Məhkəmə qərarları › İş №2-1(102)-1371/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1371/2025

28.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1371/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral qərarın ləğvi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) 28.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətininxxxnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 2-1(107)-47/2025 nömrəli qərarından cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır. İddiaçının əsas fəaliyyət növü “avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” ilə bağlıdır.

2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********335900 nömrəli qərarı ilə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyinə istinadən əlaqəli məlumatlara əsasən iddiaçıya 2023-cü ilin 1-ci rübü üzrə 5049,89 manat sadələşdirilmiş vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnziba ti Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********335900 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması zamanı iddiaçının bank hesabına 2023-cü ilin yanvar-fevral ayları üzrə 252494,44 manat pul vəsaitinin daxil olmasına baxmayaraq, 2023-ci ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi cavabdeh tərəfindən kənarlaşma olaraq qiymətləndirilmiş və iddiaçıya 2023-cü ilin 1-ci rübü üzrə 5049,89 manat sadələşdirilmiş vergi hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********335900 nömrəli qərar qəbul ed ilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə vergi orqanında verdiyi izahatında 2022-ci ilin iyun ayında Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu zaman Türkiyə vətəndaşı ilə tanış olduğunu, 150 manat müqabilində kartını ona təqdim etdiyini və hesabına daxil olan məbləğdən xəbərinin olmadığını bildirmişdir. Lakin vergi orqanı tərəfindən bu hala qiymət verilməmişdir. Araşdırma zamanı iddiaçının "xxxx" ASC-də mövcud olan bank hesabına 2023-cü ilin yanvar və fevral aylarında ümumilikdə 252494,44 manat vəsaitin mədaxil olunduğu, həmin məbləğin bir hissəsinin ATM-dən nağdlaşdırıldığı, bir hissəsinin mobil tətbiq vasitəsi ilə məxaric edildiyi müəyyən edilmişdir. Lakin iddiaçının həmin dövr üçün kartının onda olmaması, sahibkarlıq fəaliyyəti dövriyyəsinin 252494,44 manat qədər yüksək ola bi lməyəcəyi araşdırılmamışdır. Cavabdehin qərarı əsassız və qanunsuzdur. Çünki vergi orqanı real vəziyyəti araşdırmamış və sahibkarlıq fəaliyyətinə maneə törədən qərar vermişdir. Vergi orqanı icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda araşdırmamış, sübutlar yetərli olmadığı halda öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. İddiaçının cavabdehin sözügedən qərarından inzibati qaydada verdiyi şikayət Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********242800 nömrəli qərarı ilə təmin edilməmişdir.

5. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması zamanı iddiaçının bank hesabına 2023-cü ilin yanvar-fevral ayları üzrə 252494,44 manat pul vəsaitinin da xil olmasına baxmayaraq, onun tərəfindən 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmiş və bu, kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktub göndərilərək, qeyd edilən dövrə dair dəqiqləşdirilmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim olunması tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən ona 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 5049,89 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması ba rədə” xx.xx.2023-cü il tarixli, **********335900 nömrəli qərar qəbul edilmişdir. İddiaçı ərizəsində bank hesabına daxil olmuş vəsaitdən xəbərinin olmadığını, bir Türkiyə Respublikası vətəndaşı tərəfindən onun kartına pul köçürüldüyünü qeyd etsə də, bunu təsdiq edəcək hər hansı sənədi Dövlət Vergi Xidmətinə təqdim etməmiş, o cümlədən iddia ərizəsinə də əlavə etməmişdir. Bu da, bank hesabına daxil olmuş vəsaitdən xəbərinin olmadığı dəlilinin reallığı əks etdirmədiyini, iddiaçının özünün subyektiv mülahizəsi olduğunu göstərir. O da qeyd olunmalıdır ki, sözügedən qərardan verdiyi inzibati şikayət üzrə araşdırmada iştirak üçün müvafiq qaydada dəvət edilsə də, iddiaçı və ya səlahiyyətli nümayəndəsi (vəkili) Dövlət Vergi Xidmətinin inzibati binasına gəlməmiş və bu səbəbdən məsələnin onun iştirakı ilə birgə araşdırılması mümkün olmamışdır. Araşdırma zamanı iddiaçının "xxxx" ASC-də mövcud olan bank hesabına 2023-cü ilin yanvar və fevral aylarında ümumilikdə 252494,44 manat vəsaitin mədaxil olunduğu, həmin məbləğin bir hissəsinin ATM-dən nağdlaşdırıldığı, bir hissəsinin mobil tətbiq vasitəsi ilə məxaric edildiyi müəyyən edilmişdir. Əlavə olaraq, izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd etməsinə baxmayaraq, araşdırma zamanı iddiaçı tərəfindən fərqlənmə nişanının alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

6. Şəki İnzibati Məhkəməsinin (hakim: Vüqar Musayev) 03 iyul 2024-cü il tarixli, 21(116)-1383/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, **********335900 nömrəli qərarı ləğv edilm işdir

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının bank hesabına daxil olmuş 252494,44 manat pul vəsaitini rüb üzrə təqdim edilmiş malların və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi olaraq qiymətləndirmiş, bununla belə iddiaçının bank hesabına daxil olmuş vəsaitin həcminin ümumiyyətlə onun fəaliyyət göstərdiyi sahənin xarakterinə uyğun olmamasını (o cümlədən vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin olmamasını) nəzərə almamış, iddiaçının hesabına köçürülən vəsaitlə onun göstərdiyi fəaliyyət arasında səbəbli-əlaqənin və həmin vəsaitin məhz xidmətin təqdim edilməsindən əldə edilən vəsait olub-olması araşdırma predmeti olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının mal və xidməti tə qdim etməsi müəyyən edildiyi halda ona daxil olmuş müvafiq vəsait sadələşdirilmiş vergiyə cəlb oluna bilər. Hazırkı iş üzrə iddiaçının sözügedən məbləğdə mal və xidməti təqdim etməsinin müəyyən edilməməsi onun hesabına ödənilmiş 252494,44 manat pul vəsaitinin qeydsiz-şərtsiz təqdim edilmiş mal və xidmətə görə əldə edilmiş vəsait olaraq qiymətləndirilməsini istisna edir. Odur ki, iddiaçının hesabına daxil olmuş 252494,44 manat pul vəsaiti Vergi Məcəlləsinin 219.1-ci maddəsi anlamında vergitutma obyekti hesab olunmadığından həmin vəsaitə uyğun sadələşdirilmiş verginin hesablanması ilə bağlı cavabdehin qəbul etdiyi qərar mahiyyət etibarilə əsassız olmuşdur.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instan siyası məhkəməsində icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Vəzirxan Məlikov və Tural Həsənov) 08 yanvar 2025-ci il tarixli, 2-1(107)-47/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil ed ir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər – digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənil məsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyi nin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 99.3. qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: 99.3.1. faiz gəliri; 99.3.2. dividend; 99.3.3. əmlakın icarəyə verilməsindən gəlir; 99.3.4. royalti; 99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla; 99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; 99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində gö stərilənlər istisna olmaqla; 99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) - əmək haqqından başqa; 99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; 99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; 99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; 99.3.12. lotereyalardan və idman mərc oyunlarından əldə edilən uduşlar; 99.3.13. mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat. Maddə 101.2. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Maddə 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Maddə 219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Maddə 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. Maddə 220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci mad dəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə hesablanır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqlə şdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhk əməyə göndərilməlidir.

19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

21. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tər əfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin onun barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********335900 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

23. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı əsas fəaliyyəti “avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” olmaqla, xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır. İddiaçının bank (kart) hesabına 2023-cü ilin yanvar-fevral ayları üzrə 252494,44 manat pul vəsaitinin daxil olmasına baxmayaraq, 2023-ci ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi cavabdeh tərəfindən kənarlaşma olaraq qiymətləndirilmiş və iddiaçıya 2023-cü ilin 1-ci rübü üzrə 5049,89 manat sadələşdirilmiş vergi hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixl i, **********335900 nömrəli qərar qəbul edilmişdir. İddiaçı da həmin qərarın ləğv olunması barədə cavabdehə qarşı hazırkı iddianı qaldırmışdır.

24. İddianı təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının sözügedən məbləğdə mal və xidməti təqdim etməsinin müəyyən edilməməsi onun hesabına ödənilmiş 252494,44 manat pul vəsaitinin qeydsiz-şərtsiz təqdim edilmiş mal və xidmətə görə əldə edilmiş vəsait olaraq qiymətləndirilməsini istisna edir. Odur ki, iddiaçının hesabına daxil olmuş 252494,44 manat pul vəsaiti Vergi Məcəlləsinin 219.1-ci maddəsi anlamında vergitutma obyekti hesab olunmadığından həmin vəsaitə uyğun sadələşdirilmiş verginin hesablanması ilə bağlı cavabdehin qəbul etdiyi qərar mahiyyət etibarilə əsassız olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də birinci i nstansiyası məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşmış və birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi vergiyə cəlb edilən vəsaitin köçürüldüyü iddiaçıya aid bank kartının (hesabının) debet və ya kredit kartı (hesabı) olub-olmadığını müəyyən etməmişdir. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının şəxsin debet kart məlumatlarına çıxış imkanı yoxdur, belə ki, bu növdən olan kartlar şəxsin sahibkarlıq fəaliyyətinə bağlı deyildir. Bu baxımdan iddiaçının kartının debet kart olduğu müəyyən olunduğu təqdirdə, cavabdehin iddiaçı barədə müvafiq məlumatları hansı qaydada əldə etməsinə aydınlıq gətirilməlidir.

26. Bundan əlavə, iddiaçının bank əməliyyatlarını əks etdirən müvafiq sənədlər, həmin əməliyyatlar barədə məlumatlar da iş materiallarında yoxdur. Ona görə də bank (kart) hesabına daxil olan vəsaitin iddiaçının sahibkarlıq fəaliyyətindən əldə olunduğunu birmənalı şəkildə müəyyən etmək mümkün olmur. Odur ki, müvafiq bank məlumatları tələb edilməli və həmin məlumatlar əsasında iddiaçının sahibkarlıq fəaliyyətindən gəlirinin olubolmadığı müəyyən edilməlidir.

27. Həmçinin qeyd edilməlidir ki, cavabdeh iddiaçının bank (kart) hesabına daxil olan pul vəsaitini iddiaçının iş, xidmət təqdim etməsindən formalaşan gəlir kimi deyil, satışdankənar gəlir kimi qiymətləndirmiş və həmin vəsaiti sadələşdirilmiş vergiyə cəlb etmişdir. Halbuki, rüb üzrə daxil olmuş vəsaitin məbləği 252494,44 manat təşkil edir və sadələşdirilmiş vergi üzrə müəyyən edilmiş 200000 manatlıq həddi aşır. Bu m ənada cavabdeh iddiaçıya sadələşdirilmiş vergi hesablamaqda haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, sözügedən vəsaitin sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi sübut olunduğu təqdirdə, iddiaçı ƏDV uçotuna alınmalı və ona vəsaitin 200000 manatdan artıq hissəsi üçün ƏDV və gəlir vergisi hesablanmalı idi.

28. İddiaçının gəlirinin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunduğu (Vergi Məcəlləsinin 99.3-cü maddə) müəyyən edildiyi təqdirdə isə, iddiaçı Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14% dərəcə ilə vergiyə cəlb olunmalı idi.

29. Beləliklə, hazırkı mübahisəyə münasibətdə cavabdeh sözügedən vəsaiti satışdankənar gəlir kimi (iddiaçının qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir kimi) qiymətləndirmiş, onu ƏDV uçotuna almadan ona sadələşdirilmiş vergi hesablamışdır. 252494,44 manat məbləğində vəsait isə bir hesabat dövrü üzrə (2023-cü ilin yanvar, fevral ayları) əsassız olaraq sadələşdirilmiş vergiyə cəlb edilmişdir.

30. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə ” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

32. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkra r baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 21(107)-47/2025 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar