Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-142/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daimi yaşamaq üçün icazənin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 21(107)-395/2024 nömr əli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 29.11.2001-ci il tarixdə Türkmənistan Respublikası tərəfindən pasport verilmiş iddiaçı Türkmənistan Respublikasının vətəndaşıdır, xx.xx.1982-ci təvəllüdlüdür və 2002-ci ildən Azərbaycan Respublikasında yaşayır.
2. Türkmənistanın Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Türkmənistan vətəndaşının pasportunun etibarlılığı vaxtla məhdudlaşmır. Lakin vətəndaşlar 25 və 45 yaşına çatdıqda, daxili işlər orqanları onların pasportlarına bu yaşa uyğun foto kartoçka yapışdırırlar. Belə foto kartoçkası olmayan pasportlar etibarsızdır.
3. İddiaç ının ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin verilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci il tarixdə Türkmənistan Respublikasının Marı vilayətində Maqtumquli şəhərində doğulmuş, Türkmənistan Respublikasında orta məktəbi bitirəndən sonra, həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra qohumları Azərbaycan Respublikasında yaşadıqlarına görə, onlar ın yanına gəlmiş, burada sevdiyi insana rast gələrək, ailə qurmaq qərarına gəlmişdir. xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X2 ilə rəsmi nikaha daxil olmuşdur, onların birgə nikahdan doğulmuş xx.xx.2003-cü il təvəllüdlü Çarıqeldi, xx.xx.2007-ci il təvəllüdlü Əli, xx.xx.2011-ci il təvəllüdlü Nuray adlı 3 övladı var. Göründüyü kimi, iddiaçı 2003-cü ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır, buranı doğma vətəni hesab edir. Ailə və qohumluq bağlarını, gələcəyini əsaslı şəkildə bura ilə bağlamışdır. Ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsi də təqdim olunmuşdur. Pasportunun müddəti başa çatdığından, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün yeni icazə vərəqəsi təqdim olunmur. Qeyd edilən faktiki hallarl a bağlı həyat yoldaşı Vüsalə Qulova Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X4 idarəsinə xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə müraciət edərək, üzləşdiyi çətinliyi bildirmişdir. X4 İdarəsi xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, etibarlı pasport əldə etdikdən sonra Türkmənistan Respublikasının vətəndaşı kimi o, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Bundan sonra Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuş, lakin müraciətinin təmin olunmasından imtina edilmişdir.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icaz ənin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. İddiaçının faktiki olaraq qüvvədən düşmüş ümumvətəndaş pasportuna malik olmasına baxmayaraq, onun inzibati orqana ünvanladığı ərizələri humanizm prinsipi baxımından nəzərə alınaraq, ona bir neçə dəfə müvəqqəti yaşamaq üçün icazələr verilmişdir. Analoji hallarla bağlı Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinə notalar daxil olmuşdur. Hazırkı halda, iddiaçının inzibati orqana müvafiq müraciətinin olmaması və dolayısı ilə mübahisələndirilən inzibati aktın mövcud olmaması səbəbindən iddia mümkün hesab edilməməlidir.
7. Şəki İnzibati Məhkəməsinin (hakim: Vüqar Musayev) 02 aprel 2024-cü il tarixli, 2-1(116)-703/2024 nömrəli qərarı ilə iddia təmin edilmə mişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia mümkünlük şərtlərinə cavab verir, lakin əsassızdır. Belə ki, xx.xx.1982-ci il təvəllüdlü iddiaçı, Türkmənistan Respublikasının vətəndaşıdır. Ona 2001-ci ildə, 19 yaşında Türkmənistan Respublikası tərəfindən pasport verilmişdir. 2002-ci ildən etibarən isə iddiaçı Azərbaycan Respublikasında yaşayır. Cavabdeh orqana müraciət edildiyi tarixdə iddiaçının 41 yaşı olmuşdur. İddiaçının vətəndaşı olduğu Türkmənistan Respublikasının qanunvericiliyinə əsasən daxili işlər orqanları vətəndaşların 25 və 45 yaşına çatdıqda pasportlarına bu yaşa uyğun foto kartoçka yapışdırdıqları halda pasportlar etibarlı sayılır. İddiaçı 25 yaşına çatdıqdan sonra onun pasportuna Türkmənistan Respublikasının daxili işlər orqanları tərəfindən bu yaşa uyğun foto kartoçkası yapışdırılmamışdır. Buna görə də, hazırda onun malik olduğu pasport yaşına uyğun foto kartoçkası olmayan pasport olmaqla etibarsız hesab edilir.
9. Qanunvericiliyin tələbinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması üçün pasport təqdim etməlidirlər. Bu zaman təqdim edilən və şəxsiyyəti təsdiq edən sənəd qismində çıxış edən pasport – iddiaçının vətəndaşı olduğu ölkənin qanunvericiliyinə uyğun etibarlı sənəd xüsusiyyətlərini daşımalıdır. Belə ki, şəxsiyyəti təsdiq edən sənədlərin olmaması (hazırkı halda sənədin etibarsız olması) Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən imtina üçün birbaşa əsasdır. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının mürac iəti ilə bağlı Miqrasiya Məcəlləsinin 54-cü maddəsinə uyğun ətraflı inzibati araşdırma aparılmasa da, məhkəmə hesab edir ki, iddiaçının malik olduğu Türkmənistan Respublikasının pasportu hər bir halda şəxsiyyəti təsdiq edən sənəd qismində etibarlı sənəd olmadığından, iddiaçının xeyrinə inzibati aktın qəbul edilməsi doğru olmayacaqdır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Tural Həsənov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Günay Cavadova) 09 iyul 2024-cü il tarixli, 2-1(107)-395/2024 nömrəli qərarı ilə iddiaçının ap ellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətini onda mövcud olan hazırkı Türkmənistan Respublikası pasportu ilə Azərbaycan Respublikası ərazisinə qanuni yolla gəlməsi, həmin pasport vasitəsi ilə uzun müddət müvafiq orqanlara, o cümlədən müvəqqəti yaşamaq huququ ilə bağlı Miqrasiya Xidmətinə müraciət etməsi, həmin orqana sonuncu müraciəti xaric əvvəllər heç bir şəkildə ona məxsus olan Türkmənistan Respublikası pasportunun etibarsız hesab edilməsi ilə əlaqədar imtinaların mövcud olmaması, o cümlədən himayəsində 3 (biri talasemiya xəstəsi olmaqla) övladı olmaqla evli olma sı səbəbindən ailəsini Azərbaycan Respublikasında qoyub özünün Türkmənistan Respublikasına qayıtmasının, orada yeni pasport əldə etməsi üçün bir neçə ay vaxtın tələb edilməsinə görə getməsinin ailəsinin yaşayışına mənfi təsir etməsi ilə əsaslandırmışdır.
13. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən dəlillərini əsassız hesab edir və qeyd edir ki, iddiaçı yeni pasport əldə etməsi üçün vətəndaşlığını daşıdığı ölkəsinə qayıtmasının mümkünsüzlüyü təsdiq edən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Eyni zamanda, iddiaçıdan yeni bir pasport tələb edilmir, sadəcə həmin pasportun etibarlı olması üçün vətəndaşı olduğu ölkənin qanunvericiliyinə və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərinə əməl edilməsi tələb edilir. Belə ki, o, Türkmənistan pasportunu dəyişdirmə k üçün X1 şöbəsi ilə əlaqə saxlamalı, müvafiq sənədləri təqdim etməlidir. Türkmənistan vətəndaşının pasportunun etibarlılığı vaxtla məhdudlaşmır. Daxili işlər orqanları vətəndaşların 25 və 45 yaşına çatdıqda pasportlarına bu yaşa uyğun foto kartoçkası yapışdırırlar. Belə foto kartoçkası olmayan pasportlar etibarsızdır.
14. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası ərazisini tərk etmədən (Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etməklə) də vətəndaşı olduğu Türkmənistan Respublikasının yeni pasportunu əldə etmək imkanı mövcuddur. İddiaçı qeyd edilən pozitiv imkanları olduğu halda bundan istifadə etmədiyindən hazırda ona məxsus olan pasport Azərbaycan Respublikası qanunvericiliyi ilə etibarsız hesab edilir. Bu səbə bdən cavabdeh inzibati orqan ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququna dair icazənin verilməsindən imtina etməkdə haqlı olmuşdur.
15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Maddə 52.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti o rqanı tərəfindən verilir. Maddə 53.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 53.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizəanket; 53.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;... Qeyd: Bu Məcəllənin 53.1.2-ci, 53.1.13-cü və 53.1.15-ci maddələrində göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır (bu Məcəllənin 53.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 54.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan ha llar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Maddə 54.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. Maddə 54.11. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən imtina edildikdə, imtina edildiyi gündən etibarən bir ay müddətində imtinaya səbəb olan hal aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edilə bilər. Bu halda yalnız imtina edilməsinə səbəb olan halın aradan qalxdığını təsdiq edən sənəd təqdim edilir Maddə 54.12. Azərba ycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur. Maddə 55.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 53.4-cü maddəsi nəzərə alın maqla);
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş ü zrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, elə cə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin üzərinə iddiaçıya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi öhdəliyinin qoyulması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələlər i təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 21(107)-395/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.