Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1373/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “şəhid ailəsi üçün təqaüdün təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2-1(103)-742/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X16 ilə xx.xx.1976-cı il tarixdə nikah bağlamışdır.
2. X8 xx.xx.1992-ci il tarixdə şəhid olmuşdur. 3. xx.xx.1997-ci ildən İddiaçı, xx.xx.1997-ci ildən X10 şəhid ailəsi üzvü vəsiqəsi verilmişdir.
4. İmişli Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1969-cu ildə doğulmuş və xx.xx.1992-ci ildə ölmüş X6 a tasının X16 olması faktı müəyyən edilmişdir. 5. xx.xx.2007-ci il tarixdən X10 220 manat dəyərində şəhid ailəsi kimi ömürlük müavinət təyin edilmişdir.
6. X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
7. İddiaçı cavabdehə müraciət edərək X10 təyin edilmiş təqaüdün ona təyin olunmasını xahiş etmişdir.
8. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-B300086/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına ça tanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır. Sözügedən Qaydaların 6-cı bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. X3 Prezident təqaüdü almaq hüququ olan ailə üzvü hesab edilmədiyindən ona həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə q arşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixindən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdunun təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür. X4 X19nın oğlu olmuşdur. X19 1972-ci ildə rəhmətə getmişdir. Həmin vaxt şəhid Əlövsət Tahirovun 3 yaşı var idi, özündən başqa Gülşən adlı bacısı var. Bacısının ölümündən sonra uşaqların atası Kamran Tahirov ilə ailə həyatı qurmuşdur. Onunla birlikdə uşaqları böyütmüşlər. Kəlbəcər rayonunda onlar uşaqların valideynləri olaraq qəbul ediliblər, 18 yaşlarına çatanadək uşaq pulu da alıblar. xx.xx.1992- ci ildə Şuşanın müdafiəsi zamanı Daşaltı əməliyyatında Əlövsət Tahirov şəhid oldu. ƏƏSMN tərəfindən ona 005421 saylı, xx.xx.1997-ci il tarixli şəhid ailə üzvü vəsiqəsi verilmişdir. Onlar ailə olaraq şəhid ailəsi üçün təsis edilmiş Prezident təqaüdü alırdılar. Sonradan yaranan zərurətlə əlaqədar olaraq İmişli rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Kamran Tahirovun şəhid Əlövsət Tahirovun atası olması faktı məhkəmə qaydasında təsdiq edilmişdir. Həmin məhkəmə qətnaməsində də onun Kamran Tahirovla birlikdə Əlövsət Tahirovu böyütdüyü faktı əks olunmuşdur. Həmin qətnamədə qeyd olunmuşdur ki, yerli icra hakimiyyət orqanları mərhum Əlövsət X2 oğlu olmasını təsdiq etdiyindən, ona və arvadı İddiaçı şəhid ailəsi üzvü vəsiqəsi verilmişdir. Həyat yoldaşı Kamran Tahirov xx.xx.2022-c i ildə vəfat etdi. Həmin vaxtdan sonra Şəhid ailəsi üçün Prezident təqaüdü dayandırıldı. Lakin, qeyd etdiyi kimi onun Şəhid ailə üzvü vəsiqəsi var və hal-hazırda da qüvvədədir. Əvvəllər DSMF-yə bu barədə müraciət etsə də, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə ona imtina verilmişdir. Cavabdeh inzibati orqan hesab edir ki, o, mərhum Əlövsət Tahirovun ailə üzvü hesab edilmədiyinə görə, Prezident təqaüdünün ödənilməsi imkan xaricindədir. Halbuki, İmişli rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsində qeyd olunduğu kimi, artıq 1992-ci ildən şəhid ailəsi üzvü vəsiqəsi var, hazırda da həmin vəsiqə etibarsız hesab edilməyib və bu vəsiqə onun mərhum Əlövsət Tahirovun ailə üzvü olduğunu təsdiq edir. Məhz yuxarıda göstərilənlərə əsasən, cavabdeh inzibati orqanın imtina sı qanunsuz və əsassızdır.
11. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, İş materiallarında olan İmişli rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli 2-55 nömrəli qətnaməsinə əsasən xx.xx.1969-cu il tarixdə anadan olmuş və xx.xx.1992-ci il tarixdə vəfat etmiş X6 atasının X16 olması faktı müəyyən edilmiş, xx.xx.2007-ci il tarixdən atası K.Tahirova şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçı müraciəti mərhum bacısı X14 ilə X9 övladı X6 şəhid olması ilə əlaqədar təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün Ə.Tahirovun vəfatından sonra ona təyin olunması ilə bağlı olmuşdur. Belə ki, Nazirliyin “Sosial ödənişlər” altsisteminin məlumat bazasına əsasən şəhid Ə.Tahirovun ailə üzvü olaraq atası K.Tahirova 01 yanvar 2007-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Təqaüdün ödənişi 12 oktyabr 2022-ci il tarixdən mərhum Ə.Tahirovun vəfat etməsi səbəbindən dayandırılmışdır. Ailə Məcəlləsinin 117.3-cü maddəsinə əsasən ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Həmin Məcəllənin 118.1.3cü maddəsinə əsasən övladlığa götürmə məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilir. Həmin Məcəllənin 127-ci maddəsinə əsasən məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğum haqqında akt qeydlərinə yazılmasını qət edə bilər. Belə ki, İddiaçı tərəfindən K.Tahirovun məhkəmə qərarı ilə övladlığa götürülərək doğum haqqında şəhadətnamədə müvafiq dəyişikliklərə əsasən valideyn qis mində tanınması ilə bağlı Fonda məlumat təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən şəhidin şəhid ailəsi üzvü hesab olunan valideynlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən, İddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada şəhidin valideyni olması barədə əsas olmadığına görə ona “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2-1(112)-6727/2024 nömrəli qərarı ilə (hakim: A.Aygün) iddia təmin edilmiş, xx.xx.1952-ci i l təvəllüdlü İddiaçı müraciət etdiyi xx.xx.2023-cü il tarixindən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1997-ci ildən şəhid ailəsi üzvü kimi qəbul olunmuş, ona bu barədə səlahiyyətli qurum tərəfindən şəhid ailəsi üzvü statusunu təsdiq edən vəsiqə verilmiş, həmin şəhid ailəsi üzvü olması barədə inzibati akt ləğv edilməmiş, geri çağırılmamış, etibarsız hesab edilməmişdir. Belə olan halda iddiaçının şəhid ailəsi üzvü statusu da qüvvədə hesab olunmaqla ona müvafiq təminatları da tələb etmə imkanına malikdir. İş materiallarından müəyyən olunur ki, X1 Kamran Əziz oğlu ilə nikaha daxil olmuş, X5 xx.xx.1997-ci ildə Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvlüyünü təsdiq edən vəsiqə verilmişdir. İddiaçı barəsində qüvvədə olan əlverişli inzibati akt var, iddiaçının şəhid ailəsi üzvü vəsiqəsi ləğv edilməmişdir və bu hal həm də keçən müddət ərzində həmin vəsiqə əsasında iddiaçının şəhid ailəsi üzvü kimi tanınmasını, bu statusdan irəli gələn cavabdehin öz təşəbbüsü ilə təqdim etdiyi güzəşt və imtiyazlardan yararlanmağa qanuni etimad hüququnun olduğunu istisna etməmişdir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2-1(103)-742/2025 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2, 2.1, 4.1, 4.2-ci bəndlərinə, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanın 1, 2, 3, 4-cü bəndlərinə və “İnzibati icraat haqqında” Qanunun 11.1, 11.2, 12.1, 12.2, 13.1, 64.1, 64.2-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edi lməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının şəhidin doğma valideyni (və ya övladlığa götürəni olmadığı) deyil. İddiaçı tərəfindən K.Tahirovun məhkəmə qərarı ilə övladlığa götürülərək doğum haqqında şəhadətnamədə müvafiq dəyişikliklərə əsasən valideyn qismində tanınması ilə bağlı Fonda məlumat təqdim edilməmişdir. İddiaçıya şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması üçün onun şəhidin valideyni olması zəruri olsa da, bu faktı təsdiq edən sübut mövcud olmamış, məhkəmə isə maddi qanunvericiliyin tələblərini pozmaqla iddia tələbini təmin etmişdir.
19. Kassator hesab edir ki, apellyasiya məhkəməs i tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2, 6-cı bəndləri və Ailə Məcəlləsinin 117.3, 118.1.3, 127-ci maddələri düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati icraat haqqında” Qanun: Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşıs ında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 22. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli 697 nömrəli Qanunu Maddə
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
23. Azərbaycan Respublikasi Nazirlər Kab inetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları” 1 Bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. 2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları na; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə....
24. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarın ın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məh kəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin mater iallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün təyin edilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü qeyd olunan ailə üzvlərinin ər, arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar (uşaq evlərində tərbiyə olunanlar), qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələrin almaq hüququ vardır.
32. Cavabdehin imtinasının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı şəhidin doğma valideyni deyil.
33. Bununla bağ lı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda xx.xx.1997-ci il tarixdə səlahiyyətli qurum tərəfindən verilmiş və bu günədək qüvvədə olan “şəhid ailəsi üzvü vəsiqəsi” mövcuddur. Həmin vəsiqənin ləğv edilməsi, geri çağırılması və ya etibarsız hesab edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən bu vəsiqəyə əsasən iddiaçı uzun illər şəhid ailəsi statusunda tanınmış və hüquqlarından istifadə etmişdir.
34. Bundan əlavə işdə olan iddiaçıya aid pensiya işindən görünür ki, iddiaçıya yaşa görə və ailə başçısını itirməyə görə pensiya ödənişi aparıldığı zaman ona müxtəlif dövrlərdə şəhid ailəsi üzvü olmasından irəli gələn güzəştlər tətbiq edilmişdir. Eyni zamanda, mərhum X10 aid təqaüd işində X5 aid xx.xx.1997-ci il tarixli şəhid ailəsi üzvü vəsiqəsi aşkar olunmuş, eyni zamanda müəyyən olunur ki, təqaüdün mərhumun sağlığında tərəflərin razılaşması ilə prezident təqaüdü yalnız bir ailə üzvünə-X10 ödənilmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı barəsində qüvvədə olan əlverişli inzibati akt mövcuddur, iddiaçının şəhid ailəsi üzvü vəsiqəsi ləğv edilməmişdir və bu hal həm də keçən müddət ərzində həmin vəsiqə əsasında iddiaçının şəhid ailəsi üzvü kimi tanınmasını, bu statusdan irəli gələn cavabdehin öz təşəbbüsü ilə təqdim etdiyi güzəşt və imtiyazlardan yararlanmağa qanuni etimad hüququnun olduğunu istisna etməmişdir.
36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırkı qərarın 21-24a bəndlərin də qeyd olunan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğ unu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
38. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 21(103)-742/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.