Məhkəmə qərarları › İş №2-1(102)-1357/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1357/2025

13.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1357/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: çıxarışın və plan-ölçünün verilməsi; işin hallarının hərtərəfli araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 13.06.2025 Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsinə görə mülkiyyət hüquqlarının mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-610/2024 nömrəli, 28 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 saylı qərarından çıxarışdan görünür ki, 0.08 ha həyətyanı torpaq sahəsi İddiaçı ayrılmış və ona həmin sahədə yaşayış evi tikməyə icazə verilmişdir.

2. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənəd əsasında mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin orqanın 05 iyul 2023-cü il tarixli bildirişi ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

3. Cavabdeh orqan imtinasının əsasları kimi: 1.Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli 04/4 nömrəli qərarından çıxarışla,ayrılmış 0.08 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyinı; 2.Abşeron rayonu Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiy inı; 3.Torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyinı; 4.Sənəd üzrə torpaq sahəsi 0.08 ha göstərilsə də, faktiki vəziyyətdə 0.07 ha olduğunu qeyd etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron rayon Novxanı kənd XDS icraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsinə iddiaçının adına mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsinə görə mülkiyyət hüquqlarının mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan- ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarı ilə “Abşeron Şanısı” Aqrofirmasının Novxanı üzümçülük sovxozunun xx.xx.1990-cı il tarixli 8 №-li əmrinə əsasən fərdi yaşayış evi tikmək üçün kənd təsərrüfatına yararsız sahədən 0.08 ha torpaq s ahəsi ayrılmış və həmin torpaq sahəsinə dair Abşeron rayon Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib olunaraq təsdiq edilmişdir. Həmin bağ sahəsi qanuni əsaslarla sahibliyində və istifadəsində olmaqla, oranı faktiki mülkiyyətçi kimi istifadə edir. İstifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və kommunal xərcləri ödəmişdir. Həmin torpaq sahəsindən bu günədək fasiləsiz istifadə edir. Dövlət aktı əsasında mülkiyyətində olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və buna müvafiq “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı ərizə ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, cavab olaraq bildirmişlər ki, aparılan araşdırma zamanı Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarından ayrılmış çıxarışla 0.08 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəsinə əlavə olunmadığı, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiqlənmədiyi müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması aşkar edilmişdir. Bundan başqa sənəd üzrə torpaq sahəsi 0.08 ha göstərildiyi halda, faktiki torpaq sahəsi 0.07 ha olduğu qeyd edilmişdir. Bununla əlaqədar, cavabdeh qurum tərəfindən verilmiş cavabın mötəbərliyini yoxl amaq məqsədilə müstəqil ekspertiza kimi fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizə ilə müraciət edərək, imtina məktubunda göstərilənləri araşdırmaq məqsədilə mütəxəssis rəyi verilməsini xahiş edilmiş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur.

1. Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarından çıxarışla İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi “Abşeron Şanısı” Aqrofirmasının Novxanı üzümçülük sovxozunun ərazisində yerləşirmi?

2. Həmin torpaq sahəsi faktiki nə qədər təşkil edir və kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aiddir? Qaldırılan məsələ tərəfin iştirakı ilə təqdim edilən sənədə əsasən yerində araşdırılmış və araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 199 0-cı il tarixli, 04/4 nömrəli qərarından çıxarışla İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi “Abşeron Şanısı” Aqrofirmasının Novxanı üzümçülük sovxozunun ərazisində yerləşir. Həmin torpaq sahəsi faktiki 0.07 ha təşkil edir və kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid deyil, yaşayış məntəqələrinin torpaqlarına aiddir. Göründüyü kimi, cavabdeh qurumun imtina məktubu qanunaziddir və hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsinin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizliyi iddiaçının qanuni hüquqlarını məhdudlaşdırır.

7. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)1165/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia tələbinin təmin edilməsi, Abşeron r ayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 nömrəli qərarı ilə ayrılmış 0.07 ha torpaq sahəsi üzərində İddiaçı mövcud vəziyyətə uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqanın qeyd edilən dəlilinin araşdırılması üçün Abşeron rayon XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 saylı qərarının və adlı siyahının (tam adlı siyahının), iddiaçıya ayrılmış tor paq sahəsinə dair digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə sorğular ünvanlanmış, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlər sorğu əsasında əldə edilmişdir. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə torpaq sahəsinə dair ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının cavabdeh orqanda mövcud olmamasına münasibətdə bildirmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşsə idi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Lakin hazırkı mübahisədə torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilməmiş və qeyd edilən hal da cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab etmişdir. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi yerində ölçülərək iddiaçıya təhvil verilmişdir və həmin akt müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. Həmin torpaq sahəsinə dair Abşeron rayonu Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanuna müvafiq qaydada təsdiq edilməməsi iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna, həmçinin vətəndaşın mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Cavabdeh orqan imtinasının sonuncu dəlili kimi isə torpaq sahəsinin faktiki ölçülərinin 0.07 ha olmasını göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin qeyd edilən dəlili də əsassızdır. Hazırkı iddia tələbində iddiaçı qeyd olunan torpaq sahəsinin deyil, yalnız 0.07 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəyir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş o lardı. Lakin hazırkı halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)610/2024 nömrəli, 28 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.Quliyev - sədrlik edən və məruzəçi, V.Əzizova və G.Cabbarova) apellyasiya ş ikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsinə görə mülkiyyət hüquqlarının mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia rədd edilmişdir.

11. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində istinad etdiyi Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qə rarı ilə ayrılmış torpaq sahəsinin yeri müəyyən edilmədiyindən, iddiaçıya bələdiyyə ərazisindən örüş torpağının ayrılması iddianın rədd edilməsi üçün ayrıca əsas təşkil edir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi 0,07 ha torpaq sahəsi Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə ayrılmasına baxmayaraq, hazırda faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən hər hansı hüquqi əsas olmadan qanunsuz şəkildə ayrılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə torpaqlarının ayrılması əsasları qanunvericiliklə müəyyən edilmişdir. Qanunvericilikdə digər bir qurumun ayırdığı torpaq sahəsinin yeri müəyyən edilmədiyi halda, həmin torpaq sahəsinin əvəzinə bələdiyyənin ərazisi ndən torpaq sahəsindən ayrılması nəzərdə tutulmamışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 25 dekabr 2023-cü il tarixli, 3-21-3-60/2-3019/2023 nömrəli məktubundan görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən keyfiyyət göstəricisi (bonitet balı) 60 bal olmaqla bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş yeridir. Örüş yeri isə mövcud qanunvericiliyə əsasən təyinatı dəyişilmədən başqa təyinat üzrə istifadə edilə bilməz. İş materiallarına əlavə olunmuş Azərb aycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 27 oktyabr 2023-cü il tarixli, 3-21-360/2-2451/2023 nömrəli məktubundan görünür ki, arxivdə saxlanılan Abşeron rayonu, Novxanı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı, həmçinin Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 04.4 nömrəli Qərarı və həmin qərar əsasında İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Lakin, Mərkəzin arxivində saxlanılan Abşeron rayonu, Novxanı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında vətəndaşın adı X2 ailə üzvü kimi qeyd olunmuşdur. Həmin siyahıda həyətyanı torpaq sahəsi 0,08 ha göst ərilmişdir. Göründüyü kimi iddiaçıya X2 ailə üzvü olaraq Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Novxanı kəndində 0,08 ha torpaq sahəsi də ayrılmışdır. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0.07 ha torpaq sahəsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04. 4 saylı qərarı ilə İddiaçı mülkiyyətinə ayrılmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi onun istifadəsində olmuşdur. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənəd əsasında mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin orqanın 05 iyul 2023-cü il tarixli bildirişi ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. İddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Torpaq sahəsinə dair ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının cavabdeh orqanda mövcud olmamasına münasibətdə bildirir ki qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşsə idi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş olardı.

15. Eyni zamanda mübahidə predmeti olan torpaq sahəsi yerində ölçülərək iddiaçıya təhvil verilmişdir vƏ həmin akt müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır.

16. Sumqayıt Apellyasiya Məhkəməsi qeyd edilən halları nəzərə almamış, öz mülahizəsinə əsasən müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu, Novxanı bələdiyyəsinin ərazisində yerləşir. Həmçinin sorğu əsasında daxil olan sənədlər əsasında müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrindən mülkiyyət hüququ qeydə alınan torpaq sahələri bələdiyyə tərəfindən vətəndaşlara satılmış torpaq sahələridir.

17. Apellyasi ya instansiyası məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki eksretizası təyin etmədən, aparmadan iddiaçıya ayrılmış torpaq sahəsinin kateqoriyasını müəyyən etmədən həmin torpaq sahəsinin ayrılan zaman bələdiyyə və ya dövlət torpaqları olmadan müəyyən edə bilməz, çünki bunu təsdiq edən ekspert rəyi və ya digər sübutlar iş materillarında müəyyən olunmur.

18. Halbuki, həmin torpaq sahəsi ayrılan zaman Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi yəni sonuncunun belə torpaqayırma səlahiyyəti qanunla mövcud olmuşdur.

19. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İn zibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qan uniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məlum olduğu kimi, İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Abşeron rayon Novxanı kənd XDS icraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsinə iddiaçının adına mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

24. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə tədim edərək, “Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsinə görə mülkiyyət hüquqlarının mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan- ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(105)-610/2025c saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən belə hesab etmişdir ki, “hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sənəd hüquq yaradan sənəd kimi qəbul edilsə və ya Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinə Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən səlahiyyət verilsə belə digər əsaslar iddianın təmin edilməsini istisna edir. İş materiallarına əlavə olunmuş 03 iyul 202 3-cü il tarixli aktdan görünür ki, Novxanı bələdiyyəsinin sədri, Novxanı kənd İcra nümayəndəsinin və İddiaçı iştirakı ilə Novxanı kəndinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir. Eyni zamanda 03 iyul 2023-cü il tarixli aktın hansı əsaslarla tərtib edilməsi barədə məhkəməyə məlumat verilməsi eyni zamanda Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli qərarı ilə digər vətəndaşlara torpaq sahəsinin hansı ərazidən ayrılması barədə məlumat verilməsi və bununla bağlı ayrıc aktlarının və əlaqəli digər sənədlərin məhkəməyə təqdim edilməsi məqsədilə Abşeron rayon Novxanı Bələdiyyəsinə sorğu verilmişdir. Abşeron rayon Novxanı bələdiyyəsinin 26 iy ul 2024-cü il tarixli, 262 nömrəli cavab məktubunda qeyd edilir ki, İddiaçı Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə Novxanı kəndində ayrılmış 0.07 ha torpaq sahəsi vətəndaş torpaq sahəsinin yerini unutduğu üçün bələdiyyəyə məxsus torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Odur ki, Novxanı bələdiyyəsi də vətəndaşın torpaq sahəsini bərpa etmək üçün bələdiyyə tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin yanında fərdi yaşayış evi tikmək üçün vətəndaşa 0,07 ha torpaq sahəsi ayırmışdır. Bundan əlavə cavabdeh inzibati orqandan tələb edilmiş və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu, Novxanı bələdiyyəsinin ərazisində yerləşir. Həmçinin sorğu əsasında daxil olan sənədlər əsasında müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrindən mülkiyyət hüququ qeydə alınan torpaq sahələri bələdiyyə tərəfindən vətəndaşlara satılmış torpaq sahələridir.”

26. Bununla əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi öz qərarında “... iddiaçının təqdim etdiyi sənəd hüquq yaradan sənəd kimi qəbul edilsə və ya Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinə Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən səlahiyyət verilsə belə...” yazmaqla, faktiki olaraq iddiaçıya “Abşeron şansı” Aqrofirmasının Novxanı sovxozu üzrə, sovxozun əkin yerinə yararsız sahədən 0,08 hektar torpaq sahəsinin verilməsi və həmin sahədə 60 kv. metr ölçüdə 3 otaqlı fərdi yaşayış evi tikilməsi barədə Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 04/4 nömrəli qərarının legitimliyini tanımışdır ki, iddiaçı da iddia tələbini, məhz həmin qərara istinadən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

27. Digər tərəfdən apellyasiya məhkəməsi Abşeron Rayon Novxanı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 262 saylı məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubuna əsaslanır ki, həmin məktubda yazılmışdır ki, “Sizin xx.xx.2024-cü il tarixli, 2-1(105)-610/2024 nömrəli məktubunuza cavab olaraq Novxanı bələdiyyəsi bildirir ki, vətəndaş İddiaçı Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə Novxanı kəndində ayrılmış 0.07 ha torpaq sahəsini vətəndaş torpaq sailesinin yerini unutduğu üçün bələdiyyəyə məxsus torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Odur ki, Novxanı bələdiyyəsi də vətəndaşın torpaq sahəsini bərpa etmək üçün bələdiyyə tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin yanında fərdi yaşayış evi tikmək üçün vətəndaşa 0.07 ha torpaq sahəsi ayırmışdır.” (iş səh. 146)

28. Bununla yanaşı qeyd edilməlidir ki, işin növbəti, yəni 147-ci səhifəsində Abşeron rayon Novxanı Bələdiyyəsinin eyni tarixli və eyni saylı, lakin məzmunu birinci məktubdan fərqli olan digər məktub var ki, orada göstərilmişdir ki, “Sizin Abşeron rayonu Novxanı bələdiyyəsinə ünvanlanmış il xx.xx.2024-cü tarixli, 21(105)-610/2024 nömrəli sorğunuza əlavə olaraq bildiririk ki, Abşeron rayonunun Novxanı kəndinin bir qrup sakininə, o cümlədən vətəndaş İddiaçı Abşeron rayonu Novxanı kənd XDS İK-nin xx.xx.1990-cı il tarixli, 04/4 nömrəli №-li qərarı ilə fərdi mənzil tikintisi üçün 0.08 ha tor paq sahəsi ayrılmışdır. Qeyd olunan ərazidə əksər vətəndaşlar fərdi mənzil tikib yaşayırlar. İddiaçı bir ayrılmış torpaq sahəsinə dair ayrıc aktı verilmədiyindən, tərəfimizdən bir daha əraziyə baxış keçirilmiş, onun faktiki istifadəsində olan torpaq sahəsinin 0.07 ha olduğu müəyyən edilmişdir. Bununla bağlı Novxanı bələdiyyəsinin planından çıxarış tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, sorğunuzda qeyd olunan digər torpaq sahələri bələdiyyədə yaranana qədər verilən torpaq sahələridir və bununla bağlı bələdiyyədə hər hansı bir sənəd mövcud deyildir.”

29. Göründüyü kimi, sözügedən məktubların məzmunu fərqli olmaqla, onlardan hansının həqiqətə uyğun olması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.

30. Digər tərəfdən qeyd edilməlidir ki, yuxarıda artıq göstərildiyi kimi, Novxa nı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 262 saylı məktubunda yazılmışdır ki, “vətəndaş İddiaçı Abşeron rayonu Novxanı kənd XDS İK-nin xx.xx.1990-cı il tarixli, 04/4 nömrəli №-li qərarı ilə Novxanı kəndində ayrılış 0,07 ha torpaq sahəsini vətəndaş torpaq sahəsinin yerini unutduğu üçün bələdiyyəyə məxsus torpaq sahəsi ilə əvəzləşdirilmişdir.”

31. Sonra da həmin məktubda göstərilir ki, “... Fərdi yaşayış evi tikmək üçün vətəndaşa 0,07 ha torpaq sahəsi ayrılmışdır.”

32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əvvəla “əvəzləşdirmə” bir termin olaraq, daha çox şəxslər arasında hesablaşmaların aparılması zamanı istifadə edilir.

33. Digər tərəfdən əgər torpaq sahəsinin Bələdiyyə tərəfindən “əvəzləşdirilməsi” və yaxud,07 ha torpaq sahəsi ayrılması həyata keçirilmişdirsə, o zaman bələdi yyənin bu barədə inzibati aktı olmalı, sözügedən məsələ Novxanı kənd XDS İcraiyyə Komitəsinin hüquqi varisi olan Abşeron rayon İcra Hakimiyyəti ilə hansısa şəkildə razılaşdırılmalı idi, lakin həmin işin bu xüsusatı apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır.

34. Həmçinin apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarının əsaslandırıcı hissəsində göstərir ki, “Lakin hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sənədin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ola bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dair əsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir. Qeyd olunan normanın məzmununa əsasən inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədlərin siyahısına aid edilə bilməsi üçün xüsusi şərt tələb olunur. Belə ki, qeyd edilən Fərmana əsasən inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən qəbul edilmiş qərar müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə olmalı, yəni icra hakimiyyəti başçısı tərəfindən müvafiq səlahiyyət verilmiş olmal ıdır. Lakin hazırkı iş üzrə belə səlahiyyət verilməsi müəyyən edilmir. Cavabdeh inzibati orqanın imtina əsaslarında həmin hal qeyd edilməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinə belə bir səlahiyyətin verilməməsi mövcud qanunvericiliyə əsasən bu kateqoriya işlər üzrə mülkiyyət hüququnun qeydə alınmasının hüquqi əsasını ortadan qaldırır.”

35. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya kənd təsərrüfatına yararsız sahədən fərdi mənzil tikdirmək üçün 0,08 hektar torpaq sahəsinin ayrılması və vətəndaşa həmin torpaq sahəsində 60 kv. m. ölçüdə 3 otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 04/4 nömrəli qərarı qəbul etdiyi zaman SSRİ dövləti mövcud olmuş, yəni yerli icra hakimiyyəti deyilən qurum olmamış və yuxarıda göstərilmiş səlahiyyətləri Abşeron rayonu Novxanı kənd XDS İcra Hakimiyyəti qanuni şəkildə həyata keçirirdi. Yeri gəlmişkən, qeyd edilməlidir ki, Novxanı kənd XDS İcra Hakimiyyətinin xx.xx.1990-cə il tarixli, 04/4 nömrəli qərarı hər hansı bir səlahiyyətli orqan tərəfindən ləğv edilməmiş, yəni hal-hazırda da qüvvədədir.

36. Belə olan halda məhkəmə kollegiyası apellyasiya məhkəməsinin yuxarıda göstərilmiş qənaətini yanlış hesab edir.

37. Digər tərəfdən, apellyasiya məhkəməsi qərarının əsaslandırıcı hissəsində göstərir ki, “Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi 0,07 ha torpaq sahəsi Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nö mrəli qərarı ilə ayrılmasına baxmayaraq, hazırda faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən hər hansı hüquqi əsas olmadan qanunsuz şəkildə ayrılmışdır.”

38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin ziddiyyətli qənaətə, faktiki olaraq işin hallarını tam və hərtərəfli araşdırmadan gəlmişdir.

39. Daha sonra apellyasiya məhkəməsinin qərarında yazılmışdır ki, “Eyni zamanda iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 25 dekabr 2023-cü il tarixli, 3-21-3-60/2-3019/2023 nömrəli məktubundan görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda q eyd olunan koordinatlarda yerləşən torpaq sahəsi elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən keyfiyyət göstəricisi (bonitet balı) 60 bal olmaqla bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş yeridir. Örüş yeri isə mövcud qanunvericiliyə əsasən təyinatı dəyişilmədən başqa təyinat üzrə istifadə edilə bilməz.”

40. Burada xüsusi olaraq qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi iddiaçının istifadəsində olan torpaq sahəsi digər şəxslərə ayrılmış torpaq sahələrinin sıx əhatəsində olduğu halda, necə örüş sahəsi ola bilər sualı da ortaya çıxır ki, bu məsələ də apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.

41. Bundan başqa, iddiaçının vəkili Nümayəndə2 məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, sözügedən ərazidə qonşuluqda yaşayan şəxs tərəf indən (X1) torpağın onun xüsusi mülkiyyətində olmasına dair hətta çıxarış da almışdır.

42. Burada qeyd edilməlidir ki, iddiaçıya münasibətdə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş bərabərlik hüquqi prinsipi də pozulmuşdur ki, apellyasiya instansiyası məhkəməsi həmin faktı nəzərə almamış və nəticə etibarı ilə də ona hüquqi qiymət verməmişdir.

43. Eyni zamanda Novxanı Bələdiyyəsinin “vətəndaş torpaq sahəsinin yerini unutduğu üçün” fikri də, iddiaçının iddia ərizəsində göstərilənlərə ziddir, belə ki iddiaçı iddia ərizəsində yazır ki, “Həmin bağ sahəsi qanuni əsaslarla sahibliyimdə və istifadəmdə olmaqla, faktiki mülkiyyətçi kimi davranıram. İstifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və kommunal xərcləri ödəmişəm. Həmin torpaq sahəsində n bu günədək fasiləsiz istifadə edir”.

44. Lakin apellyasiya məhkəməsi bunları da nəzərə almamış və faktiki olaraq araşdırmamış, Abşeron rayon İcra Hakimiyyətinə və digər səlahiyyətli orqanlara müvafiq sorğular göndərməmişdir.

45. Bütün yuxarıda göstərilənlər əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-610/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məh kəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar