Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1354/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmtəə nişanının qeydiyyata alınmasına dair qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxslər: X5 Company “Rot Front” və X6 "xxxx") qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-908/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 25 mart 2011-ci il tarixli, 16 nömrəli müqavilənin, həmin müqaviləyə əlavə olunmuş 25 mart 2011-ci il tarixli, 1 nömrəli tapşırığın və 25 aprel 2011-ci il tarixli, 1 nömrəli aktın təsdiq olunmuş surətlərinə əsasən, fərdi sahibkar Çijov A.A. (icraçı) və "xxxx" ASC (sifarişçi) arasında “Антошка картошка вкус Шоколад” və “Антошка картошка вкус Ваниль” konfetlərin qablaşdırma materialları dizaynın hazırlanmasına dair müqavilə bağlanılmış və icraçı tərəfindən hazırlanmış dizaynların nümunələri sifarişçi tərəfindən qəbul edilmişdir. 2. “Romarin” X1 məluma t bazasından əldə olunmuş 877577 saylı qeydiyyatın məlumatlarına əsasən, “Rot Front” nişanı 26 dekabr 2005-ci il tarixdə qeydiyyata alınmışdır, qeydiyyatın sahibinin adı isə X5 Company “Rot Front”dur. 3. “Romarin” X1 məlumat bazasından əldə olunmuş ******* saylı qeydiyyatın məlumatlarına əsasən, “Rot Front” nişanı 12 avqust 2016-cı il tarixdə qeydiyyata alınmışdır, qeydiyyatın sahibinin adı isə X5 Company “Rot Front”dur. 4. “Romarin” X1 məlumat bazasından əldə olunmuş ******* saylı qeydiyyatın məlumatlarına əsasən, “АНТОШКА КАРТОШКА” nişanı 14 noyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır, qeydiyyatın sahibinin adı isə X6 "xxxx"dır. Nişan “Antoshka kartoshka” sözlərindən ibarətdir, sözlər qara rəngdə, böyük kiril hərfləri ilə yerinə yetirilib. 5. “Konditerskaya Firma TAKF” şirkətinin məh sulları üzrə müxtəlif illərə aid olan kataloqların çıxarışlarında “Антошка-картошка вкус Шоколад” və “Антошка-картошка вкус Ваниль” konfetlərin fotoşəkilləri əks olunmuşdur. 6. 24 fevral 2016-cı il tarixli, 777 nömrəli müqavilənin və bəyannamələrin təsdiq olunmuş surətlərinə əsasən, "xxxx" Qənnadı firması ASC ilə "xxxx" MMC arasında qənnadı məhsullarının tədarükü barədə müqavilə imzalanmış və “Антошка-Картошка вкус ваниль” və “Антошка Картошка вкус шоколад” adlı mallar Azərbaycana idxal olunmuşdur.
7. Cavabdehin Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsindən verilən çıxarışa əsasən, “Сережка КАРТОШКА Ваниль tokay” təsvirli əmtəə nişanı Azərbaycan Respublikasında 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə 05 okty abr 2017-ci il tarixli qərar əsasında 2017 1140 nömrə ilə iddiaçının adına qeydiyyata alınmışdır (iddia sənədinin nömrəsi 2017 00229, iddia sənədinin daxil olma tarixi 15 mart 2017-ci il olmuşdur).
8. İddiaçıya məxsus “Сережка Картошка шоколад tokay” əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasında İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A67-7 saylı 05 noyabr 2019-cu il tarixli qərarı ilə 2017 1140 qeydiyyat nömrəli “Сережка Картошка Ваниль tokay” əmtəə nişanının ƏXBT-nin 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər”ə d air İddiaçı MMC-nin adına aparılmış qeydiyyatı etibarsız sayılmış və əmtəə nişanının qeydiyyata alınması haqqında (iddia sənədinin nömrəsi 2017 00229) Patent və X2 xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A67-7 saylı, 05 noyabr 2019-cu il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Cəmiyyət şirniyyat və qənnadı məhsullarının istehsalı və satışı ilə məşğul olur. OOO “Rot Front” və “OOO Konditerskaya Firma TAKF” Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz verərək, iddiaçının adına 2017 1140 sayla (Ərizə 2017 00229, ilkinlik tarixi xx.xx.2017) qeydiyyata alınan “Cepeжкa KAPTOШKA ваниль tokay” əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinifin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatının etibarsız sayılması haqqında qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A67-7 saylı 05 noyabr 2019-cu il tarixli qərarı ilə etiraz ərizəsi təmin edilmiş, 2017 1140 qeydiyyat nömrəli “Cepeжкa KAPTOШKA ваниль tokay” əmtəə nişanının ƏXBT-nin 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər”ə dair İdd iaçı MMC-nin adına aparılmış qeydiyyatı etibarsız saylmış və əmtəə nişanının qeydiyyata alınması haqqında (iddia sənədinin nömrəsi 2017 00229) Patent və X2 xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarı tamamilə qanunsuz və əsasız olduğu üçün ləğv olunmalıdır. İddiaçı MMC-yə məxsus “Cepeжкa KAPTOШKA ваниль tokay” kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinifin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə xx.xx.2017-ci il tarixində Dövlət reyestrində qeyd olunmaqla, "xxxx" MMC-nin adına Azərbaycan Respublikasında 2017 1140 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi xx.xx.2017-ci il). İkincisi, İddiaçı MMC-yə məxsus “Cepeжкa KAPTOШKA ваниль tokay” kombinasiya edilmiş əmtəə nişanı olduğu halda, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarında OOO “Rot Front”un və “OOO Konditerskaya Firma TAKF” adına qeydə alınmış nişanların kombinsiya edilməmiş nişan olmasına baxmayaraq, həmin nişan kombinasiya edilmiş nişan kimi qəbul edilmişdir. Beləliklə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası işə birtərəfli qaydada yanaşmışdır. Əks təqdirdə, belə bir qərar qəbul edilə bilməzdi. Üçüncüsü, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarında İddiaçı MMC-yə məxsus “Cepeжкa KAPTOШKA ваниль tokay” kombinasiya edilmiş əmtəə nişanında oval çərçivəsinin içərisində yazılmış “Tokay” söz işarəsi ilə OOO “Rot Front”un üçkünc həndəsi fiqurun içər isində yazılmış “РотФронт” söz işarələri heç bir əsas olmadığı halda eyniləşdirilmişdir. Dördüncüsü, qeyd olunan kombinasiya edilmiş əmtəə nişanı Azərbaycan Respublikasının Patent və X3 İddiaçı MMC-nin adına qeydiyyata alınan zaman həmin kombinasiya edilmiş əmtəə nişanının ilkin ekspertizası aparılmışdır. Həmin vaxt “Cepeжкa KAPTOШKA ваниль tokay” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyatına məhdudiyyət və maneçilik törədən hər hansı bir hal mövcud olmamışdır. Əgər həmin vaxt belə bir hal möcud olmuş olsaydı, sözügedən əmtəə nişanı İddiaçı MMC-nin adına qeydiyyata alınmazdı. Bundan başqa, “Cepeжкa KAPTOШKA ваниль tokay” adlı kombinasiya edilmiş əmtəə nişanı ilkin olaraq Azərbaycan Respublikasında İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Ag entliyinin Apellyasiya Şurası bu halları nəzərə almamışdır. Beşincisi, iddiaçılar tərəfindən qeyd olunan əmtəə nişanı ilə bağlı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına verilən həmin etiraza baxılan zaman tərəflərin iştirakı ilə araşdırma aparılmış, iddiaçının iddia etdiyi “Антошка КАРТОШКА” adlı əmtəə nişanının yalnız sözdən ibarət olduğu və hal-hazırda da iddia edilən təsvirin qeydiyyatının mövcud olmadığı müəyyən edilmişdir. Lakin, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası “Qeydiyyatın əsaslılığı prezumpsiyası”nın tələblərini kobud surətdə pozmuşdur. Altıncısı, OOO “Rot Front” və “OOO Konditerskaya Firma TAKF” Rusiya Federasiyasının şirkətləri ilə Azərbaycan Respulikasının İddiaçı şirkəti arasında heç bir tanışlıq münasibətlər i və əlaqələri mövcud olmamışdır. Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası bu hala da qiymət verməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası işə birtərəfli qaydada yanaşmışdır. Yeddincisi, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası hazırkı iş üzrə qərarının əsaslandırıcı hissəsində “X6 TAKF” şirkəti ilə fərdi sahibkar X4 arasında məhsulların dizaynın işlənməsi haqqında 25 mart 2011-ci il tarixdə 16 nömrəli müqavilə imzalandığını, həmin müqavilə üzrə “Антошка КАРТОШКА шоколад” və “Антошка КАРТОШКА ваниль” qablaşdırma materiallarının dizaynın işlənməsi üzrə tapşırığın verildiyi, 16 nömrəli müqaviləyə əlavələrdə “Антошка КАРТОШКА шоколад” və “Антошка КАРТОШКА ваниль” qablaşdırma materiallarının dizaynın iş lənməsi və hüquqların verilməsinin qeyd olunduğu göstərilir. Lakin, bu hallar tam araşdırılmamış və obyektiv qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarında həmin qablaşdırma materiallarının dizaynının nə vaxt hazılanıb təhvil verildiyi və qablaşdırma materiallarının dizaynının nədən ibarət olduğu qeyd olunmur. Səkkizincisi, etirazçılar tərəfindən qeyd olunan “Антошка КАРТОШКА ваниль” adlı kombinasiya edilmiş əmtəə nişanı nə mənşə ölkəsində, nə də Azərbaycan Respublikasında qeydiyyata alınmamışdır. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın tələbinə görə, əmtəə nişanı mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçməli və mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş nişanlar başqa ölkələrdə qeydiyyat dan keçmiş nişanlardan asıllı olmamalıdır. Beləliklə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının hazırkı qərarında “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın tələbləri kobud surətdə pozulmuşdur.
12. Cavabdehin nümayəndəsi iddiaya yazılı şəkildə etiraz edərək bildirmişdir ki, “Cepeжкa KAPTOШKA ваниль tokay” təsviri əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasında İddiaçı MMC tərəfindən qeydiyyata alınmışdır. Əmtəə nişanında “ваниль və конфеты” söz işarələri hüquqi mühafizə obyekti deyildir (iİkinlik tarixi-xx.xx.2017-ci il). X6 "xxxx" tərəfindən “AНТОШКА КАРТОШКА” əmtəə nişanı 30-cu sinif “karamel [konfetlər]; konfetlər [k onfetlər]; vafli; peçenye: şokolad; bulkalar; kiçik dördkünclər [pirojna] yeni il küknarlarının bəzəmək üçün qənnadı məmulatları: tortlar; halva” əmtəələri üzrə xx.xx.2014-cü il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. X6 "xxxx" şirkəti ilə "xxxx" MMC arasında “qənnadı məmulatlarının tədarükü” barədə xx.xx.2016-cı ıl tarixdə 777 nömrəli müqavilə imzalanmışdır və müqavilə xx.xx.2016-ci il tarixinədək qüvvədə olmuşdur. Apellyasiya Şurası hesab etmişdir ki, nişan İddiaçı MMC-nin adına qeydiyyata alınan zaman qeydə alınmış 30-cu sinif əmtəələri üst-üstə düşdüyündən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Republikası Qanununun 6-cı madd əsinin birinci hissəsinin “b” bəndinə əsasən X6 "xxxx" şirkətinə daha ilkin üstünlüklə (xx.xx.2015) məxsus olan “AНТОШКА КАРТОШКА” əmtəə nişanının mühafizə olunduğu nəzərə alınmamışdır. Belə ki, hər iki nişanda 30cu sinif əmtəələri üzrə fərqləndirici element “КАРТОШКА” sözüdür. Söz birləşməsi olaraq nişanların birində “AНТОШКА”, digərində “CEPEЖKA” işlənsə də, hər iki halda klassik rus adları kiçiltmə, əzizləmə formasında işlədilmişdir. Qeyd edilənlər istehlakçılarda şübhəsiz ki, eyni istehsalçıya (sahibkara) məxsus əmtəələr olduğu təsəvvürü yarada bilər. Müqayisə edilən nişanlar yuxarıda qeyd edilən Qaydalara əsasən, istər qrafiki (görünüşlü) və səs üzrə (fonetik) (bütün əlamətlər üzrə), istərsə də məna etibari ilə (ideya uyğunluğu) oxşardır, ərizəçinin təqdim etdiyi müqayisə əsaslıdır. Q eyd edilən əsaslar nişanın qeydiyyatının etibarsız hesab edilməsi üçün yetərli olduğundan Apellyasiya Şurası ərizəçinin təqdim etdiyi digər arqumentlərin araşdırılıb qiymət verilməsinə lüzum bilməmiş və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6, 29 və 31-ci maddələrini rəhbər tutaraq, etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Cavabdeh qeyd olunanlara əsasən Apellyasiya Şurasının qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-748/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qərarda hər iki məhsulun adlarının yanında olan foto ilə əks olun muş təsvirlərə görə əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Əmtəə nişanları xarici forması, eyni simmetriyasının mövcud olması, dizayn quruluşu və görünüşü ilə qarışdırılacaq qədər oxşardır. Cavabdeh 05 noyabr 2019cu il tarixli, A67-7 saylı qərarı qəbul edərkən qanunvericiliyin müddəalarını düzgün tətbiq etmişdir. Odur ki, iddiaçı iddia tələbində haqlı deyildir.
15. İddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2-1(103)-908/2022 nömrəli qərarı (hakimlər: Aida Hüseyn- sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Az ər Hüseynov)ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, iş üzrə materiallara əlavə olunmuş, eləcə də məhkəməyə təqdim olunmuş əmtəə nişanı və şokoladların foto-təsvirlərinin vizual müqayisəsi zamanı həmin təsvirlərin tam olaraq eynilik təşkil etdiyi görünür. Başqa sözlə, təsvirlərdəki eyniliyin müəyyən olunması üçün onların vizual müayinəsi kifayət edir və müayinə zamanı çaşdırıcı, yanıldıcı vəziyyət yaradan əlamətlər adi gözlə də aydın şəkildə müşahidə olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, MPM-in 97.1-ci maddəsinə görə, yalnız xüsusi bilik tələb olunan sualların izah olu nması zərurəti yarandığı hallarda məhkəmə tərəfindən ekspertiza təyin edilə bilər. Hazırkı mübahisəyə münasibətdə belə bir zərurətin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.
18. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. İddiaçının kassasiya şikayəti məzmun baxımından iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Şikayətdə əlavə olaraq aşağıdakılar qeyd edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin öz qərarında “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası”nın 2-ci madəsinin 1-ci bəndinə və həmin maddənin 6-cı bəndinə istinad ı əsaslı hesab edilməməlidir. Belə ki, həmin Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinə görə, “Ədəbi və bədii əsərlər” termini ifadə olunma üsulu və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri: mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini: dram, musiqili-dram əsərlərini: xoreoqrafiya əsərlərini və pantomimaları: mətnli və ya mətnsiz musiqili əsərləri: kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya anoloji üsullarla ifadə olunan əsərlər onlarla bərabər tutulur: rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltaraşlıq, qrafika və litoqrafiya işlərini: fotoqrafiya əsərlərini, fotoqrafiyaya anoloji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiy a, topoqrafiya, memarlıq və elmə aid olan illutirasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Konvensiyanın qeyd olunan bu maddəsi ədəbi və bədii əsərlərin dairəsini konkretləşdirmiş və əmtəə nişanlarını bu Konvensiyanın predmeti kimi nəzərdə tutmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab olunmamalıdır.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarında «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə istinad edilməsi də əsaslı hesab oluna bilməz. Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələ rindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent- lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi əsaslı hesab edilməməlidir.
22. Qeyd olunanlardan göründüyü kimi, apellyasiya instansiyasi məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işə birtərəfli qaydada yanaşmış, maddi və prosessual hüquq normalarını pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraza əs asən, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-908/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmtəə nişanları Respublikasının Qanunu: və coğrafi göstəricilər haqqında” Azərbaycan Maddə
3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınm ayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə
4. Əmtəə nişanı kimi qeydə alınan nişanlar Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Maddə
5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələ rin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Bu maddənin 1-ci hissəsinin “g” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır. Maddə
6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b ) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz: a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; b) əmtəənin və ya göstəril ən xidmətin xarakterik cəhətləri; c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları. ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması. Maddə
25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticar ətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifa dəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. Maddə
31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar; şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə; bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən; coğrafi göstərici qüvvədən düşdükdə; hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda; coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə. Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. İstənilən şəxs dövlət rüsumunu ödəmək şərti ilə bu maddənin 1-ci hissəsində göstərilən səbəblərə görə əmtəə nişanının, geniş tanınmış əmtəə nişanının, coğrafi göstəricinin qeydiyyatına və coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin qüvvəsinə xitam verilməsi barədə Apellyasiya şurasına müraciət edə bilər. Apellyasiya şurasında baxılan etirazın müddəti onu vermiş şəxsin, habelə əmtəə nişanının, geniş tanınmış əmtəə nişanının, coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin sahibinin əsaslandırılmış ərizəsi əsasında, əlavə dövlət rüsumu ödənilməsi şərti ilə etirazın müəyyən edilmiş baxılma müddətinin bitdiyi gündən altı aydan çox olmayan müddətə uzadıla bilər. Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər. Qeydiyyatın ləğvinə dair məlumat rəsmi bülletendə dərc edilir. 25. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri;... Maddə
4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrində n irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”:
29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması... 29.4. Eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkət lər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir.... 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əm təənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır.
27. Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası: 6-cı maddə... (3) İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərə tutulur.... 6 bıs maddəsi (1) İttifaq ölkələri məlum ölkənin qanunvericiliyi imkan verirsə, ya müdiriyyətin təşəbbüsü ilə, ya da marağı olan şəxsin ərizəsi əsasında əmtəə nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan edə bilər. Bu o halda mümkündür ki, əmtəə nişanı başqa nişanın təzələnməsi, təqlidi, yaxud tərcüməsi olmuş olsun və qeydiyyat ölkəsinin yaxud tətbiq olunan ölkənin səlahiyyətli orqanının müəyyən etdiyinə gör ə artıq bu konvensiyanın üstünlüyündən istifadə edən şəxsin məlum olan və eyni, yaxud oxşar işarəsi ilə qarışıq düşmək imkanı yaratmış olsun. Bu vəziyyət o halda mümkündür ki, işarənin əhəmiyyətli tərkib hissəsi elə məlum işarənin təzələnməsi, yaxud təqlidi olsun ki, nəticədə bu onunla qarışıq düşmək imkanı yaratmış olsun.... 6-septies maddəsi (1) Əgər agent, yaxud İttifaq ölkələrindən birində olan işarə sahibinin nümayəndəsi sahibin icazəsi olmadan şəxsən öz adından bir və ya bir neçə belə ölkədə bu işarənin qeydiyyata mane olan, yaxud onun ləğv olunması hüququna malikdir, ya da bu ölkənin qanunvericiliyi icazə verirsə və agent yaxud nümayəndə özlərinin hərəkətini doğruldan sübutlar təqdim edə bilmirlərsə qeydiyyatı öz xeyrinə çevirib rəsmiləşdirə bilər. (2) İşarə sahibi (1) bəndi ilə nə zərdə tutulmuş şərtlər daxilində agent, yaxud nümayəndə tərəfindən işarənin istifadə olunmasına, əgər o bu istifadə üçün razılıq verməmişsə, mane olmaq hüququna malikdir. (3) İşarə sahibinin bu maddədə nəzərdə tutulmuş hüquqlardan istifadə etməsi üçün milli qanunvericilik tərəfindən ədalətli müddət təyin oluna bilər. 10 bıs maddəsi (1) İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər....
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edə n bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam for mada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat v erilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya in stansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnı z ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə, müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də a çıqlanmamış əsərlər təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr) və sair obyektiv formada mövcud ola bilər. Müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir.
35. Bu qərarın 24-27-ci bəndlərində istinad olunan normalara əsasən, mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşması kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilmiş şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi, əgər onun İttifaq sərhədlərində belə müəssisəsi yoxdursa, onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o, İttifaq ölkəsinin vətəndaşıdırsa, onun vətəndaşı olduğu ölkə götürülür. 36. “Haqsız rəqabət haqqında” Qanunun yuxarıda istinad olunan 4-cü maddəsinə görə, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən hərəkətlərə, o cümlədən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tər əfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir.
37. Eyni zamanda, nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından, “Ədəbi və bədii əsərlər” termini, ifadə üsul və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur və tətbiqi sənət əsərlərini əhatə edir. Həmin normaların tələbinə əsasən, bu maddədə göstərilən əsə rlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.
38. İş üzrə materiallarla müəyyən olunmuşdur ki, 25 mart 2011-ci il tarixli, 16 nömrəli müqaviləyə, həmin müqaviləyə əlavə olunmuş 25 mart 2011-ci il tarixli, 1 nömrəli tapşırığa və 25 aprel 2011-ci il tarixli 1 nömrəli akta əsasən, fərdi sahibkar Çijov A.A. (icraçı) və "xxxx" ASC (sifarişçi) arasında “Антошка картошка вкус Шоколад” və “Антошка картошка вкус Ваниль” konfetlərin qablaşdırma materialların dizaynın hazırlanmasına dair müqavilə bağlanılmış və icraçı tərəfindən hazırlanmış dizaynların nümunələri sifarişçi tərəfindən qəbul edilmişdir.
39. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Антошка Картошка вкус Ваниль” adlı məhsulun üçüncü şəxslər tə rəfindən "xxxx" MMC-yə göndərildiyi, yəni "xxxx" MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən edilmişdir. İddiaçıya məxsus “Сережка КАРТОШКА Ваниль tokay” əmtəə nişanı üçüncü şəxslərə mənsub “Антошка Картошка вкус Ваниль” nişanının təqlidi olmuşdur. Üçüncü şəxslərin iddiaçıya verilmiş “Сережка КАРТОШКА Ваниль tokay” nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan etmək hüququ olmuşdur. İddiaçı üçüncü şəxslərin razılığı olmadan onlara mənsub konfetin təsvirindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisində onun istehsalı ilə məşğul olub qanunsuz olaraq əmtəə nişanı almışdır. 40. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna əsasən, əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əm təə nişanlarının qeydiyyata alınmasına yol verilmir. Həmin Qanunun müddəalarına görə, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Qeyd olunan Qanunun 31-ci maddəsinə (2-ci hissəsinə) əsasən, əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qan unu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.
41. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsinə görə, iddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması zamanı məna etibarı ilə (semantik) oxşarlıq, nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi kimi əlamətlər əsasında müəyyən edilir.
42. Göründüyü kimi, qüvvədə olan əmtəə nişanları və coğrafi göstəricilər həm yer li qanunvericilik, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr baxımından eyni dərəcədə mühafizə olunur. Beləliklə, yuxarıda istinad olunan normalar və qeyd olunan səbəblər nəzərə alındıqda, iddiaçıya məxsus 2017 1140 qeydiyyat nömrəli “Сережка КАРТОШКА Ваниль tokay” əmtəə nişanının ƏXBT-nin 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər”ə dair iddiaçının adına aparılmış qeydiyyatın etibarsız sayılması, əmtəə nişanının qeydiyyata alınması haqqında (iddia sənədinin nömrəsi 2017 00229) Patent və X2 5 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi barədə cavabdehin Apellyasiya Şurasının 5 noyabr 2019-cu il tarixli, A67-7 nömrəli qərarı əsaslı sayılmalıdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndir ilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-908/2022 saylı iş üzrə 14 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.