Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1368/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxslər Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X8 və Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində müllkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi, bərabərlik prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlu ndan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxslər Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X8 və Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə) qarşı “torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2-1(105)-1112/2024 nömrəli qərarından üçüncü şəxslər Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X10 və Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, F-982 nömrəli arxiv çıxarışından görünür ki, həmin əmr Abşeron rayon X4 İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 213 nömrəli qərarı ilə sovxoz işçilərinə fərdi ev tikdirmək üçün ayrılmış torpaq sahəsinin sovxozda torpaq almaq növbəsində olanlara verilməsi məsələsinə həmkarlar təşkilatı və əmək kollektivi şurasının 31 yanvar 1992-ci il tarixli (protokol №8) birgə iclasında baxılmış və siyahı üzrə adları qeyd olunmuş vətəndaşlara, o cümlədən İddiaçı verilməsi qanuna uyğun hesab edilmişdir.
2. Xırdalan Südçülük-tərəvəzçilik sovxozunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmri ilə Xırdalan şəhəri ərazisində yerləşən 0,10 ha torpaq sahəsi iddiaçıya - İ ddiaçı ayrılmışdır.
3. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon Xırdalan Südçülük-tərəvəzçilik sovxozunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmadığı aşkar edilmişdir. Bundan başqa, sözügedən torpaq sahəsinin qaz və su xəttinin, həmçinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT və 110 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müra ciət edərək, Abşeron rayon Xırdalan Südçülük-tərəvəzçilik sovxozu direktorunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmri ilə iddiaçıya ayrılmış Xırdalan şəhəri ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron XDS İK-nın 18 oktyabr 1991ci il tarixli, 213 nömrəli qərarına əsasən, ona sovxoz həmkarlar təşkilatı və əmək kollektivi şurası tərəfindən Abşeron rayonu Xırdalan şəhərində 10 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi həmin vaxtdan mülkiyyətindədir. Buna görə də, Abşeron XDS İK-nın 18 oktyabr 1991-ci il tarixli, 213 nömrəli qərarına əsasən, sovxoz həmkarlar təşkilatı və əmək kollektivi şurası tərəfindən ona verilmiş Abşeron rayonu Xırdalan şəhərində 10 sot torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı müraciət etmişdir. Müraciətinə cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 13 sentyabr 2024-cü il tarixli 2-1(118)-587/2024 nömrəli qərardadı ilə Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X10 və Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi üçüncü şəxs qismində məhkəmə icra atına cəlb edilmişdir.
8. İşin məhkəmə araşdırması zamanı iddiaçıya Abşeron rayonu, Xırdalan şəhərində ayrılmış 10 sot torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin çıxarışı və plan ölçü sənədlərinin və onların verilməsinə əsas olmuş sənədlərin surətinin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri həmin sahəni n ilkin mülkiyyətçilərinə Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında ayrılmış torpaq sahələridir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 24 sentyabr 2024-cü il tarixli, 2-1(118)-587/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Xırdalan Südçülük-tərəvəzçilik sovxozu direktorunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmri ilə iddiaçıya ayrılmış Xırdalan şəhəri ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi zaman etibarı ilə səlahiyyətli qurum olan Abşeron rayon X4 İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 213 nömrəli qərarı əsasında Xırdalan Südçülük-tərəvəzçilik sovxozu direktorunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmri ilə iddiaçıya ayrılmışdır. Həmin qurumun verdiyi qərarların etibarlılığı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndi ilə öz təsdiqini tapır. Belə ki, qeyd olunan Fərmanda rayon, şəhər, qəsəbə və kənd xalq deputatl arı sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə, qüvvədə olan qanunvericiliyin tələbinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və onun ərazi idarələri bir qayda olaraq, mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hə rəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə, inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Göründüyü kimi, yerquruluşu işlərinin aparılması cavabdehin qanunvericiliklədən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Ona görə də, sözügedən torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının göstərilməməsi öz əhəmiyyətini itirmiş olur. Belə ki, Abşeron rayon X4 İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 213 nömrəli qərarı əsasında Xırdalan Südçülük-tərəvəzçilik sovxozu direktorunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmrindən göründüyü kimi, səlahiyyətli orqan olan yerli icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya torpaq sahəsi ayrılmış və qanunamüvafiq qaydada rəsmiləşdirilmişdir. Bu fakt iş materillarına əlavə edilmiş Abşeron rayon X5 arayışı ilə də öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, cavabdehin məhkəməyə təqdim etdiyi torpaq sahəsinin koordinatları göstərilmişdir. Qeyd olunanlar inzibati orqanının gətirdiyi 1-ci arqumenti əsas sız edir. SOCAR tərəfindən məhkəməyə təqdim edilmiş 14-2/2-3645/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin böyük qismi SOCAR-ın nəzdində olan idarələrin qaz boru xətlərinin mühafizə zonasında yerləşir. Lakin həmin məktubdan o da müəyyən olunmuşdur ki, SOCAR-ın nəzdində olan idarələrə aid qaz boru kəmərləri 2004-cü ildən sonra istifadəyə verilmişdir. Nəzərə alınmalıdır ki, səlahiyyətli orqanlar tərəfindən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi 1992-ci ilin fevral ayından onun istifadəsindədir və 30 ildən çoxdur ki, həmin torpaq sahəsindən mübahisəsiz istifadə edir. Adi qaydada cəlb edilmiş SOCARın digər qurumlarının neft kəmərinin mühafizə zolağı ilə bağlı gətirdiyi arrqumentləri də məhkəmə əsassız hesab edi r. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təstiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarİnın 6.1-ci bəndinə əsasən, “Mühafizə Zonası”nda bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan həyata keçirilə bilməz. Göründüyü kimi, yuxarıda qeyd olunan Qaydalarda “Mühafizə Zonası”nda yerləşən torpaq sahələrinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı bir məhdudiyyət mövcud deyil. Bu baxımdan, məhkəmə adi qaydada cəlb etdilmiş Heydər Əliyev adına X6 və Neft Kəmərləri İdarəsinin gətirdiyi arqum entləri əsassız hesab edir. Həmçinin, məhkəmə tərəfindən torpaq sahəsinin su və elektrik xəttinin mühafizə zonasında yerləşməsinin müəyyən edilməsi məqsədilə "xxxx" ASC və "xxxx" ASC-yə dəfələrlə sorğu göndərilməsinə baxmayaraq, müvafiq təşkilatlar məhkəməyə ətraflı məlumat verməmişlər. Hazırkı arqumentlə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, istər su kəmərləri, istərsə də işıq xətləri ilə bağlı mövcud olmuş məhdudlaşdırma hərəkətləri torpaq sahəsinin üzərində inşa ediləcək daşınmaz əmlakla bağlı olduğundan, iddia tələbinin predmeti isə sırf torpaq sahəsi olduğundan hazırkı arqument də əsassızdır. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 321332/2-8780 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş, iddiaçı ilə eyni ərazidə yerləşən torpaq sahələri əldə etmiş, iddiaçı nın qonşuları olan X3 və X2 ayrılmış torpaq sahələri üzərində onların mülkiyyət hüququ tanınmış və müvafiq çıxarışda həmin torpaq sahələrinin təyinatı barədə qrafada “yaşayış məntəqələri torpaqları” qeydi yazılmışdır. Cavabdehin həmin torpaq sahələrini, ərazidən qaz, su və elektrik xətlərinin keçməsi nəzərə alınmadan qeydiyyata alması, onun tərəfindən iddiaçıya münasibətdə “İnzibati İcraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir.
11. Cavabdeh və üçüncü şəxs Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, İ.R.Quliyev və T.B.Axundov) 24 dekabr 2024-cü il tarixli, 2-1(105)-1112/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, Xırdalan Südçülük-tərəvəzçilik sovxozunun 7 fevral 1992-ci il tarixli 7 nömrəli əmri və Abşeron rayonu XDS İK-nin 18 oktyabr 1991-ci il tarixli, 213 nömrəli qərarına əsasən, iddiaçının adına 10 sot torpaq sahəsi ayrılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin şimal-qərb sərhəddindən 16,25-14,85 metr məsafədən n eft kəməri, şimal və cənub-şərq sərhədindən torpaq sahəsinin daxilindən və 18,73 metr məsafədən 110 kv-luq və 6 kv-luq elektrik xətləri keçdiyindən, neft kəməri və elektrik xəttinin mühafizə zonasına düşür. Həmçinin iş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,10 ha, faktiki ölçüsü 0,10 ha olmaqla, yol və qonşu torpaq sahələri ilə sərhəddir, icazəsiz tikili yoxdur, torpaq sahəsinin üzərindən 6 kv-luq elektrik xətti keçir, daxilindən yeraltı su kəməri keçir, şimal-qərb istiqamətindən 14,85-16,25 metr məsafədə neft kəməri keçir, şimal və şimalqərb istiqma ətindən keçən 110 kv-luq elektrik xətti ilə arasındakı məsafə 0 metrlə 18,73 metr arasında dəyişir, torpaq sahəsinin bir hissəsi daş hasardır, digər tərəfləri şərtidir, faktiki koordinatlar əlavə edilmişdir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi Heydər Əliyev adına X8 məxsus olan Dş-500 mm neft boru kəmərinin mühafizə zonasının 10 metrliyində yerləşir, həmin ərazidən paralel başqa Dş-300 mm, Dş-250 mm, Dş-200 mm neft boru kəmərləri keçir, bu barədə akt tərtib edilmişdir, habelə Dş-500 mm boru kəməri 2009-cu il tarixdən, Dş-300 mm 1970-ci ildən, Dş-250 mm 2011-ci ildən, Dş200 mm 2011-ci ildən istismardadır. Həmçinin, məhkəmə araşdırmaı zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququ dövlət qeydiyyatı na alınmış, habelə torpaq sahələrinin təyinatının yaşayış məntəqələri torpaq sahələri olması qeyd edilmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsi naturada mövcuddur, habelə həmin torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri vardır və yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən həmin sənəd torpağa dair mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış edir. Bu halda məhkəmə kollegiyası ilk növbədə, cavabdeh inzibati orqanın şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq torpaq sahəsinin ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusunda aşkar edilmədiyini bidlirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq torpaq sahəsinə dair ilkin baş plan və ya ayrıc aktının arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın, onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın şikayətinin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, cavabdeh sözügedən torpaq sahəsinin yeraltı su xətti və müvafiq elektrik xəttinin mühafizəsi zonasında yerləşdiyini qeyd edir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yuxarıda istinad edilən sudan, eləcə də elektrik xəttindən istifadə Qaydalarında qeyd edilən halın torpaq sahəsi nə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh sözügedən torpaq sahəsindən yeraltı su xəttinin keçdiyini bildirsə də, buna dair heç bir sübut təqdim etməmiş, eləcə də müayinə aktının və ekspert rəyinin məzmununda bu barədə heç bir məlumat əks edilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin yeraltı su xəttinin qonşu torpaq sahələrindən də keçdiyini və həmin sahələrə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığını bildirmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hallara istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə z idd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Həmçinin, məhkəmə kollegiyası cavabdehin şikayətinin digər dəlili, habelə üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır, habelə həmin torpaq sahələrinin təyinatı yaşayış məntəqlərinin torpaqları kimi qeyd edilmişdir. Bununla bağlı cavabdeh tərəfindən ortofoto görüntüsü və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər təqdim edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi k imi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Bu baxımından, məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina edilməsi, özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan, cavabdeh inzibati orqanın və üçüncü şəxslərin qeyd olunan arqum entləri əsassızdır. Həmçinin, məhkəmə kollegiyası üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlilləri (torpaqayırma sənədləri və yerləşmə yeri) ilə bağlı qeyd edir ki, eyni hüquqmüəyyənedici sənədlər əsasında həmin ərazidə yerləşən digər torpaq sahələrinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, habelə cavabdeh tərəfindən həmin hallar mübahisələndirilməmişdir. Bu hal isə özlüyündə üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilərini həmin hissədə təkzib edir.
14. Üçüncü şəxslər Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X10 və Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətlərinin dəlilləri
15. Üçüncü şəxs Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X10 kassasiya şikayətində onun tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır.
16. Üçüncü şəxs Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi kassasiya şikayətində qeyd etmişdir ki, Abşeron rayon Xırdalan Südçülük-tərəvəzçilik sovxozunun xx.xx.1992-ci il tarixli, 07 nömrəli əmri ilə iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü magistral neft kəmərinin (1981-ci ildən istismara verilib) mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 3 metr təşkil edir. İddiaçının iddia etdiyi torpaq sahəsi neft kəmərlərini n mühafizə zonasına düşür. Mübahisəli torpaq sahəsi sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, hazırda istifadədə olan Buzovna-Ramana magistral neft kəməri ilə Tağıyev Əməliyyat Şirkəti tərəfindən hasil edilən neft Heydər Əliyev adına Bakı X8 nəql olunur. Hazırda neft kəməri işlək vəziyyətdədir və Neft Kəmərləri İdarəsinin Abşeron istehsalat bölümü tərəfindən istismar olunur. Neft kəmərləri 1981-ci ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir (Xəzər və Sabunçu rayonlarının ərazisi) və Neft Kəmərləri İdarəsinin balansındadır. Hazırda istifadədə olan neft kəməri ətrafında yaşayış məqsədilə torpaq sahəsinə hüquqları əldə etmək iddasında olan İddiaçı 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələb inə cavab verməklə, bilavasitə iddiaçının özünün sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı, Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X10 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək həmin kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlə t qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tər əfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar...
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüqu qların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verm əyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır....
22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı:...
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dai r aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların q anuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altı nda olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları:
5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikin ti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq;... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər....
7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydaları:
25. Su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının və su mühafizə nişanlarının lazımi vəziyyətdə saxlanması su istifadəçilərinə həvalə edilir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər.
26. Mülkiyyətdə, is tifadədə və icarədə olan torpaq sahələrində su mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağan qoymur.... 34.1. Qanunvericiliyə zidd olmayan hallarda mülkiyyətində (istifadəsində, icarəsində) torpaq sahəsi olan hüquqi və ya fiziki şəxs, boru kəmərlərinin və ya qurğuların yerləşdiyi ərazidə müəyyən işlərin (o cümlədən tikinti) görülməsinin planlaşdırılması ilə əlaqədar su təchizatı və kanalizasiya müəssisəsindən bu torpaq sahəsində yerləşən və bu müəssisənin mülkiyyətində olan və ya onun xidmət göstərdiyi boru kəmərlərinin (kollektor, kanal), yaxud digər qurğuların yerinin dəyişdirməsini tələb edə bilərlər. Bu zaman boru kəmərlərinin və digər qurğuların yerinin dəyişdirilməsi üzrə xərclər və su təchizatı müəssisəsinə su təchizatında baş verən fasilələrə görə dəyən ziyan belə tələbi qoyan şəxslərin hesabına ödənilir....
70. Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq. 71.
1. Su təchizatı və kanalizasiya müəssisələr inin tabeliyində olan texniki qurğuların boru və ya kanalizasiya kollektorlarının, mərkəzi su kəmərləri və kanalizasiya magistrallarının hər iki tərəfində beş metrə qədər məsafədə ağacların, kolların və kənd təsərrüfatı bitkilərinin (bundan sonra əkmələr) əkilməsi qadağan olunur.
2. Əkmələr su kəməri magistralına, kanalizasiya kollektoruna və ya digər texniki qurğuya yaxınlaşmağa mane olduqda və ya onların zədələnməsinə səbəb olduqda su təchizatı və kanalizasiya müəssisəsi əkmələr olan torpaq sahəsinin mülkiyyətçisinə (istifadəçisinə, icarəçisinə) aşağıdakı tələbləri irəli sürə bilər: a) əkmələrin çıxarılması; b) qurğuların zədələnməsi ilə əlaqədar zərərin ödənilməsi; c) tələbdə göstərilən müddətdə zədələnmiş obyektin öz hesabına bərpası.
3. Torpaq mülkiyyətçisi (istifadəçisi, icarəçisi) t ələbdə göstərilənləri yerinə yetirmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi onun hesabına zəruri işləri görmək hüququna malikdir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkə məsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də şikayətlər mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı ).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi ilə bağlı lazımi qaydada araşdırma apa rmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
32. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmad ığından, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2-1(105)-1112/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.