Məhkəmə qərarları › İş №2-1(102)-1413/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1413/2024

28.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1413/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi və həmin qərar əsasında hesablanmış verginin silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri X13 üzrə Baş idarəsinə qarşı “vergi uçotunun və vergi hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)168/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2021-ci il tarixli 06/3708/İLİZ nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X5 məxsus olmuş 1 ədəd 2011-ci il buraxılışlı, Nissan Mikra markalı, mühərrik № 710774A, ban № MDHFBUK13Z0009694 olan avtomobili alıcı "xxxx" MMC-yə 9.666 manata etibarnamə əsasında satıcı X6 təmsil etməklə satmışdır.

2. İddiaçı xx.xx.2021-ci il tarixli 06/4166/İLİZ nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X9 məxsus olmuş 1 ədəd 2016-cı il buraxılışlı, Mercedes Benz E200 markalı, mühərrik № **********6726, ban № WDD2130421A025904 olan avtomobili alıcı "xxxx" MMC-yə 72.200 manata etibarnamə əsasında satıcı X10 təmsil etməklə satmışdır.

3. İddiaçı vergi ödəyicisi kimi məcburi vergi uçotuna alınmış və ona ********** eyniləşdirmə nömrəsi (VÖEN) açılmışdır.

4. Daha sonra kameral yoxlama aparılmaqla, “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 saylı qərar qəbul olunmaqla, iddiaçıya MMC-nin elektron alış aktları əsas götürülərək 81.866,0 manat məbləğində gəlir hesablnmaqla, 2021-ci il üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 4.093.3 manat gəlir vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məh kəməsində icraat

5. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin onu iradəsinə zidd olaraq sahibkar kimi qeydə almaqda ifadə olunan hərəkətinin qeyri-hüquqi hesab edilməsi, adına açılmış ********** saylı VÖEN-in ləğv edilməsi, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 saylı Qərarının tamamilə ləğv edilməsi və həmin qərar əsasında hesablanmış vergi borcunun silinməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər lizinq şirkətində müxtəlif vəzifələrdə çalışır. Şəxs avtomobili nağd almaq istəmədikdə şirkət lizinq yolu ilə avtomobili alıcıya təkl if edir. Şirkət olaraq müxtəlif növ nəqliyyat vasitələrini alır, daha sonra isə lizinqə verirlər. Bu zaman vergini ödəyirlər. İşlədiyi dövrdə özünə VÖEN açdırmayıb, fərdi sahibkar olmayıb. Lakin vergi orqanı 2021-ci ildə maşın alıbsatdığına görə məcburi qaydada onu sahibkar kimi qeydiyyata alıb və barəsində kameral qaydada vergi hesablanıb.

7. Belə ki, etibarnamə əsasında satıcı X10 və X6 təmsil edərək, 2021-ci ildə Nissan Mikra və Mercedes Benz E200 markalı avtomobilləri satdığına görə, vergi orqanı xx.xx.2022-ci il tarixdə onu qanunsuz və əsassız olaraq məcburi qaydada onun üçün “təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı” fəaliyyət növünü seçərək fərdi sahibkar kimi qeydiyyata almış, 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda ona 4.093,03 man at gəlir vergisi hesablamış və sonra da əsassız olaraq gəlir vergisi bəyannaməsi verməməyini əsas gətirərək vergidən yayınma kimi qiymətləndirərək ona “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********821500 saylı məktub göndərmiş, sonda isə qanunsuz və əsassız olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 saylı qərar qəbul etmişdir.

8. İddiaçının satdığı maşınların heç biri onun adına olmayıb, etibarnamə əsasında satıcı X10 və X6 təmsil edib. Vergi orqanı isə kameral vergi hesablanması zamanı bu hərəkətini sahibkarlıq hərəkəti kimi qiymətləndimişdir. Halbuki, xx.xx.2021ci il tarixli 06/3708/İLİZ nömrəli alqı-satqı müqaviləsinə g örə satıcı X5 məxsus olmuş 1 ədəd 2011-ci il buraxılışlı, Nissan Mikra markalı, mühərrik № 710774A, ban № MDHFBUK13Z0009694 olan avtomobili alıcı "xxxx" MMC-yə 9.666 manata etibarnamə əsasında satıcı X6 təmsil etməklə satıb. 9. xx.xx.2021-ci il tarixli 06/4166/İLİZ nömrəli alqı-satqı müqaviləsinə görə satıcı X9 məxsus olmuş 1 ədəd 2016-cı il buraxılışlı, Mercedes Benz E200 markalı, mühərrik № **********6726, ban № WDD2130421A025904 olan avtomobili alıcı "xxxx" MMC-yə 72.200 manata etibarnamə əsasında satıcı X10 təmsil etməklə satıb.

10. Etibarnamə ilə təmsil olunmaq hüququ isə Mülki Məcəllə ilə hər bir fiziki və hüquqi şəxsə verilib. Vergi orqanı vergini hesablamaq üçün onu qanunsuz olaraq sahibkar elan edib. Lakin onun inzibati və apellyasiya şurasına şikayətləri Dövlət Vergi Xidmətinin A pellyasiya Şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməyib. Cavabdehin etirazları:

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 2 ədəd elektron alış aktı üzrə iddiaçı tərəfindən 81.866,0 manat dəyərində mal və ya xidmət təqdim edildiyi lakin vergi orqanında uçota durmadığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli **********718800 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilsə də, vergi uçotuna dair ərizə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

12. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olubolmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 13. 2022-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Uçotbaza məlumatlarına əsasən fərdi sahibkarın əsas fəaliyyət növünün “təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı” olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 20 21-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 81.866,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********821500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 4.093,03 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********794000 nömrəli Qərar qəbul olunmuşdur.

14. Vergi ödəyicisi tərəfindən vergi orqanının qərarından xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********514300 nömrəli) və xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********736100 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının xx.xx.2022-ci il tarixli **********670500 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir.

15. İnzibati araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ildə "xxxx" MMCyə xx.xx.2021-ci il tarixdə EAA seriyalı 207521 nömrəli elektron alış aktına əsasən 9.666,0 manat dəyərində Nissan Micra markalı, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 310899 nömr əli elektron alış aktına əsasən 72200,0 manat dəyərində Mercedes Benz E200 markalı, ümumilikdə 2 sayda, 81.866,0 manat dəyərində, 2022-ci ildə "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə EAA seriyalı 568479 nömrəli elektron alış aktına əsasən 9.900,0 manat dəyərində Nissan Micra markalı avtomobillərin təqdim edilməsi, eyni zamanda fərdi sahibkar tərəfindən 2019-cu il ərzində ümumi gömrük dəyəri 40.315,36 manat olan iki ədəd Chevrolet Cruze markalı (ban nömrəsi1G1BE5SM6G7250733 və 3G1BE6SM5HS611345) nəqliyyat vasitələrinin idxal edildiyi müəyyən edilmişdir.

16. Vergi ödəyicisinin araşdırmaya təqdim etdiyi sənədlərə əsasən X8 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında **-UD-*** dövlət qeydiyyat nişanlı, Nissan Micra markalı (ban nömrəsi MDHFBUK13Z0009694) avtonəqliyyat vasit əsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2021-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin "xxxx" MMC-yə təqdim edildiyi, X12 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında **-TT-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E200 markalı (ban nömrəsi WDD2130421A025904) avtonəqliyyat vasitəsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2021-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin "xxxx" MMC-yə təqdim edildiyi müəyyən edilmişdir.

17. Bundan əlavə, uçot-baza məlumatlarına əsasən yuxarıda qeyd olunan avtonəqliyyat vasitələrindən əlavə fərdi sahibkarın sahibliyində 5 sayda və etibarnamə əsasında 1 sayda avtonəqliyyat vasitələrinin olduğu müəyyən edilmişdir.

18. Araşdırma zamanı nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən sonra çox qısa müddət ərzində (1 gün ərzində) fərdi sahibkar tərəfindən lizinq şirkətinə təqdim edilməsi ilə nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığı, nəqliyyat vasitələrinin şəxsi məqsədlər üçün istifadə olunmadığı müəyyən edilmişdir.

19. Uçot baza məlumatlarının araşdırılması zamanı X1 21 ədəd və etibarnamə əsasında 17 ədəd, X3 6 ədəd və etibarnamə əsasında 3 ədəd nəqliyyat vasitələrinin olması fiziki şəxslərin nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olduğuna, lakin vergi ödəyicisi kimi vergi orqanında uçotda olmadığına, bununla da faktiki olaraq tərəfindən təqdim edilmiş nəqliyyat vasitələrinin digər şəxslərin adına rəsmiləşdirilərək vergi tutulan dövriyyələrinin gizlədilməsinə əsas verir.

20. Eyni zamanda, Mercedes Benz E200 markalı (ban nömrəsi WDD2130421A025904) nəqliyyat vasitəsinin X12 tərəfindən xx.xx.2019-cu ildə etibarnamə əsasında İddiaçı, xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında X8, sonradan xx.xx.2021-ci il tarixdə yenidən etibarnamə əsasında İddiaçı verildiyi müəyyən edilmişdir.

21. Bundan əlavə, "xxxx" MMC-nin rəhbəri X2 olan Mercedes Benz GLA 200 edi markalı (ban nömrəsi WDC1569081J055009) nəqliyyat vasitəsinin etibarnamə əsasında X9 verildiyi müəyyən edilmişdir.

22. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

23. Vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

24. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir.

25. Araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də mütəxəssis, xx.xx.2022-ci il tarixdən isə "xxxx" MMC-də direktor vəzifəsində çalışdığı müəyyən edilmişdir.

26. Araşdırma zərurəti ilə əlaqədar məlumatların əldə edilməsi ilə bağlı "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə sənədlərin təqdim edilməsi barədə məktub göndərilərək 2021-ci il ərzində aparılmış əməliyyatlara dair müvafiq təsdiqedici sənədləri: bağlanmış müqavilələr, alınmış mallara dair təhvil-təslim və ya üzləşmə aktları, alış aktları, alınmış mallara dair ödəniş məbləğləri və formaları (nağd və ya nağdsız qaydada) barədə məlumatları və ilkin sənədlərin təsdiq edilmiş surətlərini xx.xx.2022-ci il tarixədək inzibati araşdırm aya təqdim edilməsi bildirilmişdir. 27. "xxxx" MMC xx.xx.2022-ci il tarixdə vergi orqanına müraciət edərək nəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı bağlanmış müqaviləni, fərdi sahibkar tərəfindən imzalanmış elektron alış aktını və pul vəsaitinin fərdi sahibkara ödənilməsini təqdim edən ödəmə tapşırığını araşdırmaya təqdim etmişdir.

28. Beləliklə vergi ödəyicisinin 2021-ci ildə 2 ədəd və 2022-ci ildə bir ədəd nəqliyyat vasitələrinin lizinq şirkətlərinə təqdim etməsi, 2019-cu ildə fərdi sahibkar tərəfindən 2 ədəd minik avtomobili idxal etməsi, nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən sonra qısa müddət ərzində (1 gün ərzində) fərdi sahibkar tərəfindən lizinq şirkətinə təqdim edilməsi nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığını və nəqliyya t vasitələrinin fərdi sahibkar tərəfindən şəxsi məqsədlər üçün istifadə olunmadığını, təqdim edilmiş nəqliyyat vasitələrinin sahiblərinin sahibliyində və etibarnamə əsasında çoxlu sayda nəqliyyat vasitələrinin olduğunu, bu da həmin şəxslərin vergi ödəyicisi kimi vergi orqanında uçota alınmadan faktiki olaraq təqdim edilmiş nəqliyyat vasitələrinin digər şəxslərin adına rəsmiləşdirilərək əldə edilmiş gəlirlərinin vergidən yayındırması, qeyd olunanların fərdi sahibkar tərəfindən digər şəxslərin gəlirlərini gizlətmək və ya vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılan əməliyyatlar olması, “Lizinq" şirkətləri tərəfindən tərtib olunmuş elektron alış aktlarının ləğv edilməməsi, qaydalara uyğun İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında hər hansı düzəlişin aparılma ması vergi orqanının hesablamasının qanunvericiliyə uyğun olduğunu bir daha sübut edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

29. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5444/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilmiş və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) və cavabdehin iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 nömrəli qərarı ləğv edilmişdir.

30. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının fərdi sahibkar statusu olmamış, vergi orqanının təş əbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır.

31. İddiaçının sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair müvafiq ərizəsi mövcud deyildir.

32. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

33. Sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair vergi orqanının hərəkətlərini əsaslandıran qanuni müddəa yoxdur. Odur ki, həmin hərəkətlər qanunsuz hesab olunmalıdır. 34. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

35. Hazırkı işin hallarına uyğun olaraq vergi uçotuna (məcburi) alınma inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq məqsədilə iddiaçı üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin uçot hər hansı qərar qəbul edilmədən faktiki hərəkətlərlə həyata keçirilmişdir.

36. Şəxsin vergi ödəyicisi kimi uçotu olmadığı halda barəsində kame ral vergi yoxlamasının keçirilməsi və gəlir vergisi hesablanması qanuni hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi nəzarəti tədbirləri vergi orqanı tərəfindən vergi ödəyicisinə münasibətdə tətbiq edilə bilər.

37. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma halını müəyyən etdikdə və həmin əməl nəticəsində dövlətə xeyli miqdarda ziyan vurulduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri görə bilər.

38. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq iddiaçının sadələşdirilmiş verginin ödəyicisi kimi uçotunun (qeydiyyatının) qanunsuz hesab edilməsi və iddiaçının vergi ödəyicisi kimi uçotunun (qeydiyyatın) ləğv edilməsi, cavabdehin iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 nömrəli qərarının ləğv edilməsi kimi təmin edilməlidir.

39. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

40. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-168/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5444/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci inst ansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının müvafiq ərizəsi olmadan vergi qeydiyyatına alınaraq ona 2021-ci il üçün gəlir vergisi hesablanması vergi qanunvericiliyinə ziddir.

42. Birincisi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

43. İkincisi, həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

44. Həmin Məcəllənin 34.1-c i maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir.

45. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən “vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”

46. Vergi qanunvericiliyinin sadalanan tələblərindən göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatı - forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən ərizəsi (kağız və elektron formatda) əsasında həmin aparılır. Burada fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması qaydası nəzərdə tutulmur. Nəzərdə tutulan odur ki, fiziki şəxs vergi uçotuna durmaq üçün vergi orqanına könüllü ərizə verməlidir. Konkret halda isə iddiaçı vergi ödəyicisi kimi uçota alınması ilə bağlı vergi orqanına ərizə vermədiyi işin mübahisələndirilməyən halını təşkil edir.

47. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı tərəfindən iki ədəd avtomobil başqa fiziki şəxsin etibarnaməsi əsasında alınıb, lizinq şirkətinə sonuncunun elektron alış aktı əsasında təqdim edildiyi işin mübahisələndirilməyən haldır.

48. Vergi orqanı iddiaçını vergi ödəyicisi kimi məcburi uçota alınması və kameral yoxlama qərarı ilə 2021-ci il üçün ona gəlir vergisi hesablanması, əslində, iddiaçının digər fiziki şəxsin etibarnaməsi ə sasında səlahiyyətlərin yerinə yetirilməsinin nəticəsidir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1-ci maddəsinin tələbinə görə etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edənin deyil, təmsil edilənin mülki hüquq və vəzifələrini yaradır.

49. Eyni zamanda, həmin Məcəllənin 777.1 və 782.1-ci maddələrinə əsasən tapşırıq müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür və vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

50. Qanunvericiliyin q eyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçı etibarnamə üzrə səlahiyyətlərini yerinə yetirdiyi halda, onun hər hansı gəlir əldə etməsindən söhbət gedə və bu, onun sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilməz.

51. Odur ki, vergi orqanı tərəfindən iddiaçının qeyd olunan etibarnaməyə əsaslanan hərəkətlərinin onun sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilərək, Vergi Məcəlləsinin 33.3 və 33.5-ci maddələrinə istinadən, vergi uçotuna alınması və həmin Məcəllənin 37.1, 37.3 və 102.1.30-cu maddələrinə əsasən ona kameral qaydada mübahisələndirilən qərarla 2021-ci il üçün 4.093,03 manat gəlir vergisi hesablanması əsassızdır.

52. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QA RŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin və ona əlavənin dəlilləri Maddi hüquq normalarının pozuntusuna dair:

53. Şikayətin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.

54. Şikayətdə, həmçinin qeyd olunur ki, cavabdeh aşağıda qeyd olunanlara əsasən apellyasiya instansiyasının mövqeyi ilə razılaşmır.

55. Vergi orqanı tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli **********718800 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında" bildiriş göndərilsə də vergi uçotuna dair ərizə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

56. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonr a - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 57. 2021 -ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir.

58. Əlavə olaraq, 2023-cü ildən qüvvədə olan Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır.

59. Göründüyü kimi, vergi orqanının təşəbbüsü ilə uçota alınma 2021-ci ildə qüvvədə olan vergi qanunvericiliyində də mövcud olmasına baxmayaraq, məhkəmənin bu cür mövqeyi tamamilə əsassızdır.

60. Vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

61. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir.

62. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri" bazasının məlumatlarına əs asən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də mütəxəssis, xx.xx.2022-ci il tarixdən isə "xxxx" MMC-də direktor vəzifəsində çalışdığı müəyyən edilmişdir.

63. Araşdırma zərurəti ilə əlaqədar məlumatların əldə edilməsi ilə bağlı "xxxx" MMCyə xx.xx.2022-ci il tarixdə sənədlərin təqdim edilməsi barədə məktub göndərilərək 2021-ci il ərzində aparılmış əməliyyatlara dair müvafiq təsdiqedici sənədləri: bağlanmış müqavilələr, alınmış mallara dair təhvil-təslim və ya üzləşmə aktları, alış aktları, alınmış mallara dair ödəniş məbləğləri və formaları (nağd və ya nağdsız qaydada) barədə məlumatları və ilkin sənədlərin təsdiq edilmiş surətlərini xx.xx.2022-ci il tarixədək inzibati araşdırmaya təqdim edilməsi bildirilmişdir. 64. "xxxx" MMC xx.xx.2022-ci il ta rixdə vergi orqanına müraciət edərək nəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı bağlanmış müqaviləni, fərdi sahibkar tərəfindən imzalanmış elektron alış aktını və pul vəsaitinin fərdi sahibkara ödənilməsini təqdim edən ödəmə tapşırığını araşdırmaya təqdim etmişdir.

65. Beləliklə vergi ödəyicisinin 2021-ci ildə 2 ədəd və 2022-ci ildə bir ədəd nəqliyyat vasitələrinin lizinq şirkətlərinə təqdim etməsi, 2019-cu ildə fərdi sahibkar tərəfindən 2 ədəd minik avtomobili idxal etməsi, nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən sonra qısa müddət ərzində (1 gün ərzində) fərdi sahibkar tərəfindən lizinq şirkətinə təqdim edilməsi nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığını və nəqliyyat vasitələrinin fərdi sahibkar tərəfindən şəxsi məqsədlər üçün istifad ə olunmadığını, təqdim edilmiş nəqliyyat vasitələrinin sahiblərinin sahibliyində və etibarnamə əsasında çoxlu sayda nəqliyyat vasitələrinin olduğunu, bu da həmin şəxslərin vergi ödəyicisi kimi vergi orqanında uçota alınmadan faktiki olaraq təqdim edilmiş nəqliyyat vasitələrinin digər şəxslərin adına rəsmiləşdirilərək əldə edilmiş gəlirlərinin vergidən yayındırması, qeyd olunanların fərdi sahibkar tərəfindən digər şəxslərin gəlirlərini gizlətmək və ya vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılan əməliyyatlar olması, “Lizinq” şirkətləri tərəfindən tərtib olunmuş elektron alış aktlarının ləğv edilməməsi, qaydalara uyğun İnternet Vergi idarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında hər hansı düzəlişin aparılmaması vergi orqanının hesablamasının qanunvericiliyə uyğun olduğunu bir daha sübut edir.

66. Vergi orqanı tərəfindən vergi ödəyicisinin uçota alınması və müvafiq hesablamanın aparılması tamamilə vergi qanunvericiliyinə uyğun olmasına baxmayaraq, məhkəmə ədalətsiz qərar qəbul etmişdir. Prosessual hüquq normalarının pozuntusuna dair:

67. Məhkəmə qərarından görünür ki, iddiaçının 2 avtonəqliyyat vasitəsinin alqısatqısı üzrə etibarnamə əsasında çıxış etməsi onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirilə bilməz.

68. Halbuki, məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş arqumentlər üzrə kompleks yanaşma əsasında tədqiqat həyata keçirməmişdir. Belə ki, iş üzrə cavabdehin arqumentləri və dəlilləri müxtəlif prosessual sənədlərdə əks olunmasına baxmayaraq məhkəmə kollegiyası bu halları nəzərə almamışdır.

69. Cavabdehin iddiaçının məhz sahi bkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 1-İddiaçı faktiki olaraq lizinq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbəri kimi davamlı olaraq bu tipli əməliyyatlar həyata keçirmişdir, yəni sahibkarlıq fəaliyyəti çərçivəsində mütəmadi şəkildə avtonəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olmuşdur; 2- Elektron alış aktlarının tərtib edildiyi günlərə diqqət etdikdə aydın olur ki, fərdi sahibkar İddiaçı “Nissan Micra” markalı avtonəqliyyat vasitəsini maşın sahibliyinə keçdiyi gün, “Mercedes Benz E200” markalı avtonəqliyyat vasitəsini isə 1 (bir) gün ərzində elektron alış aktına əsasən təqdim etmişdir. Burda xüsusilə fikir verilməli məsələ ondan ibarətdir ki, cavabdeh olaraq alış aktlarının tərtib edilməsindən daha çox, onun tərtib edil diyi tarix baxımından məsələyə yanaşaraq sözügedən nəqliyyat vasitələrinin birinin elə həmin gün, digərinin isə 1 gün sonra dərhal satılması həmin əməliyyatların mənfəət əldə edilməsi məqsədilə satıldığını təsdiq edir. 3- Sözügedən nəqliyyat vasitələrin eyni şəxsə satılması faktı da həmin nəqliyyat vasitələrinin satışından gəlir əldə edilməsi məqsədilə qabaqcadan razılıq əsasında satışın realizə edilməsini müəyyən edir.

70. Lakin məhkəmə kollegiyası gəldiyi yanlış nəticəni təhrif olunmuş şəkildə əsaslandırmışdır.

71. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş arqumentlər üzrə heç bir araşdırma aparmamışdır.

72. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

73. Ən vacib məsələ ondan ibarətdir ki, məhkəmə kollegiyası qəbul etdiyi qərarı əsaslandırmamış, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmişdir.

74. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin aşağıdakı dəlillərinə münasibət bildirilməmişdir. - İddiaçının mütəmadi olaraq bu tipli əməliyyatlar həyata keçirməklə bilavasitə sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktına; - Nəqliyyat vasitələrinin eyni şəxsə satılması faktına dair dəlilinə; - Nəqliyyat vasitələrindən birinin həmin gün, digərinin isə 1 gün sonra elektron alış a ktı ilə alıcıya təhvil verilməsinə dair dəlilinə;

75. Beləliklə, yuxarıda qeyd olunanlar birmənalı şəkildə barəsində şikayət olunan qərarın ləğv edilməsi üçün ciddi əsaslardır. b. kassasiya şikayətinə etirazın dəlilləri

76. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

77. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

78. Kassasiya şikayəti vaxtında verilmiş, fo rmal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

79. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

80. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmuşdur.

82. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

83. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

84. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının müvafiq ərizəsi olmadan vergi qe ydiyyatına alınaraq ona 2021-ci il üçün gəlir vergisi hesablanması vergi qanunvericiliyinə zidd olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 33.4cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir... Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir.

85. Vergi qanunvericiliyinin tələblərindən göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatı forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən ərizəsi (kağız və elektron formatda) əsasında həmin aparılır. Burada fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması qaydası nəzərdə tutulmur. Nəzərdə tutulan odur ki, fiziki şəxs vergi uçotuna durmaq üçün vergi orqanına könüllü ərizə verməlidir. Hazırkı halda isə iddiaçı vergi ödəyicisi kimi uçota alınması ilə bağlı vergi orqanına ərizə vermədiyi işin mübahisələndirilməyən halını təşkil edir.

86. Cavabdehin şikayətində istinad etdiyi Vergi Məcəlləsinin 33.3-cü maddəsi, habelə həmin Məcəllənin 2021-ci ildə qü vvədə olmuş 33.5-ci maddəsi vergi orqanının təşəbbüsü ilə uçota alınmanı nəzərdə tutmur. Həmin normalar hüquqi şəxsin və fərdi sahibkarın vergi uçotuna alınması və bu barədə onlara məlumat verilməsi ilə bağlı vergi orqanının öhdəliyini nəzərdə tutur.

87. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən, «Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz». Həmin maddənin X hissəsinə əsasən, «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər».

88. Birbaşa qüvvədə olan həmin normalara əsasən, Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinin nəzərdə tutduğu şəxslərdən fərqli olaraq dövlət orqanları, həmin orqanla rın vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun.

89. Cavabdehin qeyd etdiyi Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanının öz təşəbbüsü ilə vergi uçotuna almaq səlahiyyəti bilavasitə qanunda xx.xx.2023-cü il tarixdən nəzərdə tutulmuşdur.

90. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-168/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar