Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1361/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; ləğvetmə prosesində olan banka qarşı bütün tələblərin yalnız iflas proseduru çərçivəsində irəli sürülməsi, düzgün olmayan cavabdeh) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Maliyyə Nazirliyinə qarşı “ödənilməli olan 120780,1 avro və 30 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası adından cavabdeh tərəfindən kompensasiya edi lməsi və ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 2-1(103)-950/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona kompensasiya ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, müraciətdə qaldırılmış məsələ Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid deyildir. Bununla əlaqədar aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ödənilməli olan 120780,1 avro və 30 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası adından cavabdeh tərəfindən kompensasiya edilməsi və ödənilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)2851/15 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" ASC-dən 120780,1 avro və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğin tutularaq tələbkar İddiaçı ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməsi vəzifəsi Yasamal rayon icra şöbəsinə həvalə edilmişdir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2016ci il tarixində başlanılmış icraat zamanı sözügedən vəsaitin könüllü ödənilməsi borclu tərəfindən təmin edilməmiş, borclunun əmlak vəziyyətini müəyyən etmək məqsədilə icra qurumu tərəfindən müvafiq orqanlara sorğular gönd ərilmişdir. Müraciətlərə alınan cavablara əsasən, "xxxx" ASC-nin adı xx.xx.2015-ci il tarixində səhmdarlarının xx.xx.2014cü il tarixli qərarı əsasında dəyişdirilərək "X2 (CDB)” ASC kimi dövlət qeydiyyatına alındığı məlum olmuş, xx.xx.2016-cı il tarixdə icra qurumu tərəfindən "tərəfin onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi haqqında" qərar qəbul olunaraq icra sənədi "X2 (CDB)” ASC-yə göndərilmişdir. Daha sonra "X2 (CDB)” ASC-nin mülkiyyətində hər hansı daşınar və daşınmaz əmlakın, bank hesabının və gəlirlərin olub-olmamasını müəyyən etmək üçün müraciətlər göndərilmiş və onun bank hesablarına xx.xx.2017-ci il tarixli inkasso sərəncamları tərtib edilərək göndərilmiş, lakin xx.xx.2016-ci il tarixli "tərəfin onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi haqqında" qərardan müvafi q məhkəməyə şikayət verildiyi üçün inkasso sərəncamları geri qaytarılmış və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2440/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə ləğv edilmiş, daha sonra isə həmin qərar da Ali Məhkəmənin 2-1(102)- 849/18 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Bundan sonra icraat zamanı "xxxx" ASC, "X2 (CDB)” ASCnin ona qoşulması nəticəsində yenidən təşkil edildiyi üçün xx.xx.2018-ci il tarixli "tərəfin onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi haqqında" qərarla "xxxx" ASC "X2 (CDB)” ASC-nin hüquqi varisi olaraq qəbul edilmişdir. İcraat zamanı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-4269/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə icra sənədi üzrə icraat "xxxx" ASC-nin X1 və qeyrilərinə qarşı qaldırdığı "öhdəli yin icra edilməsi, borcun tutulması və əvəzləşdirilməsi" tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmışdır. Həmin iddia üzrə Ali Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli yekun qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli məktubla icra sənədi icra olunması üçün "xxxx" ASC-yə göndərilmiş və bank cavab olaraq tələbkarın bank hesabının göndərilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli inkasso sərəncamı tərtib olunaraq "xxxx" ASC-nin bank hesabına göndərilmiş, lakin Sabirabad rayon Məhkəməsinin 2(056)-575/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında icra sənədi üzrə icraat dayandırılmış və inkasso sərəncamı xx.xx.2020-ci il tarixli məktubla geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1676/2020 nöm rəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Sabirabad rayon Məhkəməsinin 1(056)575/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Daha sonra, xx.xx.2020ci il tarixli inkasso sərəncamı tərtib olunaraq "xxxx" ASC-nin bank hesabına göndərilmiş, lakin xx.xx.2020-ci il tarixli məktubda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-129/2020 nömrəli, qərarı ilə "xxxx" ASC-nin müflis elan olunduğu və hazırda bankda ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun fəaliyyət göstərməsi, iflas proseduru ilə əlaqədar bankın ləğv prosesində olması səbəbi ilə inkasso sərəncamları icrasız geri qaytarılmışdır. Qeyd olunan hadisələrin gedişatında və sonrasında qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməsi müxtəlif səbəb və bəhanələrlə yubadılmış, qanunsuz əsaslarla aktın icrasından imtina edilmiş, yaxud icra icraatı dayandırılmış, nəticədə sözügedən məhkəmə aktı 7 ildən çox müddət ərzində icra edilmədən qalaraq Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş prinsiplər, o cümlədən hüququn əsas prinsipləri, insan hüquqları və Azərbaycan Respublikası dövlətinin pozitiv öhdəlikləri kobud şəkildə pozulmuş, bununla da ərizəçiyə ciddi maddi zərər dəymişdir. Belə ki, qeyd olunan dövr ərzində Azərbaycan Respublikasının məhkəmələri daha öncə eyni tərəflər arasında, eyni predmet üzrə baxılmış və yekun məhkəmə aktı qəbul edilmiş işləri dəfələrlə təkrar olaraq icraata qəbul etmiş, həmin işlərin icraatı zamanı icra icraatının gedişatı kəsintilərə məruz qalmışdır. Bundan əlavə, 7 ildən çox davam edən müddət ərzində icra qurumunun kifayət qə dər vaxtı, imkanı və səlahiyyətləri olmasına baxmayaraq, heç bir üzrlü və qanuni əsas olmadan qüvvəyə minmiş məhkəmə aktının icrasını həyata keçirməmiş, müraciətlərə verilmiş cavablarda bu halı əsaslandıracaq heç bir arqument göstərə bilməmişdir. Həmçinin, eyni xarakterli oxşar iş ərizəçinin lehinə yekunlaşmış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10669/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən 7045.50 avro, hüquqi təmsilçiliyə görə 250 manat və ödənilmiş 4 manat Nəsimi rayon icra şöbəsi tərəfindən ərizəçinin xeyrinə tutulmuşdur. Bu da öz növbəsində qeyd olunan məhkəmə aktlarından birinin icrasının mümkün olduğu və icra edildiyi zaman digərinin isə icra edilməməsini açıqlayacaq hər hansı qanuni əsasın mövcud olmadığına bir daha dəlalət edir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 31 oktyabr 2023-cü il tarixli, 21(112)-12936/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının qaldırdığı tələb cavabdeh Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid deyildir və iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi iflas proseduru çərçivəsində ərizə ilə müraciət etməkdir. İPM-in 132.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən ger i alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Odur ki, ləğvetmə prosesində olan banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür və həmin prosedur birinci instansiya məhkəməsi qismində apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirildiyindən, iddiaçı kreditor qismində müvafiq ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidir.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və P.A.Hüseynov) 23 yanvar 2024-cü il tarixli, 21(103)-950/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
10. Kassasiya şikayətinin əsasını iddia ərizəsi və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. İddiaçı kassasiya şikayətində həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən prosessual hüquq no rmaları pozulmuş, iddianın mümkünsüz olması barədə səhv nəticəyə gəlinmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 11.Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 60.2. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. … Maddə
68. Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. Maddə 76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. …
13. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə: Bənd
7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 7.1. Azərbaycan Respublikasının maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir; 7.2. dövlət və icmal büdcələrin layihələrinin mövcud qanunvericiliyə uyğun olaraq hazırlanmasını təmin edir; 7.3. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir;... 7.5. qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda ölkədə dövlət əyar nəzarətinin və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətini təşkil edir və həyata keçirilməsini təmin edir; 7.6. dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsini və dövlət zəmanətinin verilməsini təşkil edir, dövlət borclanma siyasətini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir; 7.7. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi üzrə öz səlahiyyətləri daxilində tədbirlər görür; 7.8. Azərbaycan Respublikasında audit fəaliyyəti sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi ilə bağlı təkliflər verir; 7.9. dövlət investisiya proqramlarının tərtib olunmasında, dövlət investisiya siyasətinin, dövlət proqramlarının inkişaf konsepsiyası və strategiyalarının hazırlanmasında və həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir; 7.10. ölkə iqtisadiyyatına xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir; 7.11. büdcə sistemi, vergi, dövlə t xəzinədarlığı, dövlət maliyyə nəzarəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, qiymətli metallar və qiymətli daşlara nəzarət, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində qanunvericiliklə və bu Əsasnamə ilə Nazirliyin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənməni həyata keçirir; 7.12. Azərbaycan Respublikasında makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə təkliflər hazırlayır; 7.13. Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahəvi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir; 7.14. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Mad də
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya i nstansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvv ədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 15.““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarı
16. Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağı dakı səbəblərdən irəli gəlir.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtə rəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi cavabdeh Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid olmamaqla, iddiaçının arzuladığı məqsədə çatması üçün düzgün hüquqi müdafiə vasitəsi ifla s proseduru çərçivəsində ərizə ilə məhkəməyə müraciət etməkdir. Belə ki, ləğvetmə prosesində olan banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür və həmin prosedur birinci instansiya məhkəməsi qismində apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirildiyindən, iddiaçı kreditor qismində müvafiq ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidir.
24. Məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
25. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 21(103)-950/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.