Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-136/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qərarının əsaslandırılmaması; Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova X1 Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş ü zrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 2-1(106)-32/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən 2019-cu ilə dair vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri üzrə cəmi dövriyyə 1142472,48 manat (ƏDV-siz) təşkil etmişdir (həmin dövriyyənin 320586,9 manatı vergi ödəyicisində keçirilmiş səyyar vergi yoxlaması nəticəsində müəyyən edilmiş və 2019- cu ilin mart ayı üzrə ƏDV bəyannaməsində əks etdirilmişdir).
2. İddiaçının 2019-cu il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində isə ümumi gəlirləri 821887,35 manat göstərilmişdir.
3. Vergi orqanı 320585,13 manat ümumi gəlir məbləği nin az əks etdirildiyinə (1142472,48 manat - 821887,35 manat), başqa sözlə 2022-ci ilin ƏDV dövriyyəsi ilə mənfəət vergisi bəyannaməsindəki dövriyyənin fərqlənməsinə və bəyannamədə 4887,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər olmasına istinadən xx.xx.2022-ci il tarixdə kameral vergi yoxlaması ilə əlavə olaraq 65094,46 manat (320585,13 x 20%+ 4887,00 x 20%) mənfəət vergisi hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********246400 nömrəli qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanmasi barə də” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
5. İddia ərizəsində iddiaçı işin hallarına istinad etmiş və qeyd etmişdir ki, vergi orqanı tərəfindən əlavə vergi məbləği hesablanarkən gəlir kimi götürülən malların əldə edilməsi (alınması) üçün çəkilən xərcin nəzərə alınmaması vergi qanunvericiliyinin tələblərinə ziddir.
6. Cavabdeh iddia tələbinə yazılı etirazında işin hallarına istinad edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, 9/7426 nömrəli rəyində bildirilmişdir ki, əvvəlki illərin mal qalığına görə mənfəət vergisi üzrə vergi tutulan dövriyyə artırıldığı təqdirdə, həmin mal qalığının dəyəri də xərc kimi nəzərə alınmalı olduğu halda, vergi orqanı tərəfindən kameral yoxlama ilə vergi ödəyicisinə əlavə olaraq mənfəət vergisi hesablanarkən mal qalığının dəyəri yalnız 2019-cu il üzrə dövriyyəyə əlavə edilərək birbaşa mənfəət vergisinə cəlb olunmuşdur. Beləliklə, 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərara əsasən müəyyən edilmiş mənfəət vergisinin düzgünlüyü müəyyən olunmamışdır.
8. Şirvan İnzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) 2-1(120)-442/2023 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanmasi barədə” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarı ləğv edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsasl andırmışdır ki, “vergi orqanı İddiaçı MMC-nin fəaliyyətinin yoxlanılan dövrü üzrə kameral vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsini bir neçə dəfə iddiaçıdan tələb etmiş, bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəqiqləşmiş bəyannamə və məlumat üçün izahlı məktublar göndərilmiş, həmçinin məsələyə aydınlıq gətirilməsi üçün cavabdehə əyani şəkildə birlikdə araşdırma aparılması təklif olunmuş, lakin cavabdeh təşkilat həmin izahların əsassızlığına dair nəinki heç bir dəlil-sübut göstərməmiş, həmin izahlara, eləcə də iddiaçının birlikdə araşdırma təklifinə münasibət belə bildirməyərək kameral qaydada 2019-cu il üzrə 65094,46 manat məbləğində mənfəət vergisi hesablanmasına əsas olan “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının he sablanması barədə” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərar qəbul etmişdir. Məhkəmə ekspert rəyinə istinadən hesab etmişdir ki, iddiaçı 2019-cu il üzrə 65094,46 manat məbləğində mənfəət vergisinin hesablanmasına əsas olan “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanmasi barədə” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarın ləğv olunmasını tələb etməkdə haqlıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov /sədrlik edən və məruzəçi/, P.T.Əhmədov və S.İ.Mayılov) 05 iyul 2024-cü il tarixl i, 2-1(106)32/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-442/2023 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, əvvəlki illərin mal qalığına görə mənfəət vergisi üzrə vergi tutulan dövriyyə artırıldığı təqdirdə həmin mal qalığının dəyəri də xərc kimi nəzərə alınmalı idi. Vergi orqanı tərəfindən isə kameral yoxlama ilə vergi ödəyicisinə əlavə olaraq mənfəət vergisi hesablanarkən mal qalığının yalnız dəyəri 2019cu il üzrə dövriyyəyə əlavə edilərək birbaşa mənfəət vergisinə cəlb olunmuşdur.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində işin hallarına istinad edərək qeyd etmişdir ki, iş baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu dur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qər arı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜ MKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv olunmaqla, iddia həmin hissədə rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
20. Hazırkı iş üzrə iddiaçının tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanmasi” bar ədə xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarının ləğv edilməsidir. Həmin qərarla iddiaçıya iki əsasla vergi hesablanmışdır: 2022-ci ilin ƏDV dövriyyəsi ilə gəlir vergisi bəyannaməsindəki dövriyyənin fərqlənməsinə görə (320585,13 x 20%) bəyannamədə sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər olmasına görə (4887,00 x 20%)
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisəndirilən qərarla hesablanan (2022-ci ilin ƏDV dövriyyəsi ilə gəlir vergisi bəyannaməsindəki dövriyyənin fərqlənməsinə görə) 65094,46 manat məbləğində mənfəət vergisinin 64117,06 manat hissəsinin qanunsuz olması ilə bağlı mövqeyi ilə razılaşır.
22. Belə ki, cavabdehin əsas dəlili onunla bağlıdır ki, iddiaçı barəsində aparılmış səyyar vergi yoxlaması zamanı ƏDV dövriyyəsi artırılm ış, lakin mənfəət vergisi bəyannaməsində bu öz əksini tapmamışdır.
23. Məhkəmə kollegiyası cavabdehin ƏDV və mənfəət vergisi bəyannamələrindəki dövriyyə ilə bağlı uyğunsuzluğa dair dəlilləri ilə razılaşsa da, qeyd edir ki, vergi orqanı (cavabdeh) dövriyyədə yaranan fərqi birbaşa mənfəət vergisinə cəlb etmiş, malların təqdim edilməsindən gəliri qəbul etdiyi halda həmin malların əldə edilməsi üçün xərc də çəkildiyini nəzərə almamışdır.
24. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir (Vergi Məcəlləsinin 96.1-ci maddəsi). Göründüyü kimi, gəlir vergisi gəlirlə xərc arasındakı fərqdən hesablanır. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq isə vergi ödəyicisinin vəzifəsidir (16.1.3-cü maddə). Bununla belə, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə... mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda... həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, qanunverici inzibati orqana xərc sənədlərinin olmadığı hallarda ver ginin hesablanması qaydaları ilə bağlı imkanlar nəzərdə tutmuşdur ki, bu da vergi ödəyicisinin gəlirinin xərclər nəzərə alınmadan qəbul olunması halını istisna edir.
25. Beləliklə, vergi orqanı tərəfindən iddiaçının (vergi ödəyicisinin) gəlirlərinin xərclər nəzərə alınmadan birbaşa mənfəət vergisinə cəlb edilməsi qanunsuz olmuşdur.
26. Bundan əlavə, iddiaçı tərəfindən mübahisələndirilən qərarla həm də bəyannamədə sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər olmasına görə (4887,00 x 20%) vergi hesablanmışdır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı araşdırma aparmadan, qərarın əsaslandırmasında bununla bağlı mövqe bildirmədən iddia tələbini həmin hissədə də təmin etmiş, bununla da İPM-in 87.8-ci maddəsinin tələbini pozmuşdur.
27. Odur ki, Şirvan Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 2- 1(106)-32/2024 nömrəli qərarı qismən – “cavabdehin “vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarının hesablanmış 977,40 manat (4887 manat x 20 %) verginin ləğv olunması” hissəsində ləğv edilməklə, iş eyni hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 2- 1(106)-32/2024 nömrəli qərarı qismən – “cavabdehin “vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, ****** ****246400 nömrəli qərarının hesablanmış 977,40 manat (4887 manat x 20 %) verginin ləğv olunması” hissəsində ləğv edilsin və iş eyni hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2024-cü il tarixli, 2- 1(106)-32/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.