Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1330/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: cəlbetməyə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan verilmiş kassasiyanın qeyri-mümkünlüyü, şikayətvermə hüququnun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inz ibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2-1(103)-870/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********128700 nömrəli qərarın ləğv olunması, əlavə hesablanmış verginin silinməsi və müvafiq qaydada aparılan əvəzləşmənin icrası öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Cavabdeh isə məhkəməyə vəsatət verərək, “Neftqazmaş“ ASC-nin rəhbərinin və iddiaçı ilə qarşılıq lı əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin rəhbərlərinin inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-9963/2024 nömrəli qərardadı ilə cavabdehin vəsatəti təmin edilməmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və vəsatətinin təmin olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2-1(103)-870/2025 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və vəsatətinin təmin olunmasını xahiş e tmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəm ə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə q ərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə ic raatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. 8. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadı KASSASİYA İNSTANS İYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
10. İnzibati Prosessual Məcəllənin 27-ci maddəsi inzibati məhkəmə icraatının iştirakçılarının dairəsini belə müəyyən etmişdir – tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Burada tərəflər qismində iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh çıxış edir.
11. İnzibati Prosessual Məcəllənin 28-ci maddəsi isə üçüncü şəxslərin icraata cəlb olunmasının iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin (yəni cəlb olunmaq istəyən) şəxslərin vəsatəti əsasında. Mahiyyətcə, məhkəmə icraatının iştirakçıları (iddiaçı, cavabdeh v ə artıq cəlb olunmuş üçüncü şəxslər) müvafiq təkliflə çıxış edə, cəlb olunma məsələsini məhkəmənin diqqətinə çatdıra bilərlər. Lakin belə olan halda təşəbbüs yenə də məhkəməyə məxsus olur. Belə ki, cəlb olunub-olunmama nəticədə məhkəmə tərəfindən həyata keçirilmiş olur və burada həlledici olan məhkəmənin gələcəyi qənaətdir.
12. İnzibati Prosessual Məcəllə inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət vermək hüququnu nəzərdə tutmadığı halda, cəlbetməyə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan şikayət verilə biləcəyini təsbit etmişdir. Lakin burda diqqət edilməli məqam belə bir şikayəti kimin verə biləcəyidir.
13. İnzibati Prosessual Məcəllənin 28.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göründüyü kimi, qanunverici sözügedən normada yalnız məhkəmə icraatına cəlb olunmamış və bu səbəbdən cəlbetmə barədə vəsatət qaldıran şəxslərin həmin vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan şikayət vermək hüququnun olduğunu nəzərdə tutmuşdur. Məhkəmə icraatının iştirakçılarının (iddiaçı, cavabdeh və artıq cəlb olunmuş üçüncü şəxslərin) isə prosessual qanunvericilikdə belə bir hüququnun olduğ u təsbit edilməmişdir.
15. Hazırkı mübahisəyə münasibətdə cəlbetməyə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan cavabdehin şikayət vermək hüququ olmadığından, onun apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermək hüququ da istisna edilməlidir.
16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 21(103)-870/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.