Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-143/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdeh tərəfindən iddiaçının hüquq və qanuni maraqlarının pozulmaması; səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın inzibati akt olmaması; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil o ğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “inzibati aktların qanunsuz hesab olunaraq ləğv edilməsi, inzibati icraatın müddətinin uzadılmasına səbəb olan halların inzibati orqan tərəfindən əsaslandırılması barədə aktların təqdim edilməsi, habelə inzibati aktla bağlı bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə iddiaçıya izahat və ya şərh təqdim edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2666/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********926400 nömrəli qərara əsasən iddiaçıya 2020-ci ilin mənfəət vergisi üzrə 122.590, 49 manat əlavə vergi hesablanmışdır.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə 2020-ci ilin mənfəət vergisi üzrə dəqiqləşmiş bəyannamə təqdim etmiş, həmin bəyannamə əsasında yenidən kameral vergi yoxlaması keçirilmiş və xx.xx.2021-ci il tarixli **********926400 nömrəli qərar ləğv edilməklə, xx.xx.2021-ci il tarixli **********349100 nömrəli qərar qəbul edilmişdir (2020-ci ilin mənfəət vergisi üzrə yenidən 122.590, 49 manat əlavə vergi hesablanmışdır).
3. Bundan sonra, iddia çı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********349100 nömrəli qərarının ləğv edilməsi ilə bağlı yuxarı vergi orqanına xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli şikayətlər (kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə) ünvanlamış, nəticədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” **********3 41200 nömrəli qərar qəbul edilmişdir.
4. Həmin qərarla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********349100 nömrəli qərar ləğv edilmiş, həmçinin Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsinin təmin olunması, Cəmiyyətin real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi, Cəmiyyət tərəfindən 2021-ci il üçün mənfəət vergisi bəyananməsi təqdim edilərkən 2021-ci ildə 2020-ci il üçün elektron alış aktları ilə alınmış 529284,57 manat məbləğində malın dəyərinin xərc kimi nəzərə alınmamasının nəzarətdə saxlanılması həvalə edilmişdir.
5. Həmin qərarın icrası il ə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********150643 nömrəli qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 29 oktyabr 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində qəbul edilmiş **********341200 nömrəli və xx.xx.2021-ci il tarixli **********15643 nömrəli inzibati aktların qanunsuz hesab olunara q ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin normalarına uyğun olaraq, inzibati icraatın müddətinin uzadılmasına səbəb olan halların inzibati orqan tərəfindən əsaslandırılması barədə aktların iddiaçıya təqdim edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən, xx.xx.2021-ci il tarixli **********926400 nömrəli qərarı ilə bağlı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə iddiaçıya izahat və ya şərh təqdim edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixli **********926400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvi ilə bağlı cavabdehə ilk dəfə xx.xx.2021-ci il tarixində müraciət etsə də, “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərar xx.xx.2021-ci il tarixdə, yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbləri (müddətlə bağlı) gözlənilməməklə qəbul edimişdir. Belə ki, vergi orqanı öz səlahiyyətlərindən istifadə edərək, icraatın müddətini 2 dəfə 30 gün olmaqla uzatmış və qanunvericiliyin icazə verdiyi ən gec müddət olan 90-cı gündə (xx.xx.2021-ci il tarixdə) icraatı bitirmişdir. Lakin cavabdeh qanunvericiliklə müəyyən olunmuş müddətin uza dılmasına səbəb olan halları inzibati aktla əsaslandırmalı olduğu halda, belə bir aktı iddiaçıya təqdim etməmişdir. Bundan əlavə, cavabdeh xx.xx.2021-ci il tarixində növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etməklə iddiaçının sahibkarlıq fəaliyyətinə əsassız müdaxilə etmiş, müəssisənin fəaliyyətini yenidən iflic vəziyyətə salmışdır.
8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3471/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə cavabdeh qismində cəlb edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti iddia tələbinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********341200 nömrəli qərar (İnzibati şikayətin qismən tə min edilməsi haqqında) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********349100 nömrəli qərarının ləğv edilməsi ilə bağlı yuxarı vergi orqanının vergi ödəyicisinin xeyrinə qəbul etdiyi qərardır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub- olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi m üdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib- etmədiyi yoxlanılmalıdır. Həmçinin, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli **********341200 nömrəli qərar iddiaçı üçün əlverişli inzibati akt hesab edilir (maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt). Buna görə də həmin qərardan şikayət verilə bilməz. xx.xx.2021-ci il tarixli qərar (növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar) isə ümumiyyətlə inzibati akt hesab edilə bilməz. Belə ki, həmin qərar müstəqil inzibati akt olmamaqla, iddiaçı üçün heç bir hüquqi nəticələr yar atmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Bundan əlavə, Dövlət Vergi Xidməti tərəfindən “İnzibati icraat haqqında” Qanunun 52-ci maddəsinin normalarına uyğun olaraq, inzibati icraatın müddətinin uzadılmasına səbəb olan hallar barədə məlumat iddiaçıya elektron qaydada təqdim edilmişdir. Həmçinin iddia tələbi, “İnzibati icraat haqqında” Qanunun 47.2ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********926400 nömrəli qərar ilə bağlı cavabdeh tərəfindən əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsaslar barədə iddiaçıya izahat və ya şərh təqdim edilməsinə dair hissəsində də mümkün hesab edilməməlidir. Belə ki, sözügedən qərar tamamilə ləğv edildiyi üçün (xx.xx.2021-ci il tarixli **********341200 nömrəli inzibati şikayətin qismən təmin edilməsi haqqında qərar əsasında) qüvvədən düşmüş hesab edilir və ona görə də, konkret olaraq iddiaçının bu qərarla bağlı hüquqi marağı və hüquqi müdafiəyə ehtiyacı olmadığından iddia mümkün hesab edilməməlidir. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 47.2-ci maddəsinə əsasən, maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Burada inzibati icraatın davam etdiyi müddət ərzində hələ qəbul edilməmiş (gələcəkdə ediləcək) inzibati aktdan bəhs edilir. Lakin, iddiaçının qeyd et diyi inzibati akt artıq qəbul edilmişdir (həmçinin qüvvədən düşmüşdür).
10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsinə qarşı etiraz verərək qeyd etmişdir ki, “İnzibati şikayətin qismən təmin edilməsi haqqında’’ xx.xx.2021-ci il tarixli **********341200 nömrəli qərarın 3.2-ci bəndi ilə İddiaçı MMC-nin real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış və icra olunması üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq tapşırıq verilmişdir. Qərarın 3.2-ci bəndinin icrasının təmin olunması üçün Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.x x.2021-ci il tarixli **********150643 nömrəli qərar qəbul edilmiş və İddiaçı MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********150643 nömrəli qərarın mübahisələndirilməsi ilə inzibati orqanın (vergi orqanının) diskresion səlahiyyətlərinin icrasına müdaxilə olunur. Səyyar vergi yoxlamasının əsas məqsədi yoxlama zamanı vergi ödəyicisindən zəruri olan sənədləri, yəni vergi ödəyicilərinin maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədl əri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, elektron səyyar vergi yoxlamaları məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünü yoxlamaqdan ibarətdir. Başqa sözlə, mübahisələndirilən qərar iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunmur (öhdəlik yaratmır).
11. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) e-2-1(112)-3471/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
12. Məhkəmə “İnzi bati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarına və İPM-nin 35-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********341200 nömrəli qərarı (“İnzibati şikayətin qismən təmin edilməsi”) iddiaçıya münasibətdə əlverişli inzibati akt (maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt) olduğundan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********150643 nömrəli qərarı isə birbaşa Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarının icrası ilə bağ lı olub, yuxarıda qeyd edilən inzibati orqanın qərarı əsasında konkret icraatın təşkili ilə bağlı qəbul edilən qərar olduğundan, hazırki halda isə mübahisəli qərarlarla iddiaçının hüquqlarına müdaxilənin aşkar şəkildə baş verməsi halı müəyyən edilmədiyindən, həmçinin inzibati orqan tərəfindən aparılmış inzibati icraatın sonunda iddiaçının tələbi təmin edilməklə onun üzərinə qoyulmuş vəzifələri götürən əlverişli inzibati akt qəbul edildiyindən, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********926400 nömrəli qərarı da, həmin aparılmış inzibati icraatın sonunda qəbul edilmiş əlverişli inzibati akt əsasında qüvvədən düşdüyündən, iddia tələbləri üzrə iddiaçının hüquqi marağı və hüquqi müdafiəyə ehtiyacı olması müəyyən edilmədiyindən, İdd iaçı MMC-nin iddia tələbləri mümkün sayılmamalıdır.
13. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasın xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) 2-1(103)-2666/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3471/2022 nömrəli 14 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə yeni qərar qəbul olunma sını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Kassator işin hallarını və iddia ərizəsindəki dəlilləri təkrarlamış, əlavə olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, 47.2, 52.1, 52.3, 52.4, 52.5, 67.1, 78.1, 78.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiyasının 60.4cü maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 52-ci maddəsinin normalarına uyğun olaraq, inzibati icraatın müddətin uzadılmasına səbəb olan halların inzibati orqan tərəfindən əsaslandırılması barədə aktları tələb etsə də, apellyasiya instansiyası məhkəməsi bu tələbə hüquqi qiymət verməmiş və bu günə qədər də həmin sənədlər iddiaçıya təqdim olunmamışdır.
18. Bundan başqa, Dövlət Vergi X idmətinin xx.xx.2021-ci il tarixli **********341200 nömrəli qərarının (“İnzibati şikayətin qismən təmin edilməsi” barədə) əlverişli olması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsassızdır və həmin akt birbaşa olaraq iddiaçının sahibkarlıq fəalliyətinə ziyan vurmuşdur. Əlavə olaraq, xx.xx.2021-ci il tarixli, **********341200 nömrəli qərarın iddiaçıya münasibətdə əlverişli inzibati akt olması cavabdehin mövqeyidir.
19. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 35.1, 48.1-ci maddələrinə istinad edərək kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə 35.İddianın mümklünlüyü 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya müm kün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçiinin tələbləri göstərilmişdir. Ona görə də, iddiaçının şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə müb ahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Mə hkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
28. Hazırkı iş üzrə iddiaçının tələbi 4 hissədən ibarətdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində qəbul edilmiş “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” **********341200 nömrəli qərarın ləğvi; - “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin normalarına uyğun olaraq, inzibati icraatın müddətinin uzadılmasına səbəb olan halların inzibati orqan tərəfindən əsaslandırılması barədə aktların iddiaçıya təqdim edilməsi; - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqınd a” xx.xx.2021-ci il tarixli **********15643 nömrəli qərarın ləğvi; - “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən, xx.xx.2021-ci il tarixli **********926400 nömrəli qərarı ilə bağlı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə cavabdeh tərəfindən iddiaçıya izahat və ya şərh təqdim edilməsi.
29. Məhkəmə kollegiyası iddiaçının ““İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2021-ci il tarixində qəbul edilmiş **********341200 nömrəli qərarın ləğvinə dair” tələbi ilə əlaqədar qeyd edir ki, həmin qərarla İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə müxtəlif tarixli şikayətləri qismən təmin edilmiş, “Vergilə rin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********349100 nömrəli qərarı ləğv edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsinin təmin olunması, Cəmiyyətin real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi həvalə edilmişdir.
30. Göründüyü kimi, mübahisələndirilən qərarla iddiaçının xx.xx.2021-ci il tarixli **********349100 nömrəli qərarın ləğvi ilə bağlı şikayəti təmin edilmişdir ki, bu hal iddiaçının hüquq və qanuni maraqlarını pozmur, əksinə onun üzərinə qoyulmuş vəzifəni (vergi öhdəliyi ilə bağlı) götürür (belə ki, şəxsi hesab vərəqəsində vergi borcunun azaldılması ilə bağlı müvafiq düzəlişlərin edilməsi qərara alınmışdır). Bu hissədə mübahisələndirilən qərar iddiaçı üçün əlverişli inzibati aktdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Məhkəmə kollegiyası razılaşır ki, qanunvericilikdə həm qanuni, həm də qanunsuz əlverişli inzibati aktın ləğvi əsasları nəzərdə tutulmuşdur (“İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələri). Lakin hazırkı halda bunun üçün əsaslar müəyyən edilməmişdir və iddiaçı həmin maddələrdə nəzərdə tutulmuş hər hansı əsasa istinad etməmişdir.
31. Digər tərəfdən, mübahisələndirilən qərarla həm də növbəti səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır və bununla bağlı, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********15643 nömrəli qərar qəbul edilmişdir (həmin qərar da iddiaçı tərəfindən mübahisələndirilir).
32. Əvvəla, xx.xx.2021-ci il tarixində qəbul edilmiş “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” **********341200 nömrəli qərarın “real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi” hissəsi, həmçinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********15643 nömrəli qərar iddiaçının hüquq və qanuni maraqlarına toxunmur.
33. Belə ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar verg i yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə, inzibati akt hakimiyyət tədbiri olmaqla, aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlan dığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İnzibati aktlar əsasən bu ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. Ünsürlərdən biri olan “məzmun” dedikdə isə inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticə başa düşülür.
34. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. 49-cu maddə isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, eləcə də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmək imkanı verir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərarla vergi ödəyicisi üçün hüquqi nəticə yaranmış olur.
35. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar “məzmun” ünsürünə malik olmadığından, başqa sözlə, vergi ödəyicisi üçün hüquqi nəticələr yaratmadığından inzibati akt hesab edilmir və İ PM-nin 2-ci maddəsi baxımından inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər.
36. Beləliklə, xx.xx.2021-ci il tarixində qəbul edilmiş “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” **********341200 nömrəli qərarın bir hissəsi (xx.xx.2021-ci il tarixli **********349100 nömrəli qərarın ləğvi) iddiaçı üçün əlverişli inzibati akt olduğundan, digər hissəsi (real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi) iddiaçının hüquq və qanuni maraqlarını pozmadığından, o cümlədən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********15643 nömrəli qərar müstəqil mübahisələndirilə bilən inzibati akt olmadığından, “İnzibati şikayətin qismən təmin edilməsi haqqın da” xx.xx.2021ci il tarixli **********341200 nömrəli qərarın və “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********15643 nömrəli qərarın ləğvi ilə bağlı iddia tələblərinin mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanunidir.
37. Bununla yanaşı qeyd edilməlidir ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilməsinin mümkünsüzlüyü, vergi ödəyicisini həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlbedilmə barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, bu çərçivədə həm də səyy ar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Nə qədər ki, səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində vergi məsuliyyətinə cəlb edilmə barədə qərar qəbul edilməmişdir və hazırkı məhkəmə mübahisəsinin predmetini məsuliyyət qərarı təşkil etmir, səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********15643 nömrəli qərara hazırkı icraatda qiymət verilməsi mümkünsüzdür.
38. Məhkəmə kollegiyası iddiaçının “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin normalarına uyğun olaraq, inzibati icraatın müddətinin uzadılmasına səbəb olan halların inzibati orqan tərəfindən əsaslandırılması barədə aktların iddiaçıya təqdim edilməsi”nə dair tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı kameral vergi yoxlaması ilə hesabl anmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli şikayətlərlə yuxarı inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh tərəfindən inzibati icraatın müddətinin uzadılmasına səbəb olan halların ona bildirilməməsinə və əsaslandırılmamasına istinad etsə də (kassasiya şikayətində də uzadılma ilə bağlı aktların ona təqdim edilmədiyini bildirmişdir), “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********341200 nömrəli qərarın məzmununda (3-cü səhifəsində) inzibati şikayətin icra müddət inin artırılması barədə iddiaçıya xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarla məlumat verildiyi qeyd edilmişdir (həmin məktublar iş materiallarındadır (iş v. 92-97) və iddiaçının elektron kabinetinə yerləşdirilmişdir). Həmçinin, xx.xx.2021-ci il tarixli **********341200 nömrəli qərarda qeyd edilmişdir ki, “inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə inzibati şikayətin icra müddəti artırılmışdır.” 39. “İnzibati icraat haqqında” Qanunun 52.3-cü maddəsinə əsasən, inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Həmin Qanunun 52.4-cü maddəsinə əsasən, bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 52-ci maddəsinin tələblərinə riayət edilmiş, iddiaçının iddia tələbində irəli sürdüyü və cavabdehdən tələb etdiyi hərəkətlər (inzibati icraatın müddətinin uzadılmasına səbəb olan halların inzibati orqan tərəfindən əsaslandırılması barədə aktların iddiaçıya təqdim edilməsi) onun tərəfindən qanunauyğun icra ed ilmişdir (müvafiq sübutlar da iş materiallarında mövcuddur). Odur ki, cavabdehin üzərinə inzibati icraatın müddətinin uzadılmasına səbəb olan halların inzibati orqan tərəfindən əsaslandırılması barədə aktların iddiaçıya təqdim edilməsi barədə öhdəlik qoyulmasına zərurət yoxdur.
41. Məhkəmə kollegiyası iddiaçının “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə istinad etməklə, xx.xx.2021-ci il tarixli **********926400 nömrəli qərarla bağlı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə cavabdeh tərəfindən iddiaçıya izahat və ya şərh təqdim edilməsinə dair tələbi ilə əlaqədar isə aşağıdakıları qeyd edir. 42. xx.xx.2021-ci il tarixli, **********926400 nömrəli qərar ilə 20 20-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması aparılmış və iddiaçıya 122.590, 49 manat əlavə vergi hesablanmışdır. Daha sonra, iddiaçı xx.xx.2021-ci il tarixdə 2020-ci ilin mənfəət vergisi üzrə dəqiqləşmiş bəyannamə təqdim etmiş, həmin bəyannamə əsasında yenidən kameral vergi yoxlaması aparılmış, xx.xx.2021-ci il tarixli **********926400 nömrəli qərar ləğv edilmiş və xx.xx.2021-ci il tarixli **********349100 nömrəli qərar qəbul edilmişdir (2020-ci ilin mənfəət vergisi üzrə yenidən 122.590, 49 manat əlavə vergi hesablanmışdır). 43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən, maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qə bulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur.
44. Sözügedən müddəa inzibati akt qəbul edilməmişdən öncə maraqlı şəxsin (inzibati icraatın iştirakçısının) inzibati orqan tərəfindən qəbul ediləcək inzibati aktın əsaslandığı bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif edilən hüquqi əsas barədə inzibati orqandan izahat və ya şərh tələb etmək hüququnu təsbit edir. Eyni zamanda, maraqlı şəxs bu hüququndan inzibati akt qəbul edilənədək istifadə edə bilər.
45. Hazırkı halda isə iddiaçı artıq qəbul edilmiş, daha sonra isə inzibati orqanın özü tərəfindən ləğv edilmiş akt barədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən izahat və ya şərh verilməsini tələb edir. Odur ki, bu barədə iddia tələbinə mahiyyəti üzrə baxılması mümkünsüzdür.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2666/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.