Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1447/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Ş irvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(106)67/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur.
2. Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 noyabr 2023-cü il tarixli, 1869 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı 10 fevral 1996-cı il tarixdən 24 aprel 1998-ci il tarixədək 2 il 2 ay 14 gün Qazıməmməd şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş memar vəzifəsində işləmişdir.
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 333/3-4-184/2023 nömrəli arayışına əsasən İd diaçı Dövlət Gömrük Komitəsinin 28 aprel 1998-ci il tarixli, 219Ş nömrəli əmri ilə Əli X2 şöbəsinin böyük inspektoru vəzifəsinə xidmətə qəbul edilmiş, Komitənin 16 avqust 1999-cu il tarixli, 365Ş nömrəli əmri ilə həmin şöbənin rəis müavini vəzifəsinə keçirilmiş, Dövlət Gömrük Komitəsinin 18 aprel 2005-ci il tarixli, 129Ş nömrəli əmri ilə Komitənin sərəncamına götürülmüş, onun gömrük orqanlarında xidmətinə öz təşəbbüsü ilə 20 fevral 2006-cı il tarixli, 141Ş nömrəli əmrlə xitam verilmişdir. Gömrük orqanlarında xidməti 7 il 9 ay 23 gün təşkil edir.
4. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024-cü il tarixli, 93/2-2093/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət o rqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən, Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qu lluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1996-1998-ci illərdə Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəlikdə baş memar vəzifəsində iş müddətilə bağlı bildirilir ki, yuxarıda qeyd edilən Siyahının 2.13-cü bəndində (1991-ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il tarixədək olan dövr) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcud olan vəzifələr inzibati vəzifələrin yeddinci təsnifatına aiddir.
5. Azərbaycan Respublikası Dö vlət İmtahan Mərkəzinin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 9-3/2-Ə-48xx-xx-1018/2023 nömrəli məktubunda bildirilir ki, İddiaçı 1996-1998-ci illərdə Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsində və 1998-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi ilə bağlı müraciətə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəs inə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən, Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005- ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı 19961998-ci illərdə Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsində iş müddətilə bağlı bildirirlər ki, yuxarıda qeyd edilən Siyahının 2.13-cü bəndində (1991-ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il ta rixədək olan dövr) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş mütəxəssis vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcud olan vəzifələr inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. İddiaçı 1998-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əli X2 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində iş müddətilə bağlı bildirilir ki, Azə rbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən, gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci hissəsinə əsasən, dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qan ununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Eyni zamanda, Əli-Bayramlı gömrükxanası həmin Fərman ilə təsd iq edilmiş Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatlarının siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilən struktur və əsasnamə xx.xx.2012-dək qüvvədə olmuşdur. Qeyd edilənlərə əsasən, İ.İ.Cəbrayılovun 1998-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.
6. İddiaçı ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-16865/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, İddiaçı 29 aprel 2023-cü il tarixindən 664,83 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı müraciətində göstərdiyi Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsi nəzərdə tutulmayıb. Bununla əlaqədar adıçəkilən şəxsin sözügedən vəzifədəki fəaliyyət müddətinin dövlət qulluğu stajına aid edilibedilməməsinə dair tərəflərindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu göndərilib. Cavab olaraq göndərilmiş məktubda həmin fəaliyyət dövrünün dövlət qulluğu stajına aid edilib-edilməməsinə konkret münasibət bildirilməyib. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzindəki fəaliyyət müddətinin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması mümkün deyil. Eyni zamanda 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, “Dövlət qulluğu haqqında” Qanuna əlavə edilmiş 22.82-ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövl ət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Sözügedən qaydaların və şərtlərin hazırlanması Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub. Bununla əlaqədar olaraq, İddiaçı müraciətində göstərdiyi gömrük orqanlarında xidmət etdiyi dövrün dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması məsələsinə sözügedən qaydalar və şərtlər müəyyən edildikdən sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək pensiyasının yenidən hesablanaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (1203,31 manat) 80 faizi miqdarında təyin edilməsi və 29 aprel 2023-cü il tarixindən yeni əmək pensiyası təyininə qədər müddətdəki fərqin hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə əlavəsi 142,93 manat, ixtisas dərəcəsina görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 15 3,50 manat, digər növ əlavəsi 336,88 manat olmaqla orta aylıq əməkhaqqısı 1203,31 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 16 il 9 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (1203,31 manat) 55,25 faizi - 664,83 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Lakin ona əmək pensiyası hesablanarkən yalnışlığa və qanunun qeyri-düzgün tətbiqinə yol verilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (1203,31 manat) 80 faizi miqdarında əmək pensiyası almalı olduğu halda, ona 16 il 9 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (120 3,31 manat) 55,25 faizi - 664,83 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Belə ki, əmək kitabçasının 16-19-cu səhifələrindəki qeydlərdən və Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 noyabr 2023-cü il tarixli, 1869 saylı arayışından görünür ki, o, 10 fevral 1996-cı ildən 24 aprel 1998-ci il tarixədək Qazıməmməd şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş memar vəzifəsində işləmişdir. Əmək kitabçasının 18-21-ci səhifələrindəki qeydlərdən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-33/3-4184/2023 nömrəli arayışdan görünür ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 28 aprel 1998-ci il tarixli, 219Ş nömrəli əmri ilə X1 şöbəsinin böyük inspektoru vəzifəsinə xidmətə qəbul edilmiş, Komitənin 16 avqust 1999-cu il tarixli, 365Ş nömrəli əmri ilə həmin şöbənin rəis müavini vəzifəsinə keçirilmiş, Komitənin 20 fevral 2006-ci il tarixli, 141Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin 1-ci bəndinə əsasən xidmətinə öz təşəbbüsü ilə xitam verilmişdir. Gömrük orqanlarında xidmət müddəti 7 il, 9 ay, 23 gün təşkil edir.
9. Cavabdehin iddiaya qarşı etirazı imtinaya uyğun əsaslandırılmışdır.
10. Şirvan İnzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) 07 avqust 2024-cü il tarixli, 2- 1(120)-2838/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 fevral 1996-cı il tarixdən 24 aprel 1998-ci il tarixədək baş memar vəzifəsində işlədiyi 2 il 2 ay 14 gü n və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əli Bayramlı gömrükxanasında yük şöbəsinin böyük inspektoru və həmin şöbənin rəis müavini vəzifələrində işlədiyi 7 il 9 ay 23 gün olmaqla, ümumilikdə 10 il 7 gün stajı onun dövlət qulluğu stajına daxil edilməklə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasınının yenidən hesablanması, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (1203,31 manat) 80 faizi miqdarında təyin edilməsi və 29 aprel 2023-cü il tarixindən yeni əmək pensiyası təyininə qədər müddətdəki fərqin hesablanıb ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajina görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarınd a mövcud olmuş vəzifələrin və həmin tarixdən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İ.İ.Cəbrayilovun 1996-1998-ci illərdə Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində işlədiyi baş memar vəzifəsi, yəni yuxarıda qeyd edilən Siyahının 2.13-cü bəndində (1991ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il tarixədək olan dövr) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş mütəxəssis vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcud olan vəzifələr inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. Həmçinin, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən, gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Azerbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğ inin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci hissəsinə əsasən, dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında g ömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqandır. Eyni zamanda, Əli-Bayramlı gömrükxanası həmin Fərman ilə təsdiq edilmiş Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatlarının siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilən struktur və əsasnamə xx.xx.2012-dək qüvvədə olmuşdur. İddiaçının dövlət qulluğu stajı ümumilikdə 26 il 10 ay 2 gün (mübahisə edilməyən 16 il 9 ay 25 gün + mübahisələndirilən 2 il 2 ay 14 gün və 7 il 9 ay 23 gün) təşkil edir və dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hesablanarkən onun pensiya hüququ pozulmuş, habelə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə iddiaçının tələbindən imtina edilərkən işin faktiki və hüquqi halları düzgün müəyyən olunmamışdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: /sədrlik edən və məruzəçi F.C.Hüseynov/, S.F.Həsənov və İ.Q.Əsədov) 22 yanvar 2025-ci il tarixli, 2-1(106)-67/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində öz mövqeyini əsaslandırma q üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 4.2-ci bəndinə əsasən iddiaçının dövlət qulluğunda qulluq stajının rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edilməsinin şəxsin çalışdığı dövlət orqanı tərəfindən həyata keçirilməli olmasına istinad etmiş, Qaydaların 4.4-cü bəndinin tələblərini nəzərə almamışdır. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində sözügedən Qaydalarda dövlət qulluğu stajına və qulluq illərinə daxil edilərkən nəzərə alınan dövrlər müəyyən olunsa da, həmin dövrlərin daxil ediləcəyi təqdirdə pensiyanın və pensiyaya əlavələrin necə hesablanacağı ilə bağlı məsələlərin həmin Qərarda və digər normativ hüquqi aktlarda öz əksini tapmamasına istinad etmişdir ki, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi, Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli Sərəncamında məlum Fərmanın icrası məqsədilə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də tapşırıqlar verilmişdir. Pensiyanın və pensiyaya əlavələrin hesablanması bilavasitə həmin qurumun vəzifələrinə aid edildiyindən, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə, öz fəaliyyətini tənzimləyən müvafiq əsasnaməyə, eyni zamanda Nazirliyin Kollegiyasının 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmi ş Qaydalara uyğun pensiyanın və fərqinin hesablanmasını həyata keçirməyə borcludur. Xüsusilə qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarda pensiyanın hesablanması yolları deyil, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi şərtləri və əsasları müəyyən edilmişdir ki, bu hal da apellyasiya şikayətinin sözügedən dəlillərinin əsassız olmasına dəlalət edir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəl illəri:
16. Kassasiya şikayəti cavabdehin imtinası, iddiaya etirazı və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Buna baxmayaraq, məhkəmə qeyd olunan məsələni araşdırmadan həmin dövrləri sığorta stajına daxil edərək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Dövlət qulluğu haqqında” Azərb aycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövl ət orqanının işçisi; Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir.... 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Maddə
22. Dövlət məvacibi... 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə
23. Dövlət qulluqçularının pensiya t əminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensi yaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəx slər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı a ylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gü ndən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikay ət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmi şdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmə lərinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə cavabdehin imtinasının, iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin y uxarıda istinad olunan normalarına görə iddiaçının dövlət qulluğu stajının düzgün müəyyən edilməsi və əmək pensiyasının yenidən hesablanması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
27. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin “İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Buna baxmayaraq, məhkəmə qeyd olunan məsələni araşdırmadan həmin dövrləri sığorta stajına daxil edərək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir” dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlilin öz təsdiqini tapması vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Çünki iddiaçının dövlət qulluğu stajı ümumilikdə 26 il 10 ay 2 gün (mübahisə edilməyən 16 il 9 ay 25 gün + mübahisələndirilən 2 il 2 ay 14 gün və 7 il 9 ay 23 gün) təşkil edir. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi müddət isə 1 ay 20 gün təşkil edir və həmin müddət istisna edilsə belə, iddiaçının dövlət qulluğu stajı 25 ildən artıq müddət təşkil edir ki, bu da onun tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(106)-67/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.