Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1360/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qaçqın statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-630/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı 13 mart 2020-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir.
2. Müraciətə cavabdeh tərəfindən təşkil olunmuş Komissiyada baxılmış və 22 iyun 2020-ci il tarixli, İQ-89/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir.
3. İddiaçı 22 iyun 2020-ci il tarixli, İQ-89/1 №-li qərardan inzibati şikayət vermiş, cavabdehin 13 iyul 2020-ci il tarixli, 154 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qərarının ləğv edilməsini, ona qaçqın statusunun verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30 iyul 2019-cu il tarixdə Azərbaycana gəlmiş, 13 mart 2020-ci il tarixdə sığınacaq vəsatəti ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 34-2020 saylı iş nömrəsi ilə qeydiyyata almış və onunla müsahibə aparmışdır. O, müsahibədə bildirmişdir ki, İran İslam Respublikasının Mazandaran ostanında doğulmuşdur, milliyyətcə farsdır, dini etiqadına görə xristiandır (prorestantdır). 2016-cı ilin oktyabr ayından 2018-ci ilədək müqəddəs kitab (incil) təlimi ilə bağlı Türkiyənin Aksaray şəhərində X1 təhsil almışdır. Əmək fəaliyyətinə 2010-cu ildən başlanmış, həmin ildən eskiz layihə hazırlamaqla özəl müəssisə təşkil etmiş, 2016-cı ilin sentyabr ayınadək orada işləmişdir. 2013-cü ildə anası, 2014-cü ildə atası və qardaşı dinini dəyişərək xristianlığı qəbul etmişlər, özü isə 2013-cü ildə xristianlığı qəbul edərək evlərində xristianlıqla bağlı məclislər təşkil etdiyindən, 2015-ci ilin əvvəllərində İranın xüsusi xidmət orqanları tərəfindən saxlanmışdır, kilsə və dini məclislər təşkil etməmək iltizamını verdikdən sonra azadlığa buraxılmışdır. 23 iyul 2019-cu il tarixdə İranın xüsusi xidmət orqanları tərəfindən xristian dinini təbliğ etdiyi üçün yenidən saxlanılmışdır. 6 gün həbsdə qaldıqdan sonra 35 il azadlıqdan məhrumetmə cəzasına məruz qalmış, məxfi əməkdaşlığa cəlb ediləcəyi şərti ilə buraxılmışdır. İran kəşfiyyatının X2 rektoru Mohsem Qasemini Bakıda səfərdə olduğu müddətdə ələ keçirməklə münasib yerə gətirmək adı ilə onların razılığı əsasında 30 iyul 2019-cu il tarixdə İran İslam Respublikasını tərk etmişdir. Əməkdaşlıqdan boyun qaçırdıqdan sonra axtarışa verildiyi üçün bir daha İrana qayıtmaq istəmir. 22 iyun 2020-ci il tarixdə AR Dövlət Miqrasiya Xidmətinin İQ-89/1 saylı qərarı ilə onun sığınacaq verilməsi barədə vəs atəti rədd edilmişdir. Dövlət Miqrasiya Xidməti qərarını belə əsaslandırmışdır ki, onun sığınacaq üçün əsasları mövcud deyil. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq" normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
6. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5609/2020 saylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericiliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qa nunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də, iddiaçı vətəndaşı olduğu ölkədə sosial qrupa qoşulması, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmişdir, onun dəlilləri isə mülahizələrə söykənir.
8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona qaçqın statusunun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-630/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: A.Ə.Hüseyn və S.İ.Bəktaşi) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5609/2020 saylı qərarı dəyişdirilməd ən saxlanılmışdır.
10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı üçün vətəndaşı olduğu ölkə çox təhlükəlidir. Lakin həm cavabdeh orqan, həm də aşağı instansiya məhkəmələri onun vəsatətlərinin dəlillərini görməzdən gəlmiş, həqiqətə uyğun olmayan nəticə formalaşdırmaqla qərarlar qəbul etmişlər. b) Kassas iya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə q ərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Mad də
10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respubl ikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə
13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
17. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokolun a, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1.... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bə nd 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd
8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kas sasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası he sab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur.
23. İddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərardan görünür ki, o, 13.03.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, vəsatət qeydiyyata alınaraq onunla müsahibə aparılmışdır. İddiaçı müsahibə zamanı İran İslam Respublikası, Mazandaran ostanı, Tonekabon şəhərində anadan olduğunu, milliyyətcə fars, dini etiqadına görə xristian (protestant) olduğunu, 2010-cu ildə Tonekabon şəhərində orta məktəbi bitirdiyini, 2011-ci ildə həmin şəhərdə “X5 " universitetinin iqtisadiyyat fakültəsinə qəbul olunduğunu, mühasibatlıq ixtisası üzrə 6 semestr təhsil aldıqdan sonra 2014-cü ildə təhsilini yarımçıq qoyduğunu, 2016-cı ilin oktyabr ayında müqəddəs kitabın (İncil) təlimi ilə bağlı Türkiyə Respublikasının Aksaray şəhərində PBİ (X3) universitetinə qəbul olunduğunu və 2018-ci ilin may ayınadək burada (təxminən 2 il) təhsil aldığını, Azərbaycana gəldikdən sonra 2019-cu ilin oktyabr ayından başlayaraq Bakıda İnternational Learning English kursunda 2 ay yarım ingilis dili üzrə təhsil aldığını bildirmişdir. Ərizəçi əmək fəaliyyəti barədə məlumat verərək 2010-cu ildə tikinti işləri ilə bağlı (eskiz-layihə hazırlamaq, tikinti işlərini təşkil etmək) özəl müəssisə təşkil etdiyini, bu müəssisənin 2016-cı ilin avqustsentyabr ayına qədər fəaliyyət gös tərdiyini, Türkiyədə dini təhsil alan zaman isə təxmini il yarım PBİ-də ofis işləri və məqalə yazmaqla məşğul olduğunu bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, atasının mədəniyyət işləri üzrə təşkilatda çalışdığını, anasının evdar qadın olduğunu, qardaşının isə kafe işlətdiyini bildirərək anasının təxminən 2013-cü ildə, atasının və qardaşının isə 2014-cü ildə dinlərini dəyişərək xristianlığı qəbul etdiklərini qeyd etmişdir. Ərizəçi ölkəsini tərk etməsini İranda xristian dinini qəbul etməsi, bu səbəbdən də təhdid olunması ilə əlaqələndirmişdir. O, 2013-cü ilin iyul ayında dinini dəyişib xristianlığı qəbul etdiyini, yaşadığı evdə xristianlıqla bağlı dini məclislər təşkil etdiyini, bu səbəbdən birinci dəfə 2015-ci ilin təxminən yanvarfevral aylarında İr anın xüsusi xidmət orqanları tərəfindən (ETTELAAT) saxlanıldığını, saxlanıldıqdan bir neçə saat sonra bir daha evində kilsə təşkil etməmək və dini məclislər keçirməmək barədə yazılı iltizam verdikdən sonra sərbəst buraxıldığını, 2016-cı ilin təxminən oktyabr ayında qeyri-qanuni yolla Türkiyənin Aksaray şəhərinə gedərək qaçqın statusunun verilməsi üçün müraciət etdiyini, müvafiq sənədlərlə təmin olunduqdan sonra Aksaray şəhərində X4 adlanan institutda xristian dini ilə bağlı iki il təhsil aldığını, təhsil aldığı zaman 2017-ci ildə Mersin şəhərində yerləşən kilsədə “xaç suyuna” salındığını, 2018-ci ilin may ayında təhsilini bitirdikdən sonra xristian dinini təbliğ etmək məqsədi ilə könüllü olaraq İrana qayıtdığını, İranın müxtəlif şəhərlərində (Tehran, İsfəhan, Şiraz Buşer, Məşhəd və s.) evl ərdə kilsələr və məclislər təşkil etdiyini, 23.07.2019-cu il tarixdə Şiraz şəhərində ETTELAAT tərəfindən saxlanıldığını, təxminən 6 gün ETTELAAT təcridxanasında saxlanıldıqdan sonra Şiraz şəhər İnqilab Məhkəməsi tərəfindən 5 ittiham üzrə (kilsə təşkil etmək, İİR-ın siyası rejimini devirmək üçün qruplar təşkil etmək, dinini dəyişmək, rejim əleyhinə təbliğatla və xristianlığın təbliği ilə məşğul olmaq, xarici dövlətlər (ABŞ və İsrail) xeyrinə casusluq fəaliyyəti) 35 il cəzaya məhkum edildiyini, ETTELAAT tərəfindən cəzadan azad edilməklə qarşılığında məxfi əməkdaşlığa cəlb edildiyin bildirmişdir. Ərizəçi Bakı şəhərində keçiriləcək görüşü bəhanə edərək (Bakıda keçiriləcək görüş zamanı PBİ-nin rektoru Möhsen Qaseminin telefonundakı və kompüterindəki məlumatları ələ keçirtmək, ETTELAAT əməkdaşla rının Möhsen Qaseminin ələ keçirə bilmələri üçün münasib bir yerə gətirmək şərti ilə) ETTELAAT-ın razılığı ilə 30.07.2019-cu ildə İranı tərk etdiyini, elə həmin gün viza əsasında Azərbaycana gəldiyini bildirmişdir.
24. Ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun cavabdeh inzibati orqan tərəfindən təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportlarını təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir.
25. Bununla yanaşı, ərizəçinin İranı tərk etməsinin səbəbləri ilə bağlı gətirdiyi dəlillər, İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa razılıq verməsi, Türkiyə Respublikasında dini təhsilini başa vurduqdan sonra Tü rkiyədə qalaraq sərbəst şəkildə dini inancı ilə məşğul olmaq imkanlarının olmasına baxmayaraq yenidən könüllü olaraq İrana qayıtması, məhkəmənin hökmü ilə 35 il cəzaya məhkum olunmasına rəğmən sərbəst buraxılması şəxsin əsaslı təqib qorxusunun olmamasını deməyə əsas verir.
26. Eləcə də, ərizəçinin verdiyi məlumatlardan atasının mədəniyyət işləri üzrə dövlət təşkilatında işlədiyi, təxminən 2013 və 2014-cü illərdə valideynlərinin və qardaşının da dinlərini dəyişərək xristianlığı qəbul etdikləri və ötən müddət ərzində hakimiyyət orqanları tərəfindən hər hansı bir təhdidə və təqibə məruz qalmadıqları məlum olmuşdur. Həmçinin, ETTELAAT-la əməkdaşlıq etməyə razılaşdıqdan və ölkəni tərk etdikdən sonra əməkdaşlıqdan boyun qaçırmasına baxmayaraq, mənşə ölkəsində yaşayan və xristianlığı qəbul etmiş ailə üzvlərinin İranda yaşamağa davam etmələri, habelə atasının mənşə ölkəsində mühüm bir vəzifədə işləməsini davam etdirməsi şəxsin (ərizəçinin) əsaslı təqib qorxusunun olmamasını deməyə əsas verir.
27. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur.
29. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-630/2021 saylı iş üzrə 02 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.