Məhkəmə qərarları › İş №2-1(102)-1340/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1340/2024

30.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1340/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün bərpa edilməsi və hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublika sı Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmət edərkən həlak olmuş X5 şəhid statusu verildiyindən İddiaçı 2010-cu ilin avqust ayından dayandırılmış, qanunvericiliyə əsasən verilməli olan “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün bərpa edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2-1(107)-553/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının oğlu 15 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbə si tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 19 oktyabr 2005-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışı ilə X4 19 oktyabr 2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi təsdiqlənmişdir.

2. Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin 412 saylı, 07 dekabr 2009-cu il tarixli arayışına əsasən 09 dekabr 2009-cu ildə mərhum Elçin Hacıyevə şəhid statusu verilmişdir. 3. 003322 və 003323 nömrəli vəsiqələrin surətindən görünür ki, iddiaçıya və onun arvadına xx.xx.2009-cu il tarixdə Əhalinin Sosial Müdafiəsi Mərkəz i tərəfindən Şəhid ailəsinin üzvü olmalarını təsdiq edən vəsiqələr verilmişdir.

4. İddiaçı Dövlət Sosial X10 rayon şöbəsinə müraciət edərək oğlu mərhum X4 şəhid ailəsinə verilən Prezident təqaüdünün 2009-cu ildə təyin olunub və 2010-cu ilin avqust ayında nə səbəbdən dayandırıldığı haqda məlumat verilməsini xahiş etmişdir.

5. Dövlət Sosial Müdafiə X13 Şəxsin Ağdaş rayon filialının xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhidin anası X2 təyin olunmuş Prezident təqaüdünün hansı əsaslara görə verildiyi və dayandırıldığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan idarə 2016-cı ildə ləğv olunduğu üçün vəsiqəni təsdiq edən sənədlərin tapılması mümkün olmamışdır. Azərbaycan Respublikası Səfərbə rlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il arayışına əsasən X8 19 oktyabr 2005-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirən zaman vəfat etmişdir (əsas: N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişi). Meyitin məhkəmə-tibbi ekspertizası zamanı onun ölümünə bilavasitə səbəb onda olmuş bronxopnevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizminin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuması göstərilmişdir (əsas: Qazax hərbi prokurorluğunun xx.xx.2010-cu il tarixli HP-3724 nömrəli məktubu). Odur ki, mərhumun şəhidlik statusunun müəyyən olunması və hüququ olan ailə üzvünə müavinət təyin olunması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ M ƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X5 şəhid statusu verildiyindən İddiaçı 2010-cu ilin avqust ayından dayandırılmış, qanunvericiliyə əsasən verilməli olan şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia ərizəsinin əsaslarına görə, iddiaçının oğlu 15 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üz rə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi (keçmiş Ağdaş rayon Hərbi Komissarlığı) tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonunun Şurabad kəndi ərazisində yerləşən N saylı hərbi hissəsinə göndərilmişdir. Hərbi hissə döyüş bölgəsində yerləşir. Hərbi hissənin hərbi qulluqçusu, gizir X1 17 oktyabr 2005-ci il tarixdə işçi qrupunun rəhbəri kimi tabeliyində olan işçi qrupunun tərkibinə daxil edilmiş əsgərləri, o cümlədən iddiaçının oğlu X6 odun tədarükü məqsədi ilə meşəyə göndərmiş, gizir işçi qrupunun başçısı kimi qrupla getməmiş, iddiaçının oğlu odun tədarükündən qayıtmadığı təqdirdə onun axtarışını təşkil etməmiş, nəzarətdən kənar qalmış iddiaçının oğlu naməlum şəraitdə, daha doğrusu qar uçqununa düşərək “bronxo pnevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri” ilə bədəninin ümumi soyuqlaması nəticəsində 19 oktyabr 2005-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışı ilə iddiaçının oğlu X4 19 oktyabr 2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi təsdiqlənmişdir. Həmin arayışa əsasən mərhum Elçin Hacıyevin ölümü Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 22 oktyabr 2005-ci il tarixli ölüm haqqında akt qeydləri kitabında 169 nömrə ilə qeyd edilmiş və bu barədə həmin tarixli, seriya AZ-İ 138987 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də oğlu X4 Gə dəbəy rayonu, Şurabad kəndində bədəninin ümumi soyuması səbəbindən öldüyü göstərilmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin 412 saylı, 07 dekabr 2009-cu il tarixli arayışına əsasən 09 dekabr 2009-cu ildə mərhum Elçin Hacıyevə şəhid statusu verilmiş, iddiaçı və 2013-cü ildə Ağdaş şəhərində vəfat etmiş arvadı X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Ağdaş rayon şöbəsi (keçmiş ƏSMM-nin Ağdaş rayon şöbəsi) tərəfindən şəhid ailəsi kimi tanınmış və bu barədə hər birinin adına müvafiq olaraq 003322 və 003323 saylı, 09 dekabr 2009-cu il tarixli vəsiqələr verilmiş və şəhid ailəsi kimi onlara şəhid oğluna görə Prezident təqaüdü müəyyən edilmişdir. Şəhid ailəsi kimi onlara təyin olunmuş Prezident təqaüdünü bir müddət aldıqdan sonra, yəni 2010-cu ilin avqust ayında təqaüd məlum olmayan səbəblərdən dayandırılmışdır. Bunun səbəbi olaraq cavabdeh orqandan iddiaçıya bildirilmişdir ki, səhvən oğluna şəhid, onlara isə şəhid ailəsi statusu verilib.

8. Cavabdeh xx.xx.2023-cü il tarixli etirazında bildirmişdir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 477 nömrəli məktubdan görünür ki, Qazax Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli HP-3724 nömrəli məktubuna əsasən Elçin Hacıyev işçi qrupunun tərkibində odun tədarükünə göndərilmiş, lakin qərargaha qayıtmamış və naməlum şəraitdə ölmüşdür. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı onun ölümünə bilavasitə səbəb onda olmuş ocaqlı bronxopne vmaniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizminin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuması göstərilmişdir. Hərbi xidmət dövründə səhhəti ilə əlaqədar xəstəlikdən vəfat etmiş şəxslərin şəhid hesab edilməsi mövcud qanunvericiliklə nəzərdə tutulmadığı üçün Elçin Hacıyevə şəhid statusunun verilməsi qanunvericiliklə mümkün deyildir. Həmçinin Gəncə-Qazax Regional MTS-in xx.xx.2005-ci il tarixli 26 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən, ölümün səbəbi “bədənin ümumi soyuması, aşağı temperaturun orqanizmə təsiri” olmuşdur. Cavabdeh bildirir ki, mərhum X8 xx.xx.2005-ci il tarixdə keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq N saylı hərbi hissənin şəxsi heyətinin siyahısı na daxil edilmiş və 19 oktyabr 2005-ci il tarixdə hərbi xidmət başında hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etmişdir. Lakin mərhum E.Hacıyevin hərbi xidmət vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Mərhum E.Hacıyevin 19 oktyabr 2005-ci il tarixdə vəfat edərkən hərbi hissənin döyüş təminatını (kəşfiyyat, mühafizə, radio elektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (metereoloji)) və döyüş tapşırıqlarını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Belə ki, iş materialları ilə xx.xx.2005-ci il tarixdə E.Hacıyevin odun tədarükü məqsədi ilə meşəyə göndərilməsi və qar uçqununa düşərək “bronxepnevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri” ilə bədənin ümumi soyuqlaması nəticəsində vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmir. Həmçinin iddiaçı ona əvvəllər Ağdaş rayon hərbi komissarlığının arayışı ilə “şəhid ailəsi” s tatusunun verilməsini və həmin arayışın ləğv edilməməsini, o cümlədən ləğv edilməsi qaydasının nəzərdə tutulmadığını bildirsə də, işdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 343-3/2-504/2023 nömrəli məktubu ilə müəyyən olunur ki, yuxarı inzibati orqan artıq əvvəllər Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş arayışın düzgün olmamasını, arayışda qeyd edilən məlumatların təhrif olunmasını və hərbi hissənin verdiyi məlumata uyğun olmamasını bildirmişdir. Yəni arayışın hüquqi qüvvəsi onu vermiş orqana münasibətdə yuxarı inzibati orqan tərəfindən ləğv edilərək etibarsız hesab edilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-20/2022 nömrəli qərardadı ilə iş üzrə icraat Şəki İnzibati Məhkə məsinin icraatında olmuş, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X4 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılmışdır.

10. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)576/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində xi dmət edərkən həlak olmuş oğlu X4 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-192/2022 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 576/2022 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X4 şəhid olması barədə arayışın və şəhid statusunun ləğv edilməsi barədə qərar mövcud deyil, yəni iddiaçının mərhum oğlunun şəhid olması barədə arayışı və şəhid statusu ləğv edilməmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2 -1(116)-6/2023 nömrəli qərarı ilə (hakim F.İsmayılzadə) iddia təmin edilərək, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmət edərkən həlak olmuş X5 şəhid statusu verildiyindən İddiaçı 2010-cu ilin avqust ayından dayandırılmış, qanunvericiliyə əsasən verilməli olan “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, artıq iddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döv lət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmət edərkən həlak olmuş oğlu X4 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddiası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-192/2022 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə X4 şəhid olması barədə arayışın və şəhid statusunun ləğv edilməsi barədə qərarın mövcud olmamasına əsaslanaraq, tərəflər arasında mübahisənin mövcud olmaması qənaətinə gəlmişdir. Qərardaddan iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verilməmiş, tərəflər məhkəmənin mövqeyi ilə razılaşmışlar. H əmin iş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə mümkün sayılmamışdır. İşin göstərilən halının təhlili belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, E.Hacıyevin şəhid olmasına dair arayış və onun şəhid statusunun ləğv edilməsi ilə bağlı qərar mövcud olmadığından o, şəhid hesab olunmalıdır. Digər tərəfdən iş materialları ilə iddiaçıya və onun həyat yoldaşına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx. xx.2009-cu il tarixdə müvafiq olaraq 003323 və 003322 nömrəli Şəhid ailəsinin üzvü olmalarını təsdiq edən vəqisələrin müddətsiz verilməsi, həmin vəsiqələrin hazırda qüvvədə olması və ləğv edilməməsi aşkar edilmişdir. Cavabdeh tərəfindən iddiaçının şəhid ailəsinin üzvünün vəsiqəsinin, dolayısı ilə şəhid ailəsi statusunun ləğv edilməsi barədə hər-hansı sübut məhkəməyə təqdim edilməmiş, cavabdehin nümayəndəsi tərəfindən belə bir icraatın aparılmadığı, iddiaçının şəhid ailəsi statusunun ləğv olunması barədə qərarın mövcud olmadığı təsdiq edilmişdir. Bununla yanaşı cavabdeh inzibati orqan tərəfindən Prezident təqaüdünün ödənilməsinin dayandırılması ilə bağlı da hər-hansı qərar və ya digər inzibati akt qəbul edilməmiş, belə bir aktın qəbul edilmədiyi cavabdeh tərəfindən də təsdiq olunmuşdur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2-1(107)-553/2023 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 9 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, şəxsin şəhid olmasına dair verilmiş arayışa inzibati akt mövqeyindən yanaşıldığından, sözügedən arayışın ləğvi ilə bağlı xüsusi prosedur qanu nvericilikdə nəzərdə tutulmadığından, göstərilən prosedurlar da “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun şəkildə həyata keçirilməli idi. Bu mövqedən çıxış edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-3/2-504/2023 nömrəli, Şəki İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-32-519/2023 nömrəli məktublarının və xx.xx.2023-cü il tarixli aktın inzibati akt olduğu fərz olunsa belə, məhkəmə hesab edir ki, həmin sənədlər “İnzibati icraat haqqında” qanunun tələblərinə cavab verməyəcəkdir. Belə ki, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüq uqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. xx.xx.2023-cü il tarixli akt və göstərilən məktublarla SHDÇX Ağdaş rayon şöbəsi xx.xx.2009-cu il tarixli 412 nömrəli arayışın ləğv edildiyini və etibarsız hesab edildiyini bildirməkdədir. “İnzibati icraat haqqında” qanunun 65 və 67-ci maddələrinin tələblərindən də göründüyü kimi, inzibati aktın etibarsız sayılması və ləğv edilməsi üçün qanunverici fərqli tələblər və prosedur qaydaları müəyyən etmiş, bununla kifayətlənməyərək aktın etibarsızlığı və ləğvinin fərqli hüquqi nəticələrə səbəb olmasını normativ tənzimetmə predmetinə çevirməklə qanunda qəti şəkildə təsbit etmişdir. SHDÇX Ağdaş rayon şöbəsi isə hər iki hərəkətin birlikdə həyata keçirildiyini bildirmişdir. “ İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara, yəni rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma hallarına şamil olunmur. Belə ki, nə cavabdeh tərəfindən, nə də ki, SHDÇX Ağdaş rayon şöbəsi tərəfindən qeyd olunan əsasla bağlı halları təsdiq edən hər-hansı sənəd, inzibati akt, məhkəmə qərarı və sair məhkəməyə təqdim olunmamışdır. Hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş tələb üzrə ilkin iddia ərizəsinin xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olması onu deməyə əsası verir ki, SHDÇX Ağdaş rayon şöbəsi hələ həmin tarixdən sözügedən arayışla əlaqədar yaranmış mübahisələrdən məlumatlı olmuş, həmin dövrdən sonra da işin faktiki hallarında, həmçinin arayışın verilməsi ilə bağlı əsaslarda hər-hansı dəyişiklik baş verməmiş, yekun məhkəmə aktının qəbul olunması ilə nəticələnmiş icraat çərçivəsində də inzibati orqan tərəfindən arayış ləğv etməmiş, iddianın mümkün sayılmaması ilə bağlı qərardaddan şikayət verməməklə arayışın əsaslılığı və qüvvədə olması ilə razılaşmışdır. Bununla yanaşı göstərilən halla bağlı inzibati icraat aparılması, maraqlı şəxslərin həmin icraata cəlb edilməsi və ya onlara belə məlumatın verilməsi işin halları ilə öz təsdiqini tapmamışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKA YƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, mərhum E.Hacıyevin 19 oktyabr 2005-ci il tarixdə vəfat edərkən hərbi hissənin döyüş təminatını (kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji)) və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Belə ki, iş materialları ilə 19 oktyabr 2005-ci il tarixdə E.Hacıyevin odun tədarükü məqsədi ilə meşəyə göndərilməsi və qar uçqununa düşərək “bronxernevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri" ilə bədənin ümumi soyuqla ması nəticəsində vəfat etməsi tam sübuta yetirilmişdir. Qeyd olunan fakt mərhumun hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi kimi qiymətləndirilsə də, onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmir. Göründüyü kimi E.Hacıyevə şahid statusunun verilməsi məhz texniki səhvlə olmuşdur. Məhkəmə qərarında iddiaçıya əvvəllər Ağdaş rayon hərbi komissarlığının arayışı ilə “şəhid ailəsi” statusu verilməsini və həmin arayışın ləğv edilməməsini, o cümlədən həmin statusun ləğv edilməsi qaydası nəzərdə tutulmadığını bildirsə də, işdə olan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 4917 №-li məktubu ilə müəyyən olunur ki, yuxarı inzibati orqan artı q əvvəllər Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş arayışın düzgün olmamasını, arayışda qeyd edilmiş məlumatların təhrif olunmasını və hərbi hissənin verdiyi məlumata uyğun olmamasını bildirmişdir. Yəni, arayışın hüquqi qüvvəsinin olması ona vermiş orqana münasibətdə yuxarı inzibati orqan tərəfindən inkar edilərək etibarsız hesab edilmişdir. Buna görə də iddiaçının müvafiq statusun ləğvi prosedurunun olmaması ilə bağlı dəlilləri əsassızdır. Belə ki, iddiaçının mövqeyi qəbul edilərsə, bu, inzibati orqanın verdiyi hər bir arayışın məzmunu səhv və təhrif olunmuş məlumatlardan ibarət olduğu halda belə qeydsiz-şərtsiz qəbul edilməsi demək olardı ki, qanunvericilikdə belə bir səlahiyyət heç bir inzibati orqana verilməmişdir. Yəni, inzibati orqanın verdiyi hər bir sənədin yuxarı inzi bati orqan və ya məhkəmə qaydasında yoxlanılması proseduru mövcuddur və hazırkı işdə də keçmiş Ağdaş rayon hərbi komissarlığına münasibətdə yuxarı inzibati orqan iddiaçının istinad etdiyi arayışın düzgün olmadığını bildirir. Bu isə o deməkdir ki, həmin arayışın heç bir hüquqi qüvvəsi yoxdur və iddiaçıya tələb etdiyi arayışın verilməsi qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə ziddir.

18. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanunun 4-cü, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması Azərbaycan Nazirlər Qərarının 1.1, 1.2.6, maddələrin, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1,4.2-ci bəndinin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2-1(107)-553/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağ ıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə

13. Etimad hüququnun qorunmas ı prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.... Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər h ansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.... Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə

65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratm ır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda lə ğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olun ması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 21. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixl i 697 nömrəli Qanunu Maddə

1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

22. Azərbaycan Respu blikasi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”... 2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir:... 2.2. valideynlərinə;...

23. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mü bahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Mad də 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. 25. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞ İNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Avropa İnsan Hüquqlar ı Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya 2010-cu ilin avqust ayından dayandırılmış, qanunvericiliyə əsasən verilməli olan şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi və hesablanaraq ödənilməsi ilə bağlıdır.

32. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının oğlu mərhum E.Hacıyevə şahid statusunun verilməsi məhz texniki səhvlə olmuş və onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilməmişdir, bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 4917 №-li məktubu ilə yuxarı inzibati orqan artıq əvvəllər Ağdaş ray on hərbi komissarlığı tərəfindən verilmiş arayışın düzgün olmamasını, arayışda qeyd edilmiş məlumatların təhrif olunmasını və hərbi hissənin verdiyi məlumata uyğun olmamasını bildirmişdir. Yəni, arayışın hüquqi qüvvəsinin olması ona vermiş orqana münasibətdə yuxarı inzibati orqan tərəfindən inkar edilərək etibarsız hesab edilmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsaslı hesab etmir.

34. Belə ki, işdən görünür ki, iddiaçının mərhum oğlu Elçin Hacıyev 15 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 19 oktyabr 2005-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 9 59 saylı arayışı ilə X4 19 oktyabr 2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi təsdiqlənmişdir.

35. Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin 412 saylı, 07 dekabr 2009-cu il tarixli arayışına əsasən 09 dekabr 2009-cu ildə mərhum Elçin Hacıyevə şəhid statusu verilmiş və həmin tarixdə iddiaçıya və onun arvadına Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən Şəhid ailəsinin üzvü olmalarını təsdiq edən 003322 və 003323 nömrəli vəsiqələr verilmişdir.

36. Bundan əlavə işdə olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(116)- 576/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmət edərkən həlak olmuş oğlu X4 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmiş, həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-192/2022 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-576/2022 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Məhkəmə X4 şəhid olması barədə arayışın və şəhid statusunun ləğv edilməsi barədə qərarın mövcud olmamasına əsaslanaraq, tərəflər arasında mübahisənin mövcud olmaması qənaətinə gəlmişdir.

37. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Xidmətin Ağdaş rayon şöbəsinə yazılı şəkildə müraciət edərək iddiaçının oğlunun şəhid olmasına dair verilmiş xx.xx.2009-cu il tarixli 412 nömrəli arayışın ləğv edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq sözügedən arayışın ləğv edildiyini və etibarsız hesab edildiyini bildirmiş, bunu təsdiq edən hər-hansı inzibati akt və ya inzibati icraat materialını məhkəməyə təqdim etməmişdir.

38. Bundan sonra, apellyasiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Ağdaş Rayon Hərb i Komissarlığı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 412 nömrəli arayışın ləğv edilməsi və ya etibarsız hesab olunması ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparılmış inzibati icraat materiallarının (arayışın ləğv edilməsi (etibarsız sayılması) barədə qərarın) təqdim olunması barədə sorğu edilmişdir.

39. Həmin sorğuya cavab olaraq göndərilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, 1980-ci il təvəllüdlü mərhum X8 xx.xx.2005-ci il tarixdə keçmiş Ağdaş Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır və N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişinə əsasən, X8 19 oktyabr 2 005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Gəncə-Qazax Regional MTE-sinin xx.xx.2005-ci il tarixli 26 nömrəli ölüm haqqında tibbi şəhadətnaməsinə əsasən, ölümün səbəbi “Bədənin ümumi soyuması, aşağı temperaturun orqanizmə təsiri” olmuşdur. Qazax Hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli HP-3724 nömrəli məktubuna əsasən, Elçin Hacıyev işçi qrupunun tərkibində odun tədarükünə göndərilmiş, lakin qərargaha qayıtmamış və naməlum şəraitdə ölmüşdür. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı onun ölümünə bilavasitə səbəb onda olmuş ocaqlı bronxopnevioniya xəstəiiyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ü mumi soyuması göstərilmişdir. Hərbi xidmət dövrü səhhəti ilə əlaqədar xəstəlikdən vəfat etmiş şəxslərin şəhid hesab edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Lakin, keçmiş Ağdaş Rayon Hərbi Komisarlığı tərəfindən ƏƏSM-nə verilmiş xx.xx.2009-cu il tarixli tarixli 412 nömrəli arayışda N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişi təhrif oluraq “xidməti vəzifəsini yerinə yetirən zaman həlak olmuşdur" kimi yox, '‘xidməti vəzifəsini yerinə yetirən zaman şəhid olmuşdur kimi qeyd edilmişdir. SHXÇDX-i Aparatından daxil olmuş 13 may 2023-cü il tarixli, ƏN/1471 nömrəli telefonoqramda keçmiş Ağdaş Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 412 nömrəli arayışın “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğ un qaydada ləğv edilməsi və etibarsız hesab edilməsi barədə göstəriş verilmişdir, Yuxarıda göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən, keçmiş Ağdaş Rayon Hərbi Komissarlığı tərəfindən ƏƏSM-nə verilmiş xx.xx.2009-cu il tarixli 412 nömrəli arayışın məzmunun təhrif olunduğu və N saylı hərbi hissənin xx.xx.2005-ci il tarixli 959 nömrəli bildirişi ilə ziddiyyət təşkil etdiyi üçün keçmiş Ağdaş Rayon Hərbi Komissarlığı tərəfindən ƏƏSM-nə verilmiş xx.xx.2009-cu il tarixli 412 nömrəli arayışın ləğv edilməsi və etibarsız hesab edilməsi məqsədəuyğundur.

40. Bununla bağlı apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda şəhid statusunun və şəhid ailəsi statusunun verilməsi qaydası nəzərdə tutulsa da, həmin statusun ləğv edilməsi qaydası nəzərdə tutulmamışdır. Şəxsin şəhid olmasına dair verilmiş arayışa inzibati akt mövqeyindən yanaşıldığından, sözügedən arayışın ləğvi ilə bağlı xüsusi prosedur qanunvericilikdə nəzərdə tutulmadığından, göstərilən prosedurlar da “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun şəkildə həyata keçirilməli idi. Bu mövqedən çıxış edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-3/2-504/2023 nömrəli, Şəki İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-32-519/2023 nömrəli məktublarının və xx.xx.2023-cü il tarixli aktın inzibati akt olduğu fərz olunsa belə, həmin sənədlər “İnzibati icraat haqqında” qanunun tələblərinə cavab verməyəcəkdir. Belə ki, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. xx.xx.2023-cü il tarixli akt və göstərilən məktublarla SHDÇX Ağdaş rayon şöbəsi xx.xx.2009-cu il tarixli 412 nömrəli arayışın ləğv edildiyini və etibarsız hesab edildiyini bildirməkdədir.

41. Hazırkı qərarın 20-ci bəndində göstərilən “İnzibati icraat haqqında” qanunun 65 və 67-ci maddələrinin tələblərindən də göründüyü kimi, inzibati aktın etibarsız sayılması və ləğv edilməsi üçün qanunverici fərqli t ələblər və prosedur qaydaları müəyyən etmiş, bununla kifayətlənməyərək aktın etibarsızlığı və ləğvinin fərqli hüquqi nəticələrə səbəb olmasını normativ tənzimetmə predmetinə çevirməklə qanunda qəti şəkildə təsbit etmişdir. SHDÇX Ağdaş rayon şöbəsi isə hər iki hərəkətin birlikdə həyata keçirildiyini bildirmişdir.

42. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində icraatın dayandırılmasına əsas olmuş tələb üzrə ilkin iddia ərizəsinin xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olması onu deməyə əsası verir ki, SHDÇX Ağdaş rayon şöbəsi hələ həmin tarixdən sözügedən arayışla əlaqədar yaranmış mübahisələrdən məlumatlı olmuş, həmin dövrdən sonra da işin faktiki hallarında, həmçinin arayışın verilməsi ilə bağlı əsaslarda hər-hansı dəyişiklik baş verməmiş, yekun məhkəmə aktının qəbul olunması ilə nəticələnmiş icraat çərçivəsində də inzibati orqan tərəfindən arayış ləğv etməmiş, iddianın mümkün sayılmaması ilə bağlı qərardaddan şikayət verməməklə arayışın əsaslılığı və qüvvədə olması ilə razılaşmışdır.

43. Bununla yanaşı göstərilən halla bağlı inzibati icraat aparılması, maraqlı şəxslərin həmin icraata cəlb edilməsi və ya onlara belə məlumatın verilməsi işin halları ilə öz təsdiqini tapmamışdır.

44. Digər tərəfdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol veril mirsə, inzibati akt yazılı formada qəbul edilir. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər.

45. İddiaçının oğluna münasibətdə verilmiş şəhid olmasına dair arayışın, həmçinin şəhid statusunun ləğv edilməsi nə dair yuxarıda qeyd olunan tələblərə cavab verən inzibati akt aşkar edilmədiyindən məhkəmə kollegiyası cavabdehin X4 şəhid statusuna malik olmaması və onun bu statusunun ləğv edilməsi ilə bağlı dəlili ilə razılaşmır.

46. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, E.Hacıyevin şəhid olmasına dair arayış və onun şəhid statusunun ləğv edilməsi ilə bağlı qərar mövcud olmadığından o, şəhid hesab olunmalıdır.

47. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 20-23(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmi n edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 21(107)-553/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar