Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1412/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3777/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aş ağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X6 xx.xx.1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Dəmirçi kəndində anadan olmuş, 2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, xx.xx.2014- cü il tarixdə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət əldə edib həmin tarixdə İmişli rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru, xx.xx.2015-ci il tarixdə həmin prokurorluğunun sınaq müddəti ilə müstəntiqi, xx.xx.2016-cı il tarixdə prokurorluqda daimi qulluğa qəbul edilərək İmişli rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilərək İİİ dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmişdir. xx.xx.2016-cı il tarixdə Oruc Hümbətzadəyə həmin rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinin icrası həvalə edilmiş, xx.xx.2018- ci il tarixdə xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilmişdir, xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2018-ci il tarixli 11/127-k nömrəli əmri ilə X3 adı prokurorluq orqanları işçilərinin siyahısından çıxarılmışdır.
2. İddiaçı ziyanın ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir.
3. Cavabdeh inzibati orqan imtinasında bildirmişdir ki, “Sizin Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığınız xx.xx.2022-ci il tarixli müraciətinizə Kadrlar idarəsində baxılmışdır. Bildirilir ki, müraciətiniz üzrə əriniz X3 xx.xx.2018-ci il tarixdə Bakı şəhərindən Tovuz rayonuna qayıdarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə əlaqədar sosial sığorta müavinətinin ver ilməsi məsələsinə Baş Prokurorluğun müvafiq komissiyasında baxılaraq O.Hümbətzadənin vəfat etməsi xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan hal kimi qiymətləndirilmişdir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq sığorta ödənişi alınması üçün araşdırmanın nəticəsinə dair arayışın Sizə göndərilməsi təmin edilmişdir. Bundan əlavə, Sizin “istehsalat qəzası nəticəsində həyatını itirmiş Oruc Hümbətzadənin əmək haqqının onun ailəsinə ödənilməsi”nə dair tələbinizə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılaraq, xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianız təmin edilməmişdir. Qətnamədən verdiyiniz apellyasiya şikayətiniz təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmçinin verdiyiniz kassasiya şikayətiniz Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə təmin olunmamışdır. Əlavə olaraq bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş rayon prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, X7 18 fevral 2018-ci il tarixdə saat 19:20 radələrində etibarnamə olmadan X10 məxsus olan “Mersedes Benz 230" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobillə BakıQazax magistral yolunun Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən 260 km-də Qazax rayonu istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respubl ikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunları etməyərək avtomobilin idarə etməsini itirib yoldan çıxıb yolun kənarında yerləşən şirə kanalına avtomobillə birlikdə aşmış, nəticədə avtomobildə olan sərnişinlər X2 ağır zərər vuran suda boğulma, sağ dirsək oynağının çıxığı və X1 az ağır zərər vuran sağ körpücük sümüyünün yerdəyişən sınığı, sol qabırğaların çoxsaylı yerdəyişən sınıqları xəsarətləri ilə Ağdaş RMX-ya daxil olmuş, o, isə suda boğulma nəticəsində törənən mexaniki asfıksiya nəticəsində hadisə yerində ölmüşdür. Göründüyü kimi hazırki ərizə nizdə istinad etdiyiniz Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələri yuxarıda göstərilən hala aid edilmir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən Əmək Məcəlləsi dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair həmin qanunla nəzərdə tutulmayan d igər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət verilir. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" 5 oktyabr 1999-cu il tarixli Az ərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin qanunun 5-ci maddəsinə görə məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi) sığorta hadisəsi hesab olunur və sığorta hadisəsi baş verdikdə sığorta məbləğindən sığorta ödənişləri verilir. Odur ki, qanunvericiliyin tələblərini nəzərə alaraq, hazırki müraciətinizin təmin edilməsi mümkün deyildir.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əri X3 əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürənin, yəni cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Azərbaycan Respublikası Baş Prokurorunun əmri ilə onun üzərinə qoyulmuş öhdəlikləri, yəni xidməti vəzifələrini icra etməsi zamanı həlak olduğuna görə cavabdehin vurduğu ziyana görə onun əmək haqqının ona və qızı X9 ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X7 2014-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbul edilərək İmişli rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilmiş, stajorluq müddəti bitəndən sonra həmin rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilmişdir. 04 yanvar 2018-ci ildə Baş prokurorun əmrinə əsasən Tovuz rayon prokurorluğuna ezam edilmişdir. xx.xx.2018-ci ildə icraatında olan cinayət işləri və materialları ilə bağlı Tovuz rayon prokurorluğundan Azərbaycan Respublikası Baş Prokurorluğuna ezam edilmiş və xx.xx.2018-ci il tarixdə ezamiyyətdən iş yerinə qayıdarkən Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həlak olmuşdur. 22 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı istehsalat qəzası nəticəsində həlak olmuş əri X3 əmək haqqının ailəsinə ödənilməsi barədə Bakı şəhəri Səbail rayon məhkəməsində iddia qaldırmış, iddiası təmin edilməmişdir. O, əri O.İddiaçı əməyin mühafizə normalarını və qaydalarının pozulması ilə bağlı istehsalat qəzası nəticəsində həlak olması ilə əlaqədar onun aldığı aylıq əmək haqqının aylıq ailə üzvləri kimi ona və qızı Selcan Hümbətliyə ödənilməsi barədə id dia qaldırmışdır. Həmin iddianın əsasını ərinin əmək qanunvericiliyində nəzərdə tutulan əməyin mühafizə normalarını və qaydalarının pozulması ilə bağlı istehsalat qəzası nəticəsində həlak olması təşkil edirdi. Lakin sonradan məlum oldu ki, iddianı düzgün qaldırmamışdır. İndi o, əmək prosesində xidməti vəzifələrini icra etməsi zamanı həlak olmuş əri O.İddiaçı əmək haqqının onun ailə üzvləri kimi ona və qızı S.O.Hümbətliyə ödənilməsini tələb edir. Belə ki, ərinin həlak olması əməyin mühafizə normalarını və qaydalarının pozulması ilə bağlı istehsalat qəzası nəticəsində deyil, əmək prosesində xidməti vəzifələrini icra etməsi zamanı həlak olmuşdur. İddianın əsasını əri X3 əmək prosesində əmək müqaviləsi üzrə işəgötürənin onun üzərinə qoyduğu öhdəlikləri, yəni xidməti vəzifələrini icra etməsi za manı həlak olması təşkil edir.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı iddiasında göstərmişdir ki, yol-nəqliyyat hadisəsi Azərbaycan Respublikası maliyyə nazirinin 25 aprel 2001-ci il tarixli, 44 saylı əmri ilə təsdiq edilmiş “X5”nın 4-cü maddəsinin işçinin ezamiyyə müddətinin 40 gündən artıq ola bilməməsi müddəasının işəgötürən tərəfindən pozulması nəticəsində, yəni ərinin xx.xx.2018-ci ildən Tovuz rayon prokurorluğuna 40 günlük ezamiyyə müddəti xx.xx.2018-ci ildə qurtardığı halda, onun həmin müddətdən 6 gün artıq ezamiyyədə saxlanılaraq, daimi iş yerinə getməsi barədə əmr verilməməsi nəticəsində baş vermişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin birinci hissəsinə istinad edərək əmək prosesində əmək müqaviləsi üz rə işəgötürənin və ya işçinin öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə Əmək Məcəlləsi və müvafiq normativ-hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıdıqlarını və həmin maddənin 2-ci hissəsində göstərilmiş, bu məsuliyyəti şərtləndirən üç halın (a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanunazidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) onun qaldırdığı iddia tələbi üzrə mövcud olduğunu bildirmişdir. Qeyd edirlər ki, X6 xx.xx.1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Dəmirçi kəndində anadan olmuş, 2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, xx.xx.2014-cü il tarixdə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət əldə edib həmin tarixdə İmişli rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru, xx.xx.2015-ci il tarixdə həmin prokurorluğunun sınaq müddəti ilə müstəntiqi, xx.xx.2016-cı il tarixdə prokurorluqda daimi qulluğa qəbul edilərək İmişli rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilərək İİİ dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmişdir. xx.xx.2016-cı il tarixdə Oruc Hümbətzadəyə həmin rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinin icrası həvalə edilmiş, xx.xx.2018-ci il tarixdə xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilmişdir. xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2018-ci il tarixli 11/127-k nömrəli əmri ilə X3 adı prokurorluq orqanları işçilərinin siyahısından çıxarılmışdır. İddiaçı ərizəsində mərhum ərinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilməsi ilə onun xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfatı arasında səbəbli əlaqənin olduğunu bildirsə də, göründüyü kimi, burada heç bir səbəbli əlaqə yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsində maddi məsuliyyət üçün 3 şərtin eyni zamanda olması vurulmuş ziyana görə tərəflərin məsuliyyət daşıması üçün əsas kimi göstərilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı Ağdaş rayon prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İmişli rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X7 xx.xx.2018-ci il tarixdə saat 19:20 radələrində etibarnamə olmadan X10 məxsus olan “Mercedes Benz 230” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magistral yolunun Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən 260 km-də Qazax rayonu istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunları etməyərək avtomobilin idarəetməsini itirib yoldan çıxıb yolun kənarında yerləşən şirə kanalına avtomobillə b irlikdə aşmış, nəticədə avtomobildə olan sərnişinlər X2 ağır zərər vuran suda boğulma, sağ dirsək oynağının çıxığı və X1 az ağır zərər vuran sağ körpücük sümüyünün yerdəyişən sınığı, sol qabırğaların çoxsaylı yerdəyişən sınıqları xəsarətləri ilə Ağdaş RMX-ya daxil olmuş o isə suda boğulma ilə əlaqədar yaranan mexaniki asfiksiya nəticəsində hadisə yerində ölmüşdür.
7. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2-1(112)-5119/2023 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, baş vermiş hadisə ilə (zərərlə) cavabdeh orqanın hüquqa zidd əməli arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmədiyindən, həmçinin cavabdeh öz davranışı ilə zərər vurmadığından və məlum hadisə bu davranışın nəticəsində baş vermədiyindən iddia tələbi əsassızdır və təmin edilə bilməz.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3777/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, A.Oruczadə və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edi lməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum O.Hümbətzadənin xx.xx.2018-ci il tarixdən Tovuz Rayon Prokurorluğuna 40 günlük ezamiyyə müddəti xx.xx.2018-ci il tarixdə qurtardığı halda, o, qanunsuz və əsassız olaraq 6 gün artıq ezamiyyədə saxlanılmışdır. Qeyd edilən “X5”nın 4-cü maddəsinin işçinin ezamiyyə müddətinin 40 gündən artıq ola bilməməsi müddəası işəgötürən tərəfindən pozulmuşdur. Onun həlak olması işəgötürən tərəfindən bu Qaydaların 4cü maddəsinin pozulması nəticəsində baş vermişdir. Əmək Məcəlləsinin 191-197-ci maddələrini və 191-ci maddəsində nəzərdə tutulmuş müvafiq normativ-hüquqi akt kimi “X5”nı, dəqiq olaraq onun 4-cu maddəsidir. Belə ki, həmin maddənin birinci hissəsində göstərilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ-hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlımaddi məsuliyyət daşıyırlar. Bu maddədə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı olaraq bir-birilərinə vurduqları ziyana görə maddi məsuliyyət daşıdıqları nəzərdə tutulmuşdur. Ezamiyyə müddətinin 40 (qırx) gündən yuxarı ola bilməməsi” barədə tələbinə əməl etmiş olsaydı, O. Hümbətzadə 40 günlük ezamiyyə müddəti bitəndən sonra daimi iş yerinə qayıdıb xidmətini davam etdirər, 40 gün keçəndən sonra qanunsuz ezamiyyə edildiyi Tovuz rayonuna getməz və yolda da bu hadisə baş verməz, həlak olmazdı. Burada Baş prokurorluğun baş vermiş hadisə və onun nəticəsi ilə birbaşa qəsdi olmasa da, hadisə və onun nəticəsi onun qanuna zidd əməli nəticəsində, yəni üzərinə düşən vəsifəsini qanunla müəyyən edilmiş qaydada icra etməməsi, “X5”nın 4-cü maddəsini pozub 40 gündən sonra onun daimi iş yeri olan İmişli rayon prokurorluğuna qayıtması üçün əmr verməməsi ilə birbaşa olmasa da dolayısı ilə səbəbli əlaqəlidir, yəni bu hadisə onun təqsirli əməlinin nəticəsidir
14. İşə baxmış məhkəmələr O.Hümbətzadənin vəfat etməsi ilə cavabdeh təşkilatın əməlin arasında səbəbli əlaqənin olmaması barədə də səhv qiymətləndirmə aparmışlar. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iş materiallarından artıq müəyyən olunur ki, O.Hümbətzadənin vəfat etməsi məhz onun xidməti vəzifələrinin icrası ilə bağlı olmuşdur. Bu hal həm işin araşdırılmış halları, həm də xx.xx.2018- ci il tarixli arayışl a təsdiq olunur. Baş vermiş hadisənin xidməti vəzifələrinin icrası ilə bağlı olması özü-özlüyündə onu təsdiq edir ki, cavabdeh təşkilatın vurulmuş ziyanla bağlı məsuliyyəti yaranmışdır. "Xidməti vəzifələrinin icrası ilə bağlı hallar " o zaman mövcud olur ki, cavabdeh təşkilat lazımı tədbirlər görməməklə, vaxtında hərəkətlilik nümayiş etdirməməklə (hazırkı halda ezamiyyə qaydalarına əməl etməyib) hüquqazidd əmələ yol vermiş olur. Hesab edir ki, O.Hümbətzadənin xidməti zərurətlə əlaqədar vəfat etməsi məhz cavabdeh təşkilatın hüquqazidd əməl törətməsini təsdiq edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilm əməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bü tövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqe yinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. İddiaçının mərhum əri xx.xx.2018-ci il tarixdə xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilmişdir, xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2018-ci il tarixli 11/127-k nömrəli əmri ilə X3 adı prokurorluq orqanları işçilərinin siyahısından çıxarılmışdır.
24. Hazırkı işdə iddiaçının hüquqi marağı və məqsədi mərhum əri X3 əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürənin, yəni cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Azərbaycan Respublikası Baş Prokurorunun əmri ilə onun üzərinə qoyulmuş öhdəlikləri, yəni xidməti vəzifələrini icra etməsi zamanı həlak olduğuna görə cavabdehin vurduğu ziyana görə onun əmək haqqının ona və qızı X9 ödənilməsi ilə bağlıdır.
25. Mübahisəyə dair işin aşağı məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, “Cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qərara əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş rayon prokurorluğunda aparılan cinayət işinin, istintaqı zamanı müəyyən edilmişdir ki, İmişli rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X7 xx.xx.2018-ci il tarixdə saat 19:20 radələrində etibarnamə olmadan X10 məxsus olan “Mersedes Benz 230” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magis tral yolunun Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən 260 km-də Qazax rayonu istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunları etməyərək avtomobilin idarəetməsini itirib yoldan çıxıb yolun kənarında yerləşən şirə kanalına avtomobillə birlikdə aşmış, nəticədə avtomobildə olan sərnişinlər X2 ağır zərər vuran suda boğulma, sağ dirsək oynağının çıxığı və X1 az ağır zərər vuran sağ körpücük sümüyünün yerdəyişən sınığı, sol qabırğaların çoxsaylı yerdəyişən s ınıqları xəsarətləri ilə Ağdaş RMX-ya daxil olmuş o isə suda boğulma ilə əlaqədar yaranan mexaniki asfiksiya nəticəsində hadisə yerində ölmüşdür.
26. Həmçinin qeyd edilmişdir ki, Oruc Hümbətzadənin həlak olduğu hadisə onun Tovuz rayonuna ezam edilməsi ilə əlaqədar olmayıb, sonuncunun “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması ilə bağlı olmuşdur.
27. Hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
28. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
29. Beləliklə məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə qeyd edir ki, baş vermiş hadisə ilə (zərərlə) cavabdeh orqanın hüquqa zidd əməli arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmədiyindən, həmçinin cavabdeh öz davranışı ilə zərər vurmadığından və məlum hadisə bu davranışın nəticəsində baş vermədiyindən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaqda apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
30. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏR ARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3777/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.