zamanı əlilliyin müəyyən edilməsi üçün qiymətləndirmənin aparıldığı göndəriş apellyasiya məhkəməsi tərəfindən tələb edilərək, göndərişdə qeyd edilən xəstəliklərin xx.xx.2022-ci il tarixli 665 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan xəstəliklərlə üst-üstə düşüb-düşməməməsi, habelə iddiaçıda olan (göndərişdə qeyd edilən xəstəliklərin) diaqnozların “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin müəyyən olunmasına əsas verən xəstəliklər kimi təsbit edilib edilmədiyi araşdırılmalıdır.

41. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4”nin 12 iyun 2023-cü il tarixli, T378/2023 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli Forma 088№ V00045617YRD nömrəli göndərişdə qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi hallyusinoz. Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Astiqmatizm.” diaqnoz şəxsin anamnestik, psixi status və laborator instrumental müayinələri əsasında müəyyən edilmiş və o, hazırda da həmin xəstəliklər dən əziyyət çəkir.

42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıya “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması, barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, cəngolma tutmaları ilə F.07.0” diaqnozu qoyulmuşdur.

43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sadalanan sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir.

44. Odur ki, yeni apellyasiya baxışı zamanı işdə olan sübutlar (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ek spertiza və X4”nin 12 iyun 2023-cü il tarixli, T378/2023 nömrəli ekspert rəyi, Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli rəyi və s.) cavabdehin dəlilləri ilə əlaqəli şəkildə qiymətləndirilməli, qiymətləndirmənin nəticəsindən asılı olaraq qərar qəbul etməlidir.

45. Bundan əlavə, kollegiya qeyd edir ki, göndərişdə XBT-10 kodu F07.0 olan “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu qeyd olunduğu və iddiaçıda da həmin göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapdığı halda, onun vəziyyəti qiymətləndirilməklə əlilliyin müəyyən edilməsi məsələsinə baxılmalıdır.

46. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən şəxsə F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu qoyularkən müvafiq qaydada qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsdə əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halı müəyyən edilərkən 2 il müddətinə 35-60 faiz dərəcəsi ilə əlillik, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşah idə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti müəyyən edilərsə isə 2 il müddətinə 65-80 faiz dərəcəsi ilə əlillik təyin edilir.

47. Bununla yanaşı, qeyd edilməlidir ki, XBT10 kodu F07.0 olan xəstəlik özü ayrılıqda, yəni 7.6.2-ci bəndin altbəndində olan qiymətləndirmə aparılmadan əlillik təyini üçün əsas vermir.

48. Növbəti apellyasiya baxışı zamanı işin bu halı araşdırılmaqla iddiaçının xəstəlik vəziyyəti qiymətləndirilməklə onun vəziyyətinin 7.6.2-ci bəndinin hansı alt bəndinə uyğun olub olmaması müəyyən edilməli, əlillik müəyyən olunduğu halda uyğun bəndə müvafiq olaraq əlillik müddəti və orqanizmin funksi yalarının pozulma faizi göstərilməlidir.

49. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

51. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1474/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar