Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1351/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi hesab edilmə barədə vergi qərarının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-c ü il tarixli, 2-1(103)-3606/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2024-cü il tarixli, **********403600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərara əsasən, iddiaçının ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmiş, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməl iyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən, hüquqi şəxs (iddiaçı) riskli vergi ödəyicisi hesab olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli **********403600 nömrəli “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarın ləğv olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı faktiki olaraq ixtisaslaşdırılmış tikinti-quraşdırma işləri ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçıda sonuncu dəfə 06-26 dekabr tarixlərində Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən müvafiq olaraq operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş, müəssisənin hər hansı riskli, əmtəəsiz əməliyyatları, anbarlarında heç bir çeşid fərqi müəyyən edilməmişdir. Müəssisə tərəfindən cari vergi hesabatları vaxtında verilmiş və vergilər dövlət büdcəsinə ödənilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə **********403600 nömrəli vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar çıxarılmışdır. Müəssisənin riskli vergi ödəyicisi hesab edilməsi, vergi qanunvericiliyi ilə müəyyən edilmiş məhrumiyyətlərin yaranmasına səbəb olur. Belə ki, bunun nəticəsində müəssisə öz öhdəliklərini yerinə yetirə bilmir, işgüzar nüfuzunu itirir. Müəssisə tərəfindən verilən elektron qaimələr iş görülən digər şirkətlərin xərclərində nəzərə alınmır ki, o şirkətlər artıq gələcəkdə iddiaçı ilə əməkdaşlıqdan imtina edirlər. İddiaçının təsərrüfat obyekti, ofisi, 42 nəfər işçisi, xeyli sayda texnikası və lisenziyalı fəaliyyət razılığı vardır. Bütün bunlar vergi orqanı tərəfindən nəzərə alınmamış və qərəzli qərar qəbul edilmişdir.
4. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə iddiaçının qeydiyyata alınmış təsərrüfat subyektlərində monitorinqlər keçirilmişdir. Belə ki, araşdırm a zamanı iddiaçının AZ5011, ünvan 1 ünvanında “Anbar” adı ilə xx.xx.2023-cü il tarixdə vergi orqanında **********-29001 kodla qeydiyyata alınmış təsərrüfat subyektində faktiki fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Səlahiyyətli nümayəndənin araşdırmada iştirak etməsi məqsədilə Cəmiyyətə məxsus vergi uçot-baza məlumatlarındakı mobil nömrəyə dəfələrlə zəng edilsə də, əlaqə saxlamaq mümkün olmamışdır. İcarədar "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə obyektə baxış keçirilmiş, anbarda mal qalığının olmadığı müəyyən edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində iddiaçının digər - Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən **********-11001 kodlu təsərrüfat subyektində vergi ödəyicisi ilə əlaqə yaratmaq mümkün olmadığından, i carədar "xxxx" MMC-nin nümayəndəsi İlham adlı şəxslə əlaqə saxlanıb obyektin yeri və vergi ödəyicisinin fəaliyyəti dəqiqləşdirilərək yerində müşahidə aparılmışdır. Danışıq zamanı həmin şəxs vergi ödəyicisi ilə aktiv icarə müqaviləsinin olduğunu, lakin MMC-nin nümayəndəsinin əlaqə nömrəsini bilmədiyini demişdir. Baza məlumatlarına əsasən, təqdim olunmuş icarə müqaviləsində T5-3 nömrəli anbarın iddiaçıya icarəyə verildiyi müəyyən edilmişdir. Müşahidə zamanı həmin anbarın qapısının qismən bağlı olduğu və qapının boşluqlarından baxış zamanı anbarda malın olmadığı müəyyən edilmişdir. İddiaçının malların (iş və ya xidmətlərin) təqdim edilməsi üzrə dövriyyəsi yoxlanılarkən, onun "xxxx" MMC-dən 15788992,12 manat dəyərində mal aldığı aşkar olunmuş, bank hesablarına əsas məbləğ mədaxil olunmadan, ƏD V olaraq, 2441319,0 manat ƏDV ödənildiyi müəyyən edilmişdir. "xxxx" MMC-də keçirilmiş xx.xx.2023-cü il tarixli yoxlama zamanı iddiaçının obyektinin yeri dəqiqləşdirilərək, “Karvansaray” ticarət mərkəzinin daxilində müşayiət olundu. “Karvansaray” ticarət mərkəzi tərəfindən vergi ödəyicisinin faktiki olaraq icarədə olmadığı, aralarında olan müqaviləyə xitam verildiyi bildirildi. Tək "xxxx" MMC ilə deyil, həmçinin iddiaçının digər subyektlərlə bağlı əməliyyatları, dövriyyələri və siyahıları təhlil olunmuşdur. Odur ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş monitorinqlər zamanı təqdimetmə əməliyyatlarının əmtəəsiz olduğu müəyyən edilmişdir. Bununla bağlı olaraq, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********309400 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ona xx.xx.2024-cü il tarixli, **********403600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında qərar göndərilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 11 iyul 2024-cü il tarixli, 21(112)-6946/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********403600 nömrəli qərarı ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsaslandırı lmamış, sadəcə qanunvericiliyin normaları sadalanmaqla vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilmişdir. Qərarın qəbulu zamanı, həmçinin iş məhkəmə icraatında olduğu dövr ərzində cavabdeh özünün qəbul etdiyi qərarı əsaslandıra bilməmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən hər hansı izahat alınmamış, heç kim dindirilməmiş, şahidlər çağırılmamışdır. Bundan əlavə, cavabdehin xx.xx.2023-cü il tarixli, seriya DVX 100302 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat sub yektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktına əsasən, iddiaçının təsərrüfat subyektində operativ nəzarət zamanı 18% ƏDV tətbiq etməklə 255673,01 manat dəyərində olan malların eqaimə təqdim edilmədən satılması faktı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, 25567,3 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi zamanı əsas kimi götürülmüş operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktda iddiaçı tərəfindən elektron qaimə-faktura olmadan malların təqdim edildiyi göstərilmişdir. Belə olan təqdirdə malların olması aşkardı r, burada əmtəəsiz əməliyyatdan bəhs edilə bilməz. Bundan əlavə, mal alışı zamanı əsas məbləğ ödənilmədən ƏDV məbləğinin ödənilməsi qeyri-qanuni hərəkət deyil, eyni zamanda həmin əsasla vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilməlidir ki, Vergi Məcəlləsininin 166.7-ci maddəsinin 05 dekabr 2023-cü il tarixli, 1033VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, 166-cı maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulurdu. Sözügedən qanun dəyişikliyindən (xx.xx.2024-cü il tarixdən qüvvəyə minib) sonra isə ödəmə dedikdə, malların (işlərin, xidmətlərin) Ə DV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilikdə xx.xx.2024-cü il tarixdən qüvvəyə minən dəyişiklik edilənədək, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri ödənilmədiyi halda, yalnız ƏDV məbləğinin ödənilməsini, vergi ödəyici üçün ƏDV məbləğini bəyan etmək öhdəliyi yaratmasına dair norma nəzərdə tutulmamışdır. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın, həqiqətən, əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Belə ki, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları (xidmətləri) satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilə bilməz. Sözügedən normanın malın (xidmətlərin) alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inziba ti icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaranmasına əsas olmamalıdır.
7. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) 17 dekabr 2024-cü il tarixli, 2-1(103)-3606/2024 nömrəli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı tərəflərin izahatı ilə də apellyasiya şikayətinin dəlillərinin əsassız olması bir daha təsdiqini tapmışdır. Belə ki, iddiaçının vəkilinin (nümayəndəsinin) izahatında da qeyd olunduğu kimi, iddiaçı MMC-nin işçilərin sayı 40-dan çox olub. Onların əmək müqavilələri də elektron portaldan çıxarılıb, həm də kağız formatda da məhkəməyə təqdim edilmişdir Satışında olmasına baxmayaraq, anbarında mal qalığının olmadığı və ya icarədarın vergi ödəyicisinin nömrəsini bilməməsi avtomatik olaraq ödəyicinin əmtəəsiz əməliyyat aparmasını şərtləndirə bilməz. Belə olan halda nəticə etibarilə, ödəyici riskli vergi ödəyicisi hesab edilə bilməz. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri nəticəsində (operativ vergi nəzarəti) həmin əmtəə və ya xidmətin, həqiqətən, təqdim edilmiş olmasını yoxlamaqdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı (ödəyici) tərəfindən aparılan əməliyyatların əmtəəsiz olmamasına dair şübhə yoxdur.
10. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏ LİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
11. Cavabdeh kassasiya şikayətində işin hallarına, iddia tələbinə etirazdakı dəlillərə isitnad etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya riskli əməliyyatların araşdırılması barədə bildiriş göndərilsə də, iddiaçı buna məhəl qoymamış və inzibati icraatın aparılmasını öz hərəkətləri ilə mümkünsüz etmişdir. Həmçinin, vergi qanunvericiliyində malların e-qaimə faktura tətbiq edilmədən təqdim edilməsi, alan və satan kommersiya subyektlərinin qeyri-müəyyən olması deməkdir və ya başqa sözlə, əmtəəsiz əməliyyatların yerinə yetirilməsi kimi başa düşülməlidir. Yəni, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat dedikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mall ar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar başa düşülür.
12. Bundan əlavə, məhkəməyə iddiaçı şirkətin rəhbərinin məhkəmə icraatına cəlb olunması barədə vəsatət verilsə də, məhkəmə bu vəsatəti təmin etməyərək işin araşdırılmasında maraqlı olmamışdır. Bunun özü isə, ədalətli məhkəmə araşdırılması prinsipinin pozulmasıdır. 13. “Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçının "xxxx" MMC-dən mal aldığı aşkar olunmuş, bank hesablarına əsas məbləğ mədaxil olunmadan, ƏDV ödənildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin bu dəlili də əsassızdır. Mal alışı zamanı əsas məbləğ ödənilmədən ƏDV məbləğinin ödənilməsi qeyri-qanuni hərəkət deyildir, eyni zamanda həmin əsasla vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına d axil edilməsi vergi qanunvericiliyində nəzərdə tutlmamışdır. Cavabdehin etirazında qeyd olunan dəlil mübahisələndirilən qərarın qəbul edilməsi üçün hüquqi əsas ola bilməz” – məhkəmənin bu arqumentinə münasibətdə qeyd edilməlidir ki, əsas məbləğ ödənilmədən ƏDV məbləğinin ödənilməsi, sonradan əsas məbləğin və ya ƏDV məbləğlərinin ödənilməyəcəyi kimi başa düşülməməlidir. ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsində sonradan əsas və ya ƏDV məbləğlərinin malları təqdim edən və ya alan tərəfindən ödənilib-ödənilmədiyini məhkəmə araşdırmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılm asının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icra at... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tət biq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Məhkəmə kollegiyası kassatorun iddiaçının əmtəəsiz əməliyyatlar aparması ilə bağlı iş üzrə sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməməsi barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, i nzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasi bətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
30. Hazırkı iş üzrə iddiaçı tərəfindən əmtəəsiz əməliyyatların aparılması cavabdeh tərəfindən iddia olunsa da, aparılmış operativ vergi yoxlamasının nəticəsi olaraq iddiaçı tərəfindən elektron qaimə-faktura olmadan malların təqdim edildiyi müəyyən edilmişdir. Belə ol an təqdirdə, iddiaçı tərəfindən malların təqdim edilməsi aşkardısa, burada əmtəəsiz əməliyyatdan bəhs edilə bilməz.
31. Belə ki, əmtəəsiz əməliyyat — sənədlərdə mal, iş və ya xidmət təqdim edilmiş kimi göstərilsə də, əslində real təqdimat baş verməyən əməliyyatdır. Bu hallar vergi orqanları tərəfindən adətən “real olmayan” alış-satış əməliyyatları kimi qiymətləndirilir. Vergi ödəyicisinin elektron qaimə-faktura təqdim etmədən malları verdiyinin vergi yoxlaması nəticəsində müəyyən olunması isə malların faktiki hərəkətinin baş verməsinin, yəni iddiaçının əmtəəni təqdim etməsinin təsdiqidir. Bu hal isə əmtəənin faktiki təqdim olunmaması faktını inkar edir və əməliyyatın əmtəəsiz olmadığını iddia etməyə hüquqi əsas yaradır. Nəticə etibarilə, təqdimat faktı sübuta yetirilmiş bir əməliyyatın “əm təəsiz əməliyyat” kimi qiymətləndirilməsi hüquqi baxımdan əsassızdır.
32. Odur ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı, kassatorun dəlilləri isə əsassızdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2-1(103)-3606/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.