Məhkəmə qərarları › İş №2-1(102)-1342/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1342/2020

07.10.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1342/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1342/2020) (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi, qanuni əsaslarla tərxis olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, iddiaçının vəkili, iddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsi və vəkili iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliy inə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 mart tarixli 2-1(105)-136/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya aid arxiv sənədləri Müdafiə Nazirliyində yoxdur, ona görə də, müharibə veteranı vəsiqəsinin təkrar verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hə rbi xidməti haqqında arxiv arayışını və. s sənədləri), hərbi komissarlıq tərəfindən verilmiş vəsiqənin itirmə səbəbini göstərən izahatı, itirilmiş vəsiqənin etibarsız sayılması barədə elan çap olunmuş qəzetin nüsxəsi, itmiş vəsiqənin tapılmaması barədə polis idarəsinin tapıntı bürosunun arayışı, hansı hərbi hissələrdə nə vaxt xidmət etməsini qeyd etməklə ətraflı ərizəsini Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərdiyi təqdirdə komissiyasının iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulm ası barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ilin mart ayının 18-dən 1992-ci ilin iyul ayının 9-dək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət etmiş və xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə kimi bir sıra qaynar döyüş bölgələrində - Ağdərə, Gülüstan, Buzluq və s. ərazilərdə gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən ona “müharibə veteranı” statusu və veteran vəsiqəsi verilsə də, lakin sonradan həmin vəsiqə itirilmişdir.

4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 noyabr tarixli 2-1(085)1606/2019 nömrəli qərarı (hakim – Z.R.Pirverdiyev) ilə iddia tələbi təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin veril məsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.

5. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunması müəyyən olunduğundan “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən onun müharibə veteranı adı və vəsiqəsi almaq hüququ vardır.

6. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarı ləğv edib iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 mart tarixli 21(105)-136 /2020 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 noyabr tarixli, 2-1(085)-1606/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx xxx 1992-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 1992-ci il tarixli fərmanı əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı və yenidən könüllü olaraq xx xxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət edərək xx xxxx 1992-ci ildən xx xxxx 1992-ci il tarixədək Buzluq, Gülüstan, Maqadiz, Ağdərə yüksəklikləri uğrunda gedən döyüşlərdə iştirak etməsi və bunun əsasında iddiaçı ya xx xxx 2000-ci ildə M/V seriyalı ******** saylı müharibə veteranı vəsiqəsi verildiyi müəyyən edilmişdir. İddiaçıya aid məlumatların Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, bu hal, iddiaçının təqsiri səbəbindən olmamışdır.

9. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarı ləğv edib işin yeni baxışa qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 5 N-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr mümkünlük şərtlərini yoxlayarkən qanunvericilikdə nəzərdə tutulduğu halda cavabdehin imtin asının olub-olmamasını da yoxlamalıdırlar. Cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar imtinası olmamışdır. İmtina kimi güman olunan cavab məktubunda iddiaçının hərbi biletində qeydlərin olamaması və arxivə dəqiq xidmət dövrü qeyd etməklə müraciət edilməsi tövsiyə edilmişdir ki, bundan sonra cavabdeh iddiaçının müraciətinə baxıb hər hansı cavab verə bilər.

11. Bundan başqa, məhkəmə iddianın əsaslılığının yoxlanılması ilə bağlı olaraq da səhvə yol vermişdir. Belə ki, məhkəmə qərarında bir tərəfdən iddiaçının xx xxx 1992-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığını göstərir, digər tərəfdən onun xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək döyüşlərdə iştirak etdiyini qeyd edir. Məhkəmə belə bir ziddiyyətə aydınlıq gətirmir ki, 28 gün öncə hərbi xidmətdən ehtiyata buraxılmış şəxs necə, hansı əsaslarla hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. İddiaçının N nömrəli hərbi hissədə xidmət etməsini təsdiq edən hər hansı birbaşa sübut yoxdur. Bundan başqa, Sumqayıt Hərbi Komissarlığı tərəfindən hərbi biletdə nəyə əsasən qeydlərin aparılması da məlum deyil və mötəbərliyi şübhə doğurur.

12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 No-li Qərarına xx xxxxxxxx 2018-ci il tarixdə **** nömrəli qərarla edilmiş dəyişikliyə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim edildiyi halda mötəbərdir.

13. İddiaçının hərbi biletində olan qeydlər isə hərbi hissə üzrə verilən əmrin əsasında əks etdirilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

16. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilmədən, apelyasiya məhkəməsinin qərarının isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

17. «Veteranlar haqqında» Qanun: Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə 3 Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan R espublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orq anı tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: Bənd 1. “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kə lbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarı şlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 19. “Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci ilin aprel-iyun aylarında həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdırmış əsgərlərin, matrosların, serjantların, starşinaların ehtiyata buraxılması haqqında” 1992-ci il tarixli 686 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndi: Həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdıran əsgərlər, matroslar, serjantlar, starşinalar, habelə Azərbaycan Respublikasının vətəndaşı olan, bir il yarım və daha çox xidmət edib başqa respublikalardan Azərbaycan Respublikasına qayıtmış müddətli xidmət hərbi qulluqçuları 1992-ci ilin aprel-iyun aylarında ehtiyata buraxılsınlar.

20. İnzibati Prosessual Məcəll ə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (q ərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYA MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ ŞİKAYƏTİNİN

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Cavabdeh tərəfindən apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya in stansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi avə prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar vardır.

24. Belə ki, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla eht iyata buraxılması (tərxis olunması) da baş verməlidir. Hazırki iş üzrə müəyyən edilmiş hallardan isə görünür ki, apelyasiya məhkəməsi iddianı təmin etməsinə baxmayaraq iddiaçının həqiqətən ehtiyata qanuni əsaslarla buraxılması ilə bağlı məsələni sonadək düzgün aydınlaşdırmamışdır.

25. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx xxx 1992-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 1992-ci il tarixli fərmanı əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı və yenidən könüllü olaraq xx xxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət edərək xx xxxx 1992-ci ildən xx xxxx 1992-ci il tarixədək Buzluq, Gülüstan, Maqadiz, Ağdərə yüksəklikləri uğrunda gedən döyüşlərdə iştirak etməsi və bunun əsasında iddiaçıya xx xxx 2000-ci ildə M/V seriyalı ***** saylı müharibə veteranı vəsiqəsi verildiyi müəyyən edilmişdir. İddiaçıya aid məlumatların Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, bu hal, iddiaçının təqsiri səbəbindən olmamışdır.

26. Apelyasiya məhkəməsinin bu mövqeyi ilə bağlı olaraq ilk növbədə “Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci ilin aprel-iyun aylarında həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdırmış əsgərlərin, matrosların, serjantların, starşinaların ehtiyata buraxılması haqqında” 1992-ci il tarixli 686 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının iddiaçıya şamil edilməsi məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün məhkəmə müəyyən etməlidir ki, iddiaçı həmin vaxt Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxs olmuşdur, yoxsa Azərbaycan Respublikasının vətəndaşı kimi bir il yarım və daha çox xidmət edib başqa respublikalardan Azərbaycan Respublikasına qayıtmış şəxs olmuşdur.

27. Digər tərəfdən, apelyasiya məhkəməsi iddiaçının xx xxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət edərək xx xxxx 1992-ci ildən xx xxxx 1992-ci il tarixədək Buzluq, Gülüstan, Maqadiz, Ağdərə yüksəklikləri uğrunda gedən döyüşlərdə iştirak etməsinə istinad etmişdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əgər işin faktiki halları deyilən qaydadadırsa, o zaman iddiaçının tələbinin təmin edilə bilməsi üçün onun məhz xx xxxx 1992-ci il tarixdən sonra qanuni əsaslarla tərxis olu nması müəyyən edilməlidir. Apellyasiya məhkəməsi isə həmin tarixdən sonra qanuni əsaslarla tərxis olunmanın baş verib-verməməsi istiqamətində araşdırma aparmamışdır.

28. Kassasiya şikayətinin iddianın mümkün hesab edilməli olmadığına dair dəlilini isə məhkəmə tərkibi əsassız hesab edir. Belə ki, məhkəməyədək inzibati orqanın hərəkətləri faktiki olaraq müraciəti təmin etməkdən imtina etməyə yönəlmiş, məhkəmə icraatının gedişində də cavabdeh müraciətin təmin edilməli olmadığına dair aydın mövqe ifadə etmişdir.

29. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 mart tarixli 21(105)-136/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar bax

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar