Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1337/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh in xx.xx.2021-ci il tarixli, **********150747 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)1677/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin xx.xx.2020-ci il tarixli-**********137922 nömrəli qərarına əsasən iddiaçının vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixli **********138368 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
2. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150747 nömrəli qərarı ilə iddiaçıya cəmi 1.377.405,41 manat əlavə vergi hesablanmış, 756.952,48 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
3. Hesablama vergi tədiyyəsi və dövrləri üzrə aşağıdakı kimi olmuşdur: Vergi Dövr Mənfəət vergisi ƏDV ƏDV Muzdlu işlə əlaqədar ÖMV, mdss, işsızlikdən sığorta və icbari tibbi sığorta ÖMV ÖMV MDSS ƏDV-nin ödənilməməsi Vergi hesabatının vaxtında verilməməsi Vergi hesabatının vaxtında verilməməsi Vergi hesabatının vaxtında verilməməsi Vergi hesabatının vaxtında verilməməsi Cəmi 2019 2019 2020 Əlavə Artıq Maliyyə hesablanma hesablama sanksiyası 591.585,33 0,00 295.792,68 61.769,41 0,00 31.213,71 0,00 65.671,8 7 33.395,82 0,00 450.467,91 225.233,96 2020 2019 2020 2019 2019 17.725,66 311.431,70 10.097,25 0,00 0,00 2017 2018 2019 2020 0,00 8.862,83 0,00 155.715,85 0,00 5.048,63 0,00 329,00 0,00 320,00 0,00 0,00 0,00 0,00 0,00 0,00 1.443.077,28 520,00 440,00 80,00 65.671,87 756.952,48 İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********150747 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “BƏRPA-TİKİNTİ" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. “BƏRPA-TİKİNTİ" MMC faktiki olaraq digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC-də 2004-cü ildən hal-hazırkı vaxta kimi MMC-in sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır.
6. Sonuncu səyyar vergi yoxlaması iyun 2017 - may 2020-ci illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin xx.xx.2021-ci il tarixdə № **********138368 saylı səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2021-ci il tarixli № **********150747 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2019-cu il üçün 591.585,35 AZN (beş yüz doxsan bir min beş yüz səksən beş manat, 35 q.) mənfəət vergisi və 2019-2020-ci illər üçün 129.219 AZN (yüz iyirini doqquz min iki yüz on doqquz manat, 00 q.) əlavə dəyər vergisi, 2019-2020-ci illərə 329.157,36 AZN (üç yüz iyirmi doqquz min yüz əlli yeddi manat, 36 q) ödəmə mənbəyində tutulan vergi, 2020-ci il üçün 450.467,91 AZN (dörd yüz əlli min dörd yüz altmış yeddi manat, 91 q) muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə, ümumilikdə 1.510.526,93 AZN (bir milyon beş yüz on min beş yüz iyirmi altı manat, 93 q.) və bütün bunlara müvafiq 756.952,48 AZN (yeddi yüz əlli altı min doqquz yüz əlli iki manat, 48 q.) maliyyə sanksiyası hesablanmışdır.
7. Müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəriciləri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəy yən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri-obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergiləri azaldılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. "BƏRPA-TİKİNTİ'' MMC-də iyun 2017- may 2020-ci il tarixədək dövrü əhatə edən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2021-ci il tarixli **********138368 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərt ib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi "xxxx" MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə da nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 13 ay ərzində səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının iddiaçının məntiqinə əsasən hesablamaları guya elektron fayllarda olan məlumatlarla aparılmışdır. Bu məlumatlardan iddiaçının xəbəri olmamışdır. Belə ki, bütün sənədlər vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmazdırsa, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində təsbit edilmiş 30 gün olan inzibati aktın mübahisələndirməsi müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda müb ahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. Vergi orqanının xx.xx.2020-ci il tarixli-**********137922 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixli **********138368 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etdiyini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 iyul 2020-ci il tarixli **********653500 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə yoxlama materialları baxılmaq və müvafiq rəyin verilməsi üçün Vergi auditi baş idarəsinə göndərilmişdir. Vergi auditi baş idarəsi Hüquq baş idarəsi ilə birgə xx.xx.2021-ci il tarixli **********493100 nömrəli İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair” rəy hazırlamış və həmin rəyə əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********150747 nömrəli Qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2021-ci il tarixində vergi ödəyicisinə təqdim olunmuş, vergi ödəyicisi qərarla tanış olmuş, lakin onu imzalamaqdan imtina etmişdir. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar bildirilmiş dir ki, vergi ödəyicisi yoxlanılan dövr ərzində Bakı şəhərinin Yasamal, Nəsimi rayonlarında yerləşən müxtəlif binaların fasad və həyətlərində təmir-tikinti işləri ilə məşğul olmuş, Qazax rayonu ərazisində isə yeni hərbi hissə kompleksinin əsaslı tikintisini həyata keçirmişdir.
10. Mənfəət vergisi üzrə: 2017 və 2018-ci illər üzrə vergi ödəyici mənfəət vergi üzrə bəyannamə təqdim etməmişdir. 2019-cu ildə vergi ödəyicisinin gəlirləri 0,0 manat, ümumi gəlirdən çıxılmalar 498 765,62 manat, çıxılmalardan sonra ümumi gəlir - 498 756,62 manat, xərcləri isə 3 220 721,64 manat (Əmək haqqı xərcləri- 8200 manat, Sosial sığorta haqları 1845 manat, Bank xidməti üzrə xərclər- 254 231,23 manat, Borca görə faizlər- 2 954 789,54 manat, Digər xərclər- 1655,87 manat) olmuş, nəticədə 2019-cu ili vergi ödəyicis i 3 719 478,26 manat zərərlə başa vurması ilə bağlı bəyannamə təqdim etmişdir. Vergi ödəyicisinin 2019-cu il üzrə gəliri təqdim etdiyi elektron qaimə fakturalarına əsasən 17 747 560,6 manat götürülmüşdür. Vergi ödəyicisi yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada xərcləri (gəlirlərin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilmişdir. Qeyd olunanları nəzərə alaraq mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarının təsdiq edilməsi barədə" Qərarına əsasən hesablanmışdır. Bununla da cəmiyyətin 2019-ci illər üzrə mənfəəti 2 957 926,77 manat, mənfəət vergisinin isə 591 585,35 (2 957 926,77*20%= 591 585,35) manat olduğu müəyyən edilmişdir. Beləliklə, azaldılmış 591 585,35 manat vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 295 792,68 manat maliyyə sanksiyası hesablanmışdır.
11. Əlavə dəyər vergisi üzrə: Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən bəyan edilmiş ƏDV-siz dövriyyə 25 531 649,7 manat, ƏDV məbləği 4 595 696,9 manat, əvəzləşdirilən ƏDV 3 053 182,9 (idxalda ödənilən ƏDV məbləği nəzərə alınmaqla), nəticədə dövlət büdcəsinə hesablanan ƏDV məbləği 1 542 511 manat olmuşdur. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinin ƏDV-si z dövriyyəsinin 25 131 370,9 manat, ƏDV məbləğinin 4 523 646,8 manat, əvəzləşdirilən ƏDV məbləğinin 2 985 036,1 manat (idxalda ödənilən ƏDV nəzərə alınmaqla), nəticədə dövlət büdcəsinə çatası ƏDV məbləğinin 1 538 610,7 manat olduğu müəyyən edildi. Belə ki, 3 902,46 manat artıq hesablama müəyyən edilmiş, vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla 64 609,53 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, vergi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi tütün və alkoqollu malları satışında əks etdirmədiyi, həmçinin yoxlama dövrünün sonunda bu mallar anbarında mövcud olmadığına görə (Vergi orqanına təqdim etdiyi izahata əsasən) Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 350000 manat məbləğində ma llara ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2020-ci ilin may ayına aid edilmişdir.
12. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan Çinin Xalq Respublikasının Honkonq şəhərində təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə əldə edilmiş mallara görə 2019-cu ilin 4-cü rübü üzrə 177 256,62 manat, 2020-ci ilin 1-rübü üzrə isə 662 349,19 manat ödəniş həyata keçirildiyi üçün həmin məbləğlərə Vergi Məcəlləsinin 13.2.16.14-1 və 125.1.9-cu maddəsinə əsasən müvafiq olaraq 2019-cu ilin 4-cü rübü üzrə 17 725,66 manat, 2020-ci ilin 1- rübü üzrə isə 66234,92 manat ödəmə mənbəyində ve rgi, azaldılmış məbləğlərə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 8862,83 manat və 33117,46 manat maliyyə sanksiyaları hesablanmışdır. Bundan başqa, tikinti sahəsində görülmüş tikinti-quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin (əmək tutumunun) müəyyənləşdirilməsi zərurəti yarandığından Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********142835 nömrəli Qərar əsasında mütəxəssis dəvət edilmişdir. Mütəxəssis kimi "xxxx" MMC-nin mütəxəssisi X1 dəvət olunmuş və "xxxx" tərəfindən xx.xx.2021-ci il tarixində MB 13/1310 nömrəli rəy vergi orqanına təqdim olunmuşdur. Təqdim olunmuş rəy əsasında Vergi Məcəlləsinin 92,150 və 101.1-3-cü maddələrinə əsasən vergi orqanlarında uçotda olm ayan fiziki şəxslərin gördüyü işlərə görə 245.196,78 manat ödəmə mənbəyində tutulan vergi, azaldılmış vergi məbləğinə isə 122.598,39 manat maliyyə sanksiyası hesablanmışdır.
13. Məcburi dövlət sosial sığorta haqları üzrə: 2019-cu ilin 4-cü rübü üzrə məcburi dövlət sosial sığorta haqqı bəyannaməsi vergi orqanına təqdim edilməmiş və vergi ödəyicisi tərəfindən əldə olunan sənədlər əsasında "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 2019-cu ilin 4-cü rübü üzrə 10 097,25 manat məbləğ vergi uçot bazasına işləndi. 2019-cu ilin 4-cü rübü üzrə 10 097,25 manat azaldılmış məcburi dövlət sosial sığorta haqqı məbləğinə 5048,63 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı barədə bəyanna mələr vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilməmişdir. Vergi ödəyicisindən əldə olunan sənədlər əsasında həmin dövr üzrə "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 12616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı vergi uçot bazasına işləndi. 2020-ci ilin 1-ci rübü üzrə azaldılmış 12 616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı məbləğinə 6308,27 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, tikinti sahəsində görülmüş tikintiquraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin (əmək tutumunun) müəyyənləşdirilməsi zərurəti yarandığından Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **** ******142835 nömrəli Qərar əsasında mütəxəssis dəvət edilmişdir. Təqdim olunmuş mütəxəssis rəyi əsasında vergi ödəyicisinin vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 437 851,39 manat məcburi dövlət sosial sığorta haqqı məbləği hesablanmış, azaldılmış həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 218 925,69 manat maliyyə sanksiyası hesablanmışdır birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4277/2022 nömrəli (hakim Elvin Əliyev) qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********150747 nömrəli qərarı 591.585,35 manat məbləğində mənfəət vergisinin, 83.960,58 manat məbləğində ödəmə mənbəyində t utulan verginin və 10.097,25 manat məbləğində MDSS (muzdla işləyənləri işə götürən sığorta edənlər) və bu hesablamalara tətbiq edilmiş maliyyə sanksiyaları hissələri istisna olmaqla qalan hissədə ləğv edilmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4126 №-li xx.xx.2022ci il tarixli ekspert rəyindən görünür ki, səyyar vergi yoxlaması ilə hesablanmış ƏDV-nin, ÖMV-nin (83960,58 manat məbləğ istisna olmaqla), muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgünlüyü müəyyən olunmadı. Ekspert rəyinin ƏDV ilə bağlı tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, səyyar vergi yoxlaması zaman ı inventarizasiya aparılmadan, baxış keçirilmədən mal qalığına görə vergi ödəyicisinə ƏDV hesablanmışdır. Halbuki mal qalığının müəyyən edilməsi zamanı inventarizasiya aparılmalı və baxış keçirilməli idi. Həmçinin rəydə qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatların vaxtının Vergi Məcəlləsinin 166-cı maddəsinə zidd aparılması müəyyən edilmədi. Ekspert rəyinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının və ödəmə mənbəyində vergi ilə bağlı (83960,58 manat məbləğ istisna olmaqla) tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, müəssisə tərəfindən VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə hər hansı ödəniş sənədi və onlarla bağlanmış müqavilə iş materiallarında mövcud deyil. Həmçinin Vergi Məcəlləsində ödəmə mənbəyində verginin səyyar vergi yoxlaması aktında göstərilən üsulla hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə səyyar vergi yoxlaması ilə hesablanmış 591585,35 manat məbləğində mənfəət vergisinin, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinə əsasən hesablanmış 83960,58 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10097,25 manat məbləğində MDSS- muzdla işləyənləri işə götürən sığorta edənlər üzrə hesablamanın silinməsi hissəsində iddiaçı tərəfindən təqdim edilmiş dəlillərin yetərli olmadığı, bu hissədə hesablanmış əlavə məbləğlərin ləğv edilməsi üçün əsasın müəyyən edilmədiyi qənaətinə gəlmişdir.
16. Cavabdeh həmin qərarda n apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1968/2023 nömrəli (hakimlər Rəşid Səmədov (məruzəçi), Xəyalə Cəmilova və Aytən Oruczadə) qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)4277/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icr aat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-2460/2023 nömrəli (hakimlər İlqar Hüseynov (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, işin iddianın təmin edilən hissəsinə münasibətdə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
21. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki: “Cavabdeh haqlı olaraq qeyd edir ki, məhkəmə səyyar vergi yoxlaması zamanı tərtib edilmiş rəyə şübhə ilə yanaşırdısa, "xxxx" MMC tərəfindən görülmüş işlərin tərkibində olan işçi sərfiyatının müəyyən edilməsi istiqamətində a raşdırma apara bilərdi, çünki bu həcmdə işlərin görülməsi üçün hər bir halda iddiaçı tərəfindən müvafiq işçi qüvvəsi cəlb edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən dəlillər əsaslandırılmadan rədd edilmişdir..... yerinə yetirilmiş işlərin qəbulu aktlarında (Forma 2) görülmüş işlərlə bağlı məlumatların özünün mübahisə predmeti olduğuna dair işdə məlumat yoxdur. Başqa sözlə, əgər yerinə yetirilmiş işlərin qəbulu aktlarında görülmüş işlərin həcmi və tərkibi barədə məlumatları müqavilə tərəfləri mübahisələndirməmiş, vergi orqanı da öz növbəsində həmin məlumatların mötəbərliyini qəbul etmişdir, lakin həmin həcmdə işlərin görülməsinə sərf olunmuş əmək tutumunun həcmi və bundan irəli gələn vergi öhdəliyinin məbləği mübahisəlidirsə, məhkəmənin araşdırması da məhz həmin halların müəyyən edilməs inə yönəlməli, ekspert və mütəxəssis rəyləri işdəki digər sübutlarla, habelə apellyasiya instansiyası məhkəməsində əldə edilmiş digər sübutlarla birgə araşdırılmalı və qiymətləndirilməli idi. Bundan başqa, cavabdehin təkrarlanan digər dəlili ondan ibarətdir ki, məhkəmə kollegiyası məsuliyyət qərarı ilə Vergi Məcəlləsinin 57.1 və 58.6-cı maddələri üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ləğvi əsasları barədə heç bir məlumat vermədiyi halda, birinci instansiya məhkəməsinin qərarını o hissələrdə də dəyişdirilmədən saxlamış, Vergi Məcəlləsinin 57.1 və 58.6-cı maddələri üzrə tətbiq edilmiş maliyyə sanksiyaları əsassız olaraq ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mal qalığına görə ƏDV hesablaması ilə bağlı işin hallarını tam və hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin həmin hallarla bağlı dəlillərinə münasibət bildirməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, vergi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi “tütün və alkoqollu malları satışında” əks etdirmədiyi, həmçinin yoxlama dövrünün sonunda bu mallar anbarında mövcud olmadığına görə Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 350000 manat məbləğində mallara ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2020-ci ilin may ayına aid edilmişdir. Məhkəmə tərəfindən isə qeyd edilən istiqamətdə hər hansı araşdırma aparılmamışdır. Cavabdeh şikayətind ə bəyan edir ki, mal qalığının olmadığını vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi izahata əsasən müəyyən etmişdir. Məhkəmə kollegiyası razılaşır ki, həmin dəlilə apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı münasibət bildirilməmiş, mal qalığı ilə bağlı məsələ açıq qalmışdır. Cavabdeh eyni məzmunlu həmin dəlillərə kassasiya şikayətində də istinad etmişdir. Cavabdeh qeyd edir ki, ekspert ödəmə mənbəyində tutulan vergi üzrə rəyini onunla əsaslandırmışdır ki, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumat iş materiallarında mövcud deyildir. Ekspertin həmin mülahizəsi məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının nəticəsi ola bilməzdi. Ekspert yalnız ona təqdim olunmuş sənədlər əsasında onun qarşısında qoyulmuş suala cavab olaraq hesablanmalı vergilərin məbləğini müəyyən etməli idi. Ekspert əgər hesab edirdisə ki, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsində nəzərdə tutulan ödəmə mənbəyində tutulan vergi məbləği yalnız VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə rəsmi sənəd olduğu halda hesablana bilərdi, bu halda, həmin sənədlərin iş materialında olmaması əsası ilə həmin hissədə rəy verməkdən imtina edə və ya həmin hissədə rəy verilməməsinin mümkünsüzlüyünü qeyd edə bilərdi. Bundan əlavə, apellyasiya şikayətinin dəlillərinə görə, vergi ödəyicisinə bəyannamələrin vaxtında təqdim edilməməsinə görə ümumilikdə 1360 manat maliyyə sanksiyası tətbiq edilsə də, məhkəmə tərəfindən də qeyd edilən istiqamətdə hər hansı araşdırma aparılmadan, əsaslandırılmadan qərarın həmin hissədə də ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətində işin yuxarıda qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82, 87.8-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır.” ç. apellyasiya instansiyası məhkəməsində ik inci icraat
22. Təkrar apellyasiya baxışında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2460/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq 04 iyun 2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza qarşısında qoyulmuş suallarla bağlı ekspert rəyində qeyd edilir: - birinci sual üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş işlərin qəbul aktları (Forma 2) araşdırılaraq müəyyən edildi ki, həmin sənədlərdə görülən işlərin həcmi ümumilikdə göstərilmişdir. Yəni görülmüş işlər üzrə işçi qüvvəsinin (işçi sayı) sayı və həmin işçilərin ayrı-ayrılıqda gördüyü iş həcmi və s. öz əksi ni tapmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən bildirilir ki, müəssisə tərəfindən yerinə yetirilmiş işlərin qəbul aktlarında (Forma2) görülmüş işlərin həcmi və tərkibi nəzərə alınmaqla həmin həcmdə işlərin görülməsinə sərf olunmuş əmək tutumunun həcmini müəyyən etmək mümkün olmadı. - ikinci sual üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, 1-ci sualın tədqiqi hissəsində göstərilən səbəblərdən, yəni işlərin görülməsinə sərf olunmuş əmək tutumunun həcmi müəyyən edilmədiyindən bundan irəli gələn sosial ödənişlər və vergi öhdəliyinin məbləğini müəyyən etmək mümkün olmadı.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1677/2024 nömrəli (hakimlər Şərafət Məmmədova (məruzəçi), Ceyhun Məmmədov və Pərviz Hüseynov) qərarı ilə apellyasiya şikayəti t əmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunması qərara alınmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki: “Mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********150747 nömrəli qərarı 591.585,35 manat məbləğində mənfəət vergisinin, 83.960,58 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10.097,25 manat məbləğində MDSS (muzdla işləyənləri işə götürən sığorta edənlər) və bu hesablamalara tətbiq edilmiş maliyyə sanksiyaları hissələri istisna olmaqla qalan hissədə ləğv edilmişdir. Odur ki, apellyasiya ba xışının predmetinə 591.585,35 manat məbləğində mənfəət vergisinin, 83.960,58 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10.097,25 manat məbləğində MDSS (muzdla işləyənləri işə götürən sığorta edənlər) və bu hesablamalara tətbiq edilmiş maliyyə sanksiyalarının düzgünlüyünün yoxlanılması daxil deyildir. Əlavə dəyər vergisi üzrə məhkəmə aşağıdakıları qeyd edir: Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən bəyan edilmiş ƏDV-siz dövriyyə 25.531.649,7 manat, ƏDV məbləği 4.595.696,9 manat, əvəzləşdirilən ƏDV 3.053.182,9 (idxalda ödənilən ƏDV məbləği nəzərə alınmaqla), nəticədə dövlət büdcəsinə hesablanan ƏDV məbləği 1.542.511 manat olmuşdur. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinin ƏDV-siz dövriyyəsinin 25.131.370,9 manat, ƏDV məbləğinin 4.523.646,8 manat, əvəzləşdirilən ƏDV məbləğinin 2.985.036,1 manat (idxalda ödənilən ƏDV nəzərə alınmaqla), nəticədə dövlət büdcəsinə çatası ƏDV məbləğinin 1.538.610,7 manat olduğu müəyyən edilmişdir. 3.902,46 manat artıq hesablama müəyyən edilmiş, vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla 64.609,53 manat maliyyə sanksiyası hesablanmışdır. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Bundan başqa, vergi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi tütün və alkoqollu malları satışında əks etdirmədiyi, həmçinin yoxlama dövrünün sonunda bu mallar anbarında mövc ud olmadığına görə (Vergi orqanına təqdim etdiyi izahata əsasən) Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 350000 manat məbləğində mallara ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2020-ci ilin may ayına aid edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, vergi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi tütün və alkoqollu malları satışında əks etdirməmiş, həmçinin, mal qalığının olmadığını da vergi orqanına təqdim etdiyi izahatda göstərmişdir. İddiaçı isə bu arqumentləri təkzib edəcək dəlil irəli sürmür. Bundan başqa, tikinti sahəsində görülmüş tikinti-quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin (əmək tutumunun) müəyyənləşdir ilməsi zərurəti yarandığından Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********142835 nömrəli qərar əsasında mütəxəssis dəvət edilmişdir. Təqdim olunmuş mütəxəssis rəyi əsasında Vergi Məcəlləsinin 92,150 və 101.1-3-cü maddələrinə əsasən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə görə 245.196,78 manat ödəmə mənbəyində tutulan vergi, azaldılmış vergi məbləğinə isə 122.598,39 manat maliyyə sanksiyası hesablanmışdır. Həmçinin, 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı barədə bəyannamə vergi ödəyicisi tərəfindən təqdim olunmamışdır. Beləliklə, Vergi ödəyicisindən əldə olunan sənədlər əsasında həmin dövr üzrə "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 12.616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı vergi uçot bazasına işlənilmişdir. 2020-ci ilin 1-ci rübü üzrə azaldılmış 12.616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı məbləğinə 6.308,27 manat maliyyə sanksiyası hesablanmışdır. Həmçinin, təqdim olunmuş mütəxəssis rəyi əsasında vergi ödəyicisinin vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən 437.851,39 manat məcburi dövlət sosial sığorta haqqı məbləği hesablanmış, azaldılmış həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 218.925,69 manat maliyyə sanksiyası hesablanmışdır. Mütəxəssis tərəfindən rəy iddiaçı tərəfindən təmir-tikinti işlərinin müəyyən dövr üzr ə yerinə yetirilmiş işlərin qəbulu aktları (Forma 2} əsasında tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sifarişi ilə İddiaçı MMC (VÖEN **********) tərəfindən tikinti sahəsində (dövrdə) yerinə yetirilmiş təmir-quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin müəyyən edilməsi sualı qoyulmuşdur. Bu sualın həlli üçün mütəxəssis “MMC”. tərəfindən aparılan təmir-tikinti işləri barədə tərtib edilmiş Forma 2 aktlarını araşdıraraq hər bir ünvanda görülmüş işlərin adı, Əmək tutumu, manatla (ƏDV-siz) müəyyənləşdirilmişdir.Yekun-1.799 930,55 manat. Nəzərə almaq lazımdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, iddiaçı "xxxx" MMC sifarişçi "xxxx" MMC üçün müxtəlif ərazilərdə yenidənqurma, bərpa və abadlıq işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş, "xxxx" MMC isə müvafiq işlərin müqabilində iddiaçıya “İşlərə dair Təhvil-təslim aktları” (Forma 2) əsasında müəyyən edilən muzd ödəyir. Təqdim edilmiş “Yerinə yetirilmiş tikinti, təmir və bərpa işlərinin qəbul akt”-larına əsasən, ünvan 1 ünvanında yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ümumilikdə ƏDV-siz 57821,46 manat dəyərində, ünvan 2 ünvanında yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 35762,27 manat dəyərində, Bakı şəh., Yasamal ray., Nizami küç. 43 və Z.Palan 8-10 küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təm ir- bərpa işləri üzrə ƏDVsiz 96814,44 manat dəyərində, Bakı şəh., Yasamal ray., Z.Palan 12 və S.Tağızadə 74 küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmir- bərpa işləri üzrə ƏDV-siz 50878,91 manat dəyərində, Bakı şəh., Yasamal ray., Nizami küç. 42 Z.Palan 5 və N.Rəfibəyli 29 küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 446913,19 manat dəyərində, Bakı şəh., Yasamal ray., Nizami küç.39 ünvanında yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 4483,02 manat dəyərində, ünvan 4 ünvanında yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 38662,4 manat dəyərində, Bakı şəh., Nəsimi ray., Azadlıq pr. 63-69 və Ş.Əzizbəyov küç., 156 küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 255765,41 manat dəyərində, Bakı şəh., Nəsimi ray., Azadlıq pr. 50-58 və Ş.Əzizbəyov küç. küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDVsiz 203572,74 manat dəyərində, “Yerinə yetirilmiş əsaslı tikinti işlərinin qəbul” aktlarına əsasən Qazax ray. Ərazisində yeni hərbi hissə kompleksinin əsaslı tikintisi üzrə ƏDV-siz 8691408,52 manat dəyərində iddiaçı tərəfindən işlər görülmüşdür. Mütəxəssis tərəfindən də müvafiq təhlil və araşdırma aparılaraq qeyd edilən işlərin əmək tutumu müəyyən edilmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, "xxxx" MMC tərəfindən işlərin görülməsi üçün hər bir halda iddiaçı tərəfindən müvafiq işçi qüvvəsi cəlb edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tə rəfindən müvafiq bəyannamələr təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi bildirmişdir ki, mütəxəssis tərəfindən verilmiş rəy yalnız o halda mötəbər hesab edilə bilərdi ki, həmin məlumatlar rəsmi və ya əlaqəli məlumatlarla məcmu halında təsdiq edilmiş olardı. Məsələn, səyyar vergi yoxlaması aktında qeyd olunan iddiaçıya xidmət göstərmiş şəxslərlə bağlanmış müqavilə, həmin şəxslərlə əlaqədar hər hansı rəsmi sənəd, məlumat yoxlama materiallarına əlavə edilmiş olardı. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıdan bütün müvafiq sənədlər tələb edilmiş, lakin iddiaçı tərəfindən sənədlər tam şəkildə təqdim edilməmişdir. Hətta sənədlərin, götürülməsi barədə iddia ərizəsi ilə də cavabdeh tərəfindən məhkəməyə müraciət edilmişdir. Yəni, müvafiq sənədlərin mövcud olmaması məhz vergi ödəyicisi tərəfindən mühasibat uçotunun qanunamüvafiq qaydada aparmaması, sənədlərin təqdim edilməməsi olmuşdur. Həmçinin, vergi ödəyicisinə bəyannamələrin vaxtında təqdim edilməməsinə görə ümumilikdə 1360 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Forma 2-lərə uyğun olaraq "xxxx" tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MB 13/1310 nömrəli rəydə əmək tutumu müəyyən edilmişdir (əmək tutumu-1.799.930,55). Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə görə 245.196,78 (1.751.405,57 nəzərə alınan əmək tutumux14%) manat ödəmə mənbəyində tutulan vergi, azaldılmış vergi məbləğinə isə 122.598,39 (245.196,78x20%) manat maliyyə sanksiyası hesablanmışdır. Vergi orqanı tərəfindən əmək tutumu 1.751.405,57 manat müəyyən edilmişdir (7.799.930,55 mütəxəssis rəyi - 48.525,0 Vergi ödəyicisi tərəfindən təqdim edilən məlumat). Sosial sığorta haqqında qanunun 14.5.2-ci maddəsinə əsasən, 437.851,39 (1.751.405,57 nəzərə alınan əmək tutumu*25%) manat məcburi dövlət sosial sığorta haqqı məbləği hesablanmış, azaldılmış həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (218.925,69x50%) manat maliyyə sanksiyası hesablanmışdır. Məhkəmə kollegiyası onu da xüsusi olaraq diqqətə çəkir ki, iş materiallarından görünür ki, (2-ci cild, səh-95-97) 3T03?2022-ci il tarixində iddiaçı Bərpa - Tikinti” MMC xüsusilə külli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə ekspertiza təyin edilmişdir və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 9/78 saylı rəy verilmiş, həmin rəyə əsasən iddiaçının ümumilikdə 1.043.040,5 manat məbləğində vergidən yayınma faktı öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2460/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunanlara əsasən təkrar apellyasiya baxışı zamanı təyin olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyini digər yuxarıda sadalanan sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) onu da qeyd edir ki, Ədl iyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/4915-9/4836 nömrəli rəy iş üzrə mötəbər sübut kimi qiymətləndirilmir.”
25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
26. Məhkəmə iş üzrə təyin edilmiş kompleks məhkəmə mühasibat və tikinti- texniki ekspertizası nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli 10/4915- 9/4836 nömrəli rəyi sübut kimi qiymətləndirməmişdir.
27. Lakin məhkəmə vergi orqanının xx.xx.2020-ci il tarixli **********142835 nömrəli Qərarına əsasən cəlb edilmiş "xxxx" MMC-nin mütəxəssisi X1 tərəfindən tərtib edilmiş xx. xx.2021-ci il tarixli MB 13/1310 nömrəli rəy rəyi sübut kimi qiymətləndirmiş və onun əsasında yekun qərar qəbul etmişdir.
28. Mütəxəssis Bakı ofisdə oturmaqla, tədqiqat aparmamaqla 8 ay sonra rəy vermişdir.
29. Mütəxəssisin məhkəmədə dindirilməsi üçün dəfələrlə məhkəmə prosesinə dəvət edilsə də, o məhkəməyə gəlməmişdir.
30. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, səyyar vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırmadığından yanlış hesablamalara yol verilmişdir. İddiaçının rəsmi ciddi mühasibatlıq sənədlərinin olmasına baxmayaraq Apellyasiya Məhkəməsi tərəfindən vergi orqanının fərziyyə və ehtimallara əsaslanan yanaşması üstün götürülərək apellyasiya şikayəti təmin edilmişdir. Məhkəmə tərəfindən formal olaraq iddiaçının fəaliyyətinin xüsusiyyətlərinə heç bir aidiyyəti olmayan maddələr sadalanmaqla obyektiv olmayan şablon xarakterli qərar çıxarılmışdır.
31. Məhkəmə xx.xx.2024-cü il tarixli 10/4915-9/4836 nömrəli rəyi sübut kimi araşdırmamış sadəcə olaraq qərarda bir cümlə qeyd edilmişdir ki, rəy iş üzrə mötəbər sübut kimi qiymətləndirilmir. Əgər məhkəmə rəyi mötəbər sübut kimi qiymətləndirilməyəcəkdisə o zaman niyə kompleks məhkəmə mühasibat və tikinti- texniki ekspertizası təyin edirdi?
32. Məhkəmə vergi orqanının xx.xx.2020-ci il tarixli **********142835 nömrəli Qərarına əsasən cəlb edilmiş "xxxx" MMC-nin mütəxəssisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MB 13/1310 nömrəli rəy rəyi sübut kimi qiymətləndirmiş və onun əsasında yekun qərar qəbul etmişdir. Mütəxəssisin məhkəmədə dindirilməsi üçün dəfələrlə məhkəmə prosesinə dəvət edilsədə o məhkəməyə gəlməmişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri
33. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etirazın dəlillərinin əsasını iddia ərizəsinə dair cavabdeh tərəfindən verilmiş etirazda göstərilənlər təşkil edir. Tətbiq edilən hüquq 34. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olu nmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
35. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilm əsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiya ların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 128-ci maddəsinə əsasən rezident güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahib dirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. Güzəştli vergi tutulan xarici ölkə və ya ərazi dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə və ya ərazi başa düşülür. Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzib ati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumat lar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
37. Kassasiya şikayə ti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
41. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
42. Bununla yanaşı, məhkəmə kollegiyası k assasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir.
43. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki vergi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi tütün və alkoqollu malları satışında əks etdirməmiş, həmçinin, mal qalığının olmadığını da vergi orqanına təqdim etdiyi izahatda göstərmişdir. İddiaçı isə bu arqumentləri təkzib edəcək mötəbər dəlil təqdim etməmişdir.
44. Bundan başqa təqdim olunmuş mütəxəssis rəyi əsasında vergi ödəyicisinin vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən 437.851,39 manat məcburi dövlət sosial sığo rta haqqı məbləği hesablanmış, azaldılmış həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 218.925,69 manat maliyyə sanksiyası hesablanmışdır.
45. Mütəxəssis tərəfindən rəy iddiaçı tərəfindən təmir-tikinti işlərinin müəyyən dövr üzrə yerinə yetirilmiş işlərin qəbulu aktları (Forma 2) əsasında tərtib edilmişdir. Mütəxəssis “MMC”. tərəfindən aparılan təmir-tikinti işləri barədə tərtib edilmiş Forma 2 aktlarını araşdıraraq hər bir ünvanda görülmüş işlərin adı, Əmək tutumu, manatla (ƏDV-siz) müəyyənləşdirilmişdir.Yekun-1.799 930,55 manat.
46. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, iddiaçı "xxxx" MMC sifarişçi "xxxx" MMC üçü n müxtəlif ərazilərdə yenidənqurma, bərpa və abadlıq işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş, "xxxx" MMC isə müvafiq işlərin müqabilində iddiaçıya “İşlərə dair Təhvil-təslim aktları” (Forma 2) əsasında müəyyən edilən muzd ödəyir. Mütəxəssis tərəfindən də müvafiq təhlil və araşdırma aparılaraq qeyd edilən işlərin əmək tutumu müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq təkrarən qeyd edir ki, "xxxx" MMC tərəfindən işlərin görülməsi üçün hər bir halda iddiaçı tərəfindən müvafiq işçi qüvvəsi cəlb edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamələr təqdim edilməmişdir. Həmçinin, vergi ödəyicisinə bəyannamələrin vaxtında təqdim edilməməsinə görə ümumilikdə 1360 manat maliyyə sanksiyası tətbiq edilmişdi r.
48. İşin hallarından görünür ki, Forma 2-lərə uyğun olaraq "xxxx" tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MB 13/1310 nömrəli rəydə əmək tutumu müəyyən edilmişdir (əmək tutumu-1.799.930,55). Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə görə 245.196,78 (1.751.405,57 nəzərə alınan əmək tutumux14%) manat ödəmə mənbəyində tutulan vergi, azaldılmış vergi məbləğinə isə 122.598,39 (245.196,78x20%) manat maliyyə sanksiyası hesablanmışdır.
49. Vergi orqanı tərəfindən əmək tutumu 1.751.405,57 manat müəyyən edilmişdir (7.799.930,55 mütəxəssis rəyi - 48.525,0 Vergi ödəyicisi tərəfindən təqdim edilən məlumat).
50. Göründüyü kimi cavabdeh inzibati orqan düzgün olaraq “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən, 437.851,39 (1.751.405,57 nəzərə alınan əmək tutu mu*25%) manat məcburi dövlət sosial sığorta haqqı məbləği hesablanmış, azaldılmış həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (218.925,69x50%) manat maliyyə sanksiyası hesablamışdır.
51. Beləliklə məhkəmə kollegiyası iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu iddianın təmin olunmuş hissəsində də sübut etdiyindən, iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası yoxlanılan hissədə əsaslı olmamışdır.
52. Beləliklə, yuxarıda qeyd edil ənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mövqeyi qanuni olduğundan apellyasiya instansiya məhkəməsi iddia tələbinin əsaslı olmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1677/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.