Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1384/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" fərdi firmasının cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə (üçüncü şəxslər: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi, "xxxx" MMC və "xxxx" MMC) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müvafiq səlahiyyət olmadan qəbul edilmiş sərəncam, sərəncamın etibarsız hesab edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" fərdi firmasının cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə (üçüncü şəxslər: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi, "xxxx" MMC və "xxxx" MMC) qarşı “sərəncamın ona aid edilən hissədə etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(103)-142/2025 nömrəli qərarından cavabdeh və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayətlər üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiаçı X2 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə Bakı şəhəri, Niza mi rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.18 ha torpaq sahəsinin verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısının 21 oktyabr 2016-ci il tarixli 426 nömrəli sərəncamı və həmin sərəncamdan irəli gələn Bakı şəhər icra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli 666 saylı və xx.xx.2019-cu il tarixli 249 nömrəli sərəncamların ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra iddiaçı məhkəməyə iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli 426 saylı, xx.xx.2017-ci il tarixli 666 saylı, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamların X1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə a id olan hissədə etibarsız hesab edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, 01 fevral 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraatın iddiaçı "xxxx" MMC-nin cavabdeh X6, X3, X1, “X7” MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair Nizami rayon məhkəməsinin 2(007)-3408/2021 nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-23 6/2022 nömrəli, 1 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(102)-1750/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1949/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərardadının ləğv edilməsi, üçüncü şəxs "xxxx" MMC-nin iş üzrə icraatın dayandırılması barədə vəsatətinin rədd edilməsi, iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hаcıbəyоvа) xx.xx.2024-cü il tarixli, 21(112)-34/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli 426 nömrəli, xx.xx.2017-ci il tarixli 666 nömrəli, xx.xx.2019cu il tarixli, 249 nömrəli sərəncamlarının X1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilmişdir.
9. Qərardan narazı qalan cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti və üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2545/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə iddiaçı X2 əsl iddiaçı "xxxx" Fərdi Firması ilə əvəz olunmuşdur.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə (sədrlik edən), G.M.Abbasova və C.A.Yusifov) 15 yanvar 2025-ci il tarixli, 2-1(103)-142/2025 nömrəli qərarı ilə cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərar ı ləğv edilərək iddiaçı "xxxx" Fərdi Firmasının iddiası təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli 426 nömrəli, xx.xx.2017-ci il tarixli 666 nömrəli, xx.xx.2019cu il tarixli, 249 nömrəli sərəncamları "xxxx" fərdi firmasına məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilmişdir.
12. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, iş materialları ilə "xxxx" fərdi firmasının Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması təsdiq olunur. Həmin torpaq sahəsi üzrə mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı isə 2014-cü ildə olmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli 426 nömrəli, xx.xx.2017-ci il tarixli 666 nömrəli, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamları qəbul edilən zaman torpaq sahəsinin 0.16 ha hissəsi xüsusi mülkiyyətdə olmuş, torpaq sahəsinə dair qeydlər (çıxarışlar) həmin dövrdə mübahisələndirilməmişdir. Bu hallar isə inzibati orqanın sözügedən torpağa dair sərəncam vermək səlahiyyətində olmadığını təsdiq edir.
13. Üçüncü şəxs "xxxx" MMC həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. Bundan başqa, cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti də qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia təl əbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
16. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata0 keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla b axılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıd ır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq e dilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
17. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
18. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1538/2022 nömrəli; xx.xx.2023-cü il tarixli, 2- 1(102)-2016/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-1414/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)1261/2023 nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, mübahisələndirilən daşınmaz əmlak cavabdehin balansında olmadığından, o iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək səlahiyyətinə malik olmamışdır. Cavabdeh, xüsus i mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan, həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.
19. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxar ılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh və üçüncü şəxs üçün əlçatan və bəlli olmuşdur.
20. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.
21. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 21(103)-142/2025 nömrəli qərarından cavabdeh və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətləri mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.