Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1398/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı 2851 kv.m torpaq sahəsinə görə icarə müqaviləsinin bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması (üçüncü şəxslər “X3 Kəməri” şirkəti və “X1” MMC) tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 23 yanvar tarix li, 2-1(104)85/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.37 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı xx.xx.2013-cü il tarixdə AA007562 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməklə, sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Ca vabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, RX ******* saylı çıxarışa əsasən və reyestr nömrəsi **********73 olan xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X3 Kəmərinin keçdiyi ərazinin üstüstə düşən 2851 kv.m hissəsinə görə cavabdehlə aralarında icarə müqaviləsinin bağlanmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdehnə və BP Exploration (Şah Dəniz Limited as Operator of: X2 LTD-yə qarşı qaldırmı ş olduğu 104000 (bir yüz dörd min) manat maddi zərər və 5000 (beş min) manat mənəvi zərər olmaqla, bütövlükdə 109000 (bir yüz doqquz min) manat pulun (keçən dövrlər üçün) tutulub ona verilməsi və ona məxsus olan Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X3 Kəmərinin keçən və mühafizə zolağı hissəsinə dair istismar müddəti ərzində icarə müqaviləsinin cavabdehlərlə onun arasında bağlanması öhdəliyinin onların (cavabdehlərin) üzərinə qoyulması tələbinə dair iddiasının qismən təmin edilməsi barədə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)542/2022 saylı qətnaməsində Tovuz rayonun Əyyublu kəndində yerləşən, RX0149593 saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kordinatları ilə X4 Kəmərinin keçdiyi ərazinin 2851 kv.metrə qədər hissəsinin üst-üstə düşməsi məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/1924 saylı rəyi ilə müəyyən edilmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh BP Exploration (Şah Dəniz Limited as Operator of: X2 LTD tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1845/2022 saylı qətnaməsində də həmin halın öz təsdiqini tapmışdır. İstər ilkin iddiasının qaldırılmasına qədər, istərsə sonrakı dövrlərdə cavabdehə qarşı rəsmi ərizələrlə müraciət edərək RX0149593 saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini n koordinatları ilə X4 Kəmərinin keçdiyi ərazinin 2851 kv.metrə qədər hissəsinin üst-üstə düşməsinə görə aralarında icarə müqaviləsinin bağlanmasını və icarəyə götürüləcək torpaq sahəsinə görə birdəfəlik ödənilməli olan müvafiq kompensasiyanın ona verilməsini təklif etmişdir. Ancaq cavabdeh ərizələrini rəsmi olaraq qəbul etməsinə baxmayaraq müraciətinə heç bir yazılı cavab verməmiş, təklifinə qarşı hərəkətsizlik göstərmişdir. Ona görə cavabdehə qarşı RX0149593 saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan, Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kordinatları ilə X4 Kəmərinin keçdiyi ərazinin üst-üstə düşən 2851 kv.metrə qədər hissəsinə görə cavabdəhlə aralarında icarə müqaviləsinin bağlanmasına qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məlum iddianı qaldırmalı olmuşdur. Cavabdehin etirazı:
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, X3 Kəmərinin layihəsi çəkilərkən vətəndaş ilə müqavilə bağlanmamışdır. Həmin vaxtda vətəndaş tərəfindən müraciət olunmamışdır. Artıq həmin layihə bitdiyindən vətəndaş ilə icarə müqaviləsinin bağlanmasını məqsədə müvafiq hesab etmirlər. Odur ki, iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) 2024-cü il 21 iyun tarixli, 21(114)-714/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tar ixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X3 Kəmərinin keçdiyi 2851 kv.m-ə qədər hissəsinə dair İddiaçı Mehdi oğlu ilə icarə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən boru xəttinin keçməsi və bununla bağlı ona kompensasiyanın ödənilməməsi artıq işin mübahisəsiz halıdır. İddiaçıya məxsus torpaq sahəsinin 2851 kv.m-ə qədər hissəsindən X3 Kəməri keçməsi isə onun torpaq sahəsinin həmin hissəsindən istifadə etməsini mümkünsüz edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh orqan arasınd a həmin 2851 kv.m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə müvafiq qərar qəbul edilməlidir.
7. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 23 yanvar tarixli, 2-1(104)-85/2025 nömrəli qərardadı ilə apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməyərək, Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 21 iyun tarixli, 2-1(114)-714/2024 nömrəli qərardadından cavabdeh Tovuz Rayon Hakimiyyəti tərəfindən verilmiş şikayət mümkün sayılmayaraq şikayəti qəbul etməkdən imtina olunmuşdur.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişd ir ki, cavabdeh buraxılmış müddətin üzrlü hesab olunmasına əsas verən hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Yalnız formal mülahizələrə əsaslanmışdır
10. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədlə ri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmənin istinadları ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarında Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-714/2024 saylı qərarı xx.xx.2024-cü il tarixdə Cavabdehnə məxsus şəxsi elektron kabinetdə yerləşdirilməsi göstərilsə də, bu qərarın həmin sistemə yerləşdirilməsinə dair cavabdehin nə elektron poçtuna, nə də ki, SMS vasitəsi ilə rəsmi telefon nömrəsi üzrə məlumat verilməmişdir. Qeyd olunmalıdır ki, cavabdehin məhkəmə icraatında işləri olmadığından, yalnız cavabdehin elektron poçtuna məhkəmə sənədləri barəsində elektron məktublar göndərildiyi zaman, elektron mə hkəmə sisteminə daxil olur. İş materiallarında məhkəmə qərarının elektron məhkəmə sisteminə yerləşdirilməsinə dair məlumatın cavabdehin elektron poçtuna göndərilməsinin təsdiq edən heç bir sübut mövcud deyildir. Göründüyü kimi, işə baxan apellyasiya məhkəməsi işə formal olaraq yanaşmaqla, cavabdehin ərizəsini təmin etməmiş və işin obyektiv, hərtərəfli cavabdehin iştirakı ilə araşdırılmasına imkan yaratmamışdır b. kassasiya şikayətinə etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, ocümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçıl arına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydadatəqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onlarıntəqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəməicraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcədə məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-civə 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımıtəqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edil mə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı buMəcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindənistifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqd a və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardadqəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonr aqiymətləndirilir. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və yaqərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyüəsaslarını yoxlayır. Maddə 87.3.Apellyasiya mümkün sayılmadıqda apellyasiyainstansiyasıməhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnızapellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğugündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədəməlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbigöstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraatqaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq,mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şi kayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
17. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahi sənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.
19. Cavabdehin kassasiya şikayətindən aydın olur ki, cavabdeh Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 21 iyun tarixli, 2-1(114)-714/2024 saylı qərarından həmin qərar ona icra edilməsi üçüçn göndərildikdə məlumatlı olmuş və bundan sonra kassasiya şikayəti verilmişdir.
20. Eyni zamanda cavabdeh bildirir ki, həmin qərarın onların “elektron kabinet”lər inə yerləşdirilməsi ilə bağlı elektron poçtlarına hər hansı bildiriş gəlmədiyindən bu səbəbdən qərardan məlumatlı olmamışlar.
21. Kollegiya qeyd edir ki, işə təkrar baxacaq apellyasiya instansiyası məhkəməsi yuxarda göstərilən halları tədqiq edərək araşdırmalı, prosessual müddətin bərpa edilməsinə dair ərizəni yenidən nəzərdən keçirməlidir.
22. Beləliklə, hazırkı mübahisəyə münasibətdə kassasiya şikayəti qismən əsaslı olduğundan, həmin hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətləri davam etdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 23 yanvar tarixli, 2-1(104)-85/2025 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.