Məhkəmə qərarları › İş №2-1(102)-1391/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1391/2022

14.07.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1391/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Quba Bələdiyyəsi ərazisində yerli rəy sorğusunun keçirilməsi ilə əlaqədar təşəbbüs qrupunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: təşəbbüs qrupunun seçki komissiyasında qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Quba Bələdiyyəsi ərazisində yerli rəy sorğusunun keçirilməsi ilə əlaqədar təşəbbüs qrupunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X1rşı “Quba Bələdiyyəsinin inzibati ərazi dairəsi üzrə “Təşəbbüs Qrupu”nun 52 saylı X4 Komissiyasında qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X2 üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(105)-336/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Quba Bələdiyyəsinin inzibati ərazisində (Quba şəhəri və Əski-İqrik kəndi) yerli rəy sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək məqsədi ilə 18 sentyabr 2021ci il tarixli iclasın qərarı ilə “Təşəbbüs Qrupu” yaradılmışdır.

2. İddiaçı cavabdehə müraciət edərək 18 senty abr 2021-ci il tarixli iclasın qərarı ilə yaradılan “Təşəbbüs Qrupu”nun 2 saylı X4 Komissiyasında qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 1 noyabr 2021-ci il tarixli, 26 nömrəli məktubla müraciəti təmin etməyərək bildirmişdir ki, fəaliyyətdə olan hər hansı bələdiyyənin tərkibinə etimadla bağlı yerli rəy sorğusunun keçirilməsi təşəbbüsü “Yerli rəy sorğusu” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki birinci icraat

3. İddiaçı cavabdehə qarşı Quba Bələdiyyəsinin inzibat i ərazi dairəsi üzrə təşəbbüs qrupunun 52 saylı X4 komissiyasında qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X2 üzərinə vəzifə olaraq qoyulmasına dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması:

4. İddia onunla əsaslandırılmışdır ki, yerli rəy sorğusunun keçirilməsi məqsədi ilə təşəbbüs qrupunun yaradılmasına səbəb 2019-cu il dekabr ayında keçirilən seçkilərdən sonra yaranan Quba Bələdiyyəsinin öz işini “Bələdiyyələrin statusu haqqında” Qanunun tələblərinə zidd həyata keçirməsi olmuşdur. Belə ki, həmin Qanunun tələbinə əsasən bələdiyyə fəaliyyətini, daimi komissiyalar və məhəllə komitələri vasitəsilə ilə qurmalı olduğu halda, bələdiyyə sədri Humayə Məmmədova kollegial orqan olan bələdiyyəni n bütün səlahiyyətlərini öz əlində cəmləşdirərək daimi komissiyalarının və məhəllə komitələrinin iştirakları olmadan bələdiyyənin bütün hüquq və vəzifələrini təkbaşına həyata keçirməsi, özbaşınalıqla və qanunsuz əməllərlə məşğul olması, bələdiyyənin fəaliyyətində şəffaflıq və hesabatlılıq amillərinə ciddi əməl edilməməsi olmuşdur.

5. Quba şəhər sakinləri tərəfindən Quba Bələdiyyəsinin fəaliyyətində mövcud olan ciddi nöqsanlar və qanun pozuntuları barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz regional şöbəsinə rəsmi müraciətlər göndərilmişdir. Aparılan araşdırmalar zamanı Quba Bələdiyyəsinin fəaliyyətində aşkarlanan ciddi qanun pozuntuları ilə əlaqədar müvafiq inzibatı icraat işinin başlanması barədə qərar qəbul etməli olduğu halda, həmin faktlar ört-basdır edilmişdir.

6. Quba Bələdiyyəsində vətəndaşların fərdi mənzil tikintisi üçün torpaq ayrılması ilə əlaqədar yaradılan torpaq növbəsi siyahısında 20-25 ildir ki, növbədə duran yüzlərlə vətəndaşların hüquqları kobudcasına pozulur. Belə ki, heç vaxt torpaq növbəsində qeydiyyatı olmadan və yaxud son 1-2 ildə növbəyə alınmış şəhər sakinlərinə qanunsuz olaraq torpaq sahəsi ayrılır. Bu da şəhər sakinlərinin haqlı narazılığına səbəb olur.

7. Bundan başqa, iclas protokolları qeydiyyat kitablarında qeydə alınmır. Bələdiyyə iclaslarında boş protokol blanklar təqdim edilir və üzvlər boş blanklara imza edirlər. Protokollarda üzvlərin mövqeyi qeydə alınmır. 2019-cu il seçkilərindən sonra yaranmış Quba Bələdiyyəsinin hazırkı tərkibi, bələdiyyələr yaranana qədər vətəndaşların qanuni istifadələrinə və mülkiyyətlərinə veri lmiş və 25-30 il əvvəl üzərində fərdi yaşayış evləri tikilmiş torpaq sahələri qanunsuz olaraq geri tələb edərək həmin torpaq sahələrinə bələdiyyənin mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq hərracda satışını təmin edir. Həmin faktlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq müsabiqələrinin və hərraclarının 2021-ci il ərzində keçirilmiş hərracların video görüntüləri və rəsmi sənədləri ilə təsdiq edilir. Quba Bələdiyyəsi ərazisində yerli rəy sorğusunun keçirilməsi ilə əlaqədar təşəbbüs qrupu hesab edir ki, Quba Bələdiyyəsinin fəaliyyəti ilə bağlı yerli rəy sorğusu keçirilməlidir.. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)2 264/2021 nömrəli qərardadı ilə (hakim İ.Quliyev) iddia tələbi mümkün sayılmamışdır.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2021ci il tarixli, 2-1(105)-767/2021 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, R.Ağayev, İ.Dəmirov) Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)-2264/2021 nömrəli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. c. birinci instansiya məhkəməsindəki ikinci icraat

11. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)907/2022 nömrəli qər arı ilə (hakim İ.Quliyev) iddia rədd edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, yerli rəy sorğusunu təyin etmək hüququ bələdiyyələrə məxsusdur. Fəaliyyətdə olan hər-hansı bələdiyyənin tərkibinə etimadla bağlı yerli rəy sorğusunun keçirilməsi təşəbbüsü qanunvericiliklə nəzərdə tutulmamışdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(105)-336/2022 nömrəli qərarı ilə (hakimlər: F.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva, Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişd irilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4, 10-cu maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş Təşəbbüs qrupunun yaradılmasına dair 16 nəfərdən ibarət “Təşəbbüs qrupu”nun 18 sentyabr 2021-c i il tarixli iclas protokolundan göründüyü kimi həmin məsələdə “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin tərkibi yoxdur. “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü və 10-cu maddələrinə əsasən həmin maddələr, yerli rəy sorğusu bələdiyyələr tərəfindən həyata keçirildiyi hallara şamil olunur. Apellyasiya instansiyası məhkəməsi “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12, 13 və 17-ci maddələrini düzgün təfsir etməmişdir. Belə ki, həmin normaların mənasından göründüyü kimi, təşəbbüs qrupu tərəfindən yerli rəy sorğusunun keçirilməsi üçün bələdiyyənin hər hansı hüquq və vəzifələri nəzərə alınmır. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 2-ci maddəsinin tələblərini poza raq Konstitusiya Qanununa zidd qərar qəbul etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Yerli rəy sorğusuna çıxarılan məsələlər Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər. Maddə

3. Yerli rəy sorğusuna çıxarılması qadağan olunan məsələlər Yerli rəy sorğusuna Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilməmiş məsələlər, bələdiyyənin rayon və şəhər inzibati ərazi tərkibindən çıxmaq, muxtariyyət elan etmək, bələdiyyələrin dövlət tərəfindən müəyyə n edilmiş sərhədlərini dəyişdirmək, insan və vətəndaş hüquqlarını və azadlıqlarını məhdudlaşdırmaq, tarixi, mədəni abidələrə və qoruqlara ziyan vurmaq məqsədi güdən məsələlər çıxarıla bilməz. Maddə

4. Yerli rəy sorğusunun nəticələrinin hüquqi qüvvəsi Yerli rəy sorğusunun nəticələrinin hüquqi qüvvəyə minməsi üçün bələdiyyə müvafiq qərar qəbul etməlidir. Həmin qərarın əsasını yerli rəy sorğusunun nəticələri təşkil edir. Bələdiyyənin qərarı bələdiyyə ərazisində məcburi hüquqi qüvvəyə malikdir. Maddə

10. Yerli rəy sorğusunu təyin etmək hüququ Yerli rəy sorğusunu təyin etmək hüququ bələdiyyələrə məxsusdur. Yerli rəy sorğusunun təyin edilməsi haqqında qərarda yerli rəy sorğusunun keçirilməsi tarixi göstərilir, yerli rəy sorğusuna çıxarılan məsələnin ifadəsi verilir, maliyyələşdirmə qaydası müəyy ən olunur və digər məsələlər həll edilir. Qəbul edilmiş qərar üç gün ərzində yerli kütləvi informasiya vasitələrində elan olunur və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Yerli rəy sorğusunun təyin edilməməsi haqqında qərardan müvafiq məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yerli rəy sorğusunun təyin edilməsi haqqında qərardan müvafiq məhkəməyə şikayət edə bilər. Şikayətlərə 3 gün müddətində baxılır və müvafiq məhkəmə tərəfindən qəti qərar çıxarılır. Maddə

11. Yerli rəy sorğusunu keçirmək təşəbbüsü Yerli rəy sorğusu bələdiyyə orqanının və ya bələdiyyə ərazisində yaşayan vətəndaşların təşəbbüsü ilə keçirilir. Bələdiyyə ərazisində yaşayan vətəndaşlar yerli rəy sorğusunu keçirmək təşəbbüsü ilə o halda çıxış edə bilərlər ki, yerli rəy sorğusuna çıxarılan məsələnin lehinə müvafiq ərazidə yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 10 faizinin imzası toplansın. Maddə

12. Yerli rəy sorğusu üzrə təşəbbüs qruplarının yaradılması Yerli rəy sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək üçün bələdiyyə ərazisində yaşayan və yerli rəy sorğusunda iştirak etmək hüququ olan azı 15 vətəndaşdan ibarət təşəbbüs qrupu yaradılır. Təşəbbüs qrupu yaratmaq istəyən vətəndaşlar yığıncaq keçirirlər və aşağıdakı məsələlərə baxırlar: 1) Təşəbbüs qrupunun yaradılması; 2) Yerli rəy sorğusuna məsələnin irəli sürülməsi; 3) Səlahiyyətli nümayəndənin təyin edilməsi; 4) Təşəbbüs qrupunun qeydiyyata alınmaq barədə ərazi rəy sorğu komissiyasına müraciət edilməsi. Həmin məsələlər yığıncaqda müzakirə edilir və müvafiq qərar qəbul edilir. Yığ ıncağın gedişi barədə protokol tərtib olunur və protokol təşəbbüs qrupunun üzvləri tərəfindən şəxsiyyət vəsiqəsinin (pasportun) nömrəsi və seriyası, daimi yaşayış yeri göstərilməklə imzalanır. Təşəbbüs qrupu yerli rəy sorğusuna çıxarılan məsələni dürüst ifadə etməlidir ki, ona birmənalı cavab verilməsi mümkün olsun. Maddə

13. Yerli rəy sorğusu üzrə təşəbbüs qruplarının qeydə alınması Təşəbbüs qrupu yığıncaq keçirdikdən sonra ərazi rəy sorğusu komissiyasına yazılı formada müraciət edir. Müraciətə təşəbbüs qrupunun yaradılması üçün keçirilən yığıncağın protokolu əlavə olunur. Ərazi rəy sorğusu komissiyası yuxarıda göstərilən sənədlər təqdim edildiyi gündən başlayaraq 5 gün müddətində onların bu Qanunun 2-ci, 3-cü və 12-ci maddələrinə uyğunluğunu yoxlayır və müvafiq qərar qəbul edir. Təşəbbüs qrupu qeydə alındıqda səlahiyyətli nümayəndəyə təşəbbüs qrupunun qeydə alınması barədə şəhadətnamə və bu Qanunun əlavəsində göstərilmiş formada müvafiq sayda təsdiq edilmiş imza vərəqələri verilir. Təşəbbüs qrupu qeydə alınmaqdan imtina edilməsindən müvafiq məhkəməyə şikayət edə bilər. Həmin şikayətə 3 gün müddətində baxılır və müvafiq məhkəmə tərəfindən qəti qərar çıxarılır. Maddə

17. Yerli rəy sorğusunun keçirilməsi üzrə komissiyalar Yerli rəy sorğusunu aşağıdakı komissiyalar hazırlayırlar və keçirirlər: ərazi rəy sorğusu komissiyası; məntəqə rəy sorğusu komissiyaları. Ərazi rəy sorğusu komissiyasının səlahiyyətlərini qanunvericiliyə müvafiq yaradılan ərazi seçki komissiyası həyata keçirir 20. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

26. Yerli rəy sor ğusu

1. Yerli əhəmiyyətli məsələlərə dair yerli rəy sorğusu təyin edilə bilər.

2. Yerli rəy sorğusunun keçirilməsi haqqında qərarı bələdiyyə nizamnaməsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya əhalinin tələbi əsasında qəbul edir.

3. Bələdiyyə ərazisində yaşayan və seçki hüququ olan bütün vətəndaşların yerli rəy sorğusunda iştirak etmək hüququ vardır. Yerli rəy sorğusunda vətəndaşlar bilavasitə və könüllülük əsasında iştirak edirlər.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSA SİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

27. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, hazırkı qərarın 19-cü bəndinə əsasən bələdiyyə ərazisində yerli rəy sorğusu təyin etmək hüququ bələdiyyələrə məxsusdur. Bələdiyyələr isə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilmiş məsələlər barədə yerli rəy sorğu təyin edə bilər. Bələdiyyənin səlahiyyətinə aid olmayan məsələlər yerli rəy sorğusuna çıxarıla bilməz. Təşəbbüs qrupu bələdiyyənin səlahiyyətinə aid olan yerli əhəmiyyətli hər hansı məsələ barədə yerli rəy sorğusu keçirilməsi üçün bələdiyyəyə müraciət edə bilər.

28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqay ıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(105)-336/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar