Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1409/2025 28.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı xxxnin cavabdeh X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış binasının layihə sənədlərinin tələb edilməsi, iddianın qeyri-mümkünlüyü, cavabdehin iddiaya cavab verməli inzibati orqan olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı xxxnin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “layihə sənədlərinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(103)-126/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, Ş.Əzizbəyov və S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları "xxxx" MMC tərəfindən inşa edilmiş və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, 214 nömrəli istismara icazə sənədinə əsasən həmin binaların istismarına icazə verilmişdir.
2. Həmin binaların mənzil mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarları və digər sənədlər əsasında iddiaçı, mənzil mülkiyyətçilərin in müştərək cəmiyyəti kimi xx.xx.2022-ci il tarixdə 1122-MM9-0269 nömrə ilə dövlət qeydiyyatına alınmış, “daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni həyata keçirmək və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək” cəmiyyətin fəaliyyət predmeti və məqsədi kimi müəyyən olunmuşdur.
3. İddiaçı həmin binaların layihə sənədlərinin təsdiq edilmiş surətlərinin ona verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, Ş.Əzizbəyov və S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş və sakinlərin 50%-dən çoxunun mülkiyyət hüquqları qeydiyyata alınmış çoxmənzilli binaların layihə sənədlərinin təsdiq edilmiş surətlərinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 79 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhər i, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları "xxxx" MMC tərəfindən inşa edilmiş və xx.xx.2019-cu il tarixdə imzalanan “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında xxx təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122-MM9-0269 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçının fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsind ə sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərinin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xətlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğularının təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət qeydiyyatından sonra, iddiaçının idarə heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyə tlər daxilində ümumi yığıncağın çağırılması təşkil edilmiş, habelə bu çərçivədə ümumi yığıncağın müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə idarə heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və nizamnamənin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. İddiaçı tərəfindən sakinlərə daha yüksək səviyyəli xidmətlərin göstərilməsinin qanunvericiliyə və qüvvədə olan standartlara uyğun təmini məqsədilə binaların layihə sənədlərin verilməsi cavabdeh inzibati orqandan xahiş edilmişdir. Müraciətə cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının binanın istismarı ilə məşğul olduğu əsaslandırıldığı halda layihə sənədləri təqdim oluna bilər. Davamında tələb olunan sənədlərin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim olunmasına baxmayaraq, bu dəfə isə, başqa əsasla binanın layihə sənədlərinin verilməsindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. Binanın layihə sənədlərinə iddiaçının əlçatımlığının olmaması nəticəsində təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin qorunması kimi kifayət qədər məsuliyyət və cavabdehlik tələb edən işlərin görülməsində qeyri-müəyyənlik yaranır. Bununla da iddiaçının təhlükəli hadisələrin baş vermə riskini aradan qaldırma imkanı mümkünsüzləşir. Habelə, binaların istismarı və xidmət keyfiyyətinin artırılması üzrə işlərin həyata keçirilməsinin gecikməsinə gətirib çıxarır ki, bu da, yüzlərlə mülkiyyətçinin, sakinin, ailənin, yaşlı-körpənin hüquqlarının p ozulması deməkdir. Sabah binanın istismarında qeyd olunan səbəblərdən yarana biləcək hər hansı bir xətanın fəsadı bütün bina sakinlərinin həyatına təsir edəcəkdir. Bu baxımdan, hazırkı vəziyyətdə yüzlərcə sakinin gündəlik həyatına toxuna biləcək bir məsələdə, sahə mülkiyyətçilərinin birliyi olan iddiaçı pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Məhkəməyə cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət təqdim edilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 12 mart 2024-cü il tarixli, e-21(112)-2268/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh layihə sənədlərinin təsdiq edilmiş surətlərinin ona verilməsi ilə bağlı iddiaçının müraciətini tə min etməkdən imtina edərək bildirmişdir ki, layihə sənədlərinin surəti yalnız obyektin sifarişçisinə təqdim olunur və iddiaçının binanın istismarı ilə məşğul olduğuna dair əsaslandırıcı hüquqi sənədlər verildiyi halda layihə sənədləri ona təqdim edilə bilər. Məhkəmə cavabdehin dəlili ilə bağlı qeyd edir ki, sözügedən binalar iddiaçı tərəfindən idarə edilir və "xxxx" MMC tərəfindən inşa edilmiş binaya dair müvafiq layihə sənədləri iddiaçıda mövcud deyildir. Belə olan halda, binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək, habelə, kompleksin idarə və istismarında yanğın təhlükəsizliyi daxil olmaqla təhlükəsizlik qaydaları baxımından çətinliklər yaradır. Belə ki, binanın ümumi istifadə sahələrinin dəqiq hədləri, mühəndis kommunikasiya xətlərinin dəqiq planı, sahələrin dəqiq təyinatı kimi binanın istismarı üzrə vacib və zəruri olan bir çox məlumatın iddiaçıya məlum olmadığı məhkəmə araşdırması ilə müəyyən olunmuşdur. Belə olan halda, iddiaçı tərəfindən ona aid olan səlahiyyətlərin həyata keçirilməsi mümkün olmur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən layihə sənədlərinin cavabdeh inzibati orqanda olması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının müvafiq layihə sənədlərinin təsdiq edilmiş surətlərini əldə etmək hüququ olduğundan, həmin layihə sənədlər i cavabdeh inzibati orqanda olduğundan, iddia tələbi təmin edilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Şərafət Məmmədova və Ceyhun Məmmədov) 15 yanvar 2025-ci il tarixli, 2-1(103)-126/2025 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd olunan yaşayış binaları "xxxx" MMC tərəfindən inşa edilmişdir. İddiaçı qeyd olunan ünvanla bağlı sənədləri, o cümlədən layihə sənədlərini "xxxx" MMC-dən tələb etməli idi. İddiaçı çoxmənzilli yaşayış binalarının layihə sənədlərini cavabdehdən tələb etsə də, cavabdeh inzibati orqanın qanunvericiliklə belə bir öhdəliyi müəyyən edilməmişdir. Qanunvericilikdə cavabdehin tikinti layihəsinin ekspertizadan keçirilməsi və nəticəsinə dair ekspert rəyinin hazırlanması vəzifəsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin belə bir öhdəliyi mövcud olmadığından, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün sayılmamalıdır.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti nin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tar ixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük ş ərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməs inin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. İnsan Hüquqları üzrə Avropa Məh kəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə ki fayətlənmək mümkündür.
22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, Ş.Əzizbəyov və S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsində 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş və sakinlərin 50%-dən çoxunun mülkiyyət hüquqları qeydiyyata alınmış çoxmənzilli binaların layihə sənədlərinin təsdiq edilmiş surətlərinin əldə edilməsinə nail olmaqdan ibarətdir.
24. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü h aqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
25. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzib ati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
26. İddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olubolmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması və cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.
27. Mübahisəyə dair hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sözügedən çoxmənzilli binaların layihə sənədlərini, həmin binaları inşa etmiş "xxxx" MMC-dən və ya tikintiyə icazə verən qurumdan deyil, qanunvericiliklə belə bir öhdəliyi nəzərdə tutulmamış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentli yindən tələb etmişdir. Halbuki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi hazırkı iddia üzrə cavabdeh qismində çıxış edən və həmin iddiaya cavab verməli olan inzibati orqan deyildir.
28. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə görə, sifarişçi (hazırkı mübahisəyə münasibətdə "xxxx" MMC) tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir.
29. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə digər sənədlərlə birlikdə əsas sənəd qismində həm də tikinti layihəsi əlavə olunur. İstinad olunan maddə nin müddəaları baxımından, tikinti layihəsi tikintinin sifarişçisi tərəfindən hazırkı iş üzrə cavabdehə deyil, tikintiyə icazə verən quruma təqdim olunur. Yəni tikinti layihəsinin əsli və təsdiq olunmuş surətləri sifarişçidə və tikintiyə icazə verən qurumda saxlanılır.
30. Şəhərsalma və Tikinti Məcəlləsinin 97.1-ci maddəsinə görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tikintiyə dövlət nəzarətini həyata keçirir və həmin nəzarət çərçivəsində obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığını, tikintinin təhlükəsizliyinin təmin olunmasını, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmə lərini yoxlayır. İstinad olunan normadan görünür ki, tikinti layihəsinin təqdim olunması Tikintidə X2 Agentliyinın funksional vəzifəsi kimi müəyyən edilməmişdir. Bu baxımdan həmin qurum onun funksional vəzifələrinə aid olmayan tələb üzrə öhdəlik daşıya və belə tələb üzrə cavabdeh qismində cəlb oluna bilməz (hətta müvafiq tikinti layihəsi həmin qurumun tabeliyində olan müəssisə tərəfindən ekspertizadan keçirilsə belə).
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti ü zrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
32. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 21(103)-126/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.