Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1436/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsi nəticəsində əlil olmuş şəxsə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, pensiya məbləğinin inzibati orqana müraciətdən əvvəlki üç illik müddət üçün ödənilməsi; kassasiyanın qeyrimümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Niga r Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAES-dəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dörqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2025-ci i l tarixli, 21(105)-56/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAES-dəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dördqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsini n 13 iyun 2024-cü il tarixli, 2-1(118)-1250/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 nömrəli qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 1 yanvar 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışd ır.
3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmalı olan məbləğə həmçinin onun aldığı tarif dərəcəsinin 5 qat məbləğinin də hesablanmalı olduğunu iddia etməkdə haqlıdır. Çünki yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərinə əsasən, sığorta haqları hesablanan həmin ödənişlər gəlirin ümumi məbləğinə daxil edilməlidir. Yalnız birdəfəlik ödənclərin (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) həmin məbləğlərə daxil edilməməsi qanunvericilikdə əks olunmuşdur. Habelə, qanunvericiliklə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsini və əmək haqqında pensiyanın hesablanması zamanı həmin dördqat mükafat məbləğinin vətəndaşın Çernobıl AES-də olduğu günlərin sayına bölünməklə 25,4-ə vurulmasını müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçıya əmək pensiyasının həmin qaydada hesablanmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 2-1(105)-56/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAES-də ki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dördqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur.
6. Məhkəmə kollegiyası gədiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən bu kateqoriya şəxslərin müraciəti zamanı onlar ın arzusuna əsasən pensiya üç fərqli qaydada hesablana bilərdi:
1. Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən
2. Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından
3. Minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi pensiyanın hesablaması əsasları arasında “Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın” nəzərə alınması əsasları mövcud deyil. Əmək haqqının beşqat məbləğindən hesablanması əsası ancaq minimum əmək haqqı nəzərə alınmaqla həyata keçirilə bilər. Əlavə olaraq məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən normanın tələblərinə əsasən Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara pensiya təyinatı zama nı pensiyanın qeyd edilən üç fərqli qaydada hesablanması imkanı, pensiya təyini istəyən şəxsin müraciətinə bağlıdır və qeyd edilən üç əsasdan ancaq birinin seçilməsi ilə məhdudlaşır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sadalanan normalarında, həm də Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarında Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilməsi və pensiyanın bunun əsasında hesablanması nəzərdə tutulmuşdur.
7. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98- 1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcr übəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Proses sual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
12. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə artıq Ali Məhkəmənin İnzib ati Kollegiyasının 2-1(102)-2901/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına müvafiq olaraq formalaşmış hüquqi mövqeyə malik qərardadı mövcuddur. https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=cbbe3fd966d4471c8678ce2bf73ca87b
13. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq ü çün əsaslar yoxdur. Bundan başqa, iş üzrə inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 2-1(105)-56/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.