Məhkəmə qərarları › İş №2-1(102)-1413/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1413/2023

05.07.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1413/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməsi, pensiyanın azaldığı tarixdən əvvəlki vəziyyətə bərpa edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməsi, pensiyanın azaldığı tarixdən əvvəlki vəziyyətə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 2-1(103)-656/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1183/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, 1 iyul 2008-ci ildən hakimiyyət səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə haqq nəzərə alınmaqla və ixtisas dərəcəsinə görə verilə n əlavə dövlət qulluqçusu kimi pensiya təyin edildiyi tarixdən yenidən hesablanması və yaramış pensiyası fərqinin iddiaçıya verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin üzərinə qoyulmuşdur. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3845/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, ona Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 12-ci bəndinə uyğun olaraq pensiyanın yenidən hesablanması üçün götürülmüş dövr üçün ilə üç mükafat hesablanmasına, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 948 nömrəli Fərmanının 1-c i bəndində dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət pensiya təyin edildiyi tarixdən hal-hazıradək yenidən hesablanması və yaranmış pensiya fərqinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

3. İnzibati orqanın 17 mart 2022-ci il tarixli, **********6 nömrəli “Artıq ödənilmiş pensiya məbləğ haqqında” məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2007xx.xx.2008- ci il tarixləri arasındakı dövr ərzində 358,28 manat əskik pul vəsaitinin, xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 33.122.60 manat artıq pul vəsaitinin ödənilməsi nəticəsində ümumilikdə 32.764,32 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməs ində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona təyin edilmiş pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməsi və həmin pensiyanın azaldıldığı tarixdən əvvəlki vəziyyətinə bərpa edilməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci il Ermənistanın Qafan rayonunda doğulmuşdur. O, digər işlərlə yanaşı xx.xx.1980-ci ildən xx.xx.1992ci ilə qədər Bakı şəhəri, Kirov rayon İcraiyyə Komitəsində Kirov qəsəbəsi XDS İK-nın katibi vəzifəsində xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilə qədər isə Binəqədi rayon İcra Hakimiyyətinin M.Ə.Rəsulzadə qəsəbəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsinin müavini vəzifəsində işləmişdir. Ona DSMF-nin Nərimanov rayon Şö bəsi tərəfindən xx.xx.2007-ci il tarixdən Dövlət Qulluqçusu kimi yaşa görə pensiya təyin edilmişdir. xx.xx.2022-ci ilə qədər iddiaçı tərəfindən ona aparılmış təyinat üzrə cari pensiya məbləğləri təyin olunaraq ödənilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən 2012-ci il və 2013-cü illərdə ayrı-ayrılıqda ona təyin olunmuş pensiyanın yenidən hesablanması ilə əlaqədar yaşadığı yer üzrə yəni DSMF-nun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə tərəfindən həmin iddia tələbləri təmin edilmiş və iddiaçının pensiyasının yenidən hesablanması DSMF-nin Binəqədi rayon şöbəsinin üzərinə qoyulmuşdur. Daha sonra DSMF-nin Daxili nəzarət departamenti tərəfindən iddiaçıya təyin olunmuş pensiya ilə bağlı araşdırılma aparılmağa başlanı lmışdır. Həmin aparılmış araşdırma nəticəsində iddiaçının dövlət qulluğunda qulluq stajı 7 il 11 ay 4 gün olması müəyyən edilmişdir. Bu əsasdan cavabdeh inzibati orqan iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunan zaman onun qulluq stajının düzgün hesablanmadığını əsas gətirərək şəxsə təyin olunmuş pensiyanın məbləğini azaltmış, bununla yanaşı xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək ona ödənilmiş 32.764 manat 32 qəpik pulun geri ödənilməsini tələb etmişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməklə onun pensiyası əvvəlki vəziyyətinə bərpa edilməlidir. Belə ki, yuxarıda da, sadaladıqları hallardan göründüyü kimi, iddiaçının 19 il 06 ay 15 gün dövlət qulluğu stajı mövcud olmuşdur. xx.xx.2017-ci ilə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən iddiaçıya haqlı olaraq onun qulluq stajına əsasən vəzifə maaşının 80% məbləğində pensiya təyin olunmuşdur. DSMF öz fəaliyyətini həyata keçirən zaman qüvvədə olan normativ hüquqi aktlarla yanaşı daxili təlimat və qaydalardan da, istifadə edir. Hazırkı mübahisə iş üzrə departamentinə, şəhər və rayon şöbələrinə “Dövlət qulluqçularının pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” xx.xx.2005-ci il tarixli xx/xx-1498 №-li izahat məktubu ünvanlanmışdır. Həmin izahat məktubunun 1-ci bölməsinin 1-ci abzasında qeyd olunmuşdur ki, bu izahat “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qu lluqçularına pensiya təyin edilməsi və pensiyalarının yenidən hesablanması məsələlərini nizama salır. Həmin izahatın 5-ci bölməsində olan 1 №-li misalda aşağıdakılar qeyd olunmuşdur: “Şəxs xx.xx.1977-ci ildən xx.xx.1981-ci ilədək kənd sovetinin sədri, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək şəhər partiya komitəsinin katibi, xx.xx.1993- cü ildən xx.xx.2003-cü ilədək isə rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində işləmişdir. Bu zaman onun dövlət qulluğu stajı kənd sovetinin sədri - 4 il, şəhər partiya komitəsinin katibi - 5 il və rayon icra hakimiyyəti başçısının müavini – 10 il olmaqla cəmi 19 il təşkil edəcəkdir”. Göründüyü kimi, DSMF orqanı tərəfindən iddiaçıya ilkin təyinat zamanı həmin izahat məktubu əsas götürülməklə pensiyası hesablanmışdır. Hazırda cavabdeh tərəfind ən heç bir mötəbər sənədə istinad olunmadan şəxsə təyin olunmuş pensiyanın azaldılması əsaslı hesab edilə bilməz.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(112)-7705/2022 nömrəli qərarı (hakim: X1) ilə iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş pensiyasının azaldılmasına yönəlmiş hərəkətlər əsassız hesab edilmiş və həmin pensiyanın azaldıldığı tarixdən əvvəlki vəziyyətinə bərpa edilməklə ödənilməsi öhdəliyi cavabdehin həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, müvafiq əlavə və mükafatlar ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində pensiya ödənişinin dayandırılması və ya pensiya məbləğinin azaldılm ası barədə qərar qəbul edilməsi və həmin qərarın iddiaçıya təqdim edilməsi müəyyən edilməmişdir. İddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 2-1(103)-656/2023 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzə çi), X4 və X5) ilə Bakı İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı Fondun Nərimanov rayon şöbəsi tərəfindən 2 may 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin əmək pensiyası tərəfimizdən yenidən hesablanaraq 27.01,2022-ci il tarixindən 309,55 manat məbləğində müəyyən edilib və ona ümumilikdə 32764,32 manat artıq pensiya məbləğinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar İddiaçı artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 32764,32 manatdan 11264,46 manata (xx.xx.2019-xx.xx.2023-ci il tarixləri arasındakı dövr üzrə) azaldılmışdır. Məlumat üçün bildiririk ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən əmək pensiyasının tərkibində əlavə olaraq ona 10 faizi miqdarında maddi yardım ödənilir. Bununla əlaqədar onun əmək pensiya sının məbləği 340,51 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023cü il tarixindən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bununla əlaqədar adıçəkilən şəxsin xx.xx.2023-cü il tarixindən əmək pensiyası 390,56 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, İddiaçı əmək pensiyasının yen idən hesablanması zamanı ona dair 2-1 (81)-1183/2012 nömrəli və 2-1(81)-3845/2013 nömrəli məhkəmə qərarları nəzərə alınmışdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti də əsassız olaraq təmin edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15.“Əmək pensiyaları haqqında” Qanun Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 16. “İnzibati icraat haqqında” Qanun Maddə

13. Etimad hüququnun qorunması prinsipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılı ğı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenid ən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məh kəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə ba xışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istin ad olunan normalarına görə apellyasiya məhkəməsi ödənişi azaldılmış (dayandırılmış) pensiyanın azaldıldığı tarixdən bərpa edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh pensiya ödənişinin azaldılması (dayandır ılması) məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. 25. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin azaldılması (dayandırılması) məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin azaldılması (dayandırılması) “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.

26. Aşağı instansiya məhkəmələrində araşdırma zamanı, eləcə də kassasiya icraatı zamanı iddiaçının pensiya ödənişi azaldılarkən (dayandırılarkən) yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 21(103)-656/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar