Məhkəmə qərarları › İş №2-1(102)-1421/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1421/2025

01.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1421/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və “Qaçqın statusu”nun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1( 103)2235/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2023-cü il tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ-31/2 saylı qərarının ləğv edilməsi və xx.xx.1978-ci il təvəllüdlü İddiaçı və onun ailə üzvü xx.xx.2016-cı il təvəllüdlü qızı Anaya Leslie-yə qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3014/2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.

3. Həmin qərardan iddiaçı apellyasiya ş ikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli, 21(103)-2235/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3014/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

5. Bakı Apellyasiya Məhkəməsinin qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının vəkilinin elektron kabinetinə yerləşdirilmişdir.

6. İddiaçı xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. İddiaçı həmçinin həmin tarixdə buraxılmış prosessual mü ddətin bərpa edilməsi barədə ərizə təqdim edərək kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin buraxılmasının üzürlü hesab edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının övladının ağır xəstəliyi və müalicə olunmaq üçün xərclərini azaltmaq lazım olduğundan, yaşayış yerini dəyişərək daha ucuz evə köçmüşdür. Ünvanına poçt vasitəsi ilə gələn məktubu köhnə ünvanda yaşayan qonşusundan almışdır. Bundan başqa vəkil ilə müqavilə bağlamaqda xeyli çətinlikləri olmuşdur. Onun miqrasiyadan oturum izninin olmaması və miqrasiya kartının olmaması səbəbindən vəkillə müqavilə bağlayıb, onu etibarnamə vermək imkanı olmamışdır. Məhz bu səbəbdən də iddiaçı kassasiya şikayətini elektron məhkəmə portalı vasitəsi ilə deyil, kağız formasında yazıb imzalamaq məcburiyyət ində qalmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qay da nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya ins tansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

10. Mülki Prosessual Məcəllə (MPM): Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.... Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ

11. Ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

12. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatl arın nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

13. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı iddiaçının vəkilinin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yüklənmiş (i.v.115) və iddiaçının özünə isə xx.xx.2024-cü il tarixdə poçtla təqdim edilmişdir (poçt qəbzi i.v.120).

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı qərarın iddiaçının vəkilinin elektron kabinetinə yerləşdirildiyi tarixdən hesablanmalıdır. Belə olan halda şikayətinin verilməsi üçün son tarix xx.xx.2024cü il hesab edilməli idi.

15. Hətta kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımının başlanğıcı qərarın iddiaçının özünə poçtla təqdim edildiyi tarix, yəni xx.xx.2024-cü il tarixi hesab edilsə idi belə yenə də iddiaçı müddəti buraxmışdır.

16. Beləliklə, kassasiya şikayətinin verilməsi üçün son tarix xx.xx.2024-cü il olmuşdur. Lakin, kassasiya şikayəti müddət ötürüldükdən sonra xx.xx.2024-cü il tarixdə, yəni 3 ay sonra məhkəməyə daxil olmuşdur (i.v.122-129). Vəkil orderi də xx.xx.2024-cü il tarixlidir (i.v.134).

17. İddiaçı ərizəsində qeyd etmişdir ki, övladının ağır xəstəliyi və müalicə olunmaq üçün xərclərin i azaltmaq lazım olduğundan, yaşayış yerini dəyişərək daha ucuz evə köçmüşdür. Ünvanına poçt vasitəsi ilə gələn məktubu köhnə ünvanda yaşayan qonşusundan almışdır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, şəxs yaşayış yerini dəyişməsi barədə məhkəməyə xəbər verməli idi. Lakin iddiaçı yaşayış yerinin dəyişməsi barədə məhkəməyə məlumat verməmişdir.

19. Sonda məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddət iddiaçı tərəfindən üzürsüz səbəb olmadan ötürülmüşdür.

20. Prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpasına dair ərizə rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2235/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş şi kayət üzrə kassasiya mümkün sayılmır və şikayətin icraata qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar