Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1429/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ehtiyatda olan hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2-1(105)-151/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda bağlanmış 30 iyul 2013-cü il tarixli, 4Ə-1898 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzil üzərində 1 avqust 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 9 iyun 2020-ci il tarixli, 4Ə-1042 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
2. Sumqayıt Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 7 aprel 1990-cı il tarixli, 14958 nömrəli icarə müqaviləsinə, 5 fevral 2015-ci il tarixli, 7974 qeydiyyat nömrəli, seriya A 537004 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə, Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 13 fevral 2015-ci il tarixli, 7E-6354 reyestr nömrəli razılıq ərizəsinə əsasən, Sumqayıt şəhəri, Saray bağlar massivi 4423Q ünvanında yerləşən 0,0754 ha bağ torpaq sahəsi üzərində 31 oktyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 3 oktyabr 2021-ci il tarixli, 4Ə-2411 reyestr nömrəli bağışl ama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
3. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 1 mart 2020-ci il tarixli, 4Ə-459 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, Sumqayıt şəhəri, Saray bağlar massivi B-4423B ünvanında yerləşən 0,12 ha bağ torpaq sahəsi üzərində 11 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 5 aprel 2022-ci il tarixli, 4Ə-638 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
4. Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusunun 24 fevral 2020-ci il tarixli, 4Ə-521 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, Sumqayıt şəhər i, Saray bağlar massivi 4423V ünvanında yerləşən 0,18 ha bağ torpaq sahəsi üzərində 3 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, eskiz layihəyə və şəxsin 5 may 2020-ci il tarixli Sumqayıt Şəhər İcra Hakimiyyətinə ünvanladığı məlumatlandırma ərizəsinə əsasən sözügedən torpaq sahəsində inşa edilmiş bağ evi üzərində 13 may 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 5 aprel 2022-ci il tarixli, 4Ə-637 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
5. Keçmiş Abşeron rayonu X1 və Mülkiyyət H üquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X3 adına Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna dair texniki pasport və mülkiyyət hüququ haqqında 004296 nömrəli şəhadətnamə verilmişdir. Lakin Abşeron rayonu 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-2120 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixli, **********15-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir.
6. İddiaçı yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina edərək bildirmişdir ki İddiaçı müraciətinə hüqu qmüəyyənedici sənədlər əlavə edildiyini bildirsə də, onun tərəfindən ərizəyə hər hansı sənədin qoşulmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Xidmət dövrünün çox hissəsini cəbhə bölgəsində döyüşlərdə keçirmişdir. Azərbaycan R espublikasının müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli, 0389 nömrəli əmri ilə “hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmış və xx.xx.2007-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində hərbi qeydiyyata alınmışdır. Bundan sonra o, mənzil növbəsinə götürülməsinə dair ərizə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Səhhəti ilə əlaqədar xarici ölkələrdə müalicə aldığı üçün etdiyi müraciəti ilə maraqlana bilməmişdir. Bu yaxınlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin mənzil şöbəsindən maraqlanan zaman ona bildirilmişdir ki, mənzil şöbəsi bir yerdən başqa yerə köçürülən zaman sənədlərin çoxu it irilib və ərizəsi tapılmır. O, xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə “ev növbəsinə qəbul edilməsi və 6 ay müddətinə kirayə haqqı ödənilmək şərti ilə ev və ya torpaq sahəsi ilə təmin edilməsi” barədə ərizə ilə müraciət etsə də, bu günə kimi ərizəsi cavablandırılmamışdır.
9. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlərinə ünvanlanmış cavab məktublarında ona qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməsi tövsiyə olunmuşdur. İddiaçının mənzil uçotuna alınması ilə əlaqədar təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, onun qeydiyyatda olduğu və yaşadığı mənzil 2022-ci ildə X4 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsnifatı altın a düşmə faktını müəyyən etmək üçün dəfələrlə şifahi və telefon vasitəsi ilə evin alqı-satqı müqaviləsinin surətinin, yaxud özgəninkiləşənə qədər olan çıxarışının surətinin şöbəyə təqdim edilməsi barədə cavabdehin müraciəti hər dəfə iddiaçı tərəfindən imtina ilə qarşılanmışdır. İddiaçı tərəfindən müvafiq sənəd təqdim edilmədiyi üçün qaldırılan məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır.
10. Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2023-cü il və xx.xx.2024cü il tarixlərdə iddiaçının adına hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakın olub-olmamasına dair məlumatın, əvvəllər İddiaçı mülkiyyətində olmuş və sonradan özəlləşdirilmiş daşınmaz əmlaka (əmlaklara) dair məlumat və sənədlərin təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Re yestri Publik Hüquqi Şəxsinə sorğu verilmiş, sorğuya cavab olaraq bu qərarın 1-5-ci bəndlərində qeyd olunmuş məlumat və bu məlumatı təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 24 sentyabr 2024-cü il tarixli, 2-1(118)-91/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı, adına müxtəlif daşınmaz əmlaklar olmasına baxmayaraq, həmin daşınmaz əmlakları özkəninkiləşdirməklə mənzil şəraitini qəsdən pisləşdirmişdir. Məhkəmə əlavə olaraq bildirmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində, həm də “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına m üvəqqəti mənzil xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 147 nömrəli Qərarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmə üçün yeganə meyar hərbi qulluqçunun yaşayış sahəsinin olmamasıdır. Beləliklə, iddiaçı məhkəmə iclasında şifahi olaraq yaşayış sahəsinin olmamasını, kirayə yaşamasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin olunmasından imtina edilmişdir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbini n təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.M.Hacıyev /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və T.B.Axundov) 13 yanvar 2025-ci il tarixli, 2-1(105)-151/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, iddiaçı yaşayış sahəsinin olmamasını, kirayə yaşamasını qeyd etsə də, bu halı təsdiq edən hər hansı yazılı mötəbər sübutu birinci və ya apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Əksinə, işdə olan rəsmi sənədlərlə sübuta yetirilir ki, iddiaçının mülkiyyətində bir neçə yaşayış və torpaq sahələri olmuş, o, həmin daşınmaz əmlakları bağışlamaq və alqı-satqı yolu ilə digər şəxslərin adına keçirmişdir. Hazırda isə Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsi 21 A ünvanda 0,0235 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 197,44 kv.m olan qeyriyaşayış binası iddiaçının tam mülkiyyətindədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması vəzifəsinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması üçün qanuni əsaslar mövcud deyildir. Odur ki, iddiaçının iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz.
16. İddiaçı həmin qərardan kas sasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayətində qanunvericilik apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. normalarını sadalamaqla b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən s osial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.... Maddə
51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində u çota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələ ri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sə nədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sən ədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı:... 2.3. Həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur....
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblə r 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qə bul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblə ri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüq uqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda ist inad olunan normalarına görə iddiaçının yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə mövqeyi ilə razılaşmışdır.
28. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2-1(105)-151/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.