Məhkəmə qərarları › İş №2-1(102)-1393/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1393/2025

05.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1393/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər Yevlax bələdiyyəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi; hüquqmüəyyəedici sənədin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər Yevlax bələdiyyəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə) qarşı “Yevlax şəhərinin Heydər Əliyev prospektində yerləşən 83,7 kv.m. sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 2-1(107)-31/2025 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HAL LARİ

1. Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 97 nömrəli qərarı ilə 83,7 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. 2. 08.08.2008-cı il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı tərəfindən Yevlax bələdiyyəsinin hesabına 420 AZN ödəniş edilmişdir.

3. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 97 nömrəli qərarı ilə İddiaçı 83,7 kv.m torpaq sahəsi ayrılmış, bu məqsədlə bələdiyyənin hesabına 420 manat pul vəsaiti ödənilmişdir.

4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin rəyindən görünür ki, şöbə sözügedən torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı Yevlax bələdiyyəsinin 29 avqust 2008-ci il tarixli, 97 nömrəli qərarı ilə satılmış 83,7 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), həmçinin torpaq sahəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahəsinə dair məlumatların verilməsi mümkün olmamışdır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar (ümumi istifadədə olan yaşayış binalarına aid torpaq sahəsi), mülkiyyətçisi dövlətdir.

6. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana mürac iət etmişdir.

7. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, təqdim olunan sənədlər (surətlər) ekspertiza edilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına dair Yevlax bələdiyyəsinin 29 avqust 2008-ci il tarixli, 97 nömrəli qərarı əsasında bələdiyyə ilə iddiaçı arasında bağlanmış “torpaq sahəsinin alqı-satqısına dair” akt 877 qeydiyyat nömrəsi ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində xx.xx.2008-ci il tarixində qeydə alınmışdır, bu da “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466İİİGD nömrəli Qanununun, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Yevlax şəhərinin Heydər Əliyev prospektində yerləşən 83,7 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax bələdiyyəsinin 29 avqust 2008ci il tarixli, 97 nömrəli qərarı ilə iddiaçıya Yevl ax bələdiyyəsinin torpaqlarına aid olan, şəhərin Heydər Əliyev prospektində boş və istifadəsiz qalan ərazidən 83,7 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə ayrılmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, möhürlənmiş və akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində xx.xx.2008-ci il tarixdə 877 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda, o, alqı-satqının dəyəri olaraq 420 (dörd yüz iyirmi) manat pul vəsaitini 08 avqust 2008-ci il tarixdə Yevlax bələdiyyəsinin hesabına ödəmişdir. Qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata alıb, müvafiq çıxarış və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla ona imtina cavabı vermişdir.

10. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillər i iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

11. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü tarixli məktubla bildirilmişdir ki, elektron məlumat bazasında mövcud olan Yevlax bələdiyyəsinin xəritə materiallarına (DWJ - torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və X2 X3 əsasən, iddia olunan torpaq sahəsi iddiaçıya ayrılan zaman və hazırda dövlət mülkiyyətinə aid ümumi istifadədə olan çoxmərtəbəli yaşayış binalarının torpaq sahəsidir.

12. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 18 aprel 2023-cü il tarixli, 21(116)-1792/2023 nömrəli qərardadı ilə Yevlax bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

13. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə ) 04 iyun 2024-cü il tarixli, 21(116)-188/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Yevlax bələdiyyəsinin 29 avqust 2008-ci il tarixli, 97 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 83,7 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), həmçinin torpaq sahəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, torpaq sahəsinə dair məlumatların verilməsi mümkün olmamışdır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar (ümumi istifadədə olan yaşayış binalarına aid torpaq sahəs i), mülkiyyətçisi - dövlət mülkiyyəti kimi qeyd edilmişdir. Əlavə dəqiqləşdirmə zamanı müəyyən edilmişdir ki, “X2 Uçotu informasiya Sistemimə əsasən, iddia olunan torpaq sahəsi, iddiaçıya ayrılan zaman və hazırda dövlət mülkiyyətinə aid ümumi istifadədə olan çoxmərtəbəli yaşayış binalarının torpaq sahəsidir. İş materiallarına əlavə olunan sxemdən də göründüyü kimi, iddia olunan torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının daxilində yerləşən ümumi istifadədə olan torpaq sahəsidir. Göründüyü kimi, iddia olunan torpaq sahəsi ayrıldığı zaman da, hazırda da Yevlax bələdiyyəsinin mülkiyyətində olmamışdır. Yəni, bələdiyyə buna səlahiyyəti olmadığı halda, dövlət mülkiyyətində olan torpaq sahəsini iddiaçıya ayırmışdır.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi ni və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, T.H.Həsənov və R.R.Rəfiyev) 22 avqust 2024-cü il tarixli, 2- 1(107)-494/2024 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, T.H.Həsənov və R.R.Rəfiyev) 09 yanvar 2025-ci il tarixli, 21(107)-31/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 4 iyun 2024-cü il tarixli, 2-1(116)-188/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üz rə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax bələdiyyəsinin 29 avqust 2008-ci il tarixli 97 nömrəli qərarı ilə İddiaçı satılmış 83,7 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin rəyindən görünür ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi 83,7 kv.m olmaqla, Yevlax bələdiyyəsinin mülkiyətinə aiddir və alqı-satqı predmetidir, sat ılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla, sahibkarlıq məqsədilə satılması qanuna müvafiq hesab edilmişdir. Yevlax bələdiyyəsinin 29 avqust 2008-ci il tarixli 97 nömrəli qərarından görünür ki, iddiaçının sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması barədə ərizəsi nəzərə alınaraq, Yevlax bələdiyyəsinin torpaqlarına aid olan, şəhərin H.Əliyev prospektində boş və istifadəsiz qalan ərazidən 83,7 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün fiziki şəxs kimi onun xüsusi mülkiyyətinə verilməsi və buna dair alqı-satqı aktının tərtib olunması qərara alınmışdır. Həmçinin iş materiallarında olan yerquruluşu planına dair sənəddən müəyyən edilir ki, 29 avqust 2008-ci il tarixdə Yevlax bələdiyyəsinin sədri tərəfindən iddiaçının istifadəsinə verilən torpaq sa həsinin yerquruluşu planı təsdiqlənmişdir. Göründüyü kimi, iddiaçıya 83,7 kv. m torpaq sahəsi Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 97 nömrəli qərarına əsasən satılmışdır. Həmin dövrdə dövlət mülkiyyətində olan torpaqlardan düzgün istifadə və torpaqların qorunmasına dövlət nəzarətini həyata keçirən orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi rəy verərək, sözügedən torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğunu və alqı-satqı predmeti olduğunu bildirmişdir. Hazırkı iş üzrə cavabdeh orqan verdiyi mütəxəssis rəyində isə torpaq sahəsinin dövlət mülkiyyətinə aid ümumi istifadədə olan çoxmərtəbəli yaşayış binalarının torpaq sahəsi olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası həmin mütəxəssis rəyini mötəbər hesab etməmişdir. Habelə, iş materiallarında ol an torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, iddiaçı tərəfindən Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 97 nömrəli qərarı əsasında ona 83,7 kv.m torpaq sahəsi satılması müqabilində bələdiyyənin bank hesabına 420 manat pul vəsaiti ödənilmişdir. İddiaçı tərəfindən bələdiyyənin bank hesabına 420 manat məbləğin ödənilməsi işdə olan Azərbaycan Beynəlxalq Bankın 46 nömrəli qəbzi ilə də öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçı tərəfindən onun üzərinə düşən vəzifələr yerinə yetirilmiş, yəni torpaq sahəsinin ayrılmasına dair ərizə ilə bələdiyyəyə müraciət edilmiş və torpaq sahəsinin dəyəri ödənilmişdir. Həmçinin, iddiaçının ərizəsi əsasında inzibati orqan tərəfindən qərar qəbul edilmiş, alqı-satqı aktı tərtib edilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayo n şöbəsi tərəfindən rəy verilmişdir. İddiaçının müraciətinin təmin olunmasından imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi də İnzibati Prosessual Məcəllənin 12-ci və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

19. Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti ayrı-ayrılıqda həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) cavabdehin kassasiya şikayəti

20. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının naturada göstərdi yi və istifadə etdiyi 83,7 kv.m torpaq sahəsi X2 X1 xəritəsinə əsasən dövlət mülkiyyətində olan ümumi istifadədə olan çoxmərtəbəli yaşayış binalarının torpaq sahəsi olmuşdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən isə ümumi istifadədə olan torpaq sahəsi satıla bilməz. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan ona dair sərəncam vermək səlahiyyəti hazırkı halda Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Apellyasiya instansiyası məhkəməsi qanunvericilikdə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında bələdiyyə torpaqlarının satılması mexanizmini müəyyən edən hüquqi mövqeyi nəzərə almamış, Yevlax bələdiyyəsi tərəfindən həmin sahənin bələdiyyə mülkiyyətinə ayrılması və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmadığı halda, qanunsuz qərar qəbul edərək, mübahisəli torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Məhkəmə sorğularına cavab olaraq Milli Arxiv İdarəsi və Yevlax bələdiyyəsi tərəfindən verilmiş cavab məktublarına əsasən, qeyd olunan qurumların arxivində iddiaçının əsaslandığı Yevlax bələdiyyəsinin 29 avqust 2008-ci il tarixli, 97 nömrəli qərarı aşkar edilməmiş və Yevlax bələdiyyəsi tərəfindən qeyd olunan qərarın qəbul edilməsi təsdiqlənməmişdir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti

21. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayətində cavabdehin kassasiya şikayətinin dəlillərini təkrarlamışdır. c) kassasiya şikayətlərinə qarşı etiraz:

22. İddiaçı kassasiya şikayətlərinə etiraz təqdim edərək, kassasiya şikayətlərinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daş ınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdi m olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiq lənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hak imiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsini n vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən – apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. Hazırkı iş üzrə iddiaçının tələbi və hüquqi marağı Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 97 nömrəli qərarı əsasında ona ayrılmış 83,7 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu barədə, müvafiq çıxarış verilməsidir. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən müvafiq olaraq daşınmaz əmlakın özg əninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

30. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair inzibati aktın - bələdiyyə qərarının qüvvədə olmasına, torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun qaydada ayrılmasına istinad edilməklə birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iddia təmin edilsə də, iş üzrə üçüncü şəxs Yevlax bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlanmış Yevlax bələdiyyəsinin 14 mart 2025-ci il tarixli qərarından görünür ki, həmin qərar la iddiaçıya 83,7 kv.m. torpaq sahəsinin ayrılması barədə Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 97 nömrəli qərarı ləğv edilmişdir. Yəni, iddiaçının hazırda baxılan tələbinin hüquqi əsası kimi istinad etdiyi inzibati akt - bələdiyyə qərarı ləğv edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, bu halda, Yevlax bələdiyyəsinin 14 mart 2025-ci il tarixli qərarının qüvvədə olub-olmaması, iddiaçı tərəfindən mübahisələndirilibmübahisələndirilməməsi, mübahisələndirildiyi halda, məhkəmə icraatının nəticəsi barədə müvafiq məhkəmə araşdırmasının aparılması tələb olunur. Belə ki, iddiaçının iddia etdiyi daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd, məhz iddianın təmin edilməsinin hüquqi əsası kimi çıxış edir.

32. Lakin hazırkı mərhələdə kassasiya icraatının prinsipləri və predmetinin hədləri bu qaydada araşdırma aparılmasına, qeyd olunan məsələlərin dəqiqləşdirilməsinə yol vermir. Odur ki, məhkəmə kollegiyası İPM-in 12.1-ci, 58.7-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir.

33. İşə təkrar baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməli, yuxarıda qeyd edilən inzibati aktın Yevlax bələdiyyəsinin 14 mart 2025-ci il tarixli qərarının iddiaçı tərəfindən mübahisələndirilib-mübahisələndirilməməsi, qüvvəyə minib-minməməsi, eləcə də iddiaçıya torpaq sahəsi satılması barədə Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 97 nöm rəli qərarının qüvvədə olub-olmaması ilə bağlı müvafiq sorğular verilməli, aparılan araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

34. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 21(107)-31/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar