Məhkəmə qərarları › İş №2-1(102)-1335/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1335/2022

06.10.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1335/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1335/2022) (Açar sözlər: operativ vergi yoxlamasının keçirilməsinin əsaslandırılmaması; pərakəndə ticarət fəaliyyətinə görə vergi hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oglu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN **********; Qeydiyyat tarixi: xx.xx.2018) cavabdeh Azərbaycan Respubl ikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2022-ci il tarixli, 2-1(103)-492/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 18 avqust 2020-ci il tarixli **********3814 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən anbarda 21 avqust 2020-ci il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. 2. 21 avqust 2020-ci il tarixli, DVX seriyalı 001109 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir.

3. Həmin akt əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 oktyabr 2020-ci il tarixli, **********8663 nö mrəli qərarı ilə iddiaçı barəsində 62390,12 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 oktyabr 2020-ci il tarixli, **********8663 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya hesablanmış maliyyə sanksiyasının məhkəmə işinin yekunu üzrə hər gün üzrə 0,1 faiz həcmində maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və Vergi Məcəlləsinin norması düzgün tətbiq edilməmişdir. Belə ki, vergi orqanı əmə kdaşları operativ yoxlama ilə əlaqədar anbara gələrkən iddiaçı tərəfindən bütün lazımi sənədlər təqdim edilmişdir. Bundan sonra yoxlama əməkdaşları heç bir sənəd götürmədən anbarı tərk etmişlər. Daha sonra cavabdehin əməkdaşları iddiaçıya akt təqdim edərək iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin və 71-1-ci maddəsinin tələblərinin pozulduğu və elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə məsuliyyətə cəlb edilməli olduğunu bildirmişlər. İddiaçı isə hansı əsasa görə vergi orqanı əməkdaşlarının bu nəticəyə gəldiklərini soruşanda onlar iddiaçı tərəfindən pərakəndə qaydada çox mal təqdim edildiyini bildirmişlər. Həmçinin eyni əməliyyat çərçivəsində böyük məbləğdə mal təqdim edildiyini və bunun pərakəndə ti carət qaydasına zidd olduğunu bildirmişlər. İddiaçı bundan sonra qanunvericilikdə pərakəndə qaydada hansı həcmlə limitləşdirmə ilə bağlı qanunvericilik normasını göstərmələrini xahiş etmişdir. Lakin nə vergi orqanının əməkdaşları, nə də inzibati şikayət zamanı bununla bağlı heç bir münasibət bildirilməmişdir. Halbuki Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə uyğun olaraq pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə uyğun olaraq topdansatış - malların alıc ıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi Vergi Məcəlləsində hansı həcmdə malların təqdim edilməsi ilə əlaqədar elektron qaimə fakturanın tətbiq edilməli olması müəyyən edilməmişdir. İddiaçının dövriyyəsinin 90-92 faizi qaimə faktura ilə həyata keçirilmişdir. Qanunverici bu müddəanı Vergi Məcəlləsinə əlavə edərkən o səbəblə etmişdir ki, əgər hər hansı şəxs malları müqavilə əsasında fərdi sahibkara və ya hüquqi şəxsə satarsa, o zaman elektron qaimə təqdim edilməlidir. Yəni hər hansı şəxs malı heç bir müqavilə olmadan almaq istədikdə iddiaçı tərəfindən onun həcmindən asılı olmayaraq pərakəndə satış kimi həyat a keçiriləcəkdir. Həmçinin iddiaçının satışını təşkil etdiyi məhsul kənd təsərrüfatında istifadə edilir, kənd təsərrüfatının əksər hissəsi isə hüquqi şəxs yaratmadan çalışa bilər. Həmçinin vergi orqanı qəbul etməlidir ki, malların pərakəndə və ya topdan satış qaydasında satışı iddiaçı üçün hər hansı fərq yaratmır. Əksinə topdan satış qaydada rəsmiləşdirmə iddiaçının vergitutma bazasını azaldır. Belə ki, iddiaçı bütün təqdim etdiyi malları bazardan deyil, rəsmi olaraq idxal əsasında həyata keçirir. Yəni iddiaçı tərəfindən malların gizlədilməsi qeyri-mümkündür. Həmçinin iddiaçı tərəfindən malların pərakəndə satışı zamanı qiymətlər pərakəndə satış qiymətləri ilə aparılır ki, bu da son nəticədə iddiaçının vergi öhdəliklərinin artırılmasına səbəb olur. Bundan başqa hər hansı şəxs (hüquqi və ya fərdi sahibkar) tərəfindən malların pərakəndə satış qaydasında malların alınması onun xərclərinin azaldılmasına, həmçinin vergi yoxlaması zamanı malların sənədinin olmaması səbəbindən maliyyə sanksiyasına səbəb olacaqdır. Belə ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 711.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Göründüyü kimi vergi orqanı tərəfindən heç bir qanunvericilik normasına is tinad etmədən və öz subyektiv fikirlərinə uyğun olaraq qanunvericiliyin müddəalarının şərh edilməsi nəticəsində iddiaçıya əsassız vergilər hesablanmışdır. İddiaçı bu pozuntu ilə əlaqədar olaraq yuxarı inzibati orqana da müraciət etmişdir, lakin onlar tərəfindən də heç bir araşdırma aparılmadan iddiaçının dediklərinə münasibət bildirmədən xx.xx.2021-ci il tarixli, **********837600 nömrəli qərar qəbul edilmişdir.

6. Cavabdeh iddia dair etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixli məktubunda vergi ödəyicisi satılmış malların soya paxlasının yağı çıxarıldıqdan sonra qalan hissənin yenidən istehsal edilərək nəticədə əmələ gələn yüksək proteinli yem komponenti soya şrotu olduğunu, bu malın kənd təsərrüfatının südçülük, quşçuluq və iribuynuzlu heyvanların kökəltməsində istifadə edildiyini, malın alıcıları arasında təşkilatlar və fermer təsərrüfatı ilə məşğul olan şəxslərin olduğunu, aktda qeyd edilən məbləğin kənd təsərrüfatı ilə məşğul olan şəxslərə satılan mallara görə əldə olunan məbləğlərin nəzarətkassa aparatına daxil edildiyi səbəbi ilə əlaqədar olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı özü də qeyd edilən malların son istehlak məqsədi ilə deyil, alıcıların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar təqdim edildiyini etiraf etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələ rinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İddiaçının digər tələbi (məhkəmə işinin yekunu üzrə hər gün üzrə 0,1 faiz həcmində maddi ziyanın ödənilməsi) ilə bağlı qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi qərar əsaslı olduğuna görə vergi ödəyicisinə hər hansı maddi ziyan vurulmamışdır. Həmçinin, Vergi Məcəlləsinin 51.4-cü maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vergi ödəyicisinə vurulan ziyan qanunla müəyyən edilmiş hallar is tisna olmaqla, ödənilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-3780/2021 nömrəli qərarı ilə (hakim P. Hüseynov) iddia tələbi qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 oktyabr 2020-ci il tarixli **********8663 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, parakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hazırkı halda parakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektində bir malın eyni vaxtda toplu halında satılmasını topdansatış ticar ət fəaliyyəti kimi qəbul edilməsi üçün cavabdeh tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir, bununla bağlı cavabdehin dəlilləri əsassızdır. Vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatına bir əməliyyat. çərçivəsində böyük miqdarda məbləği mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi qiymətləndirilməsi əsassız sayılmalıdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın qismən – iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. A pellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2022-ci il tarixli, 2-1(103)-492/2022 nömrəli qərarı ilə (hakimlər H.Həmidov – sədrlik edən və məruzəçi, E.Nağıyeva və C.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-3780/2021 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı özü də qeyd edilən malların son istehlak məqsədi ilə deyil, alıcıların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar təqdim edildiyini etiraf etmişdir. Belə oldugu halda elektron-qaimə faktura olmadan anbardan 623901,20 manat dəyərində malların satılması (təqdim edilməsi) Vergi Qanunvericiliyinin t ələblərinə zidd olduğundan (VM-nin 16.1.3-cu, 58.3-cü və 71-1-ci maddəsinin tələbləri pozulub) vergi ödəyicisinə haqlı olaraq maliyyə sanksiyası tətbiq edilmişdir.

12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən həm maddi, həm də prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, 1) operativ vergi nəzarəti yoxlama hesab edilmir və yalnız nəzarət tədbirinin baş verdiyi vaxt ərzində pozuntu faktlarına qiymət verməli idi, 2) İnzibati aktın düzgün olmağı cavabdeh orqan tərəfindən təsdiq edilməli olduğu halda məhkəmə bunu iddiaçıdan tələb etmişdir, 3) Qanunvericilikdə topdan satışın və ya pərakəndə satışın hansı məbləğlə ölçülməsi müəyyən edilmədiyi halda, məhkəmə gündəlik satış həcminin çoxluğunu bildirməklə qərar qəbul etmişdir, 4) Məhkəmə iddiaçının ifadəsini yanlış təfsir etməklə sadəcə cavabdeh orqanın bildirdiklərini məhkəmə qərarında qeyd etməklə guya iddiaçı tərəfindən malların məhz topdan satış qaydada sahibkarlara malların təqdim edildiyini və məqsədli elektron-qaimə faktura təqdim edilmədiyini bildirmişdir.

14. Eyni zamanda qeyd olunur ki, operativ vergi nəzarətinin reyestrdə keçən qərarında yoxlamanın hansı müddəti əhatə etdiyi açıq-aşkar görünür və orada da əvvəlki dövrlərin əhatə edilməsi müəyyən edilmir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kas sasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2-1(103)-492/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı kassasiya şikayətində operativ vergi nəzarətinin yoxlama hesab edilmədiyini və yalnız nəzarət tədbirinin baş verdiyi vaxt ərzində pozuntu faktlarına qiymət verilməli olduğu bildirir. Bununla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə nəzarət edilməsi məqsədilə operativ vergi nəzarəti tədbiri həyata keçirilə bilər.. Malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə nəzarət məsələsini əhatə edən operativ vergi nəzarəti zamanı bir tərəfdən, cari vəziyyə t yoxlanılır, yəni, vergi ödəyicisinin mal qalığı araşdırılır, müvafiq sənədlər tələb edilir və s., cari vəziyyətin yoxlanılmasının məqsədi isə operativ vergi nəzarəti tədbirindən əvvəl satılmış malların elektron qaimə-faktura əsasında təqdim edilib-edilməməsini müəyyən etməkdir. Hazırkı halda da, iddiaçıya məxsus təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilərək daha əvvəl təqdim edilmiş mallara dair müvafiq sənədlərin cari vəziyyəti yoxlanılmış, həmin malların təqdim edilməsinə dair elektron qaimə-fakturanın olmadığı müəyyən edilərək maliyyə sanksiyası tətbiq edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.62. pərakəndə satış – mall arın alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;... Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehti yatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçiril ir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların sat ış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

17. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

91. Ali Məhkəmə mübahi sə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelly asiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Eyni zamanda sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkə məsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarına görə cavabdeh tərəfindən operativ vergi nəzarətinin keçirilməsi nəticəsində iddiaçı barəsində 62390,12 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin əsassız hesab edilməsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, elektron-qaimə faktura olmadan anbardan 623901,20 manat dəyərində malların satılması (təqdim edilməsi) vergi qanunvericiliyinin (VM-nin 16.1.3-cu, 58.3-cü və 71-1-ci maddəsinin) tələblərinə zidd olduğundan, vergi ödəyicisinə haqlı olaraq maliyyə sanksiyası tətbiq edilmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzr ə gəldiyi həmin nəticəni işin hallarına uyğun hesab etmir.

24. Belə ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasını əhatə edir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməs i üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.

25. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18 avqust 2020-ci il tarixli, **********3814 nömrəli qərar qəbul etmişdir.

26. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı təsbit edilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilm iş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda).

27. Hazırkı mübahisəyə münasibətdə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18 avqust 2020-ci il tarixli, **********3814 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (qərarda sadəcə Vergi Məcəlləsinin 50-ci maddəsinə ümumi şəkildə istinad olunmuşdur).

28. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad et məsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

29. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qa nunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.

30. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Bu mənada hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 36.1, 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsas landırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.

31. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18 avqust 2020-ci il tarixli, **********3814 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır. Cavabdehin bu davranışı “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir.

32. Bundan əlavə, operativ vergi nəzarətinin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə operativ vergi nəzarəti ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş tələblərə vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilir.

33. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin tərəfindən keçirilmiş operativ vergi yoxlamasının müddəti 18 avqust 2020-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixədək müddəti əhatə etməsinə rəğmən, cavabdeh vergi orqanı faktiki olaraq op erativ vergi nəzarəti ilə əhatə olunmayan keçmiş dövr üzrə həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin belə davranışı operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı malların satışı zamanı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi də iş üzrə sənədlərlə təsdiq olunmur. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə -faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, cavabdeh iddiaçının nəzarət-kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satdığı malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, həmin halı sübuta yetirə bilməmişdir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin vergi orqanında topdansatış ticarət fəaliyyəti ilə məşğul olan şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli, 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqs ədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.12-ci bəndinə əsasən, vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.2ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır.

36. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, vergi orqanının “Vergi ödəyicisinin vergi qanunve riciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 oktyabr 2020-ci il tarixli, **********8663 nömrəli qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və eyni zamanda iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan ləğv edilməlidir.

37. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respubli kası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2022-ci il tarixli, 21(103)-492/2022 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 oktyabr 2020ci il tarixli, **********8663 nömrəli qərarı ləğv edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar