Məhkəmə qərarları › İş №2-1(102)-1392/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1392/2025

28.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1392/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Zaqatala rayonu Car Bələdiyyəsinə (üçüncü şəxs X1) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayəti üzrə müddətin buraxılması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Zaqatala rayonu Car Bələdiyyəsinə (üçüncü şəxs X1) qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-188/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Zaqatala rayonu Car Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Car Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli və xx.xx.2005-ci il tarixli 09 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-1610/2023 nömrəli qərardadı ilə X1 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi cəlb edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin (hakim F.H.Hacızadə) xx.xx.2023-cü il tarixli, e-2-1(116)1610/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamı şdır.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov (sədrlik edən), R.R.Rəfiyev və V.İ.Məlikov) xx.xx.2025-ci il tarixli, 2-1(107)-188/2025 nömrəli qərardadı ilə İddiaçı Şəki İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, e-2-1(116)1610/2023 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmayaraq şikayətin icraata qəbulundan imtina edilmişdir.

6. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2023cü il tarixli 2-1(116)-1610/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə yerləşdirildikdən sonra bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada ona çatdırılmış və bu halda məhkəmə qərarı 25 avqust 2023-cü il tarixdə rəsmi qaydada təqdim olunmu ş hesab edilməlidir. İddiaçı, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli e-2-1(116)1610/2023 nömrəli qərardadını xx.xx.2023-cü il tarixdə aldıqdan sonra xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 1 il 3 ay 23 gün ötürmüşdür.

7. Bundan başqa, hazırkı iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edilməsi üçün də zərurət yoxdur. Ona görə ki, qanunvericilik ötürülmüş prosessual müddətin bərpası institutu üzrə 1 illik müddət nəzərdə tutmuşdur. Həmin müddətin bir ildən artıq keçdikdən sonra qeyd edilən ərizə ilə iddiaçının (hazırki işə münasibətdə) müraciət etməsi üçün təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də h üquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar olmalıdır, lakin qeyd edilən halların mövcudluğu barədə iddiaçı tərəfindən hazırda hər hansı sübut iş materiallarına əlavə edilməməklə bərabər iddiaçı tərəfindən həmin hallar ümumiyyətlə mübahisələndirilməmiş, iddiaçı tərəfindən mübahisələndirilən tək argument həmin qərarın qəbul edildiyi vaxtda ölkə ərazisində olmaması olmuşdur ki, iddiaçının bu dəlili də buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilərək müddətin bərpası üçün əsas ola bilməz. Həmçinin mübahisələndirilən qərardadın elektron kabinetə yerləşdirilərək iddiaçıya təqdim edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçının ərizəsindən görünür ki, o, elektron məhkəmə informasiya sist emində elektron kabinetinin olduğunu bildirir. Məhkəmə kollegiyasının iclasında da elektron kabinetindən istifadə etdiyini, qərardadı da oradan əldə etdiyini bildirmişdir.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır. 10.Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfi ndən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, h azırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının təqdim edildiyi gündən başlanır. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, məhkəmə qərarının proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qərarı proses iştirakçılarının həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir, onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır və bu halda məhkəmə qərarı rəsmi qaydada verilmiş hesab edilir. Nəzərə alınmalıdır ki, hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx. 2024-cü il tarixli, 2-1(102)-160/2024 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1588/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-425/2024 nömrəli qərarları, eləcə də xx.xx.2025-ci il tarixli, 2-1(102)-1386/2025 qərardadı).

14. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hall arının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)188/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar