Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1348/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əməkhaqqının və gecikdirilmiş günlər üçün ödəncin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə qarşı “əməkhaqqının və gecikdirilmiş gü nlər üçün ödəncin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(103)-3794/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin xx.xx.2023-cü il tarixli, 276 nömrəli arayışının surətindən görünür ki, Əsgərov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2023-cü il tarixdə hərbi hissədən geri qaytarılmışdır.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 9149/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə qarşı “hərbi xidmətə çağırılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi və onun dinc dövrdə hərbi xidmətə çağırılmaması öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə həvalə edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1946/2024 nömrəli qərardadından görünür ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin Bakı İnzibati Məhkəməsin in 2-1(112)-9149/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunmuşdur.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İddiaçı 26.aprel 2023-cü il tarixində hərbi qulluğa çağırışla əlaqədar işdən azad edilmiş və 19 iyul 2023-cü il tarixdə işə bərpa olunmuşdur. Onun işə gec bərpa olunmasının səbəbi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin lazımi sənədləri xx.xx.2023-cü il tarixinədək İnformasiya Texnologiyaları İns titutuna təqdim etməməsi olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək almalı olduğu GROSS əməkhaqqının (həmçinin mükafat) məbləği 2366,71 (iki min üç yüz altmış altı manat yetmiş bir qəpik), NETT əmək haqqının məbləği 1942,50 (min doqquz yüz qırx iki manat əlli qəpik) müəyyən olunur.
5. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək almalı olduğu əməkhaqqının və hər gecikdirilmiş gün üçün 1 (bir) faiz ödəncin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1942,50 manat əmək haqqının və qərar icra olunan günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz ödəncin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin onun hərbi xidmətə çağırılmağı haqqında qərarının ləğv edilməsi tələbinə dair iş Bakı İnzibati Məhkəməsinin icraatında olmuşdur. O, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.2023-cü il tarixdə hərbi hissədən geri qaytarılmışdır. Hərbi xidmətə çağırılan günə qədər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda işləmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra əvvəl işlədiyi işinə yenidən bərpa olunmağa çalışsa da, işəgötürən onu işə götürə bilmə mişdir. İşəgötürən ondan hərbi xidmətdən qayıtmağı barədə arayış istəmişdir. Həmin arayışı isə İdarə tərəfindən məlumatlar elektron sistemə işlənilmədiyi üçün ala bilməmişdir. xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə keçirilən məhkəmə iclasları zamanı İdarənin nümayəndəsi məlumatların elektron sistemə hərbi xidmətə göndərilən gündən 3 gün ərzində işlənilməli olduğunu, lakin İdarə tərəfindən işlənilmədiyini bildirmişdir. xx.xx.2023cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə keçirilən məhkəmə iclasları zamanı işə düzələ bilmədiyini məhkəmə iclaslarında da bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən iclas zamanı İdarənin nümayəndəsi İdarədən arayış ala biləcəyini bildirmişdir. Bundan sonra ona İdarə tərəfindən arayış verilmiş və həmin arayış əsasında xx.xx.2023-cü il tarixdən ye nidən əvvəlki iş yerinə bərpa edilmişdir. Halbuki, məlumatlar elektron sistemə vaxtında işlənsə idi, o, həmin vaxtdan işə bərpa oluna bilərdi. İdarənin yol verdiyi nöqsana görə o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər işsiz qalaraq əmək haqlarından, eləcə də sosial sığorta stajından məhrum olmuşdur. İşəgötürən tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, aprel ayı üçün əməkhaqqı məbləği 560 manat, kart hesabına oturan məbləğ 464,80 manat, aprel ayından isə 300 manat mükafat təşkil edir. Sosial arayışda da əməkhaqqı məbləği qeyd edilib.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) 10 iyul 2024-cü il tarixli, 21(112)-2333/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 1942,50 (bir min doqquz yüz qırx iki manat, əlli qəpik) manat məbləğində kompensasi yanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9149/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə qarşı “hərbi xidmətə çağırılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi və onun dinc dövrdə hərbi xidmətə çağırılmaması öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nin Xətai rayon idarəsinə həvalə edilmişdir. Göründüyü kimi, iddiaçının hərbi xidmətə çağırılması ilə bağlı cavabdehin qərarının qanunsuz olması məhkəmə qərarı ilə təsdiqini tapmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə hərbi hissədən geri qaytarıldığı halda, daha əvvəl işlədiyi vəzifəsinə bərpa olunması üçün tələb olunan, hərbi xidmətdən qayıtmasına dair arayışın gec verilməsinin səbəbləri və ümumiyyətlə, bu barədə arayışın iddiaçıya nə vaxt verilməsi barədə məlumatın təqdim edilməsi üçün cavabdehə sorğu ünvanlansa da, cavabdeh arayışın gec verilməsinin səbəblərini ümumiyyətlə, izah etməmiş, məktubunda bu barədə xx.xx.2023-cü il tarixli, 276 nömrəli arayış verildiyini bildirmiş, lakin arayışın surətini məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçının təqdim etdiyi həmin 276 nömrəli arayış x x.xx.2023-cü il tarixli deyil, xx.xx.2023-cü il tarixli arayışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı sadalanmış qaydada cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edildiyindən, yəni cavabdehin tələb olunan arayışı gec təqdim etməsi ilə, iddiaçının işinə gec bərpa olunması nəticəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək almalı olduğu əməkhaqqının məbləği 1942,50 manat maddi ziyan kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, gecikdirilmiş gün üçün 1 (bir) faiz ödəncin ödənilməsi isə qanunvericilikdə nəzərdə tutulmadığından iddia bu hissədə təmin edilməməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasın ı xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 11 dekabr 2024-cü il tarixli, 2-1(103)-3794/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində apellyasiya şikayətinin d əlillərini təkrarlamış, həmçinin qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilmiş və iddiaçının xidmət etdiyi hərbi hissə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin (həqiqi hərbi xidmətdən buraxılma) tələblərini pozaraq, heç bir qərar qəbul etmədən xx.xx.2023-cü il tarixdə, sadəcə hərbi qeydiyyat sənədlərini iddiaçıya verərək onu xidmətdən kənarlaşdırmışdır. İddiaçı hərbi hissədən qanunsuz qaytarıldığı, müvafiq rəsmi məlumat cavabdehə verilmədiyi üçün cavabdeh tərəfindən onun barəsində məlumatları elektron sistemə işləmək mümkün olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİ LƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (z ərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qə rarından müvafiq məhkəməyə şikayət verə bilər.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellya siya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə a pellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə 1942,50 manat əməkhaqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
25. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(103)-3794/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.